Prezidenti şantaj siyasəti...
Müəyyən qüvvələr cəmiyyətdə dövlət çevrlişi ilə bağlı ajyotaj yaratmaqla prezident İlham Əliyevi özlərindən asılı salmaq istəyirlər.
Son vaxtlar «Azadlıq, Bizim yol, Turan» informasiya agetliyinin yerləşdiyi binadan çıxarılmaları və ANS TV-nin bağlanması prezidenti özlərindən asılı salmaq istəyən qüvvələrin işidir.
Vaxtı ilə seçki öncəsi mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirilməsi prezidentin və ailəsinin əlehinə olduğu kimi, bugünkü hadisələr də onun əlehinədir.
560 AZN icarə haqqına görə bu gün «Hüriyyət»ə olan basqılar, olsa-olsa, bu iqtidarın və Azərbaycan dövlətinin dünyada mövcud mənfi imicini, güclədirməkdən başqa birşey deyil.
Hakimiyyət daxilindəki, müəyyən qüvvələr, hansısa məkirili niyyətlərinə görə, kiçik də olsa narazı qurupların küçələrə çıxarılmasına çalışırlar. Nədir bu adamların məqsədi? Nə əldə etmək istəyirlər? Bu və ya digər məsələlərlə bağlı hüquqşünas Qurban Məmmədovun fikirlərini öyrənməyə çalışdıq.
Q.Məmmədov: Məqsədləri aydındır, narazı qüvvələri küçlərə çıxmağa təhrik etmək, dubinkaları işə salmaq və prezidenti bir daha inandırmaq ki, onların köməyi olmadan o, həmin vəzifədə otura bilməz.
-Sizcə kimdi bu qüvvələr?
Artıq Hacı Məmmədov və başqalarının məhkəməsi sübut edib ki, cinayətkarlar ən yüksək səviyyədə qətl və adam oğurluğuna dair sifarişlər almışlar və onlar tərəfindən himayə edilmişlər. İfşa olunan bu qüvvələr yaxşı başa düşürlər ki, növbə onlarındır, özlərini qorumaq üçün vurnuxurlar. Xilas yolunu isə, cəmiyyətdə çaxnaşma salmaqda görürülər. Bunun üçün iki mərhələli plan hazırlanıb. Birinci mərhələdə, müxtəlif üsularla prezidenti nüfuzdan salmaqla onu xalq dəstəyindən mərhum etəmək, ikinci mərhələdə isə müxalifəti və başqa qüvvləri küçələrə çıxmağa təhrik etmək.
-Sizin dedikləriniz inandırıcı görünmür? Prezidentin son müsahibələrinin birindən aydın olu ki, Azadlıq və ANS-lə bağlı baş verənlərdən xəbəri var və o bunu hamının qanun qarşısında bərabərlik prinsipi ilə izah edir.
- Bu müsahibəni mən də dinləmişəm və prezidentin dedikləri ilə yüzə-yüz razıyam, hamı qanun qaqşısında bərabər olmalıdır.Tutduğu vəzifə və məşğul olduğu peşə ilə bağlı heç kim qanunun fövqündə durmamalıdır. Ancaq bu belədirmi, əgər bu gun hər nası torpaq sahəsini qanunun tələblərinə zidd qaydada icarəyə götürən tikinti firmasının iddası ilə vətəndaşların xüsusi mülkiyyətində olan evləri sökülürsə, hansı bərabərlikdən söhbət gedə bilər. Qanunçuluq budurmu?
Prezident artıq baş vermiş hadisənin nəticəsinə münasibət bildirib, səbəbə yox.
-Hadisəni kim hazırlayıb və nə məqsədlə?
-Mubahisəni daha sivil və ağrısız yolla həll etmək mümkün idimi? ANS bağlanmadan, Azadlıq didərgin salınmadan, problemin vaxtında həll edilməsinin başqa yolları yox idimi? Nəhəyyət Azərbaysanda söz və mətbuat azadlığının boğulması ilə bağlı beynəlxalq aləmdə fikir formalaşdırılması kimə xeyir gətirir? Bax bu sualların cavabı araşdırılmalıdır.
ANS TV siyasi situasiyanın imkan verdiyi həddə, başqa kanallardan fərqli olaraq həqiqəti deməklə, özlərinin də, vaxtı ilə etiraf etdikləri kimi, «xalqı infarkt olmaqdan qoruyurdular», başqa sözlə, «qazanın buxarını buraxmaqla» ümumxalq üsyanının qarşısını alır və etiraf edək ki, əsas məqamlarda həmişə iqtidarın yanında olurdu. «Elə bu balanslaşdırılmış informasiya siyasətinin» nətisəsində də milyonlarla tamaşaçı kütləsi toplamışdı. ANS-in yol verdiyi istənilən qanun pozuntusu, onu bağlamadan da aradan qaldırmaq olardı. Bunu prezident də etraf etdi. Deməli, müəyyən qüvvələr bunu istəməyiblər? Mən həmdə fikirləşirəm ki, ANS-lə bağlı hadisələr, Azadlığa və başqa müxalifət qazetlərinə qarşı olan hücumların əks effektini zəiflətmək üçün törədilib. ANS mütləq açılacaq.
-Onda qeyd etdiyniz, o iki mərhələni açıqlaya bilərsinizmi?
-Dedim ki, birici mərhələdə prezident nüfuzdan salınmalı və ümumxalq dəstəyindən məhrum edilməlidir.
Səmimi olaraq etraf etməliyik ki, müxalifət kimi 2003-cü il prezident seçkilərini qanunsuz saysaq da, seçki tam qanuni keçirilsəydi , İlham Əliyevin qalib gələcəyinə şübhə yox idi. Acaq, müəyyən qüvvələr İlham Əliyevin «halal tikəsinə haram qatmaqla » onu özlərinə minətçi salmaq yolunu tutdular. Başqa bir məqsədləri isə 2005-ci ilin parlament seçkilərində total saxtalaşdırmağa zəmin hazırlamaq idi, yəni, «səni biz qanunsuz üsullarla prezident etmişiksə, özümüz niyə deputat olmayaq»? Bu qüvvələrə xalqın seçdiyi yox «özlərinin seçdiyi dili gödək»prezident daha sərfəlidir.
- -Bəs prezidentin nüfuzdan salınması hansı yolla həyata keçirilir?
-Azadlıq və ANS-lə bağlı hadisələri bilirsiniz. Monopoliya və iş yeri ilə bağlı əlavə iki misal deyəcəyəm. Yadınızdadırsa, vaxtilə Fərhad Əliyev və Kəmaləddin Heydərov arasında monopoliya ilə bağlı mubahisə qızışanda, prezidentin iqtisadi işlər üzrə müşaviri Vahid Axundov dedi ki, monopoliya var və bu, yüksək vəzifəli şəxslərin nəzarətindədir. Gömrüyün şefi isə monopoliyanın mövcudluğunu qətiyətlə rədd edtdi. Həmin mübahisənin sonunda prezident tele-müsahibələrinin birində dedi ki, keçid dövrünü yaşayan bütün dövlətlərdə olduğu kimi bizdə də monopoliya var və bu onun şəxsi nəzarətindədir. Bu fikri prezidentə dedirdən «siyasi texnoloqlar» söhbətin hansı monopoliyadan getdiyini İlham Əliyevə dəqiq çatdırmışdılarmı? Əgər çatdırmışdılarsa, prezidentin bu sözləri özünün böyük bir cinayətkar şəbəkənin başçısı olduğunun etirafı kimi qəbul edilməlidir. Ancaq, mən qətiyyən inanmıram ki, nəinki prezident, hər hansı istənilən şəxs belə dövlət əmlakının astronomik rəqəmlərlə oğurlandığını bilə-bilə özünün bu oğurluğun təşkilatçısı olduğunu efir vasitəsilə bütün dünyaya elan etsin. Məsələ burasındadır ki, «Antiinhisar fəalliyyəti haqqında» Azərbaycan Respublikasının 4 mart 1993-cü il tarixli, 526 saylı qanununun 4-cü maddəsinə əsasən, « inhisarçılıq fəaliyyəti-inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin , yaxud icra hakimiyyəti və idarə etmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş fəaliyyət»dir. Həmin qanuna görə, «bazarda payı otuz beş faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan » yəni, inhisarçı-monopolist hesab olunur. Bu sahənin prezidentin şəxsi nəzarətində olmasının səbəbləri qətiyən başa düşülən deyil. Çünki, bunun üçün 23 iyun 1992-ci il tarixdə yaradılmış “Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti
və Sahibkarlığa Kömək Komitəsi» mövcuddur.
Bu gün bazarda ildırım surəti ilə qalxan qiymətlərin hesabına əziyyət çəkən istehlakçıların verdiyi vergi ilə maliyələşən bu komitə, demək olar ki, tamaimlə fəaliyyətsizdir. Komitə öz fəaliyyətini yuxarıda qeyd etdiyim «Antiinhisar fəaliyyəti haqqında» və 2 iyun 1995 -ciil tarixli «Haqsız rəqabət haqqında» qanuna və öz Əsasnaməsinə uyğun həyata keçirir. Başa düşmək olmur ki, hazır strukturları olan komitənin yerinə niyə prezident bu sahəyə nəzarət etməlidir?
Ancaq, bu gün haqqında söhbət gedən «monopoliya» nın yuxarıda qeyd edilən antiinhsar fəaliyyəti və rəqabətlə heç bir əlaqəsi yoxdur. Əlbəttə, prezident hər hansı bir sahədə yaranmış poblemlərlə bağlı, o sahəni müvəqqəti şəxsi nəzarətinə götürə bilər. İndiki monopoliya adlanan fəaliyyət isə başdan ayağa korrupsiya sistemidir, reketçilikdir və mən inanmıram ki, prezident bu cinayətkar fəaliyyətə başçılıq etsin və bunu da efir vasitəsilə dünyaya bildirsin. Bu gün gömürük komitəsində rəsmi və qeyri-rəsmi şəxsələrdən ibarət cinyətkar şəbəkə, sadəsə olaraq, iş adamlarından xərac toplayır. Xərac verməyənlərin malı, gömürük məntəqələrində saxlanılır, vergi orqanları vasitəsilə təziqlərə məruz qoyulurlar. Xəracın həcmi dövlət büdcəsinə daxil olmalardan bəzən də 10-40 dəfə çox olur. Doğurdanmı prezident dövlət əmlakını bu cür talan olunmasının başçısıdır.Bu fikiri ona kim dedirdib? Nə məqsədlə dedirdirlər? Sadə bir misal deyim; bir vaqon metal kirəmitin qiyməti 100-120 min ABŞ dollarıdır. Rusiyanın gömürük məntəqələrində mal həmin qiymətlə qeydiyyatdan keçir,bizim gömürük məntəqəsində isə malın qiyməti 30-40 dəfə azaldılaraq 3000 min ABŞ dolları məbləğində qiymətləndirilir və iş adamından külli miqdarda xərac alınır, dövlət bydcəsinə isə vergi kimi 3000 min ABŞ dolları ilə hesablanan tutmalar daxil olur. Prezident bunamı nəzarət edir? Bunu sübut etmək isə çox sadədir: Rusiya və İran gömürük məntəqələrindəki, qeydlərlə bizdəki invoys qiymətələrini tutuşdurmaq və gömürük bəyannaməlırindəki imzaları yoxlamaq kifayətdir.
-Hansı imzalardan söhbət gedir?
-İş burasındadır ki, gömürük bəyannamələrini mal gətirən iş adamlarını özləri yox reketlər özləri imzalayırlar. Antiinhisar fəaliyyəti ilə indiki reketçiliyin heç bir əlaqəsi yoxdur. Prezident isə isətəsə belə, buna nəzarət edə bilməz, bu fəaliyyət sadəcə cəzalandırılmalıdır.
Bir çox iş adamları mənimələ söhbət zamanı bildirirlər ki, onlar reketlərin aldığı məbləği, indiki səviyyədə Heydər Əliyev adına fonda keçirdtməyə hazırdılar. Birinci ledinin əlində bu pullar heç olmasa məktəb, bağça və sair sosial obyetlər vasitəsi ilə xalqın xidmətinə qoyulacaqdır. Prezident İlham Əliyev məsələnin mahiyyətindən xəbərsiz olaraq monopoliyaya şəxsən nəzarət etməsi ilə bağlı dediyi fikirlərlə xalqın nifrətini öz üzərinə çəkir, cinayətkarlar isə öz fəaliyyətlərini davam etdirirlər.
İkinci bir misal. Prezident Polşaya səfəri zamanı elan etdi ki, 430 min yeni iş yeri açılıb, 25 gündən sonra etdiyi başqa bir çıxışda bu rəqəmi 500 minə qaldırdı. Belə çıxır ki, Azərbaycanda hər gün 2800 yeni iş yeri açılır, yəni gündə bir zavod tikilir. Bu rəqəmi prezidentin çıxışına salanlarpın, onun məruzələrini hazırlayanların məqsədi nədir? Xalqın gözündən salmaq, yoxsa nüfuzunu artırmaq? Belə misalların sayıhı çox artırmaq olar.
Prezidenti nüfuzdan saldıqdan sonra ikinci mərhələnin icrası başlayır, elə hərəkətlər edilir ki, müəyyən narazı qüvvələr kytəlvi etirazlara başlasınlar və bu etirazların qarşısını almaq üçün İlham Əliyevin onlara ehtiyacı olsun. Bu prmitiv «siyasi texnologiya»nın mahiyyəti də budur. Azadlıq qazeti və ANS-lə bağlı hadisələr də məhs bu qəbildəndir.
-Sizcə prezidentin bütün bunlardan xəbəri yoxdur?
-Sizcə prezidentin hər şeydən xəbəri ola bilərmi? Siyasi təcrübə çoxdan sübüt edib ki, biricilərin izolyasiyada saxlanmasının cilalanmış metodları vardır və bu metodlar çox vaxt özünü doğruldur. Siz Heydər Əliyevlə oğlunu eyniləşdirməyin, siyasi nəhəngləri buxovlamaq, aldatmaq, təcrid etmək elə də asan deyil.Düşünürəm ki, Heydər Əliyevin bu sahədə problemləri çox az idi. İlham Əliyevin də nə vaxsa əsil həqiqətləri şəxsən biləcəyinə şübhə etmirəm. Sadəsə məni narahat edən odur ki, indi ki hadisələr dövlətimizə çox ziyan vurur. Günün-günorta vaxtı Azadlığı binasından çıxartmaq, ANS-i bağlamaq ,Hürriyətə və başqa qazetlərə hücumlar etmək, və iş adamlarının reketçilik yolu ilə müflis edilməsi, bir pezident kimi nə İlham Əliyevə, nə də dövlətimizə baş ucalığı gətirmir.
Hiç yorum yok:
Yorum Gönder