Göyçay Rayon Məhkəməsinə
İddiaçı: Soltanlı Aysu Azad qızının
Qanuni nümayəndəsi
Hüseynova Aygün İlqar qızı
Ünvanı: Göyçay r-n, Hacalıkənd kəndi
Əlaqə tel.: (055) 653-91-07
Cavabdeh: Soltanov Azad Cavid oğlu
Ünvanı: Göyçay r-n, I Ərəbcəbirli kəndi
Əlaqə tel.: (050) 552-01-70, (0167) 5-54-72
“Azyaşlı uşağımız Soltanlı Aysu Azad qızının,
yaşayış sahəsindən daimi istifadə hüququnun tanınması və
qeydiyyata aldırması barədə”
İ D D İ A Ə R İ Z Ə S İ
Möhtərəm hakim!
Mən, cavabdeh Soltanov Azad Cavid oğlu ilə 05 noyabr 2007-ci ildə el adəti ilə toy edərək Göyçay r-n, I Ərəbcəbirli kəndində yerləşən, anası Rəşidova Almara Muxtar qızına məxsus evə gəlin köçürülmüşəm. Nikahımızı 02 noyabr 2007-ci ildə Göyçay rayon VVAQD şöbəsində rəsmiləşdirmişik.
Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim: Süleymanov Elxan Xasay oğlu, iş N 2(046)-147) 17 iyun 2010-cu il tarixli qətnaməsi ilə mənim cavabdeh Soltanov Azad Cavid oğluna qarşı “nikahın pozulması və sabit pul məbləğində aliment tələbinə dair” iddiam qismən təmin edilmiş cavabdeh A.C.Soltanovla aramızda bağlanmış 02 noyabr 2006-cı il tarixli nikahın pozulması, 12 avqust 2007-ci il tarixdə doğulmuş Soltanlı Aysu Azad qızının mənim himayəmdə saxlanılması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 iyun 2010-cu il tarixindən başlayaraq hər ay 35 (otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh Soltanov Azad Cavid oğlundan tutulub mənə verilməsi qət edilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin MİÜK-nın (sədrlik edən: E.G.Rəhimov, hakimlər: İ.F.Quliyev və H.Q.Səlimov, iş N 2(107)-467) 26 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh Soltanov Azad Cavid oğlunun apellyasiya şikayəti təmin edilməmiş, mənim apellyasiya şikayətim qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 17 iyun 2010-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 12 avqust 2007-ci il təvəllüdlü Soltanlı Aysu Azad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyun 2010-cu il tarixindən başlayaraq hər ay 35 (otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh Soltanov Azad Cavid oğlundan tutulub mənə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
“Uşaq hüquqları haqqında” qanunun 20-ci maddəsinə əsasən, “Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır”.
Cavabdeh A.C.Soltanovla aramızda olan nikahdan, 12 avqust 2008-ci il təvəllüdlü Soltanlı Aysu Azad qızı adlı övladımız olub. Övladımız, cavabdehin daimi istifadə hüququ ilə, qeydiyyatda olmaqla yaşadığı, anası Rəşidova Almara Muxtar qızının mülkiyyətində olan evdə anadan olub və cavabdehlə biz faktiki ayrılanadək orada yaşayıb.
Beləliklə də, azyaşlı övladımız Soltanlı Aysu Azad qızının həmin mənzildən istifadə hüququ yaranıb. Lakin bu hüququ cavabdeh rəsmiləşdirməkdən bilə-bilə yayınır. İstər keçmiş Mənzil Məcəlləsinin 123, istərsə də, bu gün qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, “Mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”.
Cavabdeh Soltanov Azad Cavid oğlu da anasının mülkiyyətində olan mənzildən daimi istifadə hüququna malikdir və bu hüququndan da istifadə edərək, azyaşlı uşağımız Soltanlı Aysu Azad qızının yuxarıda qeyd etdiyim “Uşaq hüquqları haqqında” qanunun 20-ci maddəsində nəzərdə tutulan hüquqlarını rəsmiləşdirməlidir.
O isə, bundan qəsdlə boyun qaçırır.
Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir”.
Keçmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, “Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir”.
Cavabdeh Soltanov Azad Cavid oğlu, azyaşlı övladımızın yuxarıda qeyd edilən maddi hüquq normaları ilə nəzərdə tutulan hüquqlarını qeydə aldırmamaqla, özünün, “mülkiyyətçinin ailə üzvünün hüquqları”ndan sui-istifadə edir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 149-150 maddələrinə, eləcə də, “Uşaq hüquqları haqqında” qanunun 20-ci maddəsinə əsasən,
XAHİŞ EDİRƏM:
Azyaşlı uşağımız Soltanlı Aysu Azad qızını, daimi istifadə hüququ ilə qeydiyyatda olmaqla yaşadığı, anası Rəşidova Almara Muxtar qızının mülkiyyətində olan evə qeydiyyata aldırması vəzifəsinin cavabdeh Soltanov Azad Cavid oğlunun üzərinə qoyulması barədə qətnamə qəbul edilsin.
Qoşma: -- İddia ərizəsinin surəti,
-- Dövlət rüsumunun ödənilməsi barədə qəbz,
-- Soltanlı Aysu Azad qızının doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti
-- Hüseynova Aygün İlqar qızının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti,
-- Göyçay Rayon Məhkəməsinin 17 iyun 2010-cu il tarixli qətnaməsinin surəti
-- Şəki Apellyasiya Məhkəməsinin MİÜK-nın 26 oktyabr 2010-cu il tarixli qətnaməsinin surəti,
-- Q.C.Məmmədovun adına verilmiş etibarnamənin notarial qaydada təsdiqlənmiş surəti.
23 dekabr 2010-cu il
İmza: / A.İ.Hüseynova \
____________________________________________________________________________
--------------------------------------------------------------------------------------------------------------
Şəki Apellyasiya Məhkəməsinin MİÜK-na
(sədrlik edən hakim: V.Qasımov)
İddiaçı: Hüseynova Aygün İlqar qızı
Ünvanı: Göyçay r-n, Hacalıkənd kəndi
Əlaqə tel.: (055) 653-91-07
30 iyul 2010-cu il tarixli 2(046)-252/2010 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətinə dair”
E T İ R A Z V Ə M Ü L A H İ Z Ə L Ə R
Möhtərəm hakimlər!
Cavabdehlər A.C.Soltanov və A.M.Rəşidova Göyçay Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli 2(046)-252/2010 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddianın qızıl-zinət əşyalarına dair hissəsinin təmin edilməməsini xahiş etmişlər.
Cavabdehlər öz apellyasiya şikayətlərini belə əsaslandırıblar:
1. “İddiaçının məhkəməyə verdiyi izahatından aydın olur ki, biz cavabdehlər heç vaxt ondan qızıl əşyalarını tələb etməmişik və nə də ondan zorla almamışıq.
İş materiallarından da aydın olur ki, öz evindən ata evinə bacısının “xınayaxdı” məclisində iştirak etmək üçün getmişdir. Məntiqi olaraq mərasimin xarakterinə uyğun olaraq iddiaçı qızıl əşyalarını da özü ilə aparmışdır”.
2. “Dəfələrlə məhkəmədə şifahi vəsatətlə çıxış edərək, iş üçün əhəmiyyətli olan şahidlərin dəvət edilməsini və izahatlarının alınmasını xahiş etsəm də vəsatətim təmin edilməmişdir”.
Möhtərəm hakimlər!
Cavabdehlərin, apellyasiya şikayətlərini əsaslandırdıqları yuxarıda qeyd edilən arqumentlərini aşağıdakılara görə tamamilə əsassız hesab edirəm:
İş materiallarında olan, Göyçay Rayon Məhkəməsinin 17 fevral 2010-cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, mən bacımın toyuna getmək istəyərkən cavabdeh tərəfindən döyülmüşəm və nəticədə bacımın “xınayaxdı”sına yox, xəstəxanaya getmişəm. Məntiqi olaraq, xəstəxananın “xarakterinə uyğun olaraq” mən qızıl-zinət əşyalarımı özümlə aparmamışam və buna imkanım da olmayıb. Çünki həmin vaxt mən həyatımı və sağlamlığımı xilas etmək haqqında düşünürdüm, qızıl barədə yox. Xəstəxanadan çıxdıqdan sonra da birbaşa ata evimə getmişəm, “xınayaxdı”ya yox.
Bu faktlar qeyd edilən məhkəmə hökmü və məhkəmədə izahat verən şahidlərin ifadələri ilə təsdiq edilir.
MPM-nin 82.4-cü maddəsinə əsasən, “Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir”.
2. Cavabdehlərin öz apellyasiya şikayətlərində gətirdikləri ikinci arqumenti də tamamilə əsassız hesab edirəm. Çünki iş birinci instansiya məhkəməsində olarkən keçirilmiş bütün məhkəmə iclasları MPM-nin 270-272-ci maddələrinə uyğun olaraq tərtib protokollaşdırılmış və həmin protokollardan, cavabdehlərin məhkəmə iclaslarında “iş üçün əhəmiyyətli olan şahidlərin dəvət edilməsini və izahatlarının alınmasını” xahiş etdikləri müəyyən olunmur.
Möhtərəm hakimlər!
Cavabdehlər hüquqi savadsızlıqlarını bəhanə gətirərək, məhkəmə iclas protokolları ilə tanış olmaq və qeydlərini vermək hüquqlarının olduğunu bilmədiyini qeyd etmiş, bununla da, apellyasiya instansiyası məhkəməsində hansısa “şahidlərin” dindirilməsini təmin etməyi sığortalamağa çalışmışlar.
MPM-nin 78.1-ci maddəsinə əsasən, “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”.
Əvvəla, cavabdehlər MPM-nin 273-cü maddəsində nəzərdə tutulan hüquqlarının olduğunu bilmişlər və ya bilməyə borcluidilər. Qanunu bilməmə şəxsi məsuliyyətdən azad etmir. Ancaq apellyasiya şikayətini tərtib edərkən belə bir hüquqlarının olduğunu “xatırlayan” cavabdehlər “hüquqlarını bilməmələri barədə” əvvəlki fikirlərində səmimi olmadıqlarını özləri ortaya qoymuşlar.
İkincisi isə, Mülki Prosessual Məcəllənin 47-ci maddəsinin məzmunu hakim tərəfindən bütün tərəflərə ətraflı izah edilmişdir.
Üçüncüsü və ən əsası isə, cavabdeh elə məhkəmənin birinci günündə mənim nümayəndəm Məmmədov Qurban Cəlal oğlunu vəkillik etmək üçün “lisenziyası”nın olub-olmadığını soruşmaqla, hüquqlarını yaxşı bildiyini bir daha sübut etmişdir.
Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə əsasən isə, “İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər”.
Cavabdeh bu maddədə ona verilmiş hüquqlardan istifadə etməmişdir. Ona görə yox ki, o bu hüquqlarını bilməmişdir, ona görə ki, o yalan deyir və məhkəmədə heç bir vəsatət verməmişdir.
Bütün bunlar, cavabdehlərin apellyasiya şikayətlərinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qətnaməsinin icrasının cavabdehlər tərəfindən gecikdirilməsi məqsədindən başqa bir şey olmadığını bir daha sübut edir.
Nəzərinizə çatdırım ki, mənim cehiz əmlaklarım və qızıl-zinət əşyalarım cavabdehlərin faktiki sahibliyində qaldığı üçün, mən özümə məxsus əmlakdan istədiyim kimi istifadə edə bilmir, eləcə də yaxın qohumlarımın toy mərasimlərinə gedərkən bəzək (qızıl-zinət) əşyalarımdan istifadə edə bilmirəm. Bu da mənə bir qadın kimi əlavə mənəvi iztirab verir.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 367.2-367.3-cü maddələrinə əsasən,
Cavabdehlər A.C.Soltanov və A.M.Rəşidovanın apellyasiya şikayətinin rədd edilməsi və Göyçay Rayon Məhkəməsinin 30 iyul 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilsin.
Qoşma: -- Etiraz və mülahizələrin surəti.
11 oktyabr 2010-cu il
İmza: / A.İ.Hüseynova /
_________________________________________________________________________________
-------------------------------------------------------------------------------------------------------------------
Azərbaycan Respublikası Ali Məhkəməsinin
MİÜK-na
İddiaçı: Hüseynova Aygün İlqar qızı
Ünvanı: Göyçay r-n, Hacalıkənd kəndi
Əlaqə tel.: (055) 653-91-07
Şəki Apellyasiya Məhkəməsinin MİÜK-nın
(sədrlik edən: E.G.Rəhimov, hakimlər: İ.F.Quliyev və H.Q.Səlimov, iş N 2(107)-467)
26 oktyabr 2010-cu il tarixli qətnaməsindən
K A S S A S İ Y A Ş İ K A Y Ə T İ
Möhtərəm hakimlər!
Şəki Apellyasiya Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə cavabdeh Soltanov Azad Cavid oğlunun apellyasiya şikayəti təmin edilməmiş, mənim apellyasiya şikayətim qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 17 iyun 2010-cu il tarixli qətnaməsi dəyişdirilmiş, 12 avqust 2007-ci il təvəllüdlü Soltanlı Aysu Azad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyun 2010-cu il tarixindən başlayaraq hər ay 35 (otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh Soltanov Azad Cavid oğlundan tutulub mənə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Qətnamənin surəti mənə “04” noyabr 2010-cu ildə poçt vasitəsilə təqdim edilmişdir.
Həmin qətnamə qanunsuz və əsassızdır.
Maddi hüquq normaları pozulmuş, tədbiq edilməli maddi hüquq norması tətbiq edilməmiş, tədbiq edilmiş maddi hüquq norması düzgün təfsir edilməmişdir.
Belə ki, qətnamədə Ailə Məcəlləsinin 78-ci maddəsinə istinad edilsə də, maddə düzgün təfsir edilməmişdir.
Ailə məcəlləsinin 78.2-ci maddəsinə əsasən, “Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatınınn səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir”.
Qeyd edilən maddənin də məzmunundan göründüyü kimi, himayəmdə olan azyaşlı övladıma sabit pul məbləğində aliment təyin edilərkən, onun “əvvəlki təminatınınn səviyyəsinin mümkün qədər maksimal saxlanması” əsas tutulmalı idi.
Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi, qeyd edilən maddəyə öz qətnamələrində istinad etsələr də, maddənin məqsədini və mahiyyətini (ruhunu) düzgün təfsir etməmiş, bu isə, mənim, eləcə də, övladımın hüquqlarını pozan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
Bundan əlavə, mən apellyasiya şikayətimdə “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 noyabr 2009-cu il tarixli, 908-IIIQ saylı Qanununa istinad etmişəm.
Lakin, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi öz qətnamələrində, qeyd edilən qanuna istinad etməli olduğu halda, bunu etməmişlər.
Məhkəmələr həmin qanuna istinad etsəydilər, müəyyən edilərdi ki, nə 35 manat, nə də 50 manat pul 2010-cu ildə uşağın "əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması" üçün kifayət deyil.
Çünki həmin qanuna əsasən, 2010-cu ildə 1 uşaq üçü yaşayış minimumu ayda 72 manat məbləğində müəyyən edilib.
Möhtərəm hakimlər!
Azyaşlı qızımızın digər uşaqlar kimi normal yaşamaq hüququ var.
“Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” 22 oktyabr 2010-cu il tarixli, 1095-IIIQ saylı Qanunununa əsasən, “2011-cu ildə azyaşlı uşaqların saxlanılması üçün 1 ay ərzində yaşayış minimumu 76 manatdır”.
Azyaşlı qızımızın tərbiyəsi və sağlam böyüdülməsi ilə məşğul olmaqla, orta məktəbdə müəllimə işləyirəm. Müəllimə işləməklə, aldığım aylıq məvacib az olduğu üçün, nə özümün, nə də övladımızın normal yaşaması üçün kifayət etmir.
Qızımızla mənim heç bir yaşayış yerimiz olmadığını, qızımızı təkbaşına tərbiyə etməklə məşğul olduğumu nəzərə alsaq, azyaşlı qızımızın saxlanılması üçün, yuxarıda qeyd edilən qanunun tələblərinə uyğun olaraq, cavabdehdən mənim xeyrimə hər ay, ən azı 76 manat pul vəsaitinin tutulması zəruridir.
Övladımızın düzgün tərbiyəsi və sağlam böyüməsi, dövlətimizə, xalqımıza layiqli vətəndaş kimi yetişdirilməsi məqsədi ilə, bir ölkə başçısı kimi, cənab prezidentimiz İlham Əliyev hər il uşaqların aylıq yaşayış minimumunu tənzimləyən “Yaşayış minimumu haqqında” qanuna dəyişiklik edilməsi üçün sərəncam imzalayır.
Birinci və apellyasiya instansiyası məhkəmələri prezidentimizin bu mövqeyinə əməl etmədən, tədbiq etdiyi qanunları düzgün təfsir etmədən, tətbiq etməli olduqları qanunları tətbiq etmədən, hansısa çirkin maraqlar naminə mənim və azyaşlı övladımın hüquqlarını amansızcasına tapdalamışlar.
Ermənilər Xocalı soyqırımı zamanı bizim körpələrimizi analarının bətnində və ya özlərinə məxsus formada öldürürdülərsə, indi birinci və apellyasiya məhkəməsinin hakimləri övladlarımıza qanunda nəzərdə tutulan yaşayış minimumundan az aliment təyin etməklə, onları acından öldürmək fikrindədirlər.
Göyçay Qaz İstismarı Sahəsinin 664 saylı 02 sentyabr 2010-cu il tarixli arayışından görünür ki, cavabdeh Soltanov Azad Cavid oğlu 05 iyul 2010-cu il tarixdən Göyçay Qaz İstismarı Sahəsinin rəhbərlik yanında aparatda 10-cu dərəcəli mühəndis vəzifəsində çalışır və aylıq əmək haqqı 293 (iki yüz doxsan üç) manat təşkil edir.
Həmin arayışı apellyasiya instansiyası məhkəməsinə təqdim etməyə çalışsam da (tarixinə fikir verin), arayış məndən qəbul edilmədi. Buna görə də, həmin arayışı Sizə təqdim etməyə məcburam.
Bu arayışı mən Sizə, işi mahiyyəti üzrə həll etmək üçün, sübut növü kimi təqdim etmirəm, apellyasiya məhkəməsi tərəfindən mənim sübut təqdim etmə hüququmun pozulmasının sübutu kimi təqdim edirəm.
Qeyd edilənlərdən əlavə, Göyçay rayonunda cavabdehin istifadəsində torpaq sahəsi var və cavabdeh həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olur. Qanuni istifadəsində olan 04-BC-773 dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı avtomobillə də əlavə qazanc əldə edir. Aşağı instansiya məhkəmələri bunların heç birini nəzərə almamışlar.
Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, “Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi aliment tutulur”.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 402-407, 417.1.3 və 418.1-ci maddələrinə əsasən,
X A H İ Ş E D İ R Ə M:
Şəki Apellyasiya Məhkəməsinin MİÜK-nın 26 oktyabr 2010-cu il tarixli qətnaməsinin dəyişdirilməsi və 12 avqust 2007-ci il təvəllüdlü Soltanlı Aysu Azad qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 iyun 2010-cu il tarixindən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh Soltanov Azad Cavid oğlundan tutularaq mənə ödənilməsi barədə yeni qərar qəbul edilsin.
Qoşma: -- Kassasiya şikayətinin surəti,
-- Göyçay Qaz İstismarı Sahəsinin 664 saylı 02 sentyabr 2010-cu il tarixli arayışı,
-- Dövlət rüsumunun ödənilməsi barədə qəbz,
-- Vəkil orderi.
13 dekabr 2010-cu il
İmza: / A.İ.Hüseynova /
Kassasiya şikayətini tərtib edən ....: / mən /
Hiç yorum yok:
Yorum Gönder