12/30/2010

"Ərli qadının vətəndaşlığı haqqında" Konvensiyanın tətbiqi barədə. Gürcüstan vətəndaşı Xəlilova Bilqeyis Musa qızının acı taleyi.

Bakı Apellyasiya Məhkəməsinin
MİÜK-na

İddiaçı: Xəlilova Bilqeyis Musa qızı
                           Faktik olduğu ünvan: Yasamal r-n, Ağayev küç., ev 31
                                          Əlaqə tel.: (055) 680-17-98, (050) 200-66-10, (012) 564-42-05


       Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: Abbasov Natiq Mehdi oğlu, iş N 2(001)-1130/2010)
       05 mart 2010-cu il tarixli qətnaməsinə dair”

A P E L L Y A S İ Y A        Ş İ K A Y Ə T İ

     Möhtərəm hakimlər!
    Binəqədi Rayon Məhkəməsinin 05 mart 2010-cu il tarixli qətnaməsi ilə mənim Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətlərinə dair” ərizəm təmin edilməmişdir.
Qətnamənin surəti mənə 26 aprel 2010-cu ildə şəxsən təqbim edilmişdir.

Qətnamə aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.
Maddi hüquq normaları --- Beynəlxalq hüquq normaları düzgün tətbiq edilməyib, tətbiq edilən hüquq norması isə səhv təfsir edilib.
    Möhtərəm hakimlər!
   Mənim ilkin ərizəmin mahiyyəti və hüquqi əsası belədir ki, mən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyim üçün 19 sentyabr 2009-cu il tarixli ərizə ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmiş və xahişimi BMT-nin “Ərli qadının vətəndaşlığı haqqında” 29 yanvar 1957-ci il tarixli  Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndi ilə əsaslandırmışdım.
Ərizəm baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilmiş, sonuncu özünün  06 noyabr 2009-cu il tarixli k/x-3486 saylı cavab məktubu ilə mənim xahişimi rədd etmişdir.
Mənim, Azərbaycan Respublikasının prezidentinə ünvanlanan və cavabdeh Dövlət Miqrasiya Xidmətində baxılan ərizəmə: qanuni gəlir mənbəyimin olması, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edcəyim haqda öhdəlik götürməyim, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməyim barədə sənəd və mənim Azərbaycan Respublikasının ərazisində 5 ildən artıq yaşama faktını müəyyən edən qüvvədə olan məhkəmə qətnaməsi əlavə edilmişdi.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyim üçün bütün qanuni əsaslar olmasına  baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti mənim ərizəmin qanuniliyinə şübhə ilə yanaşıb və mənim hüquqlarımı kobud surətdə pozan qanunsuz və əsassız qərar qəbul edib.

   Möhtərəm hakimlər!
   Pozulmuş hüquqlarımı məhkəmə vasitəsilə bərpa etməyə çalışsam da, çox təəssüf ki, birinci instansiya məhkəməsi də ərizəmi təmin etməmiş, mənim hüquqlarımı pozan qətnamə qəbul etmişdir.
Mən, məhkəməyə müraciət edərkən ərizəmin hüquqi əsası kimi, Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli 104-İQ saylı Qanunu ilə qoşulduğu, BMT-nin “Ərli qadının vətəndaşlığı haqqında” 29 yanvar 1957-ci il tarixli  Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə istinad etmişəm.
Həmin Konvensiyaya əsasən, “Sazişə gələn hər bir dövlət razılaşır ki, onun hər hansı bir vətəndaşının arvadı olan əcnəbi, öz xahişi ilə, xüsusi asanlaşdırılmış naturalizasiya qaydasında ərinin vətəndaşlığını qəbul edə bilər”.
      Lakin birinci instansiya məhkəməsi qətnamədə Konvensiyanın bu müddəasına hüquqi qiymət verməmiş, həmin beynəlxalq hüquq normasının qətnamədə istinad edilən qanundan üstün olduğunu nəzərə almamış, qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyim üçün konkret müddəaların nəzərdə tutulduğunu qeyd etmişdir.
                 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3-cü maddəsinə (mülki qanunvericilik və beynəlxalq hüquq aktları)  əsasən:

3.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir.
3.2. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mülki qanunvericilikdə nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir.

     Ərizəmə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 22 iyul 2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mən 1987-ci ildən 1989-cu ilədək 1 nömrəli Bakı Baza Tibb Məktəbində tibb bacısı ixtisası üzrə  təhsil almışam, 1987-ci ildə Abşeron rayonu Xırdalan qəsəbəsi, 27-ci kvartal, Razqrad küçəsi, ev 18 “b” ünvanında yerləşən Xırdalan Mebel fabrikinin 2 saylı  yataqxanasında qeydiyyata düşərək  1989-cu ilin avqustunadək orada yaşamışam, 1989-cu ildə Gürcüstana qayıtmış, 1995-ci ildə yenidən Azərbaycana qayıdıb həmin ilin mart ayının 17-də Xaçmaz rayon VVAQ şöbəsində qeydə alınmaqla Bəşirov Namik İbrahim oğlu ilə rəsmi nikaha girərək (nikah şəhadətnaməsi IV-ŞU № 416375) ailə qurmuşam, həmin nikahdan, 23 noyabr 1995-ci il təvəllüdlü Bəşirzadə İbrahim Namik oğlu adlı övladımız dünyaya gəlmiş, 2003-cü ildən bu günədək oğlumla birlikdə Bakı şəhəri, Yasamal r-n, Ağayev küç., ev 31 ünvanında yerləşən mənzildə qeydiyyatsız olaraq daimi yaşayıram və övladım Bəşirzadə İbrahim Namik oğlu hal-hazırda Yasamal rayonu Telman Abasov adına 225 saylı orta məktəbin 8-ci sinfində oxuyur.
   
   Həyat yoldaşım və övladım  Azərbaycan Respublikasının vətəndaşıdırlar.
   Möhtərəm hakimlər!
   Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərib ki, guya mən, əcnəbi vətəndaş kimi müvəqqəti yaşamağa icazə verilməsi və həmin müddət başa çatdıqdan sonra immiqrant (daimi yaşayan şəxs) statusu verilməsi üçün Miqrasiya Xidmətinə müraciət etməmişəm və məhz buna görə də, mənə Azərbaycan Respublikasının vətəndaşlığı verilə bilməz.
     Möhtərəm hakimlər!
    Milli qanunvericilikdə nəzərdə tutulan qaydalar Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan əcnəbi qadınlara deyil, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olmayan əcnəbi qadınlara və digər əcnəbi şəxslərə şamil edilməlidir.
Yuxarıda qeyd edilən konvensiyaya qoşulmaqla Azərbaycan Respublikası öz vətəndaşının arvadı olan əcnəbinin, öz xahişi ilə, xüsusi asanlaşdırılmış naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə razılığını bildirmişdir.
Belə olan halda isə, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün “qanunvericilikdə nəzərdə tutulan konkret müddəalar”a riayət etməyimə heç bir ehtiyac qalmır.
Bütün bunları nəzərə almamaqla, birinci instansiya məhkəməsi mənim hüquqlarımı pozan qətnamə qəbul etmişdir. Buna görə də belə hesab edirəm ki, həmin qətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.
   Möhtrərəm hakimlər!
   Həmin qətnamə eyni zamanda mənim övladımın da milli  və  beynəlxalq qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur.
AR Ailə Məcəlləsinin 49 (Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ) və 50-ci ( Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ)  maddələrinə əsasən, .
49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.
49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
49.4. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi bu Məcəllənin 18-ci fəslində müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.
50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.
50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.
50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.
50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olumuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

  Eyni hüquqlar  “Uşaq hüquqlarına dair” beynəlxalq Konvensiyalarda da nəzərdə tutulub.
  Mənə Azərbaycan Respublikasının vətəndaşlığının verilməməsi övladımı yuxarıda qeyd etdiyim hüquqlarından tam və dolğun istifadə etməkdən məhrum etməklə onun uşaq psixologiyasına ciddi zərər vurur.
        Yuxarıda qeyd edilənlərə və MPM-nin 357-358, 361-362, 384.0.2, 385 və 386-cı-cı maddələrinə əsasən,

                                                               XAHİŞ EDİRƏM:

     Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: Abbasov Natiq Mehdi oğlu, iş N 2(001)-1130/2010) 05 mart 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mənim ərizəmin təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin.

Qoşma: -- Apellyasiya şikayətinin surəti,
               -- Dövlət rüsumunun ödənilməsi barədə qəbz.

 19 iyun 2010-cu il

                                                                                           İmza:                      / B.M.Xəlilova /
__________________________________________________________________________________

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-na
(sədrlik edən hakim: Ə.İ.Qasımov)

İddiaçı: Xəlilova Bilqeyis Musa qızı
Faktik olduğu ünvan: Yasamal r-n, Ağayev küç., ev 31
Əlaqə tel.: (055) 680-17-98, (050) 200-66-10, (012) 564-42-05


    “dövlət hesabına vəkillə təmin edilməyə dair”

                                                                               ƏRİZƏ

Möhtərəm hakimlər!
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən, “67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir”.
                Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinib I bəndinə əsasən, “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır”.
        Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın (sədrlik edən Tofiq Səməd oğıu  Səmədov, hakimlər: Mehti Fəyyaz  oğlu  Əsədov və Toqrul məhəmməd oğlu Əlıyev , İş N 2(103)-3645/2010) 19 oktyabr 2010-cu il tarixli qətnaməsindən narazı olduğum üçün, həmin qətnamədən kassasiya şikayəti vermək fikrindəyəm. Verəcəyim kassasiya şikayətinin icraata qəbul edilməsinin və Ali Məhkəmədə iştirakımın vəkil olmadan qeyri-mümkün olduğunu, eləcə də, himayəmdə azyaşlı uşağımın olduğunu, həyat yoldaşımdan faktik olaraq ayrıldığımı, Gürcüstan Respublikasının vətəndaşı olduğum üçün heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmədiyimi, himayəmdə olan azyaşlı övladımın saxlanması üçün iddiaçı tərəfindən hazırki dövrə qədər aliment verilmədiyini və vəkil tutmaq üçün kifayət qədər maddi imkanımın olmamasını nəzərə alaraq, məni dövlət hesabına vəkillə təmin etməyinizi Sizdən xahiş edirəm.
           Nəzərinizə çatdırım ki, Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: Ə.İ.Qasımov, hakimlər: E.Q.Nəbiyev və K.N.Bədəlov, iş N 2(103)-3159/2010) 26 oktyabr 2010-cu il tarixli qərardadı ilə, mənim öz şəxsi vəsaitim hesabına vəkillə müqavilə bağlamaq imkanım olmadığı artıq müəyyən edilib.

Qoşma: -- Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli qərardadı.

30 noyabr 2010-cu il

                                                     İmza:                                               / B.M.Xəlilova /
_____________________________________________________________________________

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-na
(sədrlik edən hakim: Ə.İ.Qasımov)

Cavabdeh: Xəlilova Bilqeyis Musa qızı
Faktik olduğu ünvan: Yasamal r-n, Ağayev küç., ev 31
Əlaqə tel.: (055) 680-17-98, (050) 200-66-10, (012) 564-42-05


    “dövlət hesabına vəkillə təmin edilməyə dair

                                                                        ƏRİZƏ

Möhtərəm hakimlər!
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən, “67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir”.
Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinib I bəndinə əsasən, “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır”.
Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın (sədrlik edən: Ə.İ.Qasımov) 10 avqust 2010-cu il tarixli qətnaməsindən narazı olduğum üçün, həmin qətnamədən kassasiya şikayəti vermək fikrindəyəm. Verəcəyim kassasiya şikayətinin icraata qəbul edilməsinin və Ali Məhkəmədə iştirakımın vəkil olmadan qeyri-mümkün olduğunu, eləcə də, himayəmdə azyaşlı uşağım olduğunu, həyat yoldaşımdan faktik olaraq ayrıldığımı, Gürcüstan Respublikasının vətəndaşı olduğum üçün heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmədiyimi, himayəmdə olan azyaşlı övladımın saxlanması üçün iddiaçı tərəfindən hazırki dövrə qədər aliment verilmədiyini və vəkil tutmaq üçün kifayət qədər maddi imkanımın olmamasını nəzərə alaraq, məni dövlət hesabına vəkillə təmin etməyinizi Sizdən xahiş edirəm.


       09 oktyabr 2010-cu il

                                                    İmza:                 / B.M.Xəlilova /




__________________________________________________________________________________

Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na
(sədrlik edən: Ə.İ.Qasımov)

Cavabdeh:  Xəlilova Bilqeyis Musa qızı
                       Faktik olduğu ünvan: Yasamal r-n, Ağayev küç., ev 31
                                 Əlaqə tel.:   055-680-17-98, 050-200-66-10, 012- 564-42-05


 “Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın 10 avqust 2010-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş  prossesual müddətin bərpasına dair”


                                                                 Ə R İ Z Ə


     Möhtərəm hakimlər!
    Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən: Ə.İ.Qasımov, hakimlər: H.İ.Xəlilov və E.Q.Nəbizadə, İş N 2(103)-3159/2010) 10 avqust 2010-cu il tarixli qətnaməsinin surəti mənə 29 sentyabr 2010–cu ildə poçt vasitəsilə təqdim edilib.
Qətnamədən kassasiya şikayəti vermək üçün vəkillə müqavilə bağlamağa kifayət qədər maddi imkanım olmadığı üçün, “dövlət hesabına vəkillə təmin edilməyə dair” ərizə ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etmişəm.
        Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2010-cu il tarixli qərardadı ilə mənim ərizəm təmin edilmiş, qərardadın icrası AR Vəkillər Kollegiyasına həvalə edilmişdir.
        Qərardadın surəti mənə 29 noyabr 2010-cu ildə poçt vasitəsilə təqdim edilmişdir.
        Nəzərə alsaq ki, qərardadın icrası üçün AR Vəkillər Kollegiyasına müraciət etməyim, mənə vəkil təyin edilməsi, təyin edilmiş vəkilin iş materialları ilə tanış olması və kassasiya şikayəti tərtib edilməsi ən azı 15-20 gün müddət tələb edib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət vermək üçün qanunda nəzərdə tutulan 2 aylıq müddət məndən asılı olmayan səbəblərdən üzrlü olaraq 4 gün ötürülüb.
       Möhtərəm hakimlər!
      MPM-nin 133.1-ci maddəsinə əsasən, “Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir”.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 133.1-ci maddəsinə əsasən,

                                                         X A H İ Ş    E D İ R Ə M :

 Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən: Ə.İ.Qasımov, hakimlər: H.İ.Xəlilov və E.Q.Nəbizadə, İş N 2(103)-3159/2010) 10 avqust 2010-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan 2 aylıq prossesual müddətin 4 gün buraxılması üzrlü hesab edilərək bərpa edilsin və qətnamədən verdiyim kassasiya şikayəti qəbul edilsin.

            Qoşma: Bakı Apellyasiya Məhkəməsinin  10 avqust 2010-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti.

                        04 dekabr 2010-cu il

                                                                      İmza:                       / B.M.Xəlilova /
___________________________________________________________________________________


Azərbaycan Respublikası Ali Məhkəməsinin
MİÜMK-na

Cavabdeh: Xəlilova Bilqeyis Musa qızı
Faktik olduğu ünvan: Yasamal r-n, Ağayev küç., ev 31
Əlaqə tel.: (055) 680-17-98, (050) 200-66-10, (012) 564-42-05


Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: Ə.İ.Qasımov, hakimlər: H.İ.Xəlilov və E.Q.Nəbiyev, iş N 2(103)-33159/2010) 10 avqust 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsinə dair”

                                                   K A S S A S İ Y A        Ş İ K A Y Ə T İ

Möhtərəm hakimlər!
Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın həmin qətnaməsi ilə mənim apellyasiya şikayətim qismən təmin e dilmiş, Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçı Bəşirov Namik İbrahim oğlundan 23 noyabr 1995-ci il təvəllüdlü Bəşirzadə İbrahim Namik oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 noyabr 2009-cu il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində alimentin tutularaq mənə verilməsi qət edilmişdir.
Qətnamənin surəti mənə 29 noyabr 2010-cu ildə poçt vasitəsilə təqdim edilmişdir.
Qətnamə aşağıda göstərilənlərə görə qanunsuz və əsassızdır, ləğv edilməli, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməlidir.

1. Maddi hüquq normaları pozulmuş, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməmişdir.
Birincisi, mən, öz apellyasiya şikayətimdə qeyd etmişdim ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 22-ci maddəsinin tələblərini pozaraq, azyaşlı övladımız Bəşirzadə İbrahim Namik oğlunun kiminlə qalması məsələsini həll etməmişdir.
Apellyasiya instansiyası məhkəməsi isə bu məsələyə qətnamənin əsaslandırıcı hissəsində “Məhkəmə kollegiyası tərəflərin birgə nikahdan 23 noyabr 1995-ci il tarixdə anadan olmuş İbrahimin əldə edilmiş ümumi razılığa əsasən cavabdeh Bilqeyis Xəlilova ilə birgə yaşamasını nəzərə alıb hesab edir ki, uşağın anasının yanında saxlanılmaqla və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75 və 76.1-ci maddəsinə əsasən olun saxlanılması üçün atası Namik Bəşirovun aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır” – kimi qiymət versə də, qətnamənin nəticə hissəsində uşağın kiminlə qalması məsələsini həll etməmişdir.
Halbuki, Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, “22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir”.
İkincisi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, “81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”.
Mən Gürcüstan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikasının ərazisində yaşayıram və heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmədiyim üçün heç bir gəlirim yoxdur. Yalnız övladımın tərbiyəsi ilə məşğul oluram və onun sağlam gələcəyə sahib olmasına çalışıram. Nəzərə alsaq ki, azyaşlı övladımız Bəşirzadə İbrahim Namik oğlu hal-hazırda təhsil alır və gələcəkdə ali təhsil müəssisəsində təhsil almağa hazırlaşır, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş aliment məbləği, övladımızın saxlanılması ilə yanaşı, onun təhsil xərclərinin də qarşılanmasına yetərli deyil.

2. Prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli prosessual hüquq normaları tətbiq edilməmişdir.
     a) Qətnamənin 3-cü səhifəsində yuxarıdan 2-ci abzası Mülki Prosessual Məcəllənin 220.1-ci maddəsinin tələblərinə zidd tərtib edilmişdir.
Həmin abzas Azərbaycan dilində və Azərbaycan əlifbası ilə yazılmayıb və abzası başa düşmək mümkün deyil.
MPM-nin 220.1-ci maddəsinə əsasən, “Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır”.
    b) Qətnamə MPM-nin 385.1.4-cü maddəsinin tələblərinə zidd qəbul edilmişdir.
Yuxarıda da qeyd etdiyim kimi, apellyasiya instansiyası məhkəməsi azyaşlı övladımız Bəşirzadə İbrahim Namik oğlunun kiminlə qalması məsələsi barədə qətnamənin əsaslandırıcı hissəsində “Məhkəmə kollegiyası tərəflərin birgə nikahdan 23 noyabr 1995-ci il tarixdə anadan olmuş İbrahimin əldə edilmiş ümumi razılığa əsasən cavabdeh Bilqeyis Xəlilova ilə birgə yaşamasını nəzərə alıb hesab edir ki, uşağın anasının yanında saxlanılmaqla və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75 və 76.1-ci maddəsinə əsasən olun saxlanılması üçün atası Namik Bəşirovun aylıq qazancının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır” – kimi qiymət versə də, qətnamənin qət etdi hissəsində uşağın kiminlə qalması məsələsi həll edilməmişdir.
İş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh “qətnamənin nəticə hissəsində bu barədə heç nə göstərilməyib” bəhanəsi ilə övladımı məndən ayıra bilər.
MPM-nin 385.1.4-cü maddəsinə əsasən, “Apellyasiya instansiyası məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır”.
       Bütün bunlar, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsinin qanunsuz olduğunu bir daha sübut edir.
      Yuxarıda qeyd edilənlərə və MPM-nin 402-407, 417.1.3 və 418.1-ci maddələrinə əsasən,

                                                              XAHİŞ EDİRƏM:

     Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilsin.

Qoşma: -- Kassasiya şikayətinin surəti,
                 -- Dövlət rüsumunun pdənilməsi haqqında qəbz,
                 -- Vəkil orderi.

03 dekabr 2010-cu il
                                           İmza:                                                      / B.M.Xəlilova /

Kassasiya şikayətini tərtib edən vəkil:                                              / ___________________ /
________________________________________________________________________________


Suraxanı Rayon Polis İdarəsinin rəisi
E.Qazıbəyli cənablarına

Ərizəçi: Bəşirzadə İbrahim Namik oğlunun
Qanuni nümayəndəsi (anası) Xəlilova Bilqeyis Musa qızı
Əlaqə tel.: (055) 680-17-98, (012) 438-16-09

       “Pasport qeydiyyatına alınmağa dair”


                                                                    ƏRİZƏ

                    Hörmətli rəis!
                  Oğlum Bəşirzadə İbrahim Namik oğlu 23 noyabr 1995-ci ildə Bakı şəhərində anadan olmuş və ona Suraxanı Rayon VVADQ şöbəsində AZ-I seriyalı 253133 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Övladımın atası Bəşirov Namik İbrahim oğlu ilə ailə münasibətlərimiz pozulmuş və biz faktik olaraq ayrılmışıq. Ona görə də, oğlum İ.Bəşirzadəni öz qeydiyyatda olduğu Bakı şəhəri, Hövsan qəs., C.Xanməmmədov küç., ev-39, mənzil-10 ünvanına pasport qeydiyyatına alınmasına razılıq vermir.
Mən, Gürcüstan vətəndaşı olduğum üçün, davamlı olaraq Gürcüstan Respublikasına gedib gəlməyə məcbur oluram.
    Oğlum İ.Bəşirzadə bugünkü günədək Suraxanı rayonunun ərazisində müxtəliv mənzillərdə mənimlə birlikdə kirayədə yaşayır.
   
   Gələcəkdə müddətli həqiqi hərbi xidmətə çağırılması üçün, qeydiyyatda olduğu yer üzrə hərbi komissarlıqda qeydiyyata alınması üçün, yaşayış yeri üzrə qeydiyyata salınması zərurəti yaranmışdır.
Onu da nəzərinizə çatdırım ki, oğlum Bəşirzadə İbrahim Namik oğlu 03 may 1993-cü ildən 2003-cü ilədək Bakı şəhəri, Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev-13, mən.-36 ünvanında qeydiyyatda olmaqla yaşamış, 2003-cü ildə həmin mənzildən qeydiyyatdan çıxarılmışdır.
“«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarına əsasən, “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir.
     Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər”.

     Yuxarıda qeyd edilənləri və bu ərizəmə əlavə etdiyim sənədləri nəzərə alaraq, oğlum Bəşirzadə İbrahim Namik oğlunu Suraxanı Rayon Polis İdarəsinin binasına pasport qeydiyyatına almağınızı və ona Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verməyinizi xahiş edirəm.

  Qoşma: -- Bəşirzadə İbrahim Namik oğlunun doğum haqqında şəhadətnaməsinin notarial
                  qaydada təsdiqlənmiş surəti,
                  -- Xəlilova Bilqeyis Musa  qızının pasportunun notarial qaydada təsdiqlənmiş surəti,
                   -- 62 saylı MKİS-in 3437 saylı 18 oktyabr 2010-cu il tarixli arayışı,
                   -- 2 ədəd 3x4 fotoşəkil.

22 oktyabr 2010-cu il

                                                            İmza:               / B.M.Xəlilova /






Hiç yorum yok:

Yorum Gönder