Onlar siyasi məhbusdurlar
Bakirə qızının fahişə olması barədə qərar çıxarmağa hazır olanlar sürüsü.
Fərhad və Rafiq Əliyev qardaşlarının həbsinin siyasi motivli, özlərinin isə siyasi məhbus olması günbəgün bir daha təsdiqlənir.
28 sentyabr 2006-cı ildə Rafiq Şövlət oğlu Əliyevə Azərbaycan Respublikası CM-nin 206.4, 206.3.1, 28, 220.1, 278, 313-cü maddələri ilə ittiham elan edilmişdir.
CM-nın 206.4-cü maddəsi- Qaçaqmalçılıq
Bu maddəyə görə, qaçaqmalçılıq mütəşəkkül dəstə tərəfindən törədildikdə, əmlakı müsadirə olunmaqla 7 ildən-12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 206.3.1-ci maddə isə təkrar qaçaqmalçılığa görə 5 ildən - 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
CM-nin 220.1-ci (kütləfi ixtişaş) maddəsi, «zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşaiyyət olunan kütləvi ixtişaşları təşkil etmə və ya belə ixtişaşlarda iştirak etmə»yə görə 4 ildən-12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
28-ci maddəsində isə cinayətə hazırlığa görə cəzanın müddətinin və ya həcminin Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox olmaması qeyd olunub.
278-ci maddə, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamaya aiddir. Cəzası 10 ildən- 15 ilədək və ya ömürlük azadlıqdan məhrumetmədir. Bu maddə, əslində 2003 –cü il prezident və 2005-ci il parlament seçkilərində nəticələri saxtalaşdıraraq, xalqa qarşı zor tətbiq etmək yolu ilə hakimiyyəti zorla ələ keçirənlərə və onu bugünədək zorla saxlayanlara daha çox yaraşır. Ancaq hələ ki, cinayətkarlar ittiham edirlər.
313-cü maddə- Vəzifə saxtakarlığı.
Cəzasının yuxarı həddi, əmlakı müsadirə olunmaqla 2 ilədək müddətə azadlıqdan məhrumetəmədir.
Biz sizin diqqətinizi yalnız 220 və 278-ci maddələrə yönəldəcək və müdafiəyə ehtiyacı olmayan, şərə və böhdana məruz qalan Azərbaycan xalqına, sağlam düşüncəli bütün insanlara məlum olan Fərhad və Rafiq Əliyevlərin qiyabi müdafiəsini həyata keçirəcəyik. Çox güman ki, Fərhad Əliyevə də kütləvi ixtişaş və hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa dair ittihamlar irəli sürüləcək.
Hələ ki, cinayətkarlar ittiham edir
Hacı Məmmədov və başqalarının cinayət işi üzrə aparılan ibtidai və məhkəmə istintaqı ilə sübuta yetirilmişdir ki, bu qorxulu dəstənin vaxtında ifşa edilməməsində Baş Prokurorluq rəhbərliyinin müstəsna rolu var.
Kimdir onlar?
Baş prokuror Zakir Qaralov, onun o vaxtkı birinci müavini, Ali Məhkəmənin indiki sədri Ramiz Rzayev, baş prokurorun müavini Rüstəm Usubov və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq idarəsinin rəisi Baş Ədliyyə müşaviri Eldar Əhmədov. Bu sonuncu, Rafiq Əliyevə rəsmi ittiham elan edən şəxsdir. Əlbəttə, bu şəxslər deyə bilərlər ki, onlar Hacı Məmmədovla bağlı MTN-ə və sair orqanlara məktublar yazıblar. Ancaq məktub yazmaqla onların işləri bitirdimi? Cinayətkarı saxlamaq üçün tədbir görmək vəzifəsi və bütün imkanları olan Baş Prokurorluğun bunu etməməsinə heç bir arqumentlə haqq qazandırmaq mümkün deyil. Mən qəti əminəm ki, Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə haqqında Baş Prokurorluğa rəsmi ərizə verən Rəna Nəsibovanın qətlində də Baş Prokurorluq birbaşa məsuliyyət daşıyır. Ancaq nə edəsən ki, Azərbaycanımızın reallıqları belədir, qanuni zor və cəza aparatı onların əlindədir və istədiklərini edirlər.
Məşhur Avstriya yazıçısı Stefan Sveyqin siyasətə dair belə bir kəlamı var: «siyasətdə meyar qanun və əxlaq yox, gücdür. Qalibsənsə, haqlısan. Qalibin haqqı məğlubun haqqının tapdalanmasında ifadə olunur». Bu fikir orta əsrlərə aid olsa da, görünür, bu gün də vəhşi insan cəmiyyətində qüvvədədir.
28-ci maddənin məzmununa diqqət edin: « Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.» Bu maddənin məzmunu Stalinizmdən xəbər verir. Elə ifadələr seçilib ki, onu anlamaq istəyənin subyektiv mövqeyindən asılı olaraq, istənilən cür anlaşıla və ya təfsir edilə bilər. «Vasitə və ya alət axtarma , əldə etmə və ya hazırlama» haradasa başadüşülən olsa da, «başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdlə başqa cür şərait yaratma » istənilən cür genişləndirici təfsir edilə bilər. Əlbəttə, bu maddəni hazırlayan Azərbaycan alimləri ağıllarına da gətirməyiblər ki, bir gün bu maddənin tətbiqi sözün əsl mənasında cinayətkar olan adamların əlinə düşə bilər. Oxuculardan üzr istəyərək, daha anlaşıqlı olsun deyə, çox hörmətli alimimiz, hüquq elmləri doktoru, professor Firudin Yusif oğlu Səməndərovun elmi redaktorluğu və redaktəsi ilə çap edilmiş, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyasından»(Bakı,2006,Digesta, səh:59-60) müəyyən sitatlar gətirəcəyəm. Bu sitatların müəllifi də, yəni 28-ci maddənin kommentariyası da hörmətli professorumuza məxsusdur.
Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə qanuni və ya qeyri-qanuni üsulla vasitə və ya alətin əldə edilməsini nəzərdə tutur. Bu, alət və ya vasitə axtarmada, belə predmetlərin pulla alınmasında, dəyişdirilməsində, müvəqqəti istifadə üçün götürmədə, oğurlamada və s. ifadə oluna bilər. Məsələn, oğurluq etmək məqsədi ilə müəyyən yerə daxil olmaq üçün açarların əldə edilməsi; adam öldürmək üçün zəhərin əldə edilməsi və s.
Ümumiyyətlə, cinayətin edilmə məqsədinə xidmət edən, onun edilməsini asanlaşdıra bilən şeylərdən vasitə və ya alət qismində istifadə edilə bilər.
Cinayətə hazırlıq həm də cinayət etmək üçün alət və ya vasitənin hazırlanmasında ifadə oluna bilər. Məsələn, subyekt məxtəlif otlardan zəhər hazırlayır; məişətdə istifadə edilən alətləri təkmilləşdirərək onların təyinatını dəyişib soyuq silaha çevirir; atəş açmaq üçün yararsız olan silahı təmir edir və onu atəş açmağa yararlı vəziyyətə gətirir və s.
Cinayəti törətmək üçün istifadə edilən vasitələr -maddi aləmin elə predmetləridir ki, bunlar cinayətin edilməsində tətbiq edilir, yaxud da cinayətin edilməsini asanlaşdırır. Məsələn, oğurluq ediləcək anbara daxil olmaq üçün onun yaxınlığına nərdivan atılır; dələduzluq etmək üçün əvvəlcədən saxta blank hazırlanır, keşikçini yatırtmaq üçün yuxugətirən maddədən itstifadə edilir və s.
Cinayətin edilməsində istiafadə edilən alətlər elə predmetlərdir ki, onların tətbiqi ilə cinayət törədilir. Cinayətin edilməsində alət qismində odlu silah, soyuq silah, pratlayıcı maddələr, sındırma alətləri, kəsici-deşici alətlər, neft, benzin, mətbəx alətləri və s. ola bilər.
Cinayəti törətmək üçün başqaları ilə əlaqəyə girmə gələcəkdə törədilməsi planlaşdırılan cinayətin icraçısı və köməkçisi qismində istifadə edilə biləcək şəxsləri ələ almağa, onları bu işə razı salmağa yönələn fəaliyyətdir. Lakin belə fəaliyyət uğursuz olur, şəxs icraçı və ya köməkçini cinayəti törətməyə razı salsa da belə, fəaliyyətin qarşısı alınır, cinayətin törədilməsinə imkan verilmir.
Cinayəti törətmək üçün başqaları ilə sövdələşmə konkret cinayəti iştirakçılıqla törətmək üçün tərkibi iki nəfərdən az olmayan dəstə təşkil etməni nəzərdə tutur.
Cinayəti törətmək üçün təşkil edilən belə dəstə bilavasitə cinayəti törətməyə başlayana qədər ifşa edilir və zərərsizləşdirilir.
Cinayəti törətmək üçün başqa cür şərait yaratma bu cinayətin alət və vasitələrinin ələ keçirilməsi və hazırlanması ilə əlaqədə olmayan, lakin törədilməsi qət edilən cinayətin gələcəkdə reallaşdırılmasına kömək edəcək real zəruri şəraitin yaradılmasına yönələn hərəkətlərin edilməsini nəzərdə tutur. Məsələn, başqa cür şərait yaratma- qəsd obyektinin seçilməsi ilə, cinayətin törədilməsi ilə bağlı planın hazırlanmasında, cinayətin törədiləcəyi yerdə ərazinin öyrənilməsində, siqnal nəzarət sisteminin korlanmasına yönələn hərəkətlərdə, enerji sistemini sıradan çıxaran hərəkətlərdə, mühafizə itlərinin zəhərlənib öldürülməsində, diqqəti yayındırmaq üçün cinayətin törədiləcəyi ərazidə həyacan yaradan hadisənin törədilməsində və s. ifadə oluna bilər.
Hörmətli F.Səməndərov yəqin razılaşar ki, Cinayət Məcəlləsinin 220 və 278-ci maddələrində nəzərdə tutulan kütləvi ixtişaş və hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama kimi cinayətləri təşkil etmək üçün 2 nəfərdən və ya hətta 10 nəfərdən ibarət dəstə yaratmaq üçün başqaları ilə sövdələşməni bu cinayətlərin əlaməti kimi qəbul etmək sağlam məntiqə sığa bilməz. İki nəfərlə kütləvi ixtişaş etmək, hakimiyyəti zorla ələ almaq... Yox bu ağ olur. İki nəfərlə terror eləmək olar. Banditlik, dəmir yolu qatarını qaçırma, xuliqanlıq, hətta dəniz quldurluğu da eləmək olar. Ancaq kütləvi ixtişaş və hakimiyyəti zorla ələ alma qətiyyən. Bu cinayətləri törətmək üçün təşkilat, Cinayət Qanununun dili ilə desək, əvvəl cinayətkar birlik yaratmaq lazımdır.
Rafiq Əliyevə Cinayət Məcəlləsinin 220 və 278-ci maddələri ilə ittiham edilməsinə səbəb bu olmuşdur ki, « o, R.Quliyevin qanunsuz yollarla hakimiyyətə gəlməsini təmin etməkdən ötəri, kütləvi ixtişaşlar törədilməsi məqsədilə təşkil edilən qüvvələrin maliyələşdirilməsi üçün 100 min avro məbləğində pul vəsaitinin qardaşı F.Əliyev tərəfindən Fikrət Yusifova verilməsində iştirak edib, Rəsul Quliyevin hakimiyyəti zorla ələ keçirməsi üçün tələb olunan əlavə maliyyə xərclərini də ödəməyi öz üzərlərinə götürməklə və həmin gün qeyd olunan əmməllərinə dair məxvi danışıqlar yekunlaşdıqdan sonra rəhbəri olduğu «Azpetrol» şirkətlər qrupuna məxsus nəqliyyat vasitəsi ilə F.Yusifovun ofisdən yaşadığı evə gizli surətdə aparılmasını təmin etməklə Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər etmişdir». Bu sözlər Baş Prokurorluğun «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» qərarından götürülümüşdür.
Vaxtilə məni də keçmiş MT naziri, üzdə özünü H.Əliyevə, arxada isə R.Quliyevə dost göstərən N.Abbasov şərləyib tutanda, «cəlbetmə» qərarında da oxşar ifadələr işlədilmişdi. Keçən yazılarda qeyd etdiymi bir daha təkrar edirəm. Azərbaycan hüquq müstəvisindən artıq çıxıb. Vətənimiz məhkəmə, prokurorluq, DİN, icra hakimiyyəti və parlament kimi qanunu adlar altında gizlənən cinayətkar, mafioz qrupların döyüş meydanına çevrilib. Rəsmi imkanlardan şəxsi qərəzlik və şəxsi hesabların çürüdülməsi üçün istifadə edilir. Ölkə qanuni don geydirilmiş anarxiya məngənəsindədir. Dövlət başçısı İlham Əliyevin ölkəyə nəzarəti tam itirdiyi görüntüsü yaranmaqdadır. İt həqiqətən də yiyəsini tanımır, ya da deyəsən, tanımaq istəmir.
Rafiq Əliyev Fikrət Yusifova 100 min avro verməsini istintaqın elə ilk günündən etiraf edib. Ancaq bunu Rəsul Quliyevə görə yox, F.Yusifovun ondan borc istəməsi ilə əlaqələndirib. Verilən pullar isə F.Yusifovun mənzilindən çıxıb. Bu faktla bağlı əlavə şərhə ehtiyac qalmır. Bu pul əgər kütləvi ixtişaş üçün nəzərdə tutulmuşdursa və pul verildiyi vaxtdan R.Quliyevin gəlişinə iki gün qaldığını nəzərə alsaq, onda məntiqlə F.Yusifov pulu buradakı ya müxalifət partiyalarının rəhbərlərinə, ya da ki, Rəsul Quliyevin «gizli komandoslarına» ötürməli idi ki, bu da olmayıb. Belə olmadığı təqdirdə yalnız üç fərziyə qalır.
1.Ya F.Yusifov xüsusi orqanların rəhbərliyi altında uydurma əməliyyatda iştirak etmiş.
2. Ya F.Yusifov R.Quliyevin adından dələduzluq etmiş
3. Ya da, Rafiq Əliyevin dediyi kimi həmin pul həqiqətən də borc verilmişdir.
Birinci variantın bizim, düşmən qarşısında tülkü kimi quyruq bulayan, öz xalqına qarşı isə amansız və əzazil olan güc strutkrlarının mübarizə arsenalında çoxdan tətbiq edildiyini nəzərə alaraq, bu versiyanın həqiqiliyinə inanmaq olar. Ancaq bunun üçün F.Yusifovla Rafiq və Fərhad Əlyevlərin 15 oktyabradək çoxsaylı görüşləri və etimad qazanmağa qulluq edən müxtəlif birgə fəaliyyət faktları sübut edilməlidir. Belə sübutlar isə yoxdur.
İkinci versiya- dələduzluq.
Bu gün dələduzluğun yaşından və cinsindən, dinindən və irqindən,eləcə də tutbuğu vəzifəsindən və məşğul olduğu peşəsindən asılı olmayaraq, Azərbaycan vətəndaşı arasında çox geniş yayıldığını nəzərə alsaq, F.Yusifovun R.Quliyevin adından Bakı şəhərində müxtəlif adamlardan pul yığan onlarla dələduzdan biri olmasını güman etmək də mümkündür. F.Yusifov maliyyə naziri işləyib, həm də pis işləməyib. Onu mən şəxsən tanıdığıma görə dələduzluq versiyasını qəti rədd edirəm.
Qalır borc və xüsusi orqanlarla əməkdaşlıq. Bunlardan hansıdır? Bunu yalnız namuslu təhqiqat, istintaq müəyyənləşdirə bilər. Namus isə bu məmləkətdə çoxdan küncə sıxışdırılıb. Azərbaycanda elə hakim, elə prokuror, elə rəis və elə məmur sürüsü var ki, , oxucudan çox-çox üzr istəyirəm, onlar bakirə qızlarının bakirə olmadığı barədə qərar çıxarmağı tələb edən, yuxarılara xoş gəlsin deyə, qızlarının nəinki bakirə olmadığı, hətta ekiz doğmaları barədə belə qərar qəbul etməyə hazırdılar. Bu ifadəmə görə təkrar-təkrar ləyaqətli hakimlərdən və hüquqşunaslardan üzr istəyirəm. Bu gün düşdüyümüz vəziyyəti anlatmaq və bundan diksinərək çıxmaq üçün lazımi ifadələr tapa bilmirəm. Çünki, yalnız vəzifədə qalmaq, arvadını və qızını alt paltarını yüzlərlə yad kişidən aldığı rüşvət hesabına təmin etmək niyyəti ilə, başqa birisinin qanunsuz həbsinə qərar verməyə başqa cür yanaşmaq mümkün deyil. Azərbaycan düşmən əlindədir. Xalqımız heç bir atəş səsi eşidilmədən, heç bir müharibə elan edilmədən, səssiz, ardıcıl, dayanmadan və qətiyyətlə məhv edilməkdədir. Azərbaycanın hakimlər və müstəntiqlər ordusu erməni ordusundan qat-qat güclüdür. Erməni ilə üzbə-üz duran xalq, atəşin haradan açılacağını bilib müdafiə mövqeyi qura bilirdisə, indi zərbənin haradan və kimdən gələcəyini müəyyən etmək çətindir. Cəmiyyət tamamilə deqredasiyaya uğrayıb. Dövlət siyasəti səviyyəsinə qaldırılan mənəviyyatsızlıq, laqeydlik və prinsipsizlik dövlətçilik və milli dəyərlərini də sıradan çıxarıb. Söhbət sadəcə kiminsə qanunsuz həbsindən getmir. Söhbət özü gündəlik cinayət törədən, rüşvət alan, namussuz işlərlə məşğul olan, xalqa qənim kəsilən bir sürü adamın- cinayətkar qrupun rəsmi dövlət səlahiyyətlərindən istifadə edərək, Azərbaycan xalqına qarşı yürütdüyü genosit siyasətndən gedir.
Hörmətli oxucu!
Bu sətrləri oxuduqca siz şəxsi mövqeyimdəki kin və nifrəti hiss edəcək, bəlkə də məni qınayacaqsınıc, ancaq tələsməyin. Bəlkə də siz vaxtilə mənim, İsgəndər Həmidovun və onlarla başqa siyasi məhbusun indi isə Fərhad və Pafiq Əliyev qardaşlarının yaşadıqlarını yaşasanız, eləcə də bizim balalarımızın duyduqlarını sizin balalarınız duysa məni qınamaqdan vaz keçərsiniz.
Bu gün Rafiq və Fərhad Əliyevlər bu qədər gülünc, bu qədər əsassız və qondarma ittihamlarla həbsdə saxlanılırlarsa, sizin hansınızın sabaha təminatınız var. Bu zalım və əzazillər istənilən vaxt, istənilən yerdə və istənilən vətəndaşımızı tutub üzünə istənilən vətəndaşımızı qoymaqla, bu millətin ən namuzsuz və şərəfsiz millət olduğunu bir daha sübut etməyə hər an hazırdılar.
Prezident xalqı dolayır, yoxsa prezidenti dolayırlar?
Baş Prokuror Zakir Qaralov «Azərbaycan bayrağı» ordeni ilə təltif edildi.
Hiç yorum yok:
Yorum Gönder