==========================================================================
Binəqədi Rayon Məhkəməsinin hakimi
V. Həsənova
İddiaçı: Xəlilova Sücayət Həmid qızının,
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən,
Ünavnı: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən. 7/8,
əlaqə tel: 050-200-66-10, 012-564-42-05/04
Predmet: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (sədrlik edən: Həsənov Vüqar Təvəkgül oğlu, iş N 2(001)-427/2009)
25 fevral 2009-cu il tarixli qətnaməsindən
apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan
prosessual müddətin bərpasına dair
Ə R İ Z Ə
Möhtərəm hakim!
Həmin qətnamə iddiaçı Xəlilova Sücayət Həmid qızına poçt vasitəsi ilə 05 mart 2009-cu ildə təqdim edilsə də, o, hüquqi savadı olmadığından, 1 ay müddətində qətnamədən apellyasiya şikayəti yazmaq hüququ olduğunu bilməmiş, qətnaməni sonradan itirdiyi üçün
(həmin qətnamə ilə Xəlilova Sücayət Həmid qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir--!!!) nümayəndəsi Abışov Sadiq Hüseyn oğluna verə bilməmişdir.
(həmin qətnamə ilə Xəlilova Sücayət Həmid qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir--!!!) nümayəndəsi Abışov Sadiq Hüseyn oğluna verə bilməmişdir.
Bu barədə məlumat alan Abışov Sadiq Hüseyn oğlunun israrlı tələblərinə baxmayaraq, qətnamənin surəti birinci instansiya məhkəməsi tərəfindən ona təqdim edilmədiyindən, qətnamədən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan 1 aylıq prosessual müddət üzürlü səbəbdən buraxılmışdır.
Nəhayət, mənim Binəqədi rayon məhkəməsinin sədri S.Hacıyev cənablarına müraciətimdən sonra qətnamə və sair iş materiallarının surəti mənə 12 may 2009-cu ildə təqdim edilmişdir.
MPM-nin 133.1-ci maddəsinə əsasən, “məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.”
Yuxarıda qeyd edilənlərə əsasən,
X A H İ Ş E D İ R Ə M :
Binəqədi rayon məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulan 1 aylıq prosessual müddətin buraxılması üzrlü hesab edilsin və buraxılmış prosessual müddətin bərpası haqqında qərardad qəbul edilsin.
Qoşma: Binəqədi rayon məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsindən verilmiş
apellyasiya şikayətinin surəti.
20 may 2009-cu il
İmza: / Q.C.Məmmədov /
==========================================================================
Bakı Apellyasiya Məhkəməsinin
MİÜMK-na
İddiaçı: Xəlilova Sücayət Həmid qızının
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən,
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8,
Əlaqə tel: 050-200-66-10, 012-564-42-05/04
Predmet: Binəqədi rayon məhkəməsinin (sədrlik edən: Həsənov Vüqar Təvəkgül oğlu, iş N 2(001)-427/2009) 25 fevral 2009-cu il tarixli qətnaməsinə dair
APELLYASİYA ŞİKAYƏTİ
Möhtərəm hakimlər!
Həmin qətnamə ilə iddiaçı Xəlilova Sücayət Həmid qızının cavabdeh Xəlilova Səyalı Qurban qızına qarşı “mənzilə köçürmə və mənzildən çıxarılma tələbinə dair” iddiası baxılmamış saxlanmış,
cavabdeh Xəlilova Səyalı Qurban qızının ona qarşı “şəxsin fəaliyyət qabiliyyətsiz tanınaraq qəyyum təyin edilməsinə dair” qarşılıqlı iddiası qismən təmin edilmiş, Xəlilova Sücayət Həmid qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
Qarşılıqlı iddianın “qəyyum təyin edilməsi” hissəsi baxılmamış saxlanılmışdır.
Aşağıda göstərdiyim əsaslara görə, həmin qətnamə qanunsuzdur və ləğv edilməlidir.
Prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir (MPM-nin 387-ci maddəsi).
1. MPM-nin 156-cı maddəsinin (qarşılıqlı iddianın qəbul edilməsi şərtləri) tələbləri pozulub.
Həmin maddəyə əsasən, “Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:
156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;
156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;
156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.”
Möhtərəm hakimlər!
Birinci instansiya məhkəməsi, nə mahiyyətcə, nə sübutetmə vasitələrinə görə, nə qarşılıqlı əlaqəsinə, nə də MPM-nin 156-cı maddəsində nəzərdə tutulan əsaslara görə bir-biri ilə heç bir əlaqəsi olmayan qarşılıqlı iddianı qəbul etməklə səhvə yol vermişdir.
“Fəaliyyət qabiliyyəti olmayan hesab edilmə” iddiası “mənzilə köçürülmə və mənzildən çıxarılma” iddiasının qarşılığı ola bilərmi?
Mülkiyyətçinin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ona məxsus mənzili qanunsuz zəbt edənlərin həmin mənzildə yaşamaqda davam etmələrinə əsas ola bilərmi?
Mülkiyyətçinin “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ona məxsus mənzili qanunsuz zəbt edənlərin həmin mənzildən çıxarılmasını aradan qaldırırmı?
Stalinsayağı bu metodlar hansı qanunlarla nizamlanır bizim dövlətdə?
2. MPM-nin 318.2-ci maddəsinin tələbləri pozulub.
Həmin maddəyə əsasən, “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir”.
Möhtərəm hakimlər!
Qətnamədə, nəinki bu maddənin tələblərinə əməl edilməmiş, iddiaçı Xəlilova Sücayət Həmid qızının “öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar” şərh edilməmişdir, əksinə, qətnamədə məhz iddiaçı Xəlilova Sücayət Həmid qızının xəstə olmadığını, əvvəllər heç bir ruhi-əsəb xəstəlikləri dispanserində qeyddə durmadığını sübut edən hallar şərh edilmiş, lakin qanunsuz nəticəyə gəlinmişdir.
Başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsi əsaslandırma hissəsinə və iş üzrə müəyyən edilmiş hallara uyğun deyildir.
Möhtərəm hakimlər!
Bir insanın “fəaliyyət qabiliyyəti olmayan” hesab edilməsi olduqca ciddi nəticələr doğuran bir qərardır və kifayət qədər, həm də olduqca mötəbər sübutlar olmadan, belə bir qərarın qəbul edilməsi insanı bütün təbii və qanuni hüquqlarından məhrum edə bilər.
Tərəflər arasında yaranmış faktik vəziyyətdən görünür ki, cavbdehlər, sadəcə olaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmaq, onu dəlixanaya yerləşdirməklə, ona məxsus mənzili ələ keçirtmək yolu tutmuşlar.
Qarşılıqlı iddiada irəli sürülən dəlillər tamamilə əsassız olub, normal məntiqə sığmır.
Bir qadının ailə qurması, istədiyi kişi ilə cinsi həyat yaşaması və ana olmaq arzusu nə vaxtdan dəlilik hesab edilməyə başlayıb?
Bir şəxsin özünə məxsus mənzildə insan kimi asudə yaşamaq istəyi və mülkiyyətindən, qanuna zidd olmayan formada, istədiyi kimi istifadə etmək niyyəti nə vaxtdan dəlilik olmağa başlayıb?
3. Binəqədi rayon məhkəməsinin həmin qətnaməsi MPM-nin 217-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir.
MPM-nın 217-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən, “məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır və qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
İndiki halda isə, buna əməl edilməmişdir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 385.1.1, 385.1.4 və 387-ci maddələrinə əsasən,
X A H İ Ş E D İ R Ə M :
--- Binəqədi rayon məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsi ləğv edilsin,
--- iddiaçı Xəlilova Sücayət Həmid qızının iddiası tam təmin edilsin,
--- cavabdeh Xəlilova Səyalı Qurban qızının qarşılıqlı iddiası rədd edilsin.
Qoşma: --- apellyasiya şikayətinin surəti,
--- dövlət rüsumu ödənilməsi barədə qəbz.
Qeyd: --- Q.C.Məmmədovun adına verilmiş etibarnamə, iş materialları ilə tanış olmaq üçün Binəqədi rayon
məhkəməsinin sədri S. Hacıyevin adına yazılmış ərizəyə qoşulmuşdu.
21 may 2009-cu il
İmza: /Q.C.Məmmədov /
==========================================================================
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət işləri Üzrə Kollegiyasına
Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul edilmiş
Xəlilova Sücaət Həmid qızının müdafiəçisi-
Bakı şəhəri 16 saylı Hüquq Məsləhətxanasının vəkili
Qasımov Süleyman Ələsgər oğlu tərəfindən
Bakı Apellyasiya Məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasının
14 avqust 2009-cu il tarixli qərarından
K A S S A S İ Y A Ş İ K A Y Ə T İ
Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə Xəlilova Sücaət Həmid qızı Azərbaycan Respublikası CM-nin 132-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə törətmiş hesab edilərək, onun ümumi tipli psixatriya stasionarında məcburi müalicə üçün yerləşdirilməsi qərara alınmışdır.
Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasının 14 avqust 2009-cu il tarixli qərarı ilə qüvvədə saxlanmışdır.
Hər iki məhkəmə instansiyasının qərarı tamamilə qanunsuzdur və S.H.Xəlilovanın insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır.
Belə ki, Binəqədi Rayon Məhkəməsi həmin qərarı qəbul edərkən yalnız məhkəmə psixiatrik ekspertizasının 30 dekabr 2008-ci il tarixli 983 saylı rəyinə və CM-nin 21.1-ci maddəsinə istinad etmiş və S.H.Xəlilovanın ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilməsinin hüquqi əsasları göstərilməmişdir.
Hörmətli hakimlər!
Hər iki məhkəmə instansiyasında işə baxılarkən, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən, “Cinayət qanunu normasının düzgün tətbiq edilməməsi 1-ci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır”.
CM-nin 93.2-ci maddəsinə əsasən, “CM-nin 93.1.1-93.1.4-cü maddəsində tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilə bilər ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratsın”.
Əgər belə təhlükə yoxdursa, onda, CM-nin 93.4-cü maddəsinə əsasən, “öz psixi vəziyyətinə görə, təhlükə törətməyən şəxslər barəsində zəruri materillar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilməlidir”.
Apellyasiya Məhkəməsinin həmin qərarında, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 30.12.2008-ci il tarixli 983 saylı rəyinin nəzərə alındığı, S.Xəlilovanın hərəkətinin Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinin və ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin olunmasının əsaslı olduğu qeyd edilmişdir.
Apellyasiya Məhkəməsi tərəfindən əsassız olaraq nəzərə alınmamışdır ki, həmin ekspertiza rəyinin S.Xəlilovaya ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin olunmasının məqsədəuyğun hesab edilməsinə dair hissəsi tamamilə əsassızdır.
Belə ki, həmin rəydə S.Xəlilovanın həmin əməli törətdiyi zaman anlaqsız olması göstərilsə də, onda olan psixi pozuntunun “özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi barədə” heç bir qeyd yoxdur. Bu isə, o deməkdir ki, S.Xəlilova hətta anlaqsız olsa belə, onda olan psixi pozuntu onun özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaratmırsa ona, CM-nin 93.2-ci maddəsinə əsasən, həmin məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi, o cümlədən də, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri tətbiq edilə bilməz.
Hətta, məhkəmələr belə adi bir hala diqqət etməmişlər ki, məhkəmə psixiatriya ekspertizasının təyin edilməsi barədə qərardad müstəntiq S.Xəlilovaının özü və başqaları üçün təhlükəli olub olmaması barədə sual qoymamış, təbii ki, həmin qərara uyğun olaraq da, ekspertiza rəyində bu suala cavab verilməmişdir. Bu isə, onu göstərir ki, S.Xəlilovanın davranışları müstəntiqin özündə də onun özünə və başqalarına qarşı təhlükəli ola bilməsi barədə heç bir şübhə yaratmamışdır.
Özünə və başqalarına qarşı, təhlükəli olmayan şəxslərin isə CM-nin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xaraktrli məcburi tədbirlərə məruz qoyulması qətiyyən yol verilməzdir.
Apellyasiya məhkəməsi həmin qərarı qəbul edərkən, nəzərə almamışdır ki, Azərbaycan Respublikası CM-nin 93.2-ci maddəsinin tələblərinə görə analqsız hesab edilmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər yalnız o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa səxslərə zərər yetirməsi təhlükəsi yaratsın.
Hörmətli hakimlər!
CM-nin 93.4-cü maddəsinə əsasən, “həmin məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir”.
S.H.Xəlilova, həqiqətən də, xəstədirsə ( iş materiallarında onun, məhkəmə qərarlarında göstərildiyi kimi, psixi xəstə olduğuna dair heç bir tutarlı sübut növü yoxdur), lakin özü və başqaları üçün təhlükə törətmirsə, ona, psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri tətbiq edilə bilməz.
1. Öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb etmə, nə vaxtdan psixi xəstəlik və başqaları üçün təhlükəli əməl heab edilir?
2. Bir qadının yaşından asılı olmayaraq ərə getmək istəyi nə vaxtdan dəlilik və özü və başqaları üçün təhlükə hesab edilməyə başlayıb bu ölkədə?
3. Ümumiyyətlə insanın öz təbii haqlarından istifadə etmə cəhdi hansı tibbi göstəricilərə əsasən dəlilik hesab edilə bilər?
4. Vaxtilə Azərbaycan Neft və Kimya İnstutunu bitirən, Neft Akademiyasında elmi əməkdaş kimi çalışan, xüsusi mülikiyyət hüququi əsasında, ona məxsus olan evini zəbt etmiş qardaşı və anasından geri tələb etmənin zəruriliyini və hüquqi yollarını bilən bir şəxs psixi xəstə və ya başqaları üçün təhlükəli hesab edilə bilərmi?
Cinayət qanun normasının düzgün tətbiq edilməməsi ilə yanaşı, şikayət olunan qərar qəbul edilərkən eyni zamanda kobud prossesual qanun pozuntularına da yol verilmişdir və anlaqsız şəxs hesab olunan S.Xəlilovanın müdafiə hüquqları kobud şəkildə pozulmuşdur.
Tərəfimizdən verilmiş apellyasiya şikayətində Xəlilova Sücaət Həmid qızının ümumiyyətlə anlaqsız olmasının və məcburi müalicəyə ehtiyacı olmasının böyük şübhə altında olması əsas gətirilərək onun özünün məhkəmədə dindirilməsi, təkrar məhkəmə psixiatrik ekspertizasının keçirilməsi və bunun nəticəsində obyektiv və ədalətli qərar qəbul edilməsi tələb olunsa da, Apellyasiya Məhkəməsi tərəfindən bunlar edilməmişdir və iş materiallarında Xəlilova Sücaət Həmid qızının barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini istisna edən halların mövcud olmasına baxmayaraq, insan taleyinə biganəlik, qanunun tələblərinə saymazyana yanaşmaq nümunəsi göstərilərək, heç bir qanuni əsas olmadan Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
Azərbaycan Respublikası CM-nin 96-cı maddəsinin tələblərinə görə şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir.
Görünür S.Xəlilovanın psixiatriya stasionarında yerləşdirilməsi kiminsə arzusu və sifarişi olduğundan ona hətta ambulator şəraitdə məcburi müalicə belə təyin edilməmişdir.
Hörmətli Məhkəmə Kollegiyası!
Hüquqlarını müdafiə etdiyim Xəlilova Sücaət Həmid qızının ümumi tipli psixatriya stasioanarında məcburi müalicə təyin olunmasnı istisna edən yuxarıda qeyd olunan hallardan başqa, Sizin diqqətinizi Apellyasiya məhkəməsi tərəfindən şikayətə baxılması zamanı yol verilmiş kobud prosessual qanun pozuntularına da cəlb etmək istəyirəm.
Azərbaycan Respublikası CPM-nin 92.3.8-ci maddəsinin tələblərinə görə “Şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə psixiatriya) müəssisəsində yerləşdirildikdə məhkəmə prosesində onun müdafiəçisinin iştirakı məcburidir.
Qanunun həmin birmənalı tələbinə baxmayaraq, həmin iş üzrə məhkəmənin hazırlıq iclası, analaqsız hesab olunmuş şəxsin müdafiəçisi olduğum və həmin gün –yəni 06 avqust 2009-cu il tarixdə Ali Məhkəmədə iştirak etməli olduğumu bildirdiyim halda, mənim iştirakım olmadan keçirilmişdir. Halbuki, belə olan halda qanunun yuxarıda qeyd olunan normasının tələbinə görə Apellyasiya Məhkəməsi apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclasını təxirə salmağa borclu idi.
Qeyd olunan qanun pozuntusu isə, Azərbaycan Respublikası CPM-nin 416.0.18-ci maddəsinin tələblərinə görə Apellyasiya Məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
Ona görə də, yuxarıda istinad olunanlara əsasən, CPM-nin 92.3.8, 409.1.4, 416.0.18-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2 və 96-cı maddələrinin tələblərini rəhbər tutub məhkəmədən,
X A H İ Ş E D İ R Ə M:
Bakı Apellyasiya Məhkəməsinin cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyasının 14 avqust 2009-cu il tarixli qərarını ləğv edəsiniz və Xəlilova Sücaət Həmid qızının barəsində zəruri materialların onun müalicə olunması və ya onun psixonervoloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilməsi barədə yeni qərar qəbul edəsiniz.
Qoşma: 1. Kassasiya şikayətinin surəti,
2. 14.08.2009-cu il tarixli qərarın surəti,
3. Müdafiəçinin orderinin əsli.
İmza: / S.Ə. Qasımov /
==========================================================================
Sabunçu Rayon Məhkəməsinə
(sədrlik edən hakim: İAbbasov)
Şikayətçi Xəlilova Sücayət Həmid qızının
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8,
Əlaqə tel: (050) 200-66-10, (012) 564-42-05
V Ə S A T Ə T
Möhtərəm hakim!
Sabunçu Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Kamil oğlunun 08 iyul 2010-cu il tarixli qərardadına əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının Ümumi Tipli Stasionar Şöbəsində məcburi müalicədə olan Xəlilova Sücayət Həmid qızı Məhkəmə Psixiatrik Ekspertizasından keçirilərək 04 sentyabr 2010-cu il tarixli 711 saylı rəy verilmişdir.
Həmin rəylə ekspert komissiyası belə nəticəyə gəlmişdir:
“1. Xəlilova Sücayət Həmid qızında müəyyən edilmiş xroniki sayıqlama pozuntusu psixi xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya Xəstəxanasında məcburi müalicə dövründə aldığı müalicə tədbirləri ilə əlaqədar psixi vəziyyətində nisbi yaxşılaşma, yəni natamam remissiya vəziyyəti nəzərə çarpır, onda müəyyən edilmiş sayıqlama ideyalarının dezaktuallaşması müəyyən edilir. Xəlilova Sücayət Həmid qızının öz psixi vəziyyətinə görə hal-hazırda özü və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyəti xeyli azalmışdır. Lakin psixiatrik yardımının göstərilmədiyi halda S.H.Xəlilovanın psixi vəziyyəti yenidən kəskinləşə bilər.
2. Yoxlanılan şəxsin fəaliyyət qabiliyyətsiz olmasını nəzərə alaraq, o, hal-hazırda əsas həyati tələbatını müstəqil təmin etmək iqtidarında deyildir.
3. Qərarda qoyulmuş 3-cü suala cavab olaraq qeyd edilməlidir ki, yoxlanılan şəxs cinayət əməlini törətdikdən sonra məhkəmə tərəfindən anlaqsız hesab olunaraq hal-hazırda AR SN 1 saylı RPX-də Ümumi Tipli Stasionar Şöbəsində məcburi müalicədə olduğundan müalicə rejiminin dəyişdirilməsi və ya ləğv olunması məsələsi həmin xəstəxananın həkim-məsləhət komissiyasının səlahiyyətlərinə aiddir”.
Möhtərəm hakim!
Diqqətinizə çatdırıram ki, əvvəla, həmin rəyin 1-ci bəndində “S.H.Xəlilovanın özü və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyətinin xeyli azalması” göstərilsə də, əvvəllər heç bir rəylə onun özü və ətrafdakılar üçün təhlükəli olub-olmadığı araşdırılmamış və təhlükəli olması heç bir rəylə və heç bir vaxt müəyyən edilməmişdir.
İkincisi isə, rəyin ikinci bəndində göstərilən “yoxlanılan şəxsin fəaliyyət qabiliyyətsiz olması” barədə nəticə tamamilə qanunsuz və əsassızdır və komissiya üzvlərinin diqqətsizliyinin nəticəsidir.
Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, “Fiziki şəxsin fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər”.
Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən isə, “Fiziki şəxsin fəaliyyət qabiliyyəti yalnız məhkəmə tərəfindən məhdudlaşdırıla bilər”.
Şəxsin fəaliyyət qabiliyyətinin tam və ya qismən məhdudlaşdırılması hər hansı psixiatr həkimin və ya həkim komissiyasının səlahiyyətinə daxil deyildir.
Qanunverici “şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”ni yalnız məhkəmənin ixtiyarına vermiş və bunun da qaydalarını AR Mülki Prosessual Məcəlləsinin 317-322-ci maddələrində nəzərdə tutmuşdur.
Xatırladıram ki, S.H.Xəlilovanın “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə” Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsini qismən dəyişdirən Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən və məruzəçi: Əsədov Mehdi Fəyyaz oğlu, hakimlər: Tağızadə Mirzə Nəsib oğlu və Səmədov Tofiq Səməd oğlu, iş N 2(103)-2126/2010) 14 iyun 2010-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti qəbul edilmişdir.
MPM-nin 393-cü maddəsinə əsasən, “Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir”.
Başqa sözlə, Sücayət Xəlilovanın “tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə” bu gün qüvvədə olan heç bir məhkəmə qətnaməsi mövcud deyildir.
Ona görə də, həmin rəyin ikinci bəndində göstərilənlər tam qanunsuz və əsassızdır.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 142-IIQ saylı Qanununun 29-cu maddəsinə əsasən, “29.1. Psixi vəziyyətinin yaxşılaşması və ya tam sağalması nəticəsində stasionar müalicəsinə ehtiyacı olmadıqda, habelə stasionarda qalmasına əsas verən müayinə başa çatdıqda, pasiyent özünün, yaxud valideyninin və ya qanuni nümayəndəsinin ərizəsinə və (və ya) həkim-psixiatrın qərarına əsasən psixiatriya stasionarından çıxarılır.
29.2. Psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla hospitallaşdırma müddətinin uzaldılmasından imtina edilməsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır.
29.3. Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında qətnaməsi əsasında çıxarılır”.
Cinayət Məcəlləsinin 98-ci maddəsinin 1-ci, 3-cü və 4-cü bəndlərinə əsasən, “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilir.
Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir”.
Möhtərəm hakim!
Onu da, xüsusilə, diqqətinizə çatdırmaq istəyirəm ki, AR CM-nin 99-cu maddəsinə əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
Bu isə o deməkdir ki, Cinayət Məcəlləsinin XV fəslinə uyğun olaraq tibbi xarakterli məcburi tədbirlərin tədbiqi ilə əlaqədar şəxsin psixiatriya stasionarlarında məcburi yerləşdirilməsi müddəti, həmin şəxsin törətdiyi cinayət əməlinə görə nəzərdə tutulan “azadlıqdan məhrum etmə” cəzasının ən yüksək həddindən çox ola bilməz.
S.Xəlilovanın ittiham edildiyi Cinayət Məcəlləsinin 132-ci maddəsinin sanksiyasında “azadlıqdan məhrum etmə” cəzasının yuxarı həddi 6 aydır. Deməli, S.Xəlilova 24 may 2010-cu ildən etibarənhəmin müəssisədə qanunsuz olaraq saxlanılır. Bu isə, insan hüquqlarının çox kobud pozulmasıdır və bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən, ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir. Deməli, S.Xəlilova 2010-cu ilin may ayının 24-də dərhal məcburi stasionar müalicədən azad edilməli və bundan sonra, ehtiyac olarsa, o, yalnız qanunda nəzərdə tutulan qaydada, yəni mülki qaydada müalicə etdirilməli idi.
Bütün bunlar isə edilməmiş, AR SN 1 saylı RPX-nın rəhbərliyi tərəfindən qanun kobud şəkildə pozulmuş və S.Xəlilovanın hüquqları, 04 sentyabr 2010-cu il tarixli 711 saylı rəyin nəticə hissəsinin 3-cü bəndinə əsasən, həmin müəssisə tərəfindən kobud şəkildə pozulmuşdur.
Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən, “Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər”.
AR SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 04 sentyabr 2010-cu il tarixli 711 saylı rəyində göstərilib ki, RPX-nin ümumi tipli stasionar şöbəsində məcburi müalicədə olan Xəlilova Sücayət Həmid qızının müalicə rejiminin dəyişdirilməsi və ya ləğv olunması məsələsi AR SN 1 saylı RPX-nın həkim-məsləhət komissiyasının səlahiyyətlərinə aiddir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq,
XAHİŞ EDİRƏM:
-- Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatrik Xəstəxanası indiki iş üzrə ilkin cavabdeh AR SN-nin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi ilə birgə cavabdeh kimi işə cəlb edilsin,
-- Xəlilova Sücayət Həmid qızının 6 aydan artıq qanunsuz olaraq həbsdə saxlanılmasında rolu olan bütün şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri üçün xüsusi qərardad qəbul olunaraq AR Baş Prokurorluğuna göndərilsin.
Qoşma: -- Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2010-cu il tarixli qətnaməsinin və həmin qətnamədən verilmiş kassasiya
şikayətinin surəti.
13 oktyabr 2010-cu il
İmza: / Q.C.Məmmədov /
=============================================================================
Bakı Apellyasiya Məhkəməsinin
Cinayət və İnzibati Xətalara Dair
İşlər Üzrə Kollegiyasına
Şikayətçi: Xəlilova Sücayət Həmid qızının müdafiəçisi
16 saylı hüquq məsləhətxanasının vəkili
Qasımov Süleyman Ələsgər oğlu tərəfindən
Ünvanı: Bakı şəh., A.Nemətulla 23
Əlaqə tel.: (050) 389-54-93
“Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən: Əliyev Samir İmamverdi oğlu, İş N 7(008)-247/2010)
25 iyun 2010-cu il tarixli qərarının ləğvinə dair”
Apellyasiya şikayəti
Möhtərəm hakimlər!
Sabunçu Rayon Məhkəməsinin həmin qərarı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının vəsatəti təmin edilmiş, Xəlilova Sücayət Həmid qızının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin davam etdirilməsi qərara alınmışdır.
Qərarın surəti mənə S.Xəlilovanin nümayəndəsi Q.C.Məmmədov vasitəsilə 08 iyul 2010-cu ildə təqdim edilib.
Qərar aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir:
Məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır.
Birinci instansiya məhkəməsi belə bir qərar qəbul etmək üçün yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 29 may 2010-cu il tarixli Həkim Məsləhət Komissiyasının rəyinə istinad etmiş, Xəlilova Sücayət Həmid qızının psixi vəziyyətinin özü və başqaları üçün təhlükəli olub-olmamasını araşdırmamışdır.
CM-nin 93.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır”.
Həmin hallar hospitallaşdırma müddətinin uzadılması üçün də keçərlidir. Yəni, şəxs yalnız özü və başqaları üçün təhlükəli olaraq qalırsa, onun hospitalda saxlanılma müddəti uzadıla bilər.
Birinci instansiya məhkəməsinin istinad etdiyi həmin rəylə Xəlilova Sücayət Həmid qızının müalicəsinin davam etdirilməsi məsləhət görülsə də, rəy düzgün əsaslandırılmamışdır.
Belə ki, həmin rəydə göstərilir: “Xəlilova Sücayət Həmid qızı xəstəxanaya daxil olduqda psixi vəziyyəti: orta boylu, düzgün bədən quruluşludur. Dərisi və görünən selikli qişaları təmizdir. Nəbzi ritmikdir, ürək tonları aydındır. Ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir. Qarın yumşaqdır, ağrısızdır. Qara ciyər və dalaq əllənmi. Sinir sistemi: Mərkəzi sininr sistemi tərəfindən kobud üzvi dəyişiklik aşkar edilməyib. Psixi vəziyyəti: Düşüncəsi kobud pozulmayıb. Zamana, məkana, ətraf mühitə, öz şəxsiyyətinə görə bələdliyi saxlanılıb. Düşdüyü şəraitə baxmayaraq əhval-ruhiyyəsində bir qədər yüksəlmə müşahidə olunur. Söhbətə həvəslə qoşulur, “başına gələn bədbəxtliklərdən” ətraflı danışır. “İşdən çıxan kimi bədbəxtləşdim”, “düşdüm qardaşımın əlinə”. Belə hesab edir ki, qardaşı evini əlindən almaq istəyir. Ona qarşı prinsip aparır, zorakılıq tədbiq edir, ondan “nayomnik” kimi istifadə edir. “Cərrahı əməliyyatdan sonra xəstə olmağımdan, fağırlığımdan istifadə edərək məcbur edib ki, atama qulluq edim”. Xəstəxanaya qoyulmasını cinayət adıandırır, qardaşının bu cinayətə başçılıq etdiyini söyləyir. Özünü xəstə hesab etmir. Xəstə Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicədə olduğu dövrdə xəstə Xəlilova Sücayət Həmid qızı neyroleptik, ümumimöhkəmləndirici, simptomatik müalicələr qəbul etmişdir... Komissiya zamanı xəstənin psixi statusu: zahirən sakitdir, səliqəlidir. Bələdliyi saxlanılıb. Söhbətə həvəslə qoşulur, çoxsözlüdür, qardaşı və anası ilə münasibətləri və münaqişələri barədə ətraflı danışır. Əminliklə bildirir ki, qardaşı evi əlindən almaq istəyir, “mənim də şahidlərim var”. Özünün xəstə olmadığını sübuta yetirməyə çalışır, müxtəlif dəlillər gətirir. Söhbətin sonunda ağlayır, yardım edilməsini xahiş edir”.
Elə həmin rəyin məzmunundan da aydın olur ki, Xəlilova Sücayət Həmid qızı heç də CM-nin 93.2-ci maddəsində nəzərdə tutulduğu kimi, özünə və başqa şəxslərə qarşı təhlükəli deyildir. Belə olan halda isə, onun psixiatriya stationarında saxlanılma müddətinin uzadılması barədə vəsatət qaldırılması özü-özlüyündə qanunsuzdur.
Möhtərəm hakimlər!
Əgər, Həkim Psixiatr Komissiyasının rəyi Quran ayəsi kimi, qeyd-şərtsiz qəbul edilməlidirsə, qanunverici həmin rəyin məhkəmə tərəfindən mübahisələndirilməsi və həmin rəy əsasında qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarının apellyasiya instansiyası məhkəməsində mübahisələndirilməsi prosedurunu nəzərdə tutmazdı. Birinci instansiya məhkəməsi isə, həmin rəydə göstərilənlərin həqiqətə uyğun olub-olmamasını araşdırmadan, rəydə göstərilənlərə uyğun qərar qəbul etmişdir.
Bundan əlavə, birinci instansiya məhkəməsində S.H.Xəlilovanın müdafiə hüququ pozulmuşdur.
Belə ki, iş birinci instansiya məhkəməsində olarkən, S.Xəlilova tərəfindən bir neçə ərizə təqdim edilməsinə baxmayaraq, həmin ərizələr qərarda öz əksini tapmayıb, onlara hüquqi qiymət verilməyib. S.Xəlilovanın müdafiə hüququ formal xarakter daşıyıb.
Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin I bəndinə əsasən, “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır”.
Xəlilova Sücayət Həmid qızının özü və başqaları üçün təhlükəli olub-olmamasını müəyyən etməkdən ötrü məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi zəruridir.
AR Cinayət Məcəlləsinin 93.2-ci maddəsində şəxsə tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün konkret hallar nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır”.
Həmin maddədə nəzərdə tutulmuş heç bir hal Xəlilova Sücayət Həmid qızında aşkar edilməmişdir.
Belə ki, iş hərtərəfli və obyektiv araşdırılmamış, bu isə S.Xəlilovanın hüquqlarını pozan qanunsuz qərar qəbul edilməsi ilə nəticələnmişdir.
Yuxarıda qeyd edilənlərə və CPM-nin 381-385, 387 və 398.1.2 maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
-- Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qərarı ləğv edilsin,
-- Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının vəsatətinin rədd edilməsi barədə yeni qərar qəbul edilsin.
12 iyul 2010-cu il
İmza: / S.Ə.Qasımov /
==========================================================================
Azərbaycan Respublikasının Ali Məhkəməsinin
Cinayət və İnzibati Xətalara Dair
İşlər Üzrə Kollegiyasına
Barəsində tibbi xarakterli
məcburi tədbir tətbiq edilmiş şəxs:
Xəlilova Sücayət Həmid qızı tərəfindən
Saxlandığı yer: AR Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanası
Əlaqə tel.: (050) 389-54-93, (055) 531-82-26, (012) 567-48-49, (012) 429-77-78
(vəkili S.Qasımov)
(050) 200-66-10, (012) 564-42-05 (nümayəndəsi Q.C.Məmmədov)
Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən: A.K.Abdinbəyov, hakimlər: R.Z.Səfərov və C.C.Ramazanov, İş N 7(103)-124/2010)
24 iyul 2010-cu il tarixli qərarının ləğvinə dair
K A S S A S İ Y A Ş İ K A Y Ə T İ
Hörmətli hakimlər!
Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ilə müdafiəçim S.Qasımovun apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən: Əliyev Samir İmamverdi oğlu, İş N 7(008)-247/2010) “mənim hospitallaşdırma müddətimin uzadılması barədə” 24 iyun 2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
Qərarın surəti nə mənə, nə də vəkilim S.Qasımova göndərilməmişdir. Qərarın surətini yalnız 18 oktyabr 2010-cu ildə nümayəndəm Q.C.Məmmədov vasitəsilə əldə etmişəm.
Qərar aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir:
1. Məhkəmə, cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir (CPM-nin 416.0.1-ci maddəsi) və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir (CPM-nin 416.0.2-ci maddəsi).
Belə ki, vəkilimin tələb etməsinə baxmayaraq, məhkəmə iclasında mənim iştirakım təmin edilməmişdir. Apellyasiya məhkəməsinin hakimləri mənim ölü və ya diri olmağımdan xəbərləri belə olmamışdır. Əgər mənim məhkəmədə iştirakım təmin edilsəydi, hakimlər öz gözləri ilə görərdilər ki, mən psixiatriya stasionarında müalicə edilməli olan təhlükəli bir şəxs deyiləm, əksinə, psixiatr həkimlərin səhvi ucbatından dəlixanaya salınmışam. Ən azı, hakimlər bilərdilər ki, mənim ittiham edildiyim Cinayət Məcəlləsinin 132-ci maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddi 6 aydır və mən, Cinayət Məcəlləsinin 99-cu maddəsinə əsasən, 6 aydan artıq orada saxlanıla bilmərəm.
Apellyasiya məhkəməsi, eyni zamanda, mənim haqqımda əsassız rəy verən həkim-psixiatr komissiyasının üzvlərinin, eləcə də, müalicə müəssisəsinin rəhbərliyinin dindirilməsindən yayınmışdır. Hətta, məhkəmə iclaslarından biri məhz bu məqsədlə, yəni həkimlərin dindirilməsi üçün təxirə salınmış, lakin növbəti iclasda hakimlər öz qərarlarına hörmət etməyərək, məhkəməyə hörmətsizlik edərək gəlməyən həkimlərin dindirilməsindən vaz keçmiş, heç bir əsaslı araşdırma aparmadan, qərar qəbul etmişlər.
Apellyasiya instansiya məhkəməsi belə bir qərar qəbul etmək üçün yalnız 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 29 may 2010-cu il tarixli Həkim Məsləhət Komissiyasının rəyinə istinad etmiş, mənim psixi vəziyyətimi, özüm və başqaları üçün təhlükəli olub-olmamağımı araşdırmamışdır.
CM-nin 93.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır”.
Həmin hallar hospitallaşdırma müddətinin uzadılması üçün də keçərlidir. Yəni, şəxs yalnız özü və başqaları üçün təhlükəli olaraq qalırsa, onun hospitalda saxlanılma müddəti uzadıla bilər.
Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi həmin rəylə mənim müalicəmin davam etdirilməsi məsləhət görülsə də, rəy düzgün əsaslandırılmamışdır.
Belə ki, həmin rəydə göstərilir: “Xəlilova Sücayət Həmid qızı xəstəxanaya daxil olduqda psixi vəziyyəti: orta boylu, düzgün bədən quruluşludur. Dərisi və görünən selikli qişaları təmizdir. Nəbzi ritmikdir, ürək tonları aydındır. Ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir. Qarın yumşaqdır, ağrısızdır. Qara ciyər və dalaq əllənmi. Sinir sistemi: Mərkəzi sininr sistemi tərəfindən kobud üzvi dəyişiklik aşkar edilməyib. Psixi vəziyyəti: Düşüncəsi kobud pozulmayıb. Zamana, məkana, ətraf mühitə, öz şəxsiyyətinə görə bələdliyi saxlanılıb. Düşdüyü şəraitə baxmayaraq əhval-ruhiyyəsində bir qədər yüksəlmə müşahidə olunur. Söhbətə həvəslə qoşulur, “başına gələn bədbəxtliklərdən” ətraflı danışır. “İşdən çıxan kimi bədbəxtləşdim”, “düşdüm qardaşımın əlinə”. Belə hesab edir ki, qardaşı evini əlindən almaq istəyir. Ona qarşı prinsip aparır, zorakılıq tədbiq edir, ondan “nayomnik” kimi istifadə edir. “Cərrahı əməliyyatdan sonra xəstə olmağımdan, fağırlığımdan istifadə edərək məcbur edib ki, atama qulluq edim”. Xəstəxanaya qoyulmasını cinayət adıandırır, qardaşının bu cinayətə başçılıq etdiyini söyləyir. Özünü xəstə hesab etmir. Xəstə Ümumi Tipli Psixiatriya Stasionarında məcburi müalicədə olduğu dövrdə xəstə Xəlilova Sücayət Həmid qızı neyroleptik, ümumimöhkəmləndirici, simptomatik müalicələr qəbul etmişdir... Komissiya zamanı xəstənin psixi statusu: zahirən sakitdir, səliqəlidir. Bələdliyi saxlanılıb. Söhbətə həvəslə qoşulur, çoxsözlüdür, qardaşı və anası ilə münasibətləri və münaqişələri barədə ətraflı danışır. Əminliklə bildirir ki, qardaşı evi əlindən almaq istəyir, “mənim də şahidlərim var”. Özünün xəstə olmadığını sübuta yetirməyə çalışır, müxtəlif dəlillər gətirir. Söhbətin sonunda ağlayır, yardım edilməsini xahiş edir”.
Elə həmin rəyin məzmunundan da aydın olur ki, mən heç də CM-nin 93.2-ci maddəsində nəzərdə tutulduğu kimi, özümə və başqa şəxslərə qarşı təhlükəli deyiləm. Belə olan halda isə, mənim psixiatriya stationarında saxlanılma müddətimin uzadılması barədə vəsatət qaldırılması özü-özlüyündə qanunsuzdur.
Nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində mənim “özüm və başqaları üçün təhlükəli olduğumu” sübut edən heç bir fakt araşdırılmamış, mənim haqqımda verilmiş rəylərin hansı faktlara söykəndiyi, hakimləri qətiyyən maraqlandırmamışdır.
2. Həmin qərarın əsasını yolverilməz sübutlar təşkil edir (CPM-nin 416.0.3-cü maddəsi).
Mənim, psixiatriya stasionarında məcburi tənbeh tədbiri kimi müalicə olunmağımı əsaslandırmaq üçün apellyasiya məhkəməsi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 29 may 2010-cu il tarixli Həkim Məsləhət Komissiyasının rəyinə əsaslanıb və həmin rəyin qanuni və əsaslı olub-olmadığını yoxlamağa belə cəhd etməyib.
Əvvəla, Cinayət Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilir”.
Eyni tələb “Psixiatriya yardımı haqqında” qanunun 28.3-cü maddəsində də nəzərdə tutulmuşdur.
“Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılmasını həkim-psixiatr komissiyasının rəyi əsasında (müalicə müəssisəsinin özünün həkim-məsləhət komissiyasının yox) müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə təyin edir”.
Başqa sözlə, şəxsin haqqında olan tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması müalicə müəssisəsinin işçilərindən ibarət olan həkim-məsləhət komissiyasının (HMK) yox, həmin müəssisədən heç bir inzibati və təşkilati asılılığı olmayan həkim-psixiatr komissiyasının rəyi əsasında məhkəmə tərəfindən həll edilə bilər.
İndiki halda, mən “yolverilməz sübut əsasında”dəlixanada saxlanılıram.
İkincisi isə, əgər, Həkim Psixiatr Komissiyasının rəyi Quran ayəsi kimi, qeyd-şərtsiz qəbul edilməlidirsə, qanunverici həmin rəyin məhkəmə tərəfindən mübahisələndirilməsi və həmin rəy əsasında qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarının apellyasiya instansiyası məhkəməsində mübahisələndirilməsi prosedurunu nəzərdə tutmazdı. Apellyasiya instansiya məhkəməsi isə, həmin rəydə göstərilənlərin həqiqətə uyğun olub-olmamasını araşdırmadan, rəydə göstərilənlərə uyğun qərar qəbul etmişdir.
Hörmətli hakimlər!
Bu ekspertizanın adı MƏHKƏMƏ-PSİXİATRİYA EKSPERTİZASIdır. Yəni, bu ekspertizanın 2 tərəfi var: bir tərəf həkimlərə aiddirsə, ikinci tərəf hakimlərə aiddir. Həkimlər şəxsin tibbi baxımdan xəstə olub-olmaması, hansı xəstəliyi keçirməsi haqqında rəy verir, hakimlər isə, məhkəmə iclasında xəstəni şəxsən dinləyərək, qoyulmuş diaqnozun dərinliyini və xəstənin özünü idarə etməsinə praktik olaraq təsirini bilavasitə araşdıraraq qiymət verirlər.
Mənim üzümü görməyən və yolverilməz sübutlar əsasında mənim haqqımda qərar qəbul edən hakimləri Allaha tapşırıram.
Apellyasiya məhkəməsinin qərarında həkim-məsləhət komissiyasının 29 may 2010-cu il tarixli qərarına istinad edilib. Həmin rəydə mənim “özü və başqaları üçün təhlükəli xəstə” kimi psixiatriya stasionarında saxlanmağım məsləhət görülüb. Baxmayaraq ki, bu rəydə mənim özüm və başqaları üçün təhlükəli olub-olmamağım barədə bir kəlimə də olsun yoxdur.
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 04 sentyabr 2010-cu il tarixli 711 saylı rəyinə əsasən isə, guya “mənim psixi vəziyyətimdə nisbi yaxşılaşma, yəni natamam remissiya vəziyyəti nəzərə çarpır. Məndə müəyyən edilmiş sayıqlama ideyalarının dezaktuallaşması müəyyən edilir və guya mənim hal-hazırda özüm və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyətim xeyli azalmışdır və sən demə, psixiatriya yardımı göstərilməyəcəyi halda, mənim psixi vəziyyətim yenidən kəskinləşə bilər”.
Bax, budur 3 ay müddətində Azərbaycanın psixiatr-həkimlərinin dəyişən vicdanı. Nə vaxtsa təhlükəli olmağım barədə heç bir rəy və fakt olmadan, bu gün həmin təhlükənin azalmasından danışılır. Allah qarşısında hesabat verəcəklərini unudan hakimlər isə, belə həkimlərin rəyini Quran Ayəsi kimi qəbul edirlər.
Nə qədər qanunsuz saysam da, həkim-psixiatr komissiyasının rəyi, dövlət büdcəsindən daha çox qamarlamaq məqsədi ilə, dəlixanada dəlilərin sayının çoxalmasında maraqlı olan həkim-məsləhət komissiyasının rəyindən daha mötəbərdir və qanunla yolverilən sübut növü hesab edilməlidir.
3. Apellyasiya məhkəməsi cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq, mənim haqqımda qanunsuz qərar çıxarmışdır (CPM-nin 416.0.11-ci maddəsi).
Hörmətli hakimlər!
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə və Cinayət Məcəlləsinin 99-cu maddəsinə əsasən, “ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir”.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə (tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması) əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
Bu isə o deməkdir ki, şəxs törətdiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən çox müddətdə psixiatriya stasionarında saxlanıla bilməz.
Mənim burada saxlanma müddətim 24 may 2010-cu ildə bitib. HMK-nin rəyi isə, 29 may 2010-cu ildə verilib.
Bu rəyin də əsasında mən artıq 11 aydır burada saxlanılıram.
Unutmayın.. Sizin bağ itlərinizin saxlandığı yer mənim saxlandığım bu yerdən min dəfə təmiz, isti və daha çox insanidir. Bu gün mən, mənim haqqımda indiki qərarları qəbul edən bütün insanların itlərinə həsəd aparıram.
Mənə bu it həyatını rəva bilənlərin balalarına da, Allah onu nəsib etsin.
Hörmətli hakimlər!
Öz xüsusi mülkünü, evini, ocağını yadların və doğmalarının qanunsuz sahibliyindən geri tələb etmək dəlilikdirsə - mən dəliyəm!
Özündən cavana ərə getmək dəlilikdirsə - mən həqiqətən, dəliyəm!
Məhəmməd Peyğəmbər bu gün sağ olsaydı, bu psixiart-“həkimlər” onu da dəli hesab edər və mən qaldığım indiki “Maştağa dəlixanası”na yerləşdirərdilər.
Yuxarıda qeyd edilənlərə və CPM-nin 408.1.1, 408.2.5, 409.1.4, 409.6, 416.0.1, 416.0.3, 416.0.18 və 419.10.2-ci maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
-- Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2010-cu il tarixli qərarı ləğv edilsin,
-- Mənim dərhal həbsdən - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasından buraxılmağım barədə qərar qəbul edilsin.
Qoşma: -- Kassasiya şikayətinin surəti,
-- Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 04 sentyabr 2010-cu il tarixli 711 saylı rəyinin surəti.
Qeyd: 1 saylı Respublika Psixiatriya Xəstəxanasından bu şikayət ərizəmin göndərilməyəcəyini nəzərə
alaraq, nümayəndəm Q.C.Məmmədov vasitəsilə Sizə göndərirəm.
19 oktyabr 2010-cu il
İmza: / S.H.Xəlilova /
=====================================================================
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin direktoruna
Xəlilova Sücayət Həmid qızının
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8,
Əlaqə tel: 050-200-66-10, 012-564-42-05
Hörmətli direktor!
Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: Mehti Əsədov, iş N 2(103)-2126/2010) 30 aprel 2010-cu il tarixli qərardadı ilə 18 mart 1958-ci il təvəllüdlü Xəlilova Sücayət Həmid qızının psixi vəziyyətini müəyyən etmək üçün təkrar məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.
Ekspertizanın keçirilməsi rəhbərlik etdiyiniz ekspertiza mərkəzinə həvalə edilmişdir.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Canlı şəxslər barəsində aparılan məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları iştirak edə bilərlər”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, “Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər”.
Yuxarıda qeyd edilənlərə əsasən, keçiriləcək ekspertiza zamanı mənim iştirakımı təmin etməyinizi Sizdən xahiş edirəm.
Qoşma: -- Q.C.Məmmədovun adına verilmiş etibarnamənin surəti.
25 may 2010-cu il
İmza: / Q.C.Məmmədov /
==========================================================================
Azərbaycan Respublikasının Baş Prokuroru
Z.Qaralov cənablarına
Şikayətçi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli stasionar şöbəsində məcburi müalicədə olan
Xəlilova Sücayət Həmid qızının etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8,
Əlaqə tel: (050) 200-66-10, (012) 564-42-05
Ş İ K A Y Ə T (təkrar – №3)
Cənab Baş Prokuror!
Mən, Sizə insanın hüquqlarının pozulmasından şikayət verirəm, heyvanların yox. Xahiş edirəm, şikayətimi diqqətlə araşdırın.
Haqqını qoruduğum adam nə qohum-əqrəbamdır, nə həmyerlimdir, nə də mənə əməkhaqqı ödəyib. O, əslən Gürcüstan Respublikasının Marneuli rayonundandır.
Xəlilova Sücayət Həmid qızı Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə, AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, cinayət təqibinə xitam verilməklə, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilməsi qərara alınmış və məhkəmənin qərarı 24 noyabr 2009-cu ildə icra edilmişdir.
24 may 2010-cu ildə S.H.Xəlilovanın psixiatriya stasionarında saxlanılmasının 6 ayı tamam olmuşdur. Həmin gündən, yəni 24 may 2010-cu ildən bu günədək S.H.Xəlilova psixiatriya stasionarında qanunsuz olaraq saxlanılır.
Ona görə ki, AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddi 6 aydır.
Nəzərinizə çatdırıram ki, AR CM-nin 99-cu maddəsinə əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
Bu isə o deməkdir ki, Cinayət Məcəlləsinin XV fəslinə uyğun olaraq, tibbi xarakterli məcburi tədbirlərin tədbiqi ilə əlaqədar şəxsin psixiatriya stasionarlarında məcburi yerləşdirilməsi müddəti, həmin şəxsin törətdiyi cinayət əməlinə görə nəzərdə tutulan “azadlıqdan məhrum etmə” cəzasının ən yüksək həddindən çox ola bilməz.
S.Xəlilovanın ittiham edildiyi Cinayət Məcəlləsinin 132-ci maddəsinin sanksiyasında “azadlıqdan məhrum etmə” cəzasının ən yuxarı həddi, yuxarıda qeyd etdiyim kimi, 6 aydır.
Deməli, S.Xəlilova 24 may 2010-cu ildən etibarən həmin müəssisədə qanunsuz olaraq saxlanılır. Bu isə, S.Xəlilovanın insan hüquqlarının çox kobud formada pozulmasıdır və bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən, ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir. Deməli, S.Xəlilova 2010-cu ilin may ayının 24-də dərhal məcburi stasionar müalicədən azad edilməli və bundan sonra, ehtiyac olardısa, o, yalnız qanunda nəzərdə tutulan qaydada, yəni mülki icraat qaydasında (MPM-nin XXVI fəsli) müalicə etdirilməli idi.
AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Azadlıq hüququ yalnız qanunla nəzərədə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər”.
Bu gün qüvvədə olan elə bir “qanunla nəzərədə tutulmuş qayda” yoxdur ki, şəxsin, ittiham edildiyi cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddindən artıq müddətə, cinayət icraatı qaydasında psixiatriya stasionarında yerləşdirilməsini nəzərdə tutsun.
Hörmətli Baş Prokuror!
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 142-IIQ saylı Qanununun 43-cü maddəsinə (psixiatriya yardımı göstərilməsi ilə bağlı hərəkətlərdən şikayət etmək hüququ) əsasən, “psixiatriya yardımı göstərilərkən şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan tibb, sosial təminat və təhsil işçilərinin hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada prokurorluğa şikayət edilə bilər”.
Hal-hazırda müalicə müəssisəsinin rəhbərliyinin qanunsuz vəsatəti və məhkəmələrin də qanunsuz qərarları ilə S.Xəlilovanın hospitallaşdırma müddəti uzadılmaqla, hüquqları pozulur. Mən, bu barədə Sizə 09 oktyabr 2010-cu və 11 noyabr 2010-cu il tarixli şikayət ərizələri ilə müraciət etmişdim.
Birinci şikayətimə AR Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarənin rəis müavini baş ədliyyə müşaviri Qəzənfər Bayramlı, ikinci ərizəmə isə, yenə də həmin idarənin rəis müavini, baş ədliyyə müşaviri Atabala Pənahov cavab verərək, mənə AR CPM-nin 422.3-cü maddəsinə əsasən, əlavə kassasiya şikayəti vermək qaydaları izah etmişlər.
Çox hörmətli Z.Qaralov!
11 noyabr 2010-cu il tarixli ikinci şikayət ərizəmdə göstərdiyim kimi, Sizə ünvanladığım 09 oktyabr 2010-cu il tarixli şikayət ərizəmdə Xəlilova Sücayət Həmid qızı haqqında qəbul edilmiş Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarını dəyişdirmədən saxlayan apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarından yox, S.H.Xəlilovanın qanunda nəzərdə tutulan müddətdən artıq psixiatriya stasionarında saxlanılmasının qanunsuzluğu barədə yazmışdım.
Hörmətli Q.Bayramlı və A.Pənahov öz cavab məktublarında mənə izah edirlər ki, əlavə kassasiya qaydasında şikayət vermək hüququ yalnız məhkuma və ya onun xahişi ilə müvafiq tələblərə cavab verən müdafiəçiyə aiddir.
Hörmətli Zakir müəllim!
S.H.Xəlilova Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsi ilə “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edilib və yenə də, Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə “dəlixana”ya yerləşdirilib.
Sizin əməkdaşların cavablarından belə aydın olur ki, belə vəziyyətdə olan şəxsin hüquqları müdafiə olunmamalıdır. Çünki S.Xəlilova “fəaliyyət qabiliyyəti olmayan şəxs” olduğu üçün ərizə yaza bilməz və vəkillə müqavilə bağlaya bilməz. Bəs, onun hüquqları necə müdafiə olunmalıdır?
S.Xəlilovanın “fəaliyyət qabiliyyəti olmayan şəxs” hesab edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin məlum qətnaməsi qüvvəyə minənədək mənə etibarnamə vermişdir. Mən də, mənə etibar etmiş bir Azərbaycan qadınının hüquqlarını müdafiə etmək üçün Sizə müraciət edirəm. Çünki bir prokuror kimi, Sizin istənilən məhkəmənin qanunsuz hökm və qərarından protest vermək hüququnuz var.
Cənab baş prokuror!
Vəkil də satıla bilər, nümayəndə də. Vəkil də səhlənkarlıq edə bilər, nümayəndə də. Ancaq Azərbaycan vətəndaşının verdiyi vergi hesabına əmək haqqı alan prokuror nə satıla bilməz, nə də səhlənkarlıq edə bilməz. Prokuror ən azı bunları etməməlidir. Çünki, vətəndaşın hüququnu qorumaq prokurorluğun vəzifəsidir.
Mən də, mənə verilmiş etibarnamə əsasında “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 142-IIQ saylı Qanununun 43-cü maddəsinə uyğun olaraq, S.Xəlilovanın hüquqlarının pozulması barədə Sizə şikayət yazıram.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 767-IQ saylı Qanununun 5-ci maddəsinə əsasən, “Prokurorluq “qanunçuluq, fiziki şəxslərin hüquq və azadlıqlarına əməl və hörmət edilməsi və obyektivlik prinsipləri” ilə fəaliyyət göstərir və həmin qanunun 4-cü maddəsinə əsasən də, bu prinsiplər pozulanda məhkəmə qərarlarından protest verir”. Həmin qanunun 10-cu maddəsinə əsasən, “Baş prokuror bilavasitə, habelə Azərbaycan Respublikasının Baş Prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanununun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir”.
Hörmətli Zakir müəllim!
Bir daha xatırladıram: mən Sizə Xəlilova Sücayət Həmid qızının Binəqədi Rayon Məhkəməsi tərəfindən psixiatriya stasionarına məcburi yerləşdirilməsindən şikayət etmirəm, mən Sizin diqətinizi S.Xəlilovanın ittiham edildiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən, yəni 6 aydan artıq müddətə orada saxlanılmasından şikayət edirəm.
Bu isə, Binəqədi Rayon Məhkəməsinin yox, Sabunçu Rayon Məhkəməsinin (hakim: Samir Əliyev) 25 iyun 2010-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: Abid Abdinbəyov) 05 avqust 2010-cu il tarixli qərarları ilə həyata keçirilib. Həmin məhkəmə proseslərində də Sizin rəhbərlik etdiyiniz prokurorluğun əməkdaşları Hüseynov İltifat Murtuz oğlu və başqası dövlət ittihamçısı kimi çıxış ediblər.
Cənab baş prokuror!
Ola bilsin ki, Sizin əməkdaşlar növbəti başdansovdu cavab məktubu hazırlayana kimi, S.Xəlilova azadlığa buraxılsın. Ancaq, bu problemə diqqət yetirməyinizi dönə-dönə xahiş edirəm. Çünki bu gün göz yumduğunuz qanunsuzluqlar sabah Sizin öz qohum-əqrabanızı və nəvə-nəticələrinizi belə problemlər qarşısında qoya bilər.
Azərbaycan Respublikasının CM-nin 99-cu maddəsinin ruhuna, məzmununa və mahiyyətinə əsasən, şəxs, ittiham olunduğu cinayət əməlinə görə, AR CM-də nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq müddətə psixiatriya stasionarında məcburi müalicədə saxlanıla bilməz. Bu hal yalnız cinayət icraatı qaydasına aiddir. Mülki icraat qaydasında isə, şəxs ömürlük də orada saxlanıla bilər.
Cinayət Məcəlləsinin 99-cu maddəsinin tələblərinə zidd olaraq, bu gün 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qanunsuz olaraq saxlanılan S.H.Xəlilova kimi şəxslər heç də az deyil.
Bu qanunsuzluqların aradan qaldırılması və həmin insanların hüquqlarının müdafiəsi məqsədi ilə, CM-nin 99-cu maddəsinin və “Psixiatriya yardımı haqqında” qanunun 28-29-cu maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək və eləcə də, Bakı Apellyasiya Məhkəməsinin CİÜMK-nın (sədrlik edən: Abid Abdinbəyov) 05 avqust 2010-cu il tarixli qərarından protestlə Ali Məhkəmənin CİÜMK-na müraciət etmək hüququ birbaşa Sizin səlahiyyətiniz daxilindədir.
Xahiş edirəm, vəzifənizi layiqincə yerinə yetirin.
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
1. Xəlilova Sücayət Həmid qızının həbsdən – psixiatriya stasionarından dərhal azad edilməsi,
2. Onun 6 aydan çox müddətə qanunsuz olaraq psixiatriya stasionarında saxlanılmasının səbəbkarı olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi,
3. S.Xəlilovaya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün qanuni tədbirlər görəsiniz.
Qoşma: -- 09 oktyabr 2010-cu il tarixli ərizənin surəti,
-- AR Baş Prokurorluğunun 13 oktyabr 2010-cu il tarixli 08/6048 saylı məktubunun surəti,
-- 11 noyabr 2010-cu il tarixli şikayət ərizəsinin surəti,
-- AR Baş Prokurorluğunun 23 noyabr 2010-cu il tarixli 08/6648 saylı məktubunun surəti,
-- Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2009-cu il tarixli qətnaməsinin surəti,
-- Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qərarının surəti.
30 noyabr 2010-cu il
İmza: / Q.C.Məmmədov /
-====================================================================
Azərbaycan Respublikasının Baş Prokuroru
Z.Qaralov cənablarına
Şikayətçi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli stasionar şöbəsində məcburi müalicədə
olan Xəlilova Sücayət Həmid qızının etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8,
Əlaqə tel: (050) 200-66-10, (012) 564-42-05
Ş İ K A Y Ə T (təkrar)
Cənab Baş Prokuror!
Xəlilova Sücayət Həmid qızının, 24 may 2010-cu ildən etibarən, qanunsuz olaraq psixiatriya stasionarında saxlanılması barədə 09 oktyabr 2010-cu il tarixli şikayət ərizəmə
AR Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarənin rəis müavini baş ədliyyə müşaviri Qəzənfər Bayramlı imzası ilə 13 oktyabr 2010-cu il tarixli 08/6048 saylı məktubla mənə cavab verilərək bildirilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2000-cu il tarixli qərarı ilə Xəlilova Sücayət Həmid qızı AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, cinayət təqibinə xitam verilməklə, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilmiş, Binəqədi Rayon Məhkəməsinin həmin qərarı apellyasiya və kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
Məktubunun sonunda Q.Bayramlı əlavə kassasiya şikayətinin kimlər tərəfindən verilməli olduğunu izah etmişdir.
Cənab Baş Prokuror!
Mən, Sizə ünvanladığım 09 oktyabr 2010-cu il tarixli şikayət ərizəmdə Xəlilova Sücayət Həmid qızı haqqında qəbul edilmiş Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarını dəyişdirmədən saxlayan apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarından yox, S.H.Xəlilovanın qanunda nəzərdə tutulan müddətdən artıq psixiatriya stasionarında saxlanılmasının qanunsuzluğu barədə yazmışdım.
Hal-hazırda S.Xəlilova psixiatriya stasionarında qanunsuz olaraq saxlanılır və bu, insan hüquq və azadlıqlarının pozulmasıdır.
Belə ki, S.Xəlilova Binəqədi Rayon Məhkəməsinin (hakim: S.Ə.İsmayılova, iş N 1(001)-112/09) 08 aprel 2009-cu il tarixli qərarı ilə AR CM-nin 132-ci maddəsində göstərilən cinayəti anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, onun barəsindəki cinayət təqibinə xitam verilmiş və S.Xəlilova barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilməsi qərara alınmış, qərar 24 noyabr 2009-cu ildə icra edilərək, S.Xəlilova Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Psixiatrik Xəstəxanasının Ümumi Tipli Stasionar Şöbəsinə yerləşdirilmişdir.
Hörmətli Zakir Qaralov!
AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddi 6 aydır.
Nəzərinizə çatdırıram ki, AR CM-nin 99-cu maddəsinə əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
Bu isə o deməkdir ki, Cinayət Məcəlləsinin XV fəslinə uyğun olaraq, tibbi xarakterli məcburi tədbirlərin tədbiqi ilə əlaqədar şəxsin psixiatriya stasionarlarında məcburi yerləşdirilməsi müddəti, həmin şəxsin törətdiyi cinayət əməlinə görə nəzərdə tutulan “azadlıqdan məhrum etmə” cəzasının ən yüksək həddindən çox ola bilməz.
S.Xəlilovanın ittiham edildiyi Cinayət Məcəlləsinin 132-ci maddəsinin sanksiyasında “azadlıqdan məhrum etmə” cəzasının yuxarı həddi, artıq qeyd etdiyim kimi, 6 aydır.
Deməli, S.Xəlilova 24 may 2010-cu ildən etibarən həmin müəssisədə qanunsuz olaraq saxlanılır. Bu isə, S.Xəlilovanın insan hüquqlarının çox kobud formada pozulmasıdır və bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən, ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir. Deməli, S.Xəlilova 2010-cu ilin may ayının 24-də dərhal məcburi stasionar müalicədən azad edilməli və bundan sonra, ehtiyac olardısa, o, yalnız qanunda nəzərdə tutulan qaydada, yəni mülki icraat qaydasında (MPM-nin XXVI fəsli) müalicə etdirilməli idi.
AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Azadlıq hüququ yalnız qanunla nəzərədə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər”.
Bu gün qüvvədə olan elə bir “qanunla nəzərədə tutulmuş qayda” yoxdur ki, şəxsin, ittiham edildiyi cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddindən artıq müddətə psixiatriya stasionarında yerləşdirilməsini nəzərdə tutsun.
Hörmətli Baş Prokuror!
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 142-IIQ saylı Qanununun 43-cü maddəsinə (psixiatriya yardımı göstərilməsi ilə bağlı hərəkətlərdən şikayət etmək hüququ) əsasən, “psixiatriya yardımı göstərilərkən şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan tibb, sosial təminat və təhsil işçilərinin hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqana (yuxarı vəzifəli şəxsə), prokurorluğa və (və ya) bilavasitə məhkəməyə şikayət edilə bilər. Hüquqları və qanuni mənafeləri pozulmuş şəxsin şikayətinə baxılarkən, onun psixi vəziyyəti imkan verirsə, özünün, yaxud qanuni nümayəndəsinin, barəsində şikayət edilmiş şəxsin və ya onun qanuni nümayəndəsinin iştirakı məcburidir.”
Hal-hazırda müalicə müəssisəsinin rəhbərliyinin qanunsuz əməlləri nəticəsində S. Xəlilovanın hüquqları pozulur və qanunsuz olaraq həbsdə -- psixiatriya stasionarında saxlanılır.
CPM-nin 56.0.5-ci maddəsinə əsasən, “Qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir”.
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
1. Xəlilova Sücayət Həmid qızının həbsdən – psixiatriya stasionarından dərhal azad edilməsi,
2. Onun 6 aydan çox müddətə qanunsuz olaraq psixiatriya stasionarında saxlanılmasının səbəbkarı olan
şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi,
3. S.Xəlilovaya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün qanuni tədbirlər görəsiniz.
Qoşma: -- AR Baş Prokurorluğunun 13 oktyabr 2010-cu il tarixli 08/6048 saylı məktubunun surəti.
-- 09 oktyabr 2010-cu il tarixli ərizənin surəti
11 noyabr 2010-cu il
İmza: / Q.C.Məmmədov /
==========================================================================
==========================================================================
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
Elmira xanım Süleymanovaya
Hörmətli Elmira xanım!
Son vaxtlar məhkəmələrdə qadın hüquqlarının pozulması hallarına çox tez-tez rast gəlinir. Xüsusilə də, öz valideynlik, əmlak və s. hüquqlarını tələb edən qadınların məhkəmə qərarları ilə “anlaqsız” və ya “tam fəaliyyət qabiliyyətsiz” elan olunmaları halları artmaqdadır.
Belə qadınlardan biri də, bu gün Maştağa qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Psixiatriya Xəstəxanasının ümumi tipli şöbəsində “müalicə olunan” Xəlilova Sücayət Həmid qızıdır.
S.H.Xəlilova Neft-Kimya İnstitutunun məzunu olmuş və aspiranturada oxuyarkən, Bakı şəhəri İlqar Cümşüdov küç., ev 15, mən. 98-də yerləşən mənzili almış və sonradan özəlləşdirərək xüsusi mülkiyyətinə keçirmişdir. Həmin mənzil hal-hazırda S.H.Xəlilovaya məxsusdur.
Sücayət Xəlilovanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin növbətçi hissəsinin rəis müavini vəzifəsində çalışan qardaşı Xəlilov Məhəmməd Həmid oğlu Gəncə şəhərində yaşayan 82 yaşlı anasını Bakı şəhərinə gətirmiş və Sücayət Xəlilovaya məxsus mənzilə yerləşdirərək onu öz mənzilindən didərgin salmışdır.
S.Xəlilova, Binəqədi Rayon Məhkəməsinə “mənzilə köçürülmə və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, cavabdehlər tərəfdindən verilmiş qarşılıqlı iddia ilə Sücayət Xəlilova fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilmişdir.
Halbuki, “mənzildən çıxarılma” və “tam fəaliyyət qabiliyyətsiz elan olunma” bir icraatda baxıla bilməz.
MPM-nin 156.1-ci maddəsinə əsasən, “Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:
156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;
156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;
156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə”.
Bundan əlavə, Sücayət Xəlilovaya qarşı planlaşdırılmış cinayət işi açılmış və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə anlaqsız hesab edilmişdir.
Hal-hazırda, S.H.Xəlilova Maştağa qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Psixiatriya Xəstəxanasının ümumi tipli şöbəsində yerləşdirilib.
Azərbaycan Respublikasının CM-nin 93.2-ci maddəsinə əsasən, “CM-nin 93.1.1-93.1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilə bilər ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaratsın”.
Əgər belə təhlükə yoxdursa, onda, CM-nin 93.4-cü maddəsinə əsasən, “öz psixi vəziyyətinə görə, təhlükə törətməyən şəxslər barəsində zəruri materillar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilməlidir”.
İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə-psixiatrik ekspertizasının 30.12.2008-ci il tarixli 983 saylı rəyinin, S.Xəlilovaya ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin olunmasının məqsədəuyğun hesab edilməsinə dair hissəsi tamamilə əsassız olmuşdur.
Belə ki, həmin rəydə S.Xəlilovanın həmin əməli törətdiyi zaman anlaqsız olması göstərilsə də, onda olan psixi pozuntunun “özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi barədə” heç bir qeyd yoxdur. Bu isə, o deməkdir ki, S.Xəlilova hətta anlaqsız olsa belə, onda olan psixi pozuntu onun özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaratmırsa, ona CM-nin 93.2-ci maddəsinə əsasən, həmin məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi, o cümlədən də, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri tətbiq edilə bilməz.
Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Anar Hacıyev, iş üzrə ekspert təyin edilməsi barədə qərarda, S.Xəlilovaının özü və başqaları üçün təhlükəli olub-olmaması barədə sual qoymamış, təbii ki, həmin qərara uyğun olaraq da, ekspertiza rəyində bu suala cavab verilməmişdir. Bu isə, onu göstərir ki, S.Xəlilovanın davranışları müstəntiqin özündə də, onun özünə və başqalarına qarşı təhlükəli ola bilməsi barədə heç bir şübhə yaratmamışdır.
Özünə və başqalarına qarşı, təhlükəli olmayan şəxslərin isə, CM-nin 95-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərə məruz qoyulması qətiyyən yol verilməzdir.
Nə məhkəmə, nə də istintaq orqanı S.H.Xəlilovanı, istər fəaliyyət qabiliyyəti olmayan şəxs, istərsə də, anlaqsız hesab edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası CM-nin 93.2-ci maddəsinin tələblərinə görə analqsız hesab edilmiş şəxslərə tibbi xarakterli məcburi tədbirlər yalnız o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa səxslərə zərər yetirməsi təhlükəsi yaratsın.
Hörmətli Elmira xanım!
CM-nin 93.4-cü maddəsinə əsasən, “həmin məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən və öz psixi vəziyyətinə görə təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir”.
S.H.Xəlilova, həqiqətən də, xəstədirsə, lakin özü və başqaları üçün təhlükə törətmirsə, ona, psixiatriya stasionarlarında məcburi müalicə tədbirləri tətbiq edilə bilməz.
1. Öz mülkiyyətini başqasının “qanunsuz sahibliyindən tələb etmə” nə vaxtdan psixi xəstəlik və özü və başqaları üçün təhlükəli əməl heab edilir?
2. Bir qadının, yaşından asılı olmayaraq, ərə getmək istəyi nə vaxtdan dəlilik və “özü və başqaları üçün təhlükə” hesab edilməyə başlayıb bu ölkədə?
3. Ümumiyyətlə, insanın öz təbii haqlarından istifadə etmə cəhdi hansı tibbi göstəricilərə əsasən dəlilik hesab edilir?
4. Vaxtilə Azərbaycan Neft və Kimya İnstutunu bitirən, Neft Akademiyasında elmi əməkdaş kimi çalışan, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan evini zəbt etmiş qardaşı və anasından geri tələb etmənin zəruriliyini və hüquqi yollarını bilən bir şəxs psixi xəstə və ya başqaları üçün təhlükəli hesab edilə bilərmi?
Hörmətli Elmira xanım!
Maştağa qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Psixiatriya Xəstəxanasının ümumi tipli şöbəsində “müalicə olunan” Xəlilova Sücayət Həmid qızına baş çəkməyinizi və mövcud vəziyyət barədə müvafiq qurumlara, əsasən də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və onun xanımı Mehriban xanım Əliyevaya, eləcə də, beynəlxalq təşkilatlara məlumat verməyinizi Sizdən xahiş edirəm.
Qoşma: -- “Məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi haqqında” 30 dekabr 2009-cu il tarixli qərarın surəti,
-- Ambulator məhkəmə psixiatrik ekspertizasının 983 saylı 30 dekabr 2009-cu il tarixli rəyinin surəti,
-- Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən: S.Ə.İsmayılova, iş N 1(001)-112/09) 08 aprel 2009-cu il
tarixli qərarının surəti,
-- Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin surəti.
«ÇALXAN» VVC-nin direktoru: / Q.C.Məmmədov /
“Çalxan” MMC
==========================================================================
==========================================================================
Binəqədi Rayon Məhkəməsinə
İddiaçı: Xəlilova Sücayət Həmid qızı
Qeydiyyatda olduğu yer: Binəqədi rayonu, İlqar Cümşüdov küç.,
ev 15, mən. 98
Əlaqə tel.: (055) 709-09-37, (055) 761-55-15
Tələb: Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Hacıyev Anar Eldar oğlunun “sübutların qiymətləndirilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 fevral 2009-cu il tarixli qərarına dair
Şikayət
(MPM-nin 449.3.5-ci maddəsinə əsasən, məhkəmə nəzarəti qaydasında)
Hörmətli hakim!
Azərbaycan respublikasının Cinayət Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinə əsasən, “Zərərçəkmiş şəxs cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdir”.
Həmin qərarla, mənim Binəqədi Rayon prokuroru, baş ədliyyə müşaviri cənab M.Seyidova yazdığım, qardaşım Xəlilov Məhəmməd Həmid oğlu tərəfindən 18 noyabr 2008-ci ildə döyülməyim barədə 21 noyabr 2008-ci il tarixli şikayət ərizəm üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
Qərar mənə 31 avqust 2009-cu ildə poçt vasitəsi ilə təqdim edilmişdir.
Qərar belə əsaslandırılıb ki, guya 18 dekabr (???) 2008-ci ildə M.H.Xəlilov mənimlə görüşməmiş və heç bir xəsarət yetirməmişdir. Guya, həmin gün o, işi ilə əlaqədar olaraq, xidməti ezamiyyətdə olmuşdur. Eləcə də, iş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının 10 fevral 2009-cu il tarixli 28/1229 saylı rəyindən görünür ki, guya mənim bədənimdə heç bir xəsarət və ya xəsarət izi yoxdur.
Bu iki arqumentə istinad edərək, müstəntiq Anar Hacıyev həmin qanunsuz qərarı qəbul etmişdir.
Hörmətli hakim!
Qardaşım M.H.Xəlilov 18 dekabr 2008-ci ildə ezamiyyətdə ola bilər. Mənim ərizəmin tarixinə diqqətlə baxın! Ərizəni 21 noyabr 2008-ci ildə imzalamışam və orada göstərmişəm ki, qardaşım məni 18 noyabrda döyüb, 18 dekabrda yox!
O ki, qaldı həmin qərarda istinad edilən məhkəmə tibb ekspertizasının rəyinə, həmin rəy heç vaxt mənə təqdim edilməyib, rəylə tanış olmaq üçün mənə şərait yaradılmayıb. Belə bir rəyin verilməsi qeyri-mümkündür. Ona görə ki, müayinə zamanı mənim gözümün altındakı qançırların, əlimdə olan şişlərin foto şəkilləri ekspertizada işləyən işçi tərəfindən lentə alınmışdır.
Məhkəmə tibb ekspertizasının faktik olaraq 21 noyabr 2008-ci ildə keçirilməsinə baxmayaraq, ekspertiza öz rəyini saxtalaşdırmaq üçün, rəyin rəsmi şəkildə verilməsini 10 fevral 2009-cu ilə qədər uzatmışdır.
Mənim gözümün altında olan qançırların, əlimin üzərindəki şişlərin və döyülmə nəticəslində bədənimdə əmələ gəlmiş digər xəsarətlərin foto şəkillərinin necə yoxa çıxmasını və faktik olaraq mənim bədənimdə xəsarət izlərinin olub-olmamasını aydınlaşdırmaq üçün, məhkəmə tibb ekspertizasının məsul şəxsinin, dindirilməsi üçün, məhkəməyə dəvət edilməsini xahiş edirəm.
Yuxarıda qeyd edilənlərə və CPM-nin 122.2.3 və -cü maddəsinə əsasən,
XAHİŞ EDİRƏM:
Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Hacıyev Anar Eldar oğlunun “sübutların qiymətləndirilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 fevral 2009-cu il tarixli qərarı ləğv edilsin və ibtidai istintaqın qanuni və obyektiv aparılmasını təmin etmək vəzifəsi Binəqədi Rayon Prokurorluğuna tapşırılsın.
Qoşma: -- Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Hacıyev Anar Eldar oğlunun
“sübutların qiymətləndirilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 fevral 2009-cu il
tarixli qərarının surəti,
-- Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin notarial qaydada təsdiq edilmiş surəti.
Qeyd: Mənə ünvanlanacaq bütün məktubların, nümayəndəm Məmmədov Qurban Cəlal oğlunun bu ünvanına
göndərilməsini xahiş edirəm: Bakı şəh., Nərimanov r-n, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
31 avqust 2009-cu il
İmza: / S.H.Xəlilova /
===========================================================================
Binəqədi Rayon Prokuroru
Mirələkbər Seyidov cənablarına
Ərizəçi: Xəlilova Sücayət Həmid qızı
Ünvanı: Bakı şəh., M.Ə.Rəsulzadə qəsəbəsi, Hacı İsmayılov küç. 22A
Əlaqə tel.: (055) 761-55-15
Ərizə
Hörmətli prokuror!
Mən, qardaşım Xəlilov Məhəmməd Həmid oğlunun döyərək mənə xəsarət yetirməsi haqqında şikayət ərizəsi ilə 2008-ci ilin sonlarında Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdim.
Lakin bu günədək, şikayətim üzrə işin nəticəsi barədə mənə heç bir məlumat verilməmişdir. Yalnız bu gün, yəni 03 avqust 2009-cu ildə, nümayəndəm Məmmədov Qurban Cəlal oğlunun vasitəsi ilə Binəqədi Rayon Prokurorluğunun dəftərxanasından öyrənmişəm ki, şikayətim, araşdırılması üçün 15 yanvar 2009-cu ildə Binəqədi RPİ-nə göndərilib.
Nümatyəndəm Q. C. Məmmədovla birlikdə Binəqədi RPİ-nin istintaq idarəsinin rəisinə müraciət etdim. Ərizəmin nəticəsi barədə mənə heç bir rəsmi sənəd təqdim edilmədi.
2008-ci ilin dekabr ayında Binəqədi Rayon Prokurorluğuna daxil olmuş şikayətim üzrə qəbul edilmiş qərarın surətinin mənə təqdim edilməsi üçün qanuni göstərişlər verməyinizi xahiş edirəm.
Qeyd: Qərarın surətini Bakı şəh., Nərimanov r-n, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8 ünvanına göndərməyinizi xahiş edirəm.
03 avqust 2009-cu il
İmza: / S.H.Xəlilova /
=====================================================================Bakı Apellyasiya Məhkəməsinə
Şikayətçi: Xəlilova Sücayət Həmid qızı tərəfindən
Ünvanı: Bakı şəh., M.Ə.Rəsulzadə qəsəbəsi, Hacı İsmayılov küç. 22A
Əlaqə tel.: (055) 761-55-15
Tələb: “Binəqədi Rayon Məhkəməsinin
(sədrlik edən: Abbasov Natiq Mehdi oğlu, İş N 6(001)-16/2009)
29 sentyabr 2009-cu il tarixli qərarının ləğvinə dair”
Apellyasiya şikayəti Möhtərəm hakimlər!
Binəqədi Rayon Məhkəməsinin həmin qərarı ilə mənim, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Anar Hacıyevin iş üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair 22 fevral 2009-cu il tarixli qərarından verdiyim məhkəmə nəzarəti qaydasında şikayətim təmin edilməmişdir.
Qərar mənə 02 oktyabr 2009-u ildə şəxsən təqdim edilmişdir.
Aşağıda göstərdiyim əsaslara görə qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir.
Qərarda mənim şikayətimin təmin edilməməsi üçün heç bir əsaslı səbəb göstərilməmişdir.
Möhtərəm hakimlər!
Qərar belə əsaslandırılıb ki, guya: “istintaq zamanı dindirilmiş Məhəmməd Həmid oğlu Xəlilov göstərmişdir ki, Sücayət Həmid qızı Xəlilovanın şikayətində göstərdiyi tarixdə o, ezamiyyətdə olmuşdur. Həmin ifadədə onun 18 dekabr 2008-ci il tarixdə ezamiyyətdə olması müəyyən edilmir”.
Halbuki, iş materiallarında Xəlilov Məhəmməd Həmid oğlunun, şikayətdə göstərilən vaxt ezamiyyətdə olmasını sübut edən heç bir sənəd mövcud deyildir.
Belə ki, iş hərtərəfli və obyektiv araşdırılmamış və bu, mənim hüquqlarımı pozan qanunsuz qərar qəbul edilməsi ilə nəticələnmişdir.
Yuxarıda qeyd edilənlərə və CPM-nin 451 və 454-cü maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
-- Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən: Abbasov Natiq Mehdi oğlu, İş N 6(001)-16/2009) 29 sentyabr 2009-cu il tarixli qərarı ləğv edilsin,
-- İş üzrə ibtidai istintaqın qanuni və obyektiv aparılması vəzifəsi Binəqədi Rayon Prokurorluğunun üzərinə qoyulsun.
05 oktyabr 2009-cu il
İmza: / S.H.Xəlilova /
===========================================================================
Azərbaycan Respublikasının birinci xanımı
M.Əliyevaya və
vicdanı olan hər bir kəsə
AÇIQ MƏKTUB
Hörmətli Mehriban xanım!
Mən bir hüquqşunas kimi, məhkəmə qərarlarından şikayətin verilmə qaydasını bilirəm. Ancaq məhkəmələrimizdəki mövcud vəziyyəti və bir insanın taleyində baş verə biləcək faciənin qarşısının alınmasında gec qalınacağını nəzərə alaraq, Sizə və vicdanı olan hər bir Azərbaycanlıya, o cümlədən də, bu işə baxmış və baxacaq hakimlərə bu açıq məktubla müraciət etməyə məcburam.
Çox xahiş edirəm ki, səbr və diqqətlə bu məktubu oxuyasınız. Çünki problem təkcə bir şəxslə bağlı deyil. Son vaxtlar, vətəndaşların qanunsuz olaraq, el arasında “dəlixana” kimi tanınan psixiatriya stasionarlarına yerləşdirilməsi artmaqdadır.
Xəlilova Sücayət Həmid qızı Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsində göstərilən cinayəti anlaqsız vəziyyətdə törətdiyinə görə, cinayət məsuliyyətindən və cəzadan azad edilmiş, onun barəsində cinayət təqibinə xitam verilmiş, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş və onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilməsi qərara alınmışdır.
Həmin qərardan S.H.Xəlilovanın müdafiəçisi vəkil S.Ə.Qasımovun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati Xətalara Dair İşlər Üzrə Kollegiyasının 14 avqust 2009-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya Məhkəməsinin həmin qərarından Ali Məhkəməyə kassasiya qaydasında şikayət verilib.
Şübhəsiz ki, Ali Məhkəmədə həmin işə baxılacaq və ... Sücayət Xəlilova arxasız və köməksiz olduğu, rüşvət vermək imkanı olmadığı üçün, həmin qərar qüvvədə saxlanılacaq.
Respublikanın birinci xanımı kimi, Sizin qadın və ana təəssübkeşliyinizə, qadınlıq hisslərinizə müraciət edirəm. Bu işlə bağlı bu ölkədə bir başqasına müraciət etməyin tam mənasız olduğunu dəqiq bilirəm. Gündəlik qanunsuz qərarlar qəbul etməyə vərdiş etmiş və baxdıqları işə canlı insan talelərinin həlli kimi yox, cansız statistik rəqəm və hadisə kimi baxmağa vərdiş etmiş Azərbaycan hakimlərinə ümid yoxdur.
Sücayət Xəlilovanın başına gətirilən bu qanunsuzluqları başa düşmək və dərk etmək üçün hüquqşünas olmağa da ehtiyac yoxdur.
Sadəcə, İNSAN olmaq kifayətdir!
Hörmətli Mehriban xanım!
Cinayət Məcəlləsinin 93.2-ci maddəsinin tələblərinə görə, tibbi xarakterli məcburi tədbirlər şəxsə o halda tətbiq edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Başqa sözlə, şəxsin özünə və başqa şəxslərə zərər yetirə bilmək ehtimalı faktlar və məhkəmə psixiatrik ekspertizasının rəyi ilə təsdiqlənmirsə, şəxs heç bir halda məcburi müalicə tədbirinə məruz qoyula bilməz.
Sücayət Xəlilova “mənzilə köçürülmə və mənzildən çıxarılmaya dair” Binəqədi Rayon Məhkəməsində anası Xəlilova Səyalı Qurban qızına qarşı 2008-ci ilin oktyabr ayında iddia qaldırıb, öz halal evini başqa adamların qanunsuz sahibliyindən geri almaq istəyir. Təəssüf ki, bu “başqa adamlar” onun doğmaca anası və başqa yaxın qohumlarıdır.
Nə qədər qəribə görünsə də, həmin mülki işdə Sücayət Xəlilovanın “fəaliyyət qabiliyyətsiz tanınaraq, onun üzərində qəyyum təyin edilməsi barədə” qarşılıqlı iddia qaldırılır və tələb edilir ki, ya ana Səyalı xanım, ya da DİN-də yüksək vəzifə tutan qardaş Xəlilov Məhəmməd Həmid oğlu Sücayət xanıma qəyyum təyin edilsin.
Ona görə, “qəribə görünsə də” deyirəm ki, Mülki Prosessual Məcəllənin 156.1-ci maddəsinə əsasən, “Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:
-- qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;
-- qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;
-- qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.”
Çox hörmətli Mehriban xanım!
Yəqin, Siz də qəbul edərsiniz ki, “mənzildən çıxarma və mənzilə məcburi köçürməyə dair” iddia ilə “şəxsin fəaliyyət qabilyyəti olmayan hesab edilməsi barədə” iddiaların heç bir qarşılıqlı əlaqəsi yoxdur və onların bir yerdə baxılması, nəinki, məqsədəuyğun deyil, heç qətiyyən mümkün də deyil.
Məsələ burasındadır ki, Mülki Prosessual Məcəllədə “şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” adlı 33-cü fəsil var. Yəni, qanunverici bu qəbildən olan işlərə baxmanın əlahiddə formasını müəyyənləşdirib. Ona görə ki, qanunverici bu məsələnin insan taleyi üçün nə qədər önəmli və vacib olduğunu nəzərə alıb və bu məsələnin başqa mülki işlərlə bir yerdə baxılmasını qeyri-mümkün hesab edib. Ancaq, çox təəssüf ki, Binəqədi Rayon Məhkəməsi həmin qarşılıqlı iddianı icraata qəbul edib və nəticədə, bir insanın taleyini tamamilə məhv edə biləcək belə bir qətnamə qəbul edilib.
Həmin mülki işə baxıldığı zaman, paralel olaraq, Sücayət Xəlilovaya qarşı cinayət işi də təşkil edilib. Ona görə, “təşkil edilib” deyirəm ki, həmin cinayət işinin nəticəsi, onu təşkil edənlərin məqsədinin Sücayət Xəlilovanın törətdiyi cinayətə görə cəzalandırılması yox, məhz “dəlixana”ya yerləşdirilməsi yolu ilə mənzilinin ələ keçirilməsi olduğunu sübut edir.
S.H.Xəlilovanın “dəlixana”ya yerləşdirilməsi barədə məlum qərarın qəbul edilməsində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin direktoru t.e.d. B.M.Əsədovun, ekspertiza komissiyasının üzvü həkim-psixiatr R.C.Qəmərlinskinin və həmin mərkəzin ekspert həkim-psixiatrı E.M.Əliyevin imzaladıqları 30 dekabr 2008-ci il tarixli 983 saylı “Rəy” əsas rol oynayıb.
30 dekabr 2008-ci ildə həmin həkimlərin imzası ilə, ikinci bir “Rəy”, 987 saylı “Rəy” tərtib edilib. Birinci “Rəy” cinayət işi üzrə, ikinci “Rəy” isə mülki iş üzrə verilib. Mən, bu sahədə mütəxəssis olmadığıma görə, heç bir şəxsi rəyimi bildirmədən, cinayət işi üzrə verilmiş 983 saylı “Rəy”in bəzi hissələrini olduğu kimi Sizin diqqətinizə çatdırmaq istəyirəm.
Ona görə də, Sizin və vicdanı olan hər kəsin qiymətli vaxtını aldığıma görə, öncədən üzr istəyirəm.
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal-hazırki psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir.
Səhhətindən şikayətinin olmadığını bildirir.
Somatik vəziyyəti: yoxlanılan düzgün bədən quruluşludur. Dəri və gözə görünən selikli qişalar adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patalogiya aşkar olunmur.
Nevroloji status: mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir.
Psixi status: Düşüncəsi kobud pozulmayıb, bələdliyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Ünsiyyətə həvəslə qoşulur, çox sözlüdür, nitqi tempinə görə bir qədər surətlənmişdir. Emosional tərzdə danışaraq, komissiya üzvlərinin rəğbətini qazanmağa çalışır. İntellektual-mnestik funksiyaları kobud pozulmayıb ...
Ailə üzvlərinin ona qarşı pis münasibətdə olduğunu dəfələrlə vurğulayır. Müxtəlif arqumentlər gətirərək, onları “ifşa” etməyə çalışır. Bu barədə aşağıdakıları bildirir:
“Evdəkilər, qohum-əqrəba, qardaşım ərə getmədiyimə və işləmədiyimə görə mənə daim irad tutur, tənə edirdilər: “Ərə getmədin indi öl”, “Sənin vaxtın bitdi” və s. sözlər deyirdilər. Qardaşım neçə vaxtdı ki, mənimlə düşmənçilik edir (Daxili İşlər Nazirliyində işləyən polis polkovniki Xəlilov Məhəmməd Həmid oğlunu nəzərdə tutur-Q.C.M), tək və köməksiz olduğumdan istifadə edib məni döyür, təhqir edir, hər vasitə ilə sıxışdırır. Bu yolla məni evdən çıxarıb evimi əlimdən almaq istəyir. ... İndi evləndiyim oğlanla evimdə yaşamağa qoymurlar. ... Qardaşım və onun ailəsinin evimi əlimdən almasından ehtiyat edərək, özümdən cavan oğlanla evləndim. ...”.
Yuxarıda göstərilənləri nəzərə alaraq, ekspert komissiyası belə nəticəyə gəlir ki, Xəlilova Sücayət Həmid qızında “xroniki sayıqlama pozuntusu” formasında psixi xəstəlik müəyyən edilir. ... Buna görə də, Xəlilova Sücayət Həmid qızı ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Yoxlanılan şəxs hal hazırda, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında deyil. Xəlilova Sücayət Həmid qızının ümumi tipli psixiatriya stosionarında məcburi müalicə edilməsi məsləhət görülür”.
Çox hörmətli Mehriban xanım və vicdanı olan hər bir kəs!
Mən, Sizə səslənirəm:
---- Özündən cavana ərə getmək nə vaxtdan psixi xəstəlik sayılır və özü və başqaları üçün təhlükəli hesab edilir?
Xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan evini başqalarının qanunsuz sahibliyindən tələb etmək və həyat yoldaşı ilə, həmin “Rəy”i imzalayan həkimlər və onun barəsində qanunsuz qərarlar qəbul edən hakimlər və onların qız övladları kimi, insan kimi yaşamaq istəyi nə vaxtdan xəstəlik hesab edilir bu məmləkətdə?
Bəs, bu qanuni və təbii istəyin, özü və başqaları üçün təhlükəli olması nədə ifadə olunur?
Əslində, bütün bu sualların cavabları həmin həkimlərə, eləcə də, həmin hakimlərə yaxşı məlumdur. Ancaq ...
Bu “ancaq”ın səbəbləri bizə yaxşı məlum olsa da, açıq danışa bilmirik. Çünki bunların sübutu mümkün deyil.
Bir insanın və bir ailənin taleyi göz önündəcə məhv olmaqdadır.
Həkim qanunsuz rəy verib, hakim qanunsuz qərar qəbul edib.
Bütün bunların qarşısını yalnız Siz ala bilərsiniz, Mehriban xanım!
Çünki Siz də qadınsınız, anasınız və Respublikanın birinci xanımı kimi, irqindən, dinindən, siyasi və sosial statusundan asılı olmayaraq, bütün qadınlara sahib çıxmaq Sizin mənəvi borcunuzdur.
Mən Sizi görəvə dəvət edirəm!
Sücayət Xəlilovanı çirkin niyyətli insanların əlində məhv olmaqdan xilas edin!
Bu məsələdə daha qəribəsi də odur ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Sücayət xanımı döyüb işgəncə verən, məhkəmələrdə onunla “qəhrəmancasına” döyüşən qardaşı M.H.Xəlilovu onun qəyyumu təyin edib. O da öz qəyyumluq səlahiyyətlərindən istifadə edərək, S.Xəlilova ilə Abid Nəsirovun arasında bağlanmış nikahın “etibarsız hesab edilməsinə dair” Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.
Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, “Qəyyum təyin edilərkən, qəyyumla qəyyumluğa ehtiyacı olan şəxs arasında mövcud münasibətlər və qəyyumluqda olanın arzusu nəzərə alınmalıdır”.
Sücayət Xəlilovanın taleyi ilə bağlı qəbul edilmiş bütün qərarlar beləcə qanunsuz və qərəzlidir.
Sücayət xanımı şəxsən tanıyan bir adam kimi (mən onun etibarnamə üzrə nümayəndəsiyəm), bildirirəm ki, o kifayət qədər intellektual səviyyəli bir şəxsdir və təbiətcə olduqca mülayim və sakit bir xanımdır.
Özü və başqaları üçün təhlükə törədə biləcəyi barədə heç bir faktik sübutun və ekspertiza rəyinin olmadığı Sücayət Xəlilovanı zorla “dəlixana”ya yerləşdirmək istəyirlər.
Hörmətli Mehriban xanım!
Sizdən bir vətəndaş kimi xahiş edirəm:
Ən azı, Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2009-cu il tarixli qərarından verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılanadək, Sücayət Xəlilovanın ümumi tipli psixiatriya stasionarına yerləşdirilməsinə imkan verməyəsiniz.
Bunun üçün Sizin birbaşa səlahiyyətləriniz olmasa da, nüfuzunuz var.
Sonra gec ola bilər.
Hörmət və ehtiramla,
“Çalxan” MMC-nin (hüquq firması) direktoru
Məmmədov Qurban Cəlal oğlu.
========================================================================
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
Şikayətçi: Xəlilova Sücayət Həmid qızı
Ünvanı: 1 saylı Respublika Psixiatriya Xəstəxanasının
Ümumi Tipli Stasionarı
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
(Nümayəndə: Məmmədov Qurban Cəlal oğlu)
Mübahisə olunan normativ hüquqi aktı qəbul etmiş orqan:
Azərbaycan Respublikasının Milli Məclisi
Ünvanı: AZ 1152, Bakı şəhəri, Parlament prospekti-1.
Konstitusiya Məhkəməsinə müraciət hüququ verən
Azərbaycan Respublikasının Konstitusiyasının və
“Konstitusiya Məhkəməsi haqqında” qanunun normaları:
1. Azərbaycan Respublikasının Konstitusiyasının
57-ci maddəsi və 130-cu maddəsinin V hissəsi,
2. “Konstitusiya Məhkəməsi haqqında” qanunun 34.5-ci maddəsi
Mübahisə olunan akt:
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının
12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci və 29.3-cü maddəsi
ŞİKAYƏT
Möhtərəm hakimlər!
Həmin normativ aktla mənim hüquqlarım pozulur. Həmin maddələr əsasında mənə və digər vətəndaşlarımıza ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınması hüquqi baxımdan mümkün deyil.
Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyasının III hissəsinin 1-ci və 2-ci bəndlərinə və V hissəsinə əsasən, normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlamaq və onlara şərh vermək səlahiyyəti yalnız Konstitusiya Məhkəməsinə aiddir.
“Konstitusiya Məhkəməsi Haqqında” qanunun 34.5-ci maddəsinə əsasən, “Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər”.
Mən, Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə barəmdə tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilmişəm. Qərar 24 noyabr 2009-cu ildə icra edilmiş və mən həmin gündən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli stasionarında saxlanılıram.
Binəqədi Rayon Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin CİÜK-nın 14 avqust 2009-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, apellyasiya məhkəməsinin qərarından verdiyim kassasiya şikayəti isə, AR Ali Məhkəmənin 24 noyabr 2009-cu il tarixli qərarı ilə təmin edilməmişdir.
Sabunçu Rayon Məhkəməsinin (hakim: Əliyev Samir İmamverdi oğlu, iş N 7(008)-247/10) 25 iyun 2010-cu il tarixli qərarı ilə AR SN 1 saylı RPX-nin vəsatəti təmin edilmiş, mənim ümumi tipli psixiatriya stasionarında məcburi müalicəmin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin CİÜK-nın 05 avqust 2010-cu il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti isə, Ali Məhkəmənin (Sədrlik edən hakim: Əli Seyfəliyev) icraatındadır və nəticəsi barədə mənə heç bir məlumat verilməyib.
Beləliklə də mən ittiham edildiyim Cinayət Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulan 6 aylıq azadlıqdan məhrum etmə cəzasından artıq bir vaxtda, yəni 1 il 1 aydır ki, dəlixanada saxlanılıram.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinə əsasən, “Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədilə həmin şəxs ilk altı ay müddətində ayda bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı aydan çox çəkdikdə şəxsin psixiatriya müayinəsi hər altı ayda azı bir dəfə aparılır”.
Həmin qanunun 29.3-cü maddəsinə əsasən, “Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında qətnaməsi əsasında çıxarılır”.
Məncə, yuxarıda qeyd edilən normativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə uyğun deyil və insan hüquq və azadlıqlarının kobud formada pozulmasına zəmin yaradır.
Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, şəxsin törətdiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olmayaraq, cinayət icraatı qaydasında haqqında tibbi xarakterli məcburi tədbir tədbiq edilmiş şəxs, əgər sağalmamışdırsa, həkim-psixiatr komissiyasının rəyi əsasında psixiatriya stasionarında istənilən qədər saxlanıla bilər.
Lakin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə (tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması) əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən, “Ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir”.
AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Azadlıq hüququ yalnız qanunla nəzərədə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər”.
Möhtərəm hakimlər!
Həmin hüquq normalarının qarşılıqlı təhlili göstərir ki, şəxs ittiham edildiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq müddətə cinayət icraatı qaydasında psixiatriya stasionarında saxlanıla bilməz.
Çünki, tibbi xarakterli məcburi tədbirlər yalnız AR Cinayət Məcəlləsinin XV fəslinə uyğun olaraq tətbiq edilir. Başqa sözlə, cinayət törətmiş şəxsin haqqında tibbi xarakterli məcburi tədbir kimi, “psixiatriya stasionarına yerləşdirmə” yalnız cinayət icraatı qaydasında məhkəmə qərarı ilə ola bilər.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinin məzmunundan isə belə aydın olur ki, şəxs törətdiyi cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrum etmənin yuxarı həddindən də artıq müddətdə psixiatriya stasionarında saxlanıla bilər və bu, məhkəmənin qərarı ilə yox, faktik olaraq, həkim-psixiatr komissiyasının qərarı ilə həyata keçirilir.
Düzdür, qanunun 28.3-cü maddəsində, qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılmasının məhkəmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulsa da, təcrübədə bu tam formal xarakter daşıyır və məhkəmə təcrübəsi də sübut edir ki, həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatətləri istisnasız olaraq təmin edilir. Lakin məcburi müalicənin müddətinin uzadılması zamanı nəzərə alınmalı bəzi başqa hüquq normaları kobud şəkildə pozulur. Bu isə, nəticədə mənim və digər vətəndaşların insan hüquqlarının pozulmasına səbəb olur.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyim 25 iyun 2010-cu il tarixli qərarı AR Səhiyyə Nazirliyinin 1 saylı RPX-nin “həkim-məsləhət komissiyasının” (???) 29 may 2010-cu il tarixli rəyi əsasında müalicə müəssisəsinin müdriyyətinin vəsatətininə uyğun olaraq qəbul edilmişdir. Həmin rəyi imzalayan “həkim-məsləhət komissiyası”nın (HMK) sədri AR Səhiyyə Nazirliyinin 1 saylı RPX-nin baş həkimidir və Sabunçu Rayon Məhkəməsinə verilmiş təqdimatı imzalayan da həmin şəxsir. Başqa sözlə, bir əli ilə şəxsin xəstə olması barədə rəy verir, digər əli ilə isə, özünün verdiyi rəyi qanuniləşdirmək üçün məhkəmədə vəsatət qaldırır. Bu isə, sağlam məntiqə ziddir və artıq çoxdan oturuşmuş səhv və siyanlı bir praktikadır.
Halbuki, “Psixiatriya yardımı haqqında” qanunun 28.3-cü maddəsinə əsasən, “Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılmasını həkim-psixiatr komissiyasının rəyi əsasında (müalicə müəssisəsinin özünün “həkim-məsləhət komissiyasının” yox) müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə təyin edir”.
Çox təəssüf ki, qanunun belə kobud şəkildə pozulması və düzgün icra edilməməsi Respublika məhkəmələrinin təcrübəsində davamlı tətbiq edilməklə, yazılmamış qanun halına gəlmişdir.
Mənim ittiham edildiyim AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi cəmi 6 aydır.
Deməli, CM-nin 99-cu maddəsinin mahiyyətinə uyğun olaraq, 6 ay bitdikdən sonra mən dərhal məcburi stasionar müalicədən azad edilməli və bundan sonra, ehtiyac olardısa, yalnız qanunda nəzərdə tutulan qaydada, yəni mülki icraat qaydasında (MPM-nin XXVI fəsli) müalicə etdirilməli idim.
Bu gün qüvvədə olan elə bir “qanunla nəzərədə tutulmuş qayda” yoxdur ki, şəxsin, ittiham edildiyi cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddindən artıq müddətə psixiatriya stasionarında yerləşdirilməsini nəzərdə tutsun.
Respublika məhkəmələrinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının təcrübəsində isə çox tez-tez belə hallara rast gəlinir. Yəni cinayət əməli törədən şəxs ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən də artıq müddətlərdə psixiatriya stasionarında saxlanılır ki, bu da, insan hüquqlarının kobud formada pozulmasıdır və Respublikamızın beynəlxalq nüfuzuna ziyan vurur.
Mən artıq 7 (yeddi) aydır ki, qanunsuz olaraq psixiatriya stasionarında saxlanılıram.
“Psixiatriya yardımı haqqında” Qanunun 28.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, şəxsin psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbir kimi saxlanması müddətinin yuxarı həddi məhkəmə qərarları və qanunla yox, yalnız “həkim-psixiatr komissiyasının” rəyi ilə müəyyənləşir. Bu isə CM-nin 99-cu maddəsinin ruhuna və mahiyyətinə daban-dabana ziddir.
Qanunun 29-cu maddəsinin 3-cü bəndi isə, ümumiyyətlə, mövcud qanunlarımıza uyğun deyil. Çünki, məhkəmə qətnaməsi ilə, yəni mülki icraat qaydasında şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, bu gün qüvvədə olan Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır.
MPM-nin, “ŞƏXSİN PSİXİATRİYA STASİONARINA MƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT” adlanan XXXVI fəsli şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini yox (belə tədbirlərin tətbiqi yalnız cinayət icraatı qaydasında və CM-nin 93-99-cu maddələrinə uyğun həyata keçirilir), şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsini nəzərdə tutur ki, bunların da çox böyük icraat fərqləri və hüquqi nəticələri var.
Başqa sözlə, “tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi” cinayət icraatı qaydasında, “psixiatriya stasionarına məcburi yerləşdirmə” isə, mülki icraat qaydasında həyata keçirilir və elə buna görə də, qanunverici belə fərqli terminlərdən istifadə etmişdir.
Bu baxımdan da, “Psixiatriya yardımı haqqında” qanunun 29.3-cü maddəsi mülki və cinayət qanunvericiliyinə zidd olduğu üçün, qüvvədən salınmalı və həmin maddədə, mülki və cinayət prosessual qanunvericiliyə uyğun olaraq, redaktə dəyişikliyi edilməsi barədə Milli Məclisə tövsiyyə verilməlidir.
Möhtərəm hakimlər!
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
1. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci və 29.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsinin 2-ci hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə və Mülki Prosessual Məcəllənin XXXVI fəslinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi və həmin maddələrin Azərbaycan Respublikasının Konstitusiyasına və mülki və cinayət qanunvericiliyinə uyğunlaşdırılması barədə Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə verilməsi,
2. Mənim psixiatriya stasionarından dərhal azadlığa buraxılmağım barədə qərar qəbul edəsiniz.
Qeyd: “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanunu «Azərbaycan» qəzetində 11 sentyabr 2001-ci ildə (№ 207), «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda 30 sentyabr 2001-ci ildə (№ 9, maddə 589) dərc edilmişdir.
Qoşma: -- Şikayətin surəti (2 nüsxə),
-- Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2010-cu il tarixli qərarının surəti,
-- Bakı Apellyasiya Məhkəməsinin CİÜK-nın 14 avqust 2009-cu il tarixli qərarının surəti,
-- Ali Məhkəmənin 24 noyabr 2009-cu il tarixli qərarının surəti,
-- AR Səhiyyə Nazirliyinin 1 saylı RPX-nin həkim-psixiatr komissiyasının 20 may 2010-cu il tarixli rəyinin surəti,
-- Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qərarının surəti,
-- Bakı Apellyasiya Məhkəməsinin CİÜK-nın 05 avqust 2010-cu il tarixli qərarının surəti,
-- “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun surəti,
-- Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin notarial qaydada təsdiqlənmiş surəti.
13 dekabr 2010-cu il
İmza: / Xəlilova Sücayət Həmid qızı /
=============================================================================
Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili
Elmira xanım Süleymanovaya
Şikayətçi: Xəlilova Sücayət Həmid qızının
Etibarnamə üzrə nümayəndəsi Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh.: Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
“Xəlilova Sücayət Həmid qızının cinayət icraatı qaydasında nəzərdə tutulan müddətdən artıq qanunsuz olaraq psixiatriya stasionarında saxlanılması barədə”
ŞİKAYƏT
Hörmətli E.Süleymanova!
Xəlilova Sücayət Həmid qızı, Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2009-cu il tarixli qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməklə, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə üçün yerləşdirilmişdir. Qərar 24 noyabr 2009-cu ildə icra edilmiş və S.Xəlilova həmin gündən Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli stasionarında saxlanılır.
Sabunçu Rayon Məhkəməsinin (hakim: Əliyev Samir İmamverdi oğlu, iş N 7(008)-247/10) 25 iyun 2010-cu il tarixli qərarı ilə AR SN 1 saylı RPX-nin vəsatəti təmin edilmiş, S.H.Xəlilovanın ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin davam etdirilməsi qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.
Sabunçu Rayon Məhkəməsinin həmin qərarı AR Səhiyyə Nazirliyinin 1 saylı RPX-nin həkim-məsləhət komissiyasının (!!!) 29 may 2010-cu il tarixli rəyi əsasında müalicə müəssisəsinin müdriyyətinin vəsatətininə uyğun olaraq qəbul edilmişdir. Həmin rəyi imzalayan həkim-məsləhət komissiyasının (HMK) sədri AR Səhiyyə Nazirliyinin 1 saylı RPX-nin baş həkimidir və Sabunçu Rayon Məhkəməsinə verilmiş təqdimatı imzalayan da həmin şəxsir. Başqa sözlə, bir əli ilə şəxsin xəstə olması barədə rəy verir, digər əli ilə isə, özünün verdiyi rəyi qanuniləşdirmək üçün məhkəmədə vəsatət qaldırır. Bu isə, sağlam məntiqə ziddir və artıq çoxdan oturuşmuş bir praktikadır.
Nəzərə alaraq ki, hər hansı normativ hüquqi aktla hüquqları pozulan şəxsin, həmin normativ hüquqi aktlara şərh verilməsi ilə bağlı birbaşa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ yoxdur və həmin normativ hüquqi aktlar şəxsin hüquqlarını pozmaqla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq hüquq normaları və daha üstün hüquqi qüvvəyə malik olan hüquqi aktlarla ziddiyyət təşkil edir, onda, aşağıda göstərilənlərə və AR Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə əsasən AR Konstitusiya Məhkəməsinə müraciət etməyinizi və S.Xəlilovanın insan hüquqlarının pozulmasının qarşısını almaq üçün qanuni tədbirlər görməyinizi xahiş edirəm.
“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli 246-II KQ saylı Qanununun 13.2.8-ci maddəsinə əsasən, “Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edə bilər”.
Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VII bəndinə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər”.
“Psixiatriya yardımı haqqında” qanunun 28.3-cü maddəsinə əsasən, “Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılmasını həkim-psixiatr komissiyasının rəyi əsasında (müalicə müəssisəsinin özünün həkim-məsləhət komissiyasının yox) müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə təyin edir”.
Çox təəssüf ki, qanunun belə kobud şəkildə pozulması və düzgün icra edilməməsi Respublika məhkəmələrinin təcrübəsində davamlı tətbiq edilməklə, yazılmamış qanun halına gəlmişdir.
“Psixiatriya yardımı haqqında ” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinə əsasən, “Qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması məsələsinin həll edilməsi məqsədilə həmin şəxs ilk altı ay müddətində ayda bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilir. Müalicə altı aydan çox çəkdikdə şəxsin psixiatriya müayinəsi hər altı ayda azı bir dəfə aparılır”.
Həmin qanunun 29.3-cü maddəsinə əsasən, “Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız məhkəmənin təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında qətnaməsi əsasında çıxarılır”.
Yuxarıda qeyd edilən normativ hüquqi aktlar Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə uyğun deyil və insan hüquq və azadlıqlarının kobud formada pozulmasına zəmin yaradır.
Belə ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, şəxsin törətdiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olmayaraq, cinayət icraatı qaydasında haqqında tibbi xarakterli məcburi tədbir tədbiq edilmiş şəxs, əgər sağalmamışdırsa, həkim-psixiatr komissiyasının rəyi əsasında psixiatriya stasionarında istənilən qədər saxlanıla bilər.
Lakin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə (tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması) əsasən, “Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır”.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə əsasən, ruhi xəstələrin qanuni saxlanılması azadlıqdan məhrum etmənin növü kimi qiymətləndirilir.
AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Azadlıq hüququ yalnız qanunla nəzərədə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər”.
Hörmətli Elmira xanım!
Həmin hüquq normalarının qarşılıqlı təhlili göstərir ki, şəxs, ittiham edildiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq müddətə cinayət icraatı qaydasında psixiatriya stasionarında saxlanıla bilməz.
Çünki, tibbi xarakterli məcburi tədbirlər yalnız AR Cinayət Məcəlləsinin XV fəslinə uyğun olaraq tətbiq edilə bilər. Başqa sözlə, cinayət törətmiş şəxsin haqqında tibbi xarakterli məcburi tədbir kimi, psixiatriya stasionarına yerləşdirmə yalnız məhkəmə qərarı ilə ola bilər.
“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci maddəsinin məzmunundan isə belə aydın olur ki, şəxs törətdiyi cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrum etmənin yuxarı həddindən də artıq müddətdə psixiatriya stasionarında saxlanıla bilər və bu, məhkəmənin qərarı ilə yox, faktik olaraq, həkim-psixiatr komissiyasının qərarı ilə həyata keçirilir.
Düzdür, qanunun 28.3-cü maddəsində, qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılmasının məhkəmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulsa da, təcrübədə bu tam formal xarakter daşıyır və məhkəmə təcrübəsi də sübut edir ki, həkim-psixiatr komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatətləri istisnasız olaraq təmin edilir. Lakin bu maddədə nəzərədə tutulan müddəalar mülki icraat qaydasında, yəni Mülki Prosessual Məcəllənin XXXVI fəslinə uyğun olaraq psixiatriya stasionarına məcburi yerləşdirilən şəxslərə aiddir.
Ancaq cinayət icraatı qaydasında və tibbi xarakterli məcburi tədbir kimi psixiatriya stasionarına yerləşdirilən şəxslərin məcburi müalicəsinin müddətinin uzadılması zamanı nəzərə alınmalı bəzi başqa hüquq normaları kobud şəkildə pozulur. Bu isə, nəticədə insan hüquqlarının pozulmasına səbəb olur.
S.Xəlilovanın ittiham edildiyi AR CM-nin 132-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 6 aydır.
Deməli, CM-nin 99-cu maddəsinin mahiyyətinə uyğun olaraq, 6 ay bitdikdən sonra S.Xəlilova dərhal məcburi stasionar müalicədən – həbsdən azad edilməli və bundan sonra, ehtiyac olardısa, o, yalnız qanunda nəzərdə tutulan qaydada, yəni mülki icraat qaydasında (MPM-nin XXXVI fəsli) müalicə etdirilməli idi.
Bu gün qüvvədə olan elə bir “qanunla nəzərədə tutulmuş qayda” yoxdur ki, şəxsin, ittiham edildiyi cinayətə görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ən yüksək həddindən artıq müddətə psixiatriya stasionarında yerləşdirilməsini nəzərdə tutsun.
Respublika məhkəmələrinin və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının təcrübəsində isə çox tez-tez belə hallara rast gəlinir. Yəni cinayət əməli törədən şəxs ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən də artıq müddətlərdə psixiatriya stasionarlarında saxlanılır ki, bu da, insan hüquqlarının kobud formada pozulmasıdır və Respublikamızın beynəlxalq nüfuzuna ziyan vurur.
S.H.Xəlilova artıq 11 (on bir) aydır ki, ümumi tipli psixiatriya stasionarında saxlanılır.
“Psixiatriya yardımı haqqında” Qanunun 28.2-ci maddəsinin məzmunundan belə aydın olur ki, şəxsin psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbir kimi saxlanması müddətinin yuxarı həddi məhkəmə qərarları və qanunla yox, yalnız həkim-psixiatr komissiyasının rəyi ilə müəyyənləşir. Bu isə CM-nin 99-cu maddəsinin ruhuna və mahiyyətinə daban-dabana ziddir.
Qanunun 29-cu maddəsinin 3-cü bəndi isə, ümumiyyətlə mövcud qanunlarımıza uyğun deyil. Çünki, məhkəmə qətnaməsi ilə, yəni mülki icraat qaydasında, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, bu gün qüvvədə olan Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır.
MPM-nin, “ŞƏXSİN PSİXİATRİYA STASİONARINA MƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT” adlanan XXXVI fəsli şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsini yox (belə tədbirlərin tətbiqi yalnız cinayət icraatı qaydasında və CM-nin 93-99-cu maddələrinə uyğun həyata keçirilir), şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsini nəzərdə tutur ki, bunların da çox böyük icraat fərqləri və hüquqi nəticələri var.
Bu baxımdan da, “Psixiatriya yardımı haqqında” qanunun 29.3-cü maddəsi mülki və cinayət qanunvericiliyinə zidd olduğu üçün, qüvvədən salınmalı və həmin maddədə, mülki və cinayət prosessual qanunvericiliyə uyğun olaraq, redaktə dəyişikliyi edilməsi barədə Milli Məclisə tövsiyyə verilməlidir.
Hörmətli E.Süleymanova!
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
1. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun 28.2-ci və 29.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyanın 28-ci maddəsinin 2-ci hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin “e” yarımbəndinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinə və Mülki Prosessual Məcəllənin XXXVI fəslinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edəsiniz.
2. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2001-ci il tarixli 246-II KQ saylı Qanununun 1.5-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 97-ci maddəsinə 5-ci bənd və “Psixiatriya yardımı haqqında” qanunun 12-ci maddəsinə 4-cü bənd kimi aşağıdakı məzmunda əlavə edilməsi xahişi ilə Azərbaycan Respublikasının Milli Məclisinə təklif verəsiniz:
“Törətdiyi əmələ görə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq müddətə şəxsin psixiatriya stasionarında saxlanılmasına yol verilmir”.
3. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanununun 12.2.1 və 13-cü maddəsinə uyğun olaraq:
---- S.H.Xəlilovanın saxlandığı anti-insani şəraiti görmək və bilmək üçün AR SN 1 saylı RPX-də S.Xəlilova ilə görüşüb təkbətək söhbət edəsiniz,
---- Xəlilova Sücayət Həmid qızının cinayət qanunvericiliyi ilə nəzərdə tutulan müddətdən artıq psixiatriya stasionarında saxlanılmasında iştirakı olmuş vəzifəli şəxslərin: psixiatr-həkimlərin, müalicə müəssisəsinin müdriyyətinin, prokuror və hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər verəsiniz,
---- Respublikamızda psixiatriya sahəsində insan hüquqlarının pozulmasının xüsusi ictimai əhəmiyyət kəsb etməsini, bu barədə “ANS” TV-nin “Elgizli axşamlar” proqramında və “ATV” kanalının “Sən tək deyilsən” verilişində dəfələrlə müxtəlif süjetlər göstərilməsini nəzərə alaraq, bu şikayətlə bağlı aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış edəsiniz və bu barədə Azərbaycan Respublikasının prezidentinə müraciət etməklə, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış edəsiniz.
Qoşma: -- Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2010-cu il tarixli qərarının surəti,
-- AR Səhiyyə Nazirliyinin 1 saylı RPX-nin həkim-psixiatr komissiyasının 20 may 2010-cu il tarixli rəyinin surəti,
-- Sabunçu Rayon Məhkəməsinin 25 iyun 2010-cu il tarixli qərarının surəti,
-- “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli Qanununun surəti,
-- Məmmədov Qurban Cəlal oğlunun adına verilmiş etibarnamənin notarial qaydada təsdiqlənmiş surəti,
-- Məmmədov Qurban Cəlal oğlunun “Çalxan” MMC-nin direktoru olması barədə əmrin təsdiqlənmiş surəti,
17 oktyabr 2010-cu il
İmza: / Məmmədov Qurban Cəlal oğlu /
========================================================================================
P.S.
Aparılmış ardıcıl mübarizənin nəticəsində S.Xəlilova 05 yanvar 2011- ci ildə Psixiatriya stasionarıdan buraxıldı.
Növbəti mərhələ, onun hüquqlarının pozulmasına görə kompensasiya tələbi ilə bağlı, Avropa Məhkəməsinə müraciətdir.
Səbrlə hər qanuni niyyətə nail olmaq olar.
Hiç yorum yok:
Yorum Gönder