Lənkəran rayon məhkəməsinə
(hakim: M.Quliyevə)
İddiaçı: Hüseynov Ağahüseyn Qasım oğlu
Ünvanı: Lənkəran rayonu, Qumbaşı kəndi
Əlaqə tel.: (050) 563 35 92
Cavabdeh: Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyəti
Ünvanı: Lənkəran rayonunun Liman qəsəbəsi
Əlaqə tel.: 2 -14- 80, 2- 14 -91
--- İşə bərpa,
--- əldən çıxmış faydanın ödənilməsi və
--- idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməsi
barədə
İddia ərizəsi
Hörmətli hakim!
Mən 1973-cü ildən Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətində sürücü işləyirəm. 1990-cı ildən KAMAZ markalı, 42 AS-226 №li maşını işlədirdim.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, cavabdeh Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı «4 illik əmək haqqımın ödənilməsi və işlətdiyim «KAMAZ» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməsinə dair» mülki iş üzrə iddia tələbinin həcmini artıraraq qeyd edirəm ki, 20 noyabr 2006-cı il tarixdə məhkəmə iclası zamanı cavabdehin təqdim etdiyi əmrin surətindən mənə aydın oldu ki, cavabdehin 30 noyabr 2002-ci il tarixli əmri ilə işdən azad olunmuşam.
Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının verildiyi gündür. Mən isə işdən azad olunmam barədə əmrin surətini 20 noyabr 2006-cı il tarixdə məhkəmə iclasında iştirak edən zaman almışam. Buna görə də iddia tələbimin həcmini artıraraq işə bərpa və dəymiş zərərin ödənilməsini də tələb edirəm.
Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyəti işdən azad olunmağım barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad etmişdir. Həmin maddəyə əsasən isə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Maddədən də göründüyü kimi, əmrdə mənim əmək müqaviləmin ləğv edilməsinin əsası kimi, mənim öz əmək vəzifələrimin icrasına səhlənkarcasına laqeyd münasibət bəsləməyimə, verilmiş tapşırığın icrasını gecikdirməyimə, icarə müqaviləsinin şərtlərini pozmağıma, müqavilə üzrə üzərimə düşən öhdəlikləri yerinə yetirməməyimə, istismar qaydalarını kobud şəkildə pozduğuma və mənə verilmiş «töhmət» və «şiddətli» töhmətdən düzgün nəticə çıxarmamağıma istinad olunsa da, göstərilən halların nədən ibarət olması və nə də ifadə olunması və belə halların təsdiqinə dair hər hansı fakta istinad olunmamışdır. Qanunda söhbət əmək müqaviləsinin şərtlərinin pozulmasından gedir, icarə müqaviləsinin yox. Buna görə də, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq həmin müqavilənin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından başqa bir şey deyil.
Digər tərəfdən, Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Mənim isə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyamı, vəzifə borcumu (öhdəliklərimi) yerinə yetirmədiyimə görə müvafiq iş yerimdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hal və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Əksinə, vaxtlı-vaxtında icarə haqqını ödəmiş, müəssisəyə gəlir vermişəm.
Buna görə də, əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən mən əvvəlki vəzifəmə bərpa edilməli, qanunsuz olaraq işdən çıxarıldığım üçün isə gündəlik qazancımdan məhrum olduğum üçün mənə dəymiş zərər ödənilməlidir. Belə ki, mən gündə orta hesabla 300 min manat (60 manat) qazanırdım. 2002-ci ildən bu vaxta qədər isə mən cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu qazancımdan məhrum olmuşam. Buna görə də həmin vaxtdan bugünə qədər mənə dəymiş 432 milyon, 8640 manat ziyan ödənilməli və heç bir əsas olmadan işdən azad edildiyim üçün işə bərpa edilməli və idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməlidir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 53-cü maddəsinə əsasən,
Xahiş edirəm:
---- Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinə işə bərpa edilməyim,
---- əldən buraxılmış 432 milyon (8640 AZN) manatın ödənilməsi və
---- idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməsi
barədə qətnamə qəbul edilsin.
Qoşma: 1. İddia ərizəsinin surəti;
2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
3. İşdən çıxarılmam barədə 30 noyabr 2002-ci il tarixli əmrin surəti;
«12» dekabr 2006-cı il
İmza: /A.Q.Hüseynov/
___________________________________________________________________________________
Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsinin MİÜMK-na
İş üzrə iddiaçı Hüseynov Ağahüseyn Qasım oğlunun
etibarnamə üzrə nümayəndəsi Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəhəri, Həsənoğlu küçəsi 12, korpus 7, mənzil 7/8
Əlaqə tel.: 496 10 71 (iş), (050) 200 66 10;
tərəfindən
İddianı təmin etmək üçün tədbirlər barədə
Ə R İ Z Ə
(MPM-nin 158.1.1-158.1.2-ci maddələrinə əsasən)
Möhtərəm hakimlər!
İcraatınızda olan indiki mübahisənin obyektiv həll edilməsi və iş üzrə qəbul ediləcək qətnaməni gələcəkdə təmin etmək məqsədilə «Kamaz» markalı, 42 AS-226 dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş edirəm.
«05» aprel 2007-ci il
İmza: /Q.C.Məmmədov/
__________________________________________________________________________________
Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsinin MİÜMK-na
(sədrlik edən: İ.Dəmirova)
İddiaçı: Hüseynov Ağahüseyn Qasım oğlu
Ünvanı: Lənkəran rayonu, Qumbaşı kəndi
Əlaqə tel.: (050) 563 35 92
--- məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və
--- idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının icarəmə verilməsi və
--- əmlak payı kimi mülkiyyətimə verilməsi barədə
İddia ərizəsinə əlavə
(MPM-nin 372.3-cü maddəsinə əsasən hüquqi əsasın dəyişdirilməsinə dair)
İcraatınızda mənim Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı «işə bərpa, əldən buraxılmış gəlirin ödənilməsi və idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməsi barədə» iddia tələbimə dair mülki iş vardır.
MPM-nin 372.3-cü maddəsinə əsasən, «tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər».
Mən də iddia tələbimin hüquqi əsasını dəyişərək qeyd edirəm ki, 1973-cü ildən Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətində sürücü işləyirəm. 1990-cı ildən KAMAZ markalı, 42 AS-226 №li maşını işlədirdim.
20 noyabr 2006-cı il tarixdə məhkəmə iclası zamanı cavabdehin təqdim etdiyi əmrin surətindən mənə aydın oldu ki, cavabdehin 30 noyabr 2002-ci il tarixli əmri ilə işdən azad olunmuşam.
Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, «işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
Həmin Məcəllənin 172-ci maddəsinin 6-cı hissəsinə əsasən, «işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir».
Baxmayaraq ki, cavabdehin əmri ilə mən 2002-ci ildə işdən azad olunmuşam, bu barədə əmrin surəti mənə vaxtında verilməmiş, cavabdeh tərəfindən 4 il işdən azad olub-olmamağım barədə məlumatlandırılmamışam. Yalnız Lənkəran rayon məhkəməsində iddia qaldırarkən mənə məlum olmuşdur ki, mən işdən azad olunmuşam. Buna görə də, 4 il müddətində orta əmək haqqım hesablanmalı və mənə ödənilməlidir.
Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır.
Cavabdeh işdən azad olunmağım barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad etmişdir. Həmin maddəyə əsasən isə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
Maddədən də göründüyü kimi, əmrdə mənim əmək müqaviləmin ləğv edilməsinin əsası kimi, mənim öz əmək vəzifələrimin icrasına səhlənkarcasına laqeyd münasibət bəsləməyimə, verilmiş tapşırığın icrasını gecikdirməyimə, icarə müqaviləsinin şərtlərini pozmağıma, müqavilə üzrə üzərimə düşən öhdəlikləri yerinə yetirməməyimə, istismar qaydalarını kobud şəkildə pozduğuma və mənə verilmiş «töhmət» və «şiddətli» töhmətdən düzgün nəticə çıxarmamağıma istinad olunsa da, göstərilən halların nədən ibarət olması və nə də ifadə olunması və belə halların təsdiqinə dair hər hansı fakta istinad olunmamışdır. Qanunda söhbət əmək müqaviləsinin şərtlərinin pozulmasından gedir, icarə müqaviləsinin yox. Buna görə də, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq həmin icarə müqaviləsinin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından başqa bir şey deyil.
Digər tərəfdən, Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Mənim isə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyamı, vəzifə borcumu (öhdəliklərimi) yerinə yetirmədiyimə görə müvafiq iş yerimdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hal və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Əksinə, vaxtlı-vaxtında icarə haqqını ödəmiş, müəssisəyə gəlir vermişəm.
Buna görə də, əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən mən əvvəlki vəzifəmə bərpa edilməli, qanunsuz olaraq işdən çıxarıldığım, işdən çıxarılmağım barədə əmrin surəti, əmək kitabçam mənə vaxtında verilmədiyinə görə məcburi iş buraxma müddəti üçün əmək haqqım ödənilməklə işə bərpa edilməliyəm.
Əmək Məcəlləsinin 180-ci maddəsinə əsasən, (işçinin müəssisənin gəlirindən pay almaq hüququ) işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan səhmdar cəmiyyətlərinin, habelə mülkiyyət payı bəlli olan digər müəssisələrin nizamnamələrində (əsasnamələrində) müəssisənin nəzərdə tutulan qaydada və məbləğdə müəyyən edilən gəlirinin müvafiq hissəsi miqdarında pay almaq hüququna malikdirlər. İşçilərin bu hüququnu məhdudlaşdıran və ya onları bu hüquqdan məhrum edən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Bu günədək mən həmin səhmdar cəmiyyətində payçı olsam da, heç bir divident və gəlir almamışam. Cavabdeh isə, başqa sürücülər kimi idarə etdiyim «KAMAZ» markalı maşını özəlləşdirməyimə mane olmaq üçün qanunsuz bəhanələrlə əlimdən almış və məni qanunsuz olaraq işdən azad etmişdir.
Xahiş edirəm:
--- Lənkəran «Xəzər Avtonəqliyyat» ATSC-yə işə bərpa edilməyim,
--- məcburi iş buraxma müddəti üçün 4 illik əmək haqqının ödənilməsi və
--- idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının icarəmə və əmlak payı kimi
mülkiyyətimə verilməsi barədə qətnamə qəbul edilsin.
«13» may 2007-ci il
İmza: /A.Q.Hüseynov/
__________________________________________________________________________________
Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsinin MİÜMK-na
İddiaçı: Hüseynov Ağahüseyn Qasım oğlu
Ünvanı: Lənkəran rayonu, Qumbaşı kəndi
Əlaqə tel.: (050) 563 35 92
Lənkəran rayon məhkəməsinin 08 dekabr 2006-cı il tarixli
(sədrlik edən: M.Quliyev, iş № 2-405-2006) qətnaməsinə dair
Apellyasiya şikayəti
Hörmətli hakimlər!
Həmin qətnamə ilə Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı «4 illik əmək haqqımın ödənilməsi və işlətdiyim «KAMAZ» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməsi, işə bərpa, əldən buraxılmış gəlirin ödənilməsinə dair» iddiam təmin edilməmişdir.
Lənkəran rayon məhkəməsinin həmin qətnaməsi aşağıda göstərdiyim əsaslara görə qanunsuzdur, ləğv edilməli və iddiamın təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir.
Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır (MPM-nin 388-ci maddəsi).
Belə ki, mənim iddia tələbimi təmin etməmək barədə qərara gələn məhkəmə araşdırmamışdır ki, ümumiyyətlə, Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinin Əmək Məcəlləsinin 70-ci madddəsinin «ç» bəndinə və 72-ci maddəsinə istinad etməklə məni işdən çıxarmaq hüququ var, ya yox.
Belə ki, mən 1973-cü ildən Lənkəran «Xəzər Avtonəqliyyat» ATSC-də sürücü işləyirəm, 1990-cı ildən «Kamaz» markalı, 42 AS-226 dövlət nömrə nişanlı avtomaşını işlədirəm.
Lənkəran «Xəzər-Avtonəqliyyat» ATSC 31 iyul 2002-ci il tarixli əmri ilə onunla bağladığım icarə müqaviləsinin şərtlərini pozduğuma görə mənə şiddətli töhmət vermişdir. Əmrdə eyni zamanda o da götərilmişdir ki, əgər mən avtomaşını idarə etmək üçün bir daha kənar şəxsə versəm, o zaman cavabdehlə mənim aramda bağlanmış icarə müqaviləsinə xitam veriləcəkdir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində isə söhbət işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsindən gedir.
Maddədən də göründüyü kimi, əmrdə mənim əmək müqaviləmin ləğv edilməsinin əsası kimi, mənim öz əmək vəzifələrimin icrasına səhlənkarcasına laqeyd münasibət bəsləməyimə, verilmiş tapşırığın icrasını gecikdirməyimə, icarə müqaviləsinin şərtlərini pozmağıma, müqavilə üzrə üzərimə düşən öhdəlikləri yerinə yetirməməyimə, istismar qaydalarını kobud şəkildə pozduğuma və mənə verilmiş «töhmət» və «şiddətli» töhmətdən düzgün nəticə çıxarmamağıma istinad olunsa da, göstərilən halların nədən ibarət olması və nə də ifadə olunması və belə halların təsdiqinə dair hər hansı fakta istinad olunmamış və məhkəmə tərəfindən də bu hallar araşdırılmamışdır. Qanunda söhbət əmək müqaviləsinin şərtlərinin pozulmasından gedir, icarə müqaviləsinin yox. Buna görə də, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq həmin müqavilənin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından başqa bir şey deyil.
Digər tərəfdən, Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Mənim isə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyamı, vəzifə borcumu (öhdəliklərimi) yerinə yetirmədiyimə görə müvafiq iş yerimdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hal və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Əksinə, vaxtlı-vaxtında icarə haqqını ödəmiş, müəssisəyə gəlir vermişəm.
Buna görə də, əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən mən əvvəlki vəzifəmə bərpa edilməli, qanunsuz olaraq işdən çıxarıldığım üçün isə gündəlik qazancımdan məhrum olduğum üçün mənə dəymiş zərər ödənilməlidir. Belə ki, mən gündə orta hesabla 300 min manat (60 manat) qazanırdım. 2002-ci ildən bu vaxta qədər isə mən cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu qazancımdan məhrum olmuşam. Buna görə də həmin vaxtdan bugünə qədər mənə dəymiş 432 milyon - 8640 manat ziyan ödənilməli və heç bir əsas olmadan işdən azad edildiyim üçün işə bərpa edilməli və idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşın mənim istifadəmə verilməli və əmlak payıma uyğun dividentlər ödənilməlidir.
Bütün bunlarla yanaşı məhkəmə qətnaməsinin əsaslandırma hissəsində yazılır: «... həmçinin işə əlavə edilmiş Xəzər-Avtonəqliyyat ATSC-nin 20 noyabr 2006-cı il il tarixli, 53 saylı arayışından görünür ki, Lənkəran «Xəzər-Avtonəqliyyat» ATSC maliyyə təsərrüfat ilini ziyanla başa vurmuş, səhmdarlara divident hesablanmamış və ödənilməmişdir».
10 noyabr 2006-cı il tarixli vəsatətlə məhkəməyə müraciət edərək Lənkəran «Xəzər Avtonəqliyyat» ATSC-nin 1 yanvar 1998-ci ildən 1 noyabr 2006-cı il tarixədək gəlir və xərclərinin həcmi, səhmdarlara ödənilən dividentlərin ümumi məbləği və mənim payıma düşən dividentlərin məbləğini, Lənkəran «Xəzər Avtonəqliyyat» ATSC-nin müflis elan edilməsi üçün əsasların olmasını, Lənkəran Xəzər ATSC-yə məxsus maşınların nə vaxt, kimə və hansı qiymətə satılmasını müəyyənləşdirmək üçün məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərar qəbul etməsini xahiş etsəm də, məhkəmə mənim vəsatətimi təmin etməmişdir. Nəticədə sadəcə, cavabdehin təqdim etdiyi arayışa əsaslanaraq, Lənkəran «Xəzər Avtonəqliyyat» ATSC-nin təsərrüfat ilini ziyanla başa vurduğu üçün səhmdarlara divident hesablanmadığı və ödənilmədiyi qənaətinə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir (MPM-nin 390-cı maddəsi).
Belə ki, qətnamənin əsaslandırma hissəsində göstərilir ki, «iddiaçı A.Hüseynov cavabdeh təşkilatın rəhbərinin hərəkətlərindən məhkəməyə şikayət etmiş, ona qanunun tələbləri izah edilmiş, lakin o həmin vaxtdan indiyədək işə bərpa ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də iddiaçının 4 ilin əmək haqqı tələbi də bu səbəbdən əsassızdır». Məhkəmənin qətnamədə göstərdiyi bu dəlilin əsası ona görə yoxdur ki, mən hələ 03 dekabr 2002-ci ildə cavabdehin qanunsuz hərəkətlərinə dair Lənkəran rayon məhkəməsində iddia qaldırmış və həmin iddia ərizəsi dəftərxanada 1004 sayla qeydiyyatdan keçmişdir. Lakin Lənkəran rayon məhkəməsi mənim qaldırdığım iddiaya Qanunun tələblərinə uyğun olaraq heç bir münasibət bildirməmişdir. Belə ki, Mülki Prosessual Qanunvericilikdə iddia ərizəsinin mümkünlüyü və geri qaytarılmasının əsasları göstərilmişdir (MPM-nin 152, 153-cü maddələri). İddia ərizəsinin geri qaytarılması üçün əsaslardan hər hansı biri olduqda hakim qərardadla sənədləri geri qaytarır. Yaxud da iddia ərizəsi Prosessual Qanunvericiliyin tələblərinə riayət edilməklə tərtib olunubsa, məhkəmə tərəfindən qəbul edilir və onun daxil olmasından 2 həftə müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, iddia ərizəsi qəbul edilmiş sayılır. Lakin Lənkəran rayon məhkəməsinin hakimi Qanunun bu tələblərinə əməl etməmiş, izahatla bağlı yazdıqları isə tamamilə əsassızdır. Əvvəla, Mülki Prosessual Qanunvericilikdə məhkəmənin izahat vermə vəzifəsi nəzərdə tutulmamış, ikincisi isə, mənə belə bir izahat verilməmiş və iş materiallarında bu barədə heç bir sübut yoxdur. Bundan başqa, həmin iddia ərizəsini və qeydiyyat kitabından çıxarışı iş materiallarına əlavə edilməsini məhkəmədən xahiş etsəm də, vəsatətim təmin edilməmişdir.
Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, əmək kitabçasının verildiyi gündür. Mən isə işdən azad olunmam barədə əmrin surətini 20 noyabr 2006-cı il tarixdə, Lənkəran rayon məhkəməsində, məhkəmə iclasında iştirak edən zaman almış, əmək kitabçamı surəti isə bu günədək verilmməmişdir. 20 noyabr 2006-cı ilədək isə, cavabdeh mənə şifahi olaraq əmək müqaviləsinin yox, icarə müqaviləsinin pozulduğunu bildirirdi. Buna görə də Lənkəran rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və iddiamın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 384.0.2-ci maddəsinə əsasən,
Xahiş edirəm:
Lənkəran rayon məhkəməsinin 08 dekabr 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddiamın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsin.
Qoşma: 1. Apellyasiya şikayətinin surəti;
2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz (23 manat 76 qəpik);
İmza: /A.Q.Hüseynov/
____________________________________________________________________________________
Azərbaycan Respublikası
Ali Məhkəməsinin MİÜMK-na
İddiaçı: Hüseynov Ağahüseyn Qasım oğlu
Ünvanı: Lənkəran rayonu, Qumbaşı kəndi
Əlaqə tel.: (050) 563 35 92
Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 may 2007-ci il tarixli
(sədrlik edən: İ.Dəmirov, hakimlər: İ.Ş.Vəliyev, T.A.Qoldman, iş № 1mk-1969/2007) qətnaməsinə dair
Kassasiya şikayəti
Hörmətli hakimlər!
Həmin qətnamə ilə Lənkəran rayon məhkəməsinin 08 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
Apellyasiya məhkəməsinin həmin qətnaməsi qanunsuzdur, ləğv edilməli və iddiamın təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir.
Mən 22 iyun 2007-ci il tarixli kassasiya şikayəti ilə Sizə müraciət etmiş, Apellyasiya Məhkəməsinin MİÜMK-nın 13 iyul 2007-ci il tarixli qərardadı ilə tərəfimdən dövlət rüsumu tam həcmdə ödənilmədəyindən kassasiya şikayəti geri qaytarılmışdır.
Kassasiya şikayətimdəki nöqsanı aradan qaldıraraq, işin qısa mahiyyəti ilə bağlı bildirirəm ki, ümumiyyətlə, Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinin Əmək Məcəlləsinin 70-ci madddəsinin «ç» bəndinə və 72-ci maddəsinə istinad etməklə məni işdən çıxarmaq hüququ yoxdur.
Belə ki, mən 1973-cü ildən Lənkəran «Xəzər Avtonəqliyyat» ATSC-də sürücü işləyirəm, 1990-cı ildən «Kamaz» markalı, 42 AS-226 dövlət nömrə nişanlı avtomaşını işlədirəm.
Lənkəran «Xəzər-Avtonəqliyyat» ATSC 31 iyul 2002-ci il tarixli əmri ilə onunla bağladığım icarə müqaviləsinin şərtlərini pozduğuma görə mənə şiddətli töhmət vermişdir. Əmrdə eyni zamanda o da götərilmişdir ki, əgər mən avtomaşını idarə etmək üçün bir daha kənar şəxsə versəm, o zaman cavabdehlə mənim aramda bağlanmış icarə müqaviləsinə xitam veriləcəkdir.
Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində isə söhbət işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsindən gedir.
Maddədən də göründüyü kimi, əmrdə mənim əmək müqaviləmin ləğv edilməsinin əsası kimi, mənim öz əmək vəzifələrimin icrasına səhlənkarcasına laqeyd münasibət bəsləməyimə, verilmiş tapşırığın icrasını gecikdirməyimə, icarə müqaviləsinin şərtlərini pozmağıma, müqavilə üzrə üzərimə düşən öhdəlikləri yerinə yetirməməyimə, istismar qaydalarını kobud şəkildə pozduğuma və mənə verilmiş «töhmət» və «şiddətli» töhmətdən düzgün nəticə çıxarmamağıma istinad olunsa da, göstərilən halların nədən ibarət olması və nə də ifadə olunması və belə halların təsdiqinə dair hər hansı fakta istinad olunmamış və məhkəmə tərəfindən də bu hallar araşdırılmamışdır. Qanunda söhbət əmək müqaviləsinin şərtlərinin pozulmasından gedir, icarə müqaviləsinin yox. Buna görə də, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə göstərilən hallar faktiki olaraq həmin müqavilənin ləğv edilməsi üçün süni əsaslar yaradılmasından başqa bir şey deyil.
Digər tərəfdən, Azərbaycan Respublikası ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
Mənim isə qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyamı, vəzifə borcumu (öhdəliklərimi) yerinə yetirmədiyimə görə müvafiq iş yerimdə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hal və ya mülkiyyətçinin, işəgötürən, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Əksinə, vaxtlı-vaxtında icarə haqqını ödəmiş, müəssisəyə gəlir vermişəm.
Buna görə də, əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş ləğv edilmə əsasları olmadan xitam verildiyindən mən əvvəlki vəzifəmə bərpa edilməli, qanunsuz olaraq işdən çıxarıldığım üçün isə gündəlik qazancımdan məhrum olduğum üçün mənə dəymiş zərər ödənilməlidir. Belə ki, mən gündə orta hesabla 300 min manat (60 manat) qazanırdım. 2002-ci ildən bu vaxta qədər isə mən cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu qazancımdan məhrum olmuşam. Buna görə də həmin vaxtdan bugünə qədər mənə dəymiş 432 milyon - 8640 manat ziyan ödənilməli və heç bir əsas olmadan işdən azad edildiyim üçün işə bərpa edilməli və idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşın mənim istifadəmə verilməli və əmlak payıma uyğun dividentlər ödənilməlidir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 416, 417.1.4-cü maddələrinə əsasən,
Xahiş edirəm:
Apellyasiya instansiya məhkəməsinin 16 may 2007-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qərar qəbul olunsun.
Qoşma: 1. Kassasiya şikayətinin surəti
2. Dövlət rüsumunun ödənilməsi barədə qəbz;
3. C.M.Mehrəliyevin adına verilmiş orderin surəti;
«25» iyul 2007-ci il
İmza: /A.Q.Hüseynov/
Şikayəti tərtib etmiş vəkil: ,
/C.M.Mehrəliyev/
___________________________________________________________________________________
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə
Ərizəçi: Hüseynov Ağahüseyn Qasım oğlu
Ünvanı: Lənkəran rayonu, Qumbaşı kəndi
Əlaqə tel.: (050) 563 35 92
Mübahisə olunan məhkəmə aktını qəbul etmiş məhkəmə orqanının adı və ünvanı:
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Ünvanı: Z.Xəlilov küç., 540-cı məhəllə
Mübahiselendirilen mehkeme qerarı: Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın
04 oktyabr 2007-ci il tarixli, 6K-1917/07 saylı qərarına dair
ŞİKAYƏT
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 34.1-ci maddəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə şikayət verə bilər.
AR Ali məhkəməsinin MİÜMK-nın 04 oktyabr 2007-ci il tarixli qərarından verdiyim əlavə kassasiya şikayətinə Ali məhkəmənin Plenumunda baxılmaqdan imtina edilmişdir.
İşin qısa mahiyyəti belədir: Mən 1973-cü ildən isə «Xəzər Avtonəqliyyat» ATSC-də sürücü işləyirəm. 1990-cı ildən «Kamaz» markalı, 42 AS 226 dövlət nömrə nişanlı avtomaşın işlətmişəm.
2002-ci ilin noyabr ayında «Xəzər Avtonəqliyyat» ATSC-nin İdarə Heyətinin sədri Çingiz Ağayev mənə Bakı şəhərində torpaq daşımağı tapşırmış, bunun qarşılığında isə mənə əmək haqqı verməmişdir. 29.11.2002-ci il tarixdə Ç.Ağayev məni öz kabinetinə çağırmış, icraçı direktor Tofiq Paşayevin iştirakı ilə mənə məcburi ərizə yazdırmış, yazmayacağım təqdirdə məni həbs etdirəcəyi ilə hədələmiş və məni qorxudaraq, qolumu burmuş, ərizəni məndən məcbur almışdır. «Kamaz»ı isə məndən alaraq başqa bir şəxsə istifadəyə vermişdir. Daha sonra isə mən, cavabdeh Çingiz Ağayevə qarşı «ödənilməmiş dörd ilin əmək haqqının ödənilməsinə, «Kamaz» markalı, 42 AS 226 dövlət nömrə nişanlı maşının əmlak payı kimi mənə verilməsinə, eləcə də, işə bərpa və əldən buraxılmış gəlirin ödənilməsinə dair» iddia tələbi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmiş, lakin Lənkəran rayon məhkəməsi özünün 08 dekabr 2006-cı il tarixli qətnaməsi ilə mənim iddia tələbimi təmin etməmişdir. Lənkəran rayon məhkəməsinin bu qətnaməsindən verdiyim apellyasiya şikayətim də təmin edilməmiş və AR-nın Apellyasiya məhkəməsi özünün 16 may 2007-ci il rarixli qətnaməsi ilə Lənkəran rayon məhkəməsinin 08 dekabr 2007-ci il tarixli qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin bu qətnaməsindən verdiyim kassasiya şikayəti də Ali Məhkəmənin 04 oktyabr 2007-ci il tarixli qərarı ilə təmin olunmamış və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır.
Ali məhkəmənin MİÜMK-nın 04 oktyabr 2007-ci il tarixli qərarı AR Konstitusiyasına və mövcud qanunlarına zidd olmaqla, mənim aşağıdakı hüquqlarımı pozur.
Qərarı aşağıda göstərdiyim hallara görə qanunsuz və əsassız hesab edirəm:
Tətbiq edilməli olan normativ-hüquqi akt tətbiq edilməmiş, tətbiq edilməli olmayan normativ-hüquqi akt tətbiq edilmişdir («Konstitusiya Məhkəməsi haqqında» Qanunun 34.2.1 və 34.2.2-ci maddələri).
1. Həmin qərarla mənim əmək hüquqlarım pozulmuşdur.
Belə ki, mən, Əmək Qanunlar Məcəlləsinin «Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları» adlı X fəslinin tələblərinə uyğun yox, cavabdehlə mənim aramda bağlanmış 1 yanvar 2002-ci il tarixli icarə müqaviləsinin şərtlərini, guya pozduğuma görə işdən azad edilmişəm.
Halbuki, Əmək Qanunlar Məcəlləsinin «Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları» adlı X fəslində belə bir əsasa görə işdən azad etmə tələbi nəzərdə tutulmamışdır. Nə birinci instansiya məhkəməsi, nə də Apellyasiya instansiyası bu maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Ali Məhkəmənin MİÜMK-sı da bu pozuntulara heç bir hüquqi qiymət verməmişdir.
Hər üç məhkəmə instansiyası İcarə qanunvericiliyi ilə Əmək qanuvericiliyini bir-birindən ayırmaq və bu mübahisəyə hansının tətbiq edilməli olduğunu aydınlaşdırmağa belə cəhd etməmişdilər. Qərarın üçüncü səhifəsində yuxarıdan üçüncü abzasda göstərilmişdir ki, «yenidən 30 noyabr 2002-ci il tarixli, 85 saylı əmrlə Hüseynov Ağahüseyn Qasım oğlu bağlanan icarə müqaviləsinin şərtlərinə əməl etmədiyinə və üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, eləcə də, dəfələrlə istismar qaydalarını kobud şəkildə pozması və ona verilmiş «töhmət və şiddəti töhmətdən» düzgün nəticə çıxarmaması nəzərə alınaraq, onunla bağlanmış İCARƏ MÜQAVİLƏSİNƏ xitam verilmiş və o, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olmuşdur».
Möhtərəm hakimlər!
Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər.
Gördüyünüz kimi, Əmək Məcəlləsinin 70-ci maddəsində söhbət «icarə müqaviləsi»nin şərtlərinin pozulmasından yox, «əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməkdən gedir». Hər üç məhkəmə instansiyası buna fikir verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
Məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etsələr də, onu düzgün təfsir etməmiş və qanuni nəticə çıxarmamışlar. Məsələn, Ali Məhkəmənin Qərarının 3-cü səhifəsində, aşağından 2-ci abzasda yazılır: «həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haq-hesab sənədərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işə götürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə, qəsdlə pozulduğu gündür».
Məhkəmələr iş materialları ilə təsdiq edilən belə bir sübuta qiymət verməmişlər ki, işdən azad edilməyim barədə müvafiq əmrin surəti mənə yalnız bu mübahisəyə baxılarkən, Lənkəran rayon məhkəməsinin binasında, məhkəmə iclasının gedişində verilmişdir. Cavabdeh isə, həmin məhkəmə iclasına qədər məni işdən azad etdiyini bildirməmiş, sadəcə olaraq, mənimlə bağlanmış icarə müqaviləsini ləğv etdiyini bildirmişdir.
Bundan başqa, məhkəmə qərarında göstərilmişdir ki, guya mən əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etmə müddətini ötürmüşəm və apellyasiya məhkəməsinin kollegiyası da haqlı olaraq, bunu nəzərə almışdır və yenə də, məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci bəndinə istinad etmişlər.
Halbuki, mən iş materialları ilə sübut edildiyi kimi, işə buraxılmadığımdan dərhal sonra Lənkəran rayon məhkəməsinə rəsmi ərizə ilə müraciət etmiş və həmin ərizəm 2002-ci ilin 3 dekabrında Lənkəran rayon məhkəməsinin dəftərxanasında 1004 sayla qeydiyyatdan keçmişdir. Başqa sözlə, mən həmin bir aylıq müddətə də əməl etmişəm.
İstər birinci instansiya, istərsə də apellyasiya məhkəməsində bu qədər maddi və prosessual hüquq pozuntularının yol verilməsinə baxmayaraq, qərarda göstərilir ki, apellyasiya kollegiyasının gəldiyi nəticə işin araşdırılmış hallarına uyğundur.
2. Mənim dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış etmək hüququm pozulmuşdur.
Belə ki, Azərbaycan Dövləti tərəfindən mənə əmlak payı olaraq 4 ədəd çek verilmişdir.
«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununun 9.1.1-ci maddəsinə əsasən, «Azərbaycan Respublikasının vətəndaşları dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edirlər».
Mən də, həmin hüququma əsaslanaraq, başqa sürücülər kimi 20 ildən çox mənim istifadəmdə olan «Kamaz» markalı maşınımı özəlləşdirmək istəmiş, cavabdeh mənim bu hüququmu pozduğuna görə məhkəməyə müraciət etmişəm.
Ali Məhkəmənin Qərarında göstərilir ki, idarə etdiyim maşının əmlak payı kimi mənə satılması cavabdehin səlahiyyətinə daxil deyil. Əgər belədirsə, onda başqa sürücülərə idarə etdiyi maşınlar necə satılmışdır? Qanun qarşısında hamı bərabərdirsə, onda niyə başqaları üçün mümkün olan hal mənim üçün mümkün sayılmır?
3. Mənim, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş «hüquq və azadlıqların məhkəmə təminatı» və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin birinci bəndində nəzərdə tutulan «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması» hüquqlarım pozulmuşdur.
Həmin mübahisənin obyektiv həlli üçün məhkəmələrə təqdim etdiyim vəsatətlərimin heç biri təmin edilməmiş, əsassız olaraq işin obyektiv araşdırılmasından imtina edilmişdir.
Qeyd edilənlərə, «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 62-69-cu, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 3-cü hissəsinin 4-cü bəndinə və 5-ci hissəsinə əsaslanaraq,
Xahiş edirəm:
AR Ali Məhkəməsi MİÜMK-nın 4 oktyabr 2007-ci il tarixli, 6 K-1917/07 saylı qərarının AR-nın Konstitusiyasına uyğun olmadığı və Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işə yenidən baxılması haqqında qərar qəbul edilsin.
Qoşma: 1. Şikayətin surəti
2. Lənkəran rayon məhkəməsinin 08 dekabr 2006-ci il tarixli, iş№ 2-405-2006 saylı
qətnaməsinin surəti
3. AR-nın Apellyasiya Məhkəməsinin MİÜMK-nın 16 may 2007-ci il tarixli, iş №1 mk-
1969/2007 saylı qətnaməsinin surəti
4. AR Ali Məhkəməsinin MİÜMK-nın 04 oktyabr 2007-ci il tarixli, 6k-1917/07 saylı
qərarının surəti
5. AR Ali Məhkəməsinin 04 fevral 2008-ci il tarixli məktubunun surəti.
«_12_» mart 2008-ci il
İmza: A.Q.Hüseynov
Hiç yorum yok:
Yorum Gönder