Azərbaycan Respublikasının Ədliyyə Naziri
F.Məmmədov cənablalına
Surəti: Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
ünvan: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (012) 564-42-05, (050) 200-66-10Saxta sübutlar əsasında qətnamə qəbul edən hakimlər haqqında
Ş İ K A Y Ə T
Hörmətli Nazir!
Hörmətli şura üzvləri!
Son vaxtlar məhkəmə təcrübəsində saxta sənədlər əsasında və sübutların qəsdlə təhrif edilməsi, yaxud da, iş materiallarında mövcud olmayan sübutlarla əsaslandırılan qətnamə qəbul edən bəzi hakimlər barədə Sizə müraciət etməyi özümə borc bildim. Çünki belə qətnamələrin yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlandığını nəzərə alsaq, bu mənfi təcrübənin Respublika məhkəmələrinin fəaliyyətində daha geniş tətbiq ediləcəyini güman etmək çətin deyil.
1. Qiyasova Sevil Rahim qızının Həşimova Kiçikxanım Hacıbala qızına qarşı “yaşayış yerinə istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınmağa dair” iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin (hakim: İlqar Hüseynov, iş N 2(008)-1823/2008) 15 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən: M.T.Əhmədova, hakimlər: H.Xəlilov və G.A.Quliyev, İş N 2(103)-1140/2009) 12 mart 2009-cu il tarixli qətnaməsi ilə rədd edilmiş və Sabunçu Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
S.Qiyasova Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin (sədrlik edən: Ə.Ə.Əliyev, hakimlər: Ə.M.Rüstəmov və G.M.Xudaverdiyeva, iş N 2(102)-2030/09) 09 iyul 2009-cu il tarixli qərarı ilə S.Qiyasovanın kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
İşə yenidən baxılması Həsən Əhmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na həvalə edilmişdir.
Hakim Həsən Əhmədov Ali Məhkəmənin göstərişlərinə əhəmiyyət vermədən, mövcud olmayan sübutlar əsasında S.Qiyasovanın apellyasiya şikayətinin təmin edilməməsi və Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə (sədrlik edən: H.H.Əhmədov, hakimlər: İ.R.Xələfov və Ü.A.Mayılov, iş N 2(103)-210/2010) 01 iyul 2010-cu il tarixli qətnamə qəbul etmişdir.
Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov, qəsdlə və bilə-bilə qanunsuz və əsassız qətnamə qəbul etmək üçün, öz qətnaməsini “iş üzrə müəyyən edilməyən” və “məhkəmə iclasında tədqiq olunmamış” saxta sübutlarla əsaslandırmışdır.
01 iyul 2010-cu il tarixli qətnamənin 4-cü səhifəsində, aşağıdan 1-ci abzasda hakim Həsən Əhmədov yazır: “Belə ki, iş materiallarından görünür ki, Qiyasova Sevil Rahim qızı 15 sentyabr 1995-ci ildə Həşimov Dərdayıl Mübariz oğlu ilə ailə qurmuş və Bakı şəhəri Kürdəxanı qəsəbəsinin D.Vasif küçəsindəki 31 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır. Nikah bağlandıqdan sonra Qiyasova Sevil Rahim qızına “Həşimova” soyadı verilmişdir. 24 noyabr 2000-ci ildə (????) Qiyasova Sevil Rahim qızı qanunsuz olaraq Həşimova Kiçikxanım Hacıbala qızının atasından miras qalmış Bakı şəhəri Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsindəki 9 saylı evini və həyətindəki tikilmiş qanunsuz tikilini zəbt etmişdir. Hazırda Bakı şəhəri Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsindəki 9 saylı ev Həşimova Kiçikxanım Hacıbala qızının xüsusi mülkiyyətindədir. İddiaçı Qiyasova Sevil Rahim qızı Bakı şəhəri Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsindəki 9 saylı evə gəlin gəlsə də, onun həmin evə heç bir hüququ olayıb, onun həmin evə qeydiyyata alınmasına Həşimova Kiçikxanım Hacıbala qızı razılıq verməyib”.
Hakim Həsən Əhmədov bir iddiaçı kimi, S.Qiyasovanın:
-- 15 sentyabr 1995-ci ildə Həşimov Dərdayıl Mübariz oğlu ilə ailə qurduqdan sonra Bakı şəhəri Kürdəxanı qəsəbəsinin D.Vasif küçəsindəki 31 saylı evdə - öz ata evində yaşamasını,
-- Həşimova Kiçikxanım Hacıbala qızının atasından miras qalmış Bakı şəhəri Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsindəki 9 saylı evi və həyətdə tikilmiş qanunsuz tikilini məhz 24 noyabr 2000-ci ildə zəbt etməyini iş üzrə hansı sübutlarla müəyyən etmişdir?
Belə sübutlar olmuşsa, onlar hansı məhkəmədə və kimlərin iştirakı ilə tədqiq olunmuşdur?
Əvvəla, hakim Həsən Əhmədovun qətnaməsindən gətirdiyim yuxarıdakı sitatın sonu əvvəlini inkar edir. Hakim əvvəl yazır ki, S.Qiyasova 15 sentyabr 1995-ci ildə D.M.Həşimovla ailə qurduqdan sonra Bakı şəhəri Kürdəxanı qəsəbəsinin D.Vasif küçəsindəki 31 saylı evdə - ata evində yaşayıb. Sonra da yazır ki, “İddiaçı Qiyasova Sevil Rahim qızı Bakı şəhəri Kürdəxanı qəsəbəsi Ağaverdiyev küçəsindəki 9 saylı evə gəlin gəlsə də, onun həmin evə heç bir hüququ olmayıb, onun həmin evə qeydiyyata alınmasına Həşimova Kiçikxanım Hacıbala qızı razılıq verməyib”.
Bu qətnamədən başa düşmək olmur: S.Qiyasova 15 sentyabr 1995-ci ildə öz ata evinə gəlin köçüb, yoxsa 24 noyabr 2000-ci ildə mübahisəli evi gəlin kimi zəbt edib?
Halbuki, hakim Həsən Əhmədovun özünün dəyişdirilmədən saxladığı Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsində açıq ana dilində yazılıb: “İddiaçının 1995-ci ildə nikaha daxil olduqdan sonra mübahisəli mülkdə yaşadığı, işin materialları ilə təkzib olunmur” (bax: qoşma N 2, Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsi, səh. 2, yuxarıdan 4-cü abzas).
S.Qiyasovanın 24 noyabr 2000-ci ildə mübahisəli evi zəbt etməsi barədə hakim Həsən Əhmədovun gəldiyi nəticə onun öz qanunsuz və əsassız qətnaməsini əsaslandırmaq üçün uydurduğu saxta bir sübutdur.
S.Qiyasovanın həmin evə qeydiyyata alınmağına evin mülkiyyətçisi Həşimova Kiçikxanım Hacıbala qızının razılıq verməməsi barədə Həsən Əhmədovun gəldiyi nəticə də onun şəxsi uydurmasıdır.
Ona görə ki, əvvəla, bu məsələ heç bir vaxt cavabdehlə S.Qiyasovanın arasında müzakirə predmeti olmamışdır və ola da bilməzdi. Çünki “Yasamal Rayon Məhkəməsinin 22 dekabr 1997-ci il tarixli qətnaməsindən görünür ki, (bu qətnamə S. Qiyasova həmin evə gəlin köçəndən 2 il sonra qəbul edilib) Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 09 sentyabr 1997-ci il tarixli arayışına əsasən, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 9 saylı ev (indiki mübahisəli ev) xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməmişdir. Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinin 13 noyabr 1997-ci il tarixli, 1915 saylı arayışına əsasən, Kürdəxanı qəsəbəsi, Ağaverdiyev küçəsi 9 saylı evin mülkiyyətçisi bəlli deyil və nümayəndəlikdə həmin evə dair heç bir hüquqi sənəd yoxdur” (bax: qoşma N 6, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 2(103)-1392/2008 saylı 29 may 2008-ci il tarixli qətnaməsi, səh.-3, aşağıdan 2-ci abzas).
MPM-nin 82.2-cü maddəsinə əsasən, “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”.
Mübahisəli mülkün K.H.Həşimovanın atası Quliyev Hacıbala Hacı Əbdürrəhim oğluna məxsus olması faktı, yalnız S.Qiyasova həmin evə gəlin köçəndən 4 il sonra Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 1999-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə o da müəyyən edilmişdir ki, mübahisəli ev 1937-ci ilədək K.H.Həşimovanın atası Hacıbala Hacı Əbdürrəhim oğluna məxsus olmuş, atası xalq düşməni kimi həbs edildikdən sonra, mübahisəli ev körpələr evinə icarəyə verilmiş, o, yalnız 1970-ci ildən həmin mülkə köçməklə orada yaşamışdır (bax: qoşma N 6, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 2(103)-1392/2008 saylı 29 may 2008-ci il tarixli qətnaməsi, səh.-3-4).
Yalnız həmin qətnamədən sonra, yəni 28 mart 2000-ci ildə mübahisəli mülk əvvəlcə Quliyev Hacıbala Hacı Əbdürrəhim oğlunun adına, sonra isə, vərəsəlik yolu ilə 04 avqust 2000-ci ildə K.H.Haşımovanın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və orada heç kim pasport qeydiyyatında olmamışdır (bax: qoşma N 6, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 2(103)-1392/2008 saylı 29 may 2008-ci il tarixli qətnaməsi, səh.-4, aşağıdan 2-ci abzas).
Başqa sözlə,
əvvəla, 1995-ci ildən 2000-ci ilin avqust ayınadək K.H.Həşimova ilə S.Qiyasova arasında qeydiyyatla bağlı mübahisə olmamış, S.Qiyasovanın həmin mənzilə pasport qeydiyyatına alınması üçün K.H.Həşimovanın razılığının alınması, hüquqi baxımdan mümkün də olmamışdır.
İkincisi isə, əgər S.Qiyasova, qətnamədə qeyd edildiyi kimi, K.H.Həşimovanın razılığını almadan, həmin evi 1995-ci ildən zəbt edərək orada yaşayırdısa və K.H.Həşimova bundan narazı idisə, onda, ən azı 1995-ci ildən 2006-cı ilədək S.Qiyasovanın mənzildən çıxarılması barədə məhkəmə orqanlarında iddia qaldırmağa ona nə mane olub?
Keçmiş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, ümumi iddia müddəti 3 ildir. S.Qiyasova isə, 1995-ci ildən K.H.Həşimovanın özünün razılığı və iştirakı ilə həmin mənzilə gəlin köçüb. Bu fakt, həmin mülki iş üzrə iş materiallarına əlavə edilmiş, cavabdehin öz izahatı, şahid ifadələri və toy mərasimindən çəkilmiş video görüntülərlə də sübut edilir.
Bütün bunlar hakim Həsən Əhmədovun qəsdlə və bilə-bilə qanunsuz qətnamə qəbul etməsini sübut edir.
Hakim Həsən Əhmədovun 01 iyul 2010-cu il tarixli qətnaməsində istinad edilən (bax: qoşma N 5, Bakı Apellyasiya məhkəməsinin 01 iyul 2010-cu il tarixli qətnaməsi, səh.-6, aşağıdan 5-ci abzas) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsi Azərbaycan Respublikasının 26 may 2009-cu il tarixli 819-IIIQD saylı qanunu ilə dəyişdirilmiş, 82-ci maddənin 2-ci bəndi çıxarılmış, 3-cü bəndi isə yeni redaksiyada verilmişdir. Demək ki, hakim Həsən Əhmədov faktiki olaraq, 01 iyul 2010-cu il tarixli qətnaməsində, qüvvədə olmayan qanuna istinad etmişdir.
Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov öz qətnaməsini, həm də MPM-nin 233.3-cü maddəsi ilə əsaslandırmağa çalışmış və qeyd etmişdir ki, “qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər”.
Hörmətli Nazir!
Hörmətli şura üzvləri!
Bakı Apellyasiya Məhkəməşsinin hakimi Həsən Əhmədov ÖZ SƏLAHİYYƏTLƏRİNİ AŞARAQ Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyul 2009-cu il tarixli 2(102)-2030/09 saylı qərarını (sədrlik edən: Əliyev Ələsgər Əliabbas oğlu, hakimlər: Rüstəmov Əli Məhəmməd oğlu və Xudaverdiyeva Günəş Məmməd qızı) təftiş etmiş, kassasiya instansiya məhkəməsinin göstərişlərinə, nəinki əməl etməmiş, əksinə, Ali Məhkəmənin MİÜMK-sı tərəfindən qiymət verilmiş hallara və qətnamələrə tam zidd olan yeni “qiymət” verməyə çalışmışdır.
Belə ki, Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 12 mart 2009-cu il tarixli qətnaməsini ləğv etmiş Ali Məhkəmənin MİÜMK-nın həmin qərarında göstərilmişdir:
“Sevil Qiyasovanın iddiası işə baxan məhkəmələr tərəfindən əsassız hesab edilmiş və məhkəmələr gəldikləri nəticəyə əsas kimi Sevil Qiyasovanın qızı ilə birlikdə mübahisəli evdən çıxarılması barədə qanuni qüvvədə olan Sabunçu rayon məhkəməsinin 16 noyabr 2006-cı il tarixli qətnaməsinin mövcudluğuna və həmin qətnamə ilə Sevil Qiyasovanın evdə yaşamağa hüququnun olmamasının müəyyən edilməsinə istinad etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin göstərilən əsasa istinad etməklə gəldiyi nəticə qanunsuz və əsassızdır.
Belə ki, iş materiallarından görünür ki, Sevil Qiyasova 15.09.1995-ci ildə mülkiyyətçinin nəvəsi Dərdayıl Haşımova ərə getmiş və həmin tarixdən mübahisəli evə köçərək həmin evdə yaşamışdır və hal-hazırda da həmin evdə yaşayır.
Mübahisəli mənzildən çıxarılma ilə bağlı iddia qaldırılana qədər mənzillə bağlı hüquqları pozulmadığı üçün S.Qiyasova mülkiyyətçidən pasport qeydiyyatına alınmasını tələb etməmiş və eyni əsasa görə istifadə hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etməmişdir.
Qeyd olunanlara əsasən, yəni mənzildə pasport qeydiyyatında olmadığına və istifadə hüququnun tanınmasına dair məhkəmə qətnaməsi olmadığına görə S.Qiyasovanın azyaşlı uşağı ilə birlikdə qanuni qüvvədə olan Sabunçu Rayon Məhkəməsinin 16 noyabr 2006-cı il tarixli qətnaməsi ilə mənzildən çıxarılması qət edilmişdir.
Yuxarıda göstərilənlərə görə S.Qiyasova hazırki iddia ilə məhkəməyə müraciət edərək mənzilə istifadə hüququnun tanınmasını xahiş etmişdir.
Beləliklə iş materiallarından göründüyü kimi Sevil Qiyasovanın mübahisəli mənzildən istifadə hüququ əldə edib-etməməsi məsələsi əvvəlki məhkəmə mübahisəsinin predmetinin olmadığı və belə olan halda əvvəlki mübahisə üzrə məhkəmə qətnaməsinin mövcudluğu – buna əsaslar olduğu təqdirdə - hazırki iddia tələbinin təmin edilməsinə mane olmadığı halda birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, Sevil Qiyasovanın istifadə hüququ əldəedib-etməməsi istiqamətində heç bir araşdırma aparmadan iddianın əsassız olması nəticəsinə gəlmiş, bununla MPM-nin 217.3-cü maddəsinin göstərişlərini pozmuşdur.
MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır” (bax: qoşma N 5, Ali Məhkəmənin 09 iyul 2009-cu il tarixli 2(102)-2030/09 saylı qərarı, səh.-3, yuxarıdan 2-9-cu abzas).
Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov özünün 01 iyul 2010-cu il tarixli qətnaməsi ilə Ali Məhkəmənin bu göstərişlərini və dəlillərini təftiş etmiş və MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq qanunsuz qətnamə qəbul etmişdir.
MPM-nin 420-ci maddəsinə əsasən, “Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir”.
Hakim H.Əhmədov mübahisəyə yeni Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmiş və özünün bu qanunsuz mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin I hissəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə əsaslandırmağa çalışmışdır.
Hörmətli Nazir!
Hörmətli şura üzvləri!
Diqqət edin:
Hakim Həsən Əhmədov qətnamənin əvvəlində S.Qiyasovanın mübahisəli evi 24 noyabr 2000-ci ildə zəbt etməsi barədə, iş materiallarında olmayan, heç bir məhkəmə iclasında müzakirə edilməyən və şəxsən özü tərəfindən qondarılmış saxta sübuta əsaslanır və bundan da çıxış edərək, 01 sentyabr 2000-ci ildən sonra qüvvədə olan yeni Mülki Məcəllənin 228-ci maddəsinə istinad edərək qətnaməsini belə əsaslandırmağa çalışır: “Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Qiyasova Sevil Rahim qızı, iş materiallarında olan qətnamələrdə və qərarlarda cavabdeh kimi göstərilərkən Həşimova Sevil Rahib qızı kimi qeyd olunmuşdur və hər iki müxtəlif soyadlarda və ata adlarında göstərilən Sevil adlı şəxs - Qiyasova Sevil Rahim qızıdır (sanki, hüquqi faktın təsdiqi barədə işə baxılır) və Sevil Rahim qızı Qiyasova Bakı şəhəri Kürdəxanı qəsəbəsinin Ağaverdiyev küçəsindəki 9 saylı fərdi yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi üçün mübahisəli evin mülkiyyətçisi Həşimova Kiçikxanım Hacıbala qızı ilə aralarında bağlanan yazılı razılaşmanı nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir. İddiaçı Qiyasova Sevil Rahim qızı Həşimov Dərdayıl Mübariz oğlu ilə ailə qurduğu vaxtdan Bakı şəhəri Kürdəxanı qəsəbəsinin D.Vasif küçəsindəki 31 saylı evdə qeydiyyatda olmaqla yaşamış (???), heç vaxt Həşimova Kiçikxanım Hacıbala qızının mülkiyyətində olan Bakı şəhəri Kürdəxanı qəsəbəsinin Ağaverdiyev küçəsindəki 9 saylı fərdi yaşayış evinə Həşimova Kiçikxanım Hacıbala qızının ailə üzvü kimi köçməmiş, birgə təsərrüfat aparmamış, mülkiyyətçinin ailə üzvləri sırasına daxil olmamışdır.
Bundan başqa, cavabdeh Həşimova Kiçikxanım Hacıbala qızı vəfat etmişdir və cavabdeh K.H.Həşimova ölməmişdən əvvəl 19 avqust 2008-ci il tarixli fərdi yaşayış evinin bağışlama müqaviləsi ilə həmin mübahisəli Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin Ağaverdiyev küçəsindəki 9 saylı evini qızı Abbasova Lətifə Yaqub qızına bağışladığından, həmin evə hal-hazırda Abbasova Lətifə Yaqub qızının adına mülkiyyət hüququnu təsdiq edən sənədlər verilmişdir (bax: qoşma N 5, səh.-7 aşağıdan birinci abzas)”.
Əvvəla, Mülki Məcəllənin 158.1.2- və 158.3-cü maddələrinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur.
İkincisi, hakim Həsən Əhmədov özünün saxta sübut yaratmaq fəaliyyətini davam etdirir və yenə də, öz qətnaməsində yazır ki, guya S.Qiyasova Həşimov Dərdayıl Mübariz oğlu ilə ailə qurduğu vaxtdan indiki mübahisəli evdə yox, Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin D.Vasif küçəsindəki 31 saylı evdə qeydiyyatda olmaqla yaşamışdır.
Hörmətli Nazir!
Hörmətli şura üzvləri!
Bu saxta dəlili Həsən Əhmədovun haradan götürməsi iş materiallarından bəlli olmasa da, Bakı kəndlərinin tarixindən bir fakt bəllidir ki, hələ indiyə qədər heç bir oğlan nikaha girdikdən sonra gəlin kimi, qız evinə köçməyib.
Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən, “Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur”.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 3 və 4-cü bəndlərinə istinad etməklə qətnaməyə qanunçuluq donu geydirməyə çalışsa da, həmin maddənin 2-ci bəndini tətbiq etməmiş və bu da qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir
MPM-nin 217.2-ci maddəsinə əsasən, “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
S.Qiyasovanın, hakim Həsən Əhmədovun qondarma sübutunda göstərdiyi kimi, 24 noyabr 2000-ci ildə yox, məhz 1995-ci ilin 15 sentyabrında mübahisəli evə gəlin köçməsi birinci instansiya məhkəməsində şəxsən izahat vermiş mərhum K.H.Həşimovanın, digər şahidlərin – qonşuların izahatları və iş materiallarına əlavə edilmiş toy mərasimini əks etdirən video görüntülərlə birmənalı olaraq sübut edilir.
Belə olan halda isə, apellyasiya məhkəməsinin qətnaməsində göstərilən “Sevil Rahim qızı Qiyasova Bakı şəhəri Kürdəxanı qəsəbəsinin Ağaverdiyev küçəsindəki 9 saylı fərdi yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi üçün mübahisəli evin mülkiyyətçisi Həşimova Kiçikxanım Hacıbala qızı ilə aralarında bağlanan yazılı razılaşmanı nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir” – dəlili tamamilə əsassızdır və bu mübahisəyə, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına əsasən, indiki Mülki Məcəllənin 228-ci maddəsi yox, 1995-ci ildə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməli idi.
Bir sözlə, apellyasiya instansiyası məhkəməsinin hakimi Həsən Əhmədov sübutları saxtalaşdıraraq, qəsdlə və bilə-bilə qanunsuz qətnamə qəbul etmişdir.
Hakim Həsən Əhmədov ya savadsızdır: hakimlikdən geri çağırılmalıdır, ya da qəsdlə və bilə-bilə qanunsuz qətnamə qəbul edib: cinayət məsuliyyətinə cəlb edilməlidir.
İkinci bir fakt. Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-nın 14 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə, Gəncə şəhəri Nizami Rayon məhkəməsinin (hakim: Babayev Zəki Baba oğlu, iş № 2(044)-71/09) 29 iyul 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Tamella Əsgərova və başqaları Gəncə şəhər Nizami Rayon Məhkəməsində cavabdeh Həmzəyev Arif Hacıseyidəli oğluna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, miras mülkə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanıma, miras mülkdən payın müəyyən edilərək mülkiyyət hüququ verilməsi barədə”, cavabdeh Həmzəyev Arif Hacıseyidəli oğlu isə, onlara qarşı “Tamella Əsgərova və başqalarının Gəncə şəhəri Nizami küçəsi 3-cü dalan 7 saylı evə olan istifadə hüquqlarının itirilib pasport qeydiyyatından çıxarılmaları ” barədə iddia qaldırmış, hər iki iş bir icraatda birləşdirilərək baxılmışdır.
Gəncə şəhər Nizami rayon məhkəməsi tərəfindən Həmzəyev Arif Hacıseyidəli oğlunun iddiası təmin edilmiş, Tamella Əsgərova və başqalarının mübahisəli mülkdən istifadə hüquqları itirilmiş və qeydiyyatdan çıxarılmaları qət edilmiş, Tamella Əsgərova və başqalarının iddiası rədd edilmiş, Gəncə Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə qüvvədə saxlanmışdır.
Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə istinad etmiş, nə qədər qəribə səslənsə də, “iddianın "yaşayış sahəsindən istifadə hüququnun itirilməsi" hissəsi ilə bağlı mövcud mübahisənin həllinin mövcud qanunvericilikdə nəzərdə tutulmadığını” əsas götürərək, qanunun analogiyasını tətbiq etmiş və oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını--- 53, 60 və 87-ci maddələrini, eləcə də, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarını tətbiq etmişdir (bax: qətnamə, 9-10-cu səhifələr).
Apellyasiya Məhkəməsi Tamella Əsgərova və başqalarının mübahisəli mənzillə bağlı hüquqi statuslarını dəyişmiş, onları “mülkiyyətçinin ailə üzvləri” statusundan “kirayəçinin ailə üzvləri” statusuna keçirmiş və bundan sonra öz qanunsuz mövqelərini həmin statusa uyğun maddələrlə əsaslandırmışdır.
Halbuki, Nizami rayon 3-cü dairə məhkəməsinin 09.07.1953-cü il tarixli qərarına əsasən, mübahisəli mülk iddiaçılardan Əsgərova Tamella Həmzə qızı və Həmzəyeva Laura Həmzə qızının atası, Qəmbərov Ramin Xaqani oğlu və Qəmbərov Kəmaləddin Xaqani oğlunun isə babaları Əliyev Həmzə Muxtar oğlunun, vərəsəlik hüququ ilə əldə etdiyi şəxsi xüsusi mülkiyyəti olmuş və onun övladlarının hamısı: Əsgərova (Əliyeva) Tamella Həmzə qızı, Həmzəyeva Laura Həmzə qızı, Əliyeva Sevil Həmzə qızı (cavabdeh Arif Həmzəyevin anası) və mərhum Qəmbərova (Əliyeva) Səidə Həmzə qızı (iddiaşılardan Qəmbərov Kəmaləddin Xaqani oğlu və Qəmbərov Ramin Xaqani oğlunun anası) ərə gedənədək həmin mülkdə yaşamışlar. İddiaçılardan Əsgərova Tamella Həmzə qızı isə, öz ailəsi ilə birlikdə bu günədək orada yaşamaqdadır.
Digər tərəfdən isə, Tamella Əsgərova və başqaları , doğulduqları andan etibarən, ataları Əliyev Həmzə Muxtar oğlunun ailə üzvləri kimi həmin mənzildən istifadə hüququ əldə etmişlər və o vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, mülkiyyətçi ilə eyni istifadə hüquqlarına malik olmuşlar.
O vaxt qüvvədə olan, Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, “Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.”
Bu qədər aydın başa düşülən maddi hüquq normaları olduğu halda, Gəncə Apellyasiya Məhkəməsi hansı məntiqlə “mülkiyyətçi”ni “icarəçi” kimi qəbul etmiş və Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq etməklə qanunsuz qətnamə qəbul etmişdir?
Hörmətli şura üzvləri!
Ən əsası da odur ki, Tamella Əsgərova və başqalarının ataları Əliyev Həmzə Muxtar oğlu 1974-cü ildə vəfat etmiş, mərhum anaları Paşayeva Qumru Məhəmməd qızı, atalarına vərəsəlik hüququ ilə keçən mülkü 1976-cı ildə, qanunsuz yolla şəxsən öz adına keçirmişdir. Baxmayaraq ki, iddiaçılar hamısı o vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, miras əmlakı faktik qəbul etməklə ailə quranadək orada yaşamışlar.
Həmin MM-nin 552-ci maddəsinə əsasən, “Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. ...
Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, ..., mirası qəbul etmiş hesab olunur.
Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
...
Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.”
Bu maddənin məzmunundan açıq-aydın başa düşülür ki,
(doğrudanmı bunu başa düşməmək üçün Gəncə Apellyasiya Məhkəməsinin hakimi olmaq lazımdır ???)
mübahisəli mülk vərəsəlik açıldığı vaxtdan, yəni 1974-cü ildən vərəsəyə--iddiaçılara məxsus hesab olunur və qanunda göstərilən əsaslardan başqa, heç kim onları həmin mülkdən məhrum edə bilməz.
İnsan talelərini həll etmək kimi məsuliyyətli iş tapşırılmış hakimlərin bu qədər adi həqiqətləri: “yaşayış sahəsindən istifadə hüququnun itirilməsininin qanuni əsasları"nı bilməmələri, sadəcə, təəccüb doğurur.
Hörmətli Nazir!
Hörmətli şüra üzvləri!
Həm Gəncə şəhər Nizami rayon məhkəməsinin hakimi, həm də Gəncə Apellyasiya Məhkəməsinin hakimləri saxta sübutlara istinad edərək qanunsuz qərarlar qəbul etmişlər.
Məhkəmələr, iş materiallarında olan, Gəncə şəhəri 26 saylı Evlər Üçlüyünün 30.10.2008-ci il tarixli arayışına istinad edərək belə nəticəyə gəlmişlər ki, guya iddiaçılardan Əsgərova Tamella Həmzə qızı və ailə üzvləri mübahisəli mənzildə qeydiyyatda olsalar da, 2004-cü ildən orada yaşamırlar. Məqsəd Forma-2-də adı ola biləcək adamların razılığını almamaq olub və həqiqətləri onlardan gizlətmək olub.
Bir qədər də uzağa gedərək, hakimlər eyni idarədən verilmiş 07 aprel 2009-cu il tarixli arayışla “”müəyyən ediblər” ki, sən demə, Paşayeva Qumru Məhəmməd qızının dəfn xərclərini cavabeh Arif Həmzəyev çəkibmiş.
Dəfn xərclərinin kim tərəfindən çəkilməsi barədə arayış verilməsi hansı qanunla və nə vaxtdan MKİS-lərə, “Domkom”lara tapşırılıb?
Əvvəla, kimin harada yaşaması, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun olaraq, şəxsiyyət vəsiqəsi və rəsmi qeydiyyatla müəyyən edilir. Bu baxımdan MPM-nin 81-ci maddəsinin (Sübutların mümkünlüyü) tələbləri pozulub. Həmin maddəyə əsasən, “Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.”
İkincisi, dəfn xərclərinin kim tərəfindən çəkilməsi faktının mübahisənin həlli baxımından nə əhəmiyyəti var?
Üçüncüsü, 2004-cü ildən də olsa, mülkiyyətçinin ailə üzvünün harada yaşamasının mübahisənin həlli baxımından nə əhəmiyyəti var?
Hakimlər MPM-nin 80-ci maddəsinin tələblərini pozublar. Həmin maddəyə əsasən, “Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.”
Gəncə şəhəri 26 saylı Evlər Üçlüyünün 30.10.2008-ci il tarixli arayışı barədə T. Əsgərovanın Gəncə şəhər İcra hakimiyyətinə verdiyi şikayət nəticəsində arayışın saxta olduğu sübut edilmiş və həmin arayışı verən məmur cəzalandırılıb.
Lakin həmin saxta arayış əsasında qəbul edilmiş qətnamələr Ali Məhkəmənin MİÜMK-sı tərəfindən qüvvədə saxlanmışdır. (????????)
Hörmətli Fikrət müəllim və hörmətli Şüra üzvləri, bu yolla hara gedirik?
Bu qanunsuzluğun qarşısını Siz yox, bəs kim almalıdır?
Aşağı məhkəmə instansiyalarının qanunsuz qətnamələrinin Ali Məhkəmədə qüvvədə saxlanması hələ ədalətin təntənəsi sayıla bilməz.
Yuxarıda qeyd edilənlərə əsasən,
X A H İ Ş E D İ R Ə M :
--- Saxta sübutlar əsasında qətnamə qəbul etmiş hakimlər haqqında tədbir görülsün və
--- respublika məhkəmələrinin təcrübəsində saxta sübutlar əsasında qərar qəbul etmə hallarına
son qoyulsun.
"ÇALXAN" MMC-nin direktoru: / Q.C. Məmmədov /
Hiç yorum yok:
Yorum Gönder