Bakı şəhər icra hakimiyyətinin
başçısı Hacıbala Abutalıbova
Açıq məktub
Hörmətli Hacıbala müəllim!
Mərhum prezident Heydər Əliyevin şəxsi tövsiyələri və rəhbərliyi altında, bu gün isə prezident İlham Əliyevin rəhbərliyi altında respublika paytaxtında apardığınız abadlıq və yenidənqurma işləri heç şübhəsiz ki, alqışlanmalıdır. Məhz son on ildə Bakının dünyanın böyük paytaxt şəhərləri kimi yenidən qurulması həyata keçirilmiş, SSRİ dönəmindəki yetmiş illə müqayisə edilməyəcək qədər tikinti, abadlıq işləri aparılmışdır. Yollar genişləndirilmiş, asvaltlanmış, yeni parklar salınmış, abidələr ucadılmış, bir sözlə Bakımız həqiqətən də göz oxşayan olmuşdur. gördüyünüz hər bir abadlıq işi Heydər Əliyevin ruhuna bir töhvədir. Bu gün heç də Bakı-Ceyhandan geri qalmayan körpü tikintisi şübhəsiz ki, prezidentin tarixi xidməti, sizin isə bir Mer kimi zəhtəmətinzin gözəl nümunəsidir. Bir sözlə mən də siravi vətəndaş kimi görülən bütün işlərə görə ölkə rəhbərliyinə və şəxsən sizə və bu abadalıq prosesində zəhmət çəkən hər bir insana minnətdaram.
Ancaq görülən ən yaxşı işdə belə müəyyən nöqsanların olmaması da mümkün deyil. mən sizin nəzərinizi bu böyük tikinti-abadlıq işlərinə yox, onların nəticəsində ayrı-ayrı vətəndaşlarımızın mülkiyyət və mənzil hüquqlarının pozulması faktlarına yönəltəmək istəyirəm.
Son vaxtlar hündür mərtəbəli çoxmənzilli binaların tikintisi ilə bağlı olaraq, Mənzil Tikinti Kooperativləri ilə vətəndaşlar arasında yaranmış mübahisələrdə bir hüquqşunas kimi tez-tez iştirak edirəm. Onlardan birinin nümunəsində bu nöqsanların nədən ibarət olduğunu Sizin və ölkə rəhbərliyinin diqqətinə çatdıracağam. Bir şeyi nəzərə alın ki, bu tikinti prosesində haqqı pozulan hər bir vətəndaş hüquqlarının pozulmasında Sizi və dolayısı ilə, həm də hörmətli prezidenti günahkar bilir. Ancaq mən qəti əminəm ki,bu tip qanunsuz hərəkətlərdən nə sizin, nə də prezident İlham Əliyevin xəbəriniz yoxdur və ola da bilməz. Yazıram ki, məlumatınız olsun. Məlumatınız olsun ki, Sizin verdiyiniz sərəncamlar əsasında vətəndaşlarımızın mülkiyyət və mənzil hüquqlarını pozan firmaların qanusuz hərəkətlərinin qarşısını ala biləsiniz. Belələrindən biri «Aslan» MTK-dır.
Sizin 11 dekabr 2001-ci il tarixli 783 saylı sərəncamınıza əsasən, Bakı şəhəri Nəsimi rayonu M.Qaşqay küçəsi, 748-ci məhəllədə 0.6 ha torpaq sahəsi «Aslan» MTK-nın icarəsinə verilmişdir. İcarə müddəti 49 ildir. Sərəncamınızda çox aydın və ana dilimizdə yazmısınız ki, həmin torpaq sahəsində yaşayan sakinlərin qanunauyğun formada köçürülməsi «Aslan» MTK-nın vəzifəsidir.
Öncə bəzi normativ –hüquqi aktlardan bəzi maddələri Sizin nəzərinizə çatdırmaq istərdim.
1. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyun 1996-cı il tarixli Qanunun 9-cu maddəsinə əsasən, «vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar onların mülkiyyətinə verilir». Həmin torpaqların vətənlaşlar tərəfindən qanunda nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirməməsi onları bu hüquqdan məhrum etmir və edə də bilməz. Çünki qanunverici bunun üçün hər hansı müddət müəyyən etməmişdir. Deməli, qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar onların qanuni sahibliyində və istifadəsindədir. Qanuni mülkiyyətdə və ya sahiblik və istifadədə olan torpaqların isə qanunda göstərilən hallar istisna olmaqla, geriyə alınmasına yol verilmir.
2. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli qanununun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən, «dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyəti orqanının və ya bələdiyyənin rəyi əsasındav qəbul olununr və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır». «Aslan» MTK 2001-ci ildə həmin torpaq sahəsini icarəyə götürərkən həmin torpaq sahəsinin qanuni istifadəçilərinin razılıq ərizələrini Sizə təqdim edibmi?
3. Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinin 2-ci hissəsinə əsasən, «müstəsna hallarda toraq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər». Maddədən də göründüyü kimi, müvəqqəti istifadəyə verilmiş torpaq sahəsində mənzil tikintisi qadağandır. Burada qanunvericinin çox sadə bir məntiqi var: 49 , yaxud da 99 illik mülkiyyət ola bilməz. Mülkiyyət hüququ daimi və əbədidir və Konstitusiyamızın 13-cü maddəsinə əsasən, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». «Aslan» MTK-nın tikdiyi mənzillərin ömrü qanuna görə cəmi 49 ildir. Çünki 49 ildən sonra həmin torpaq sahəsi geri qaytarılmalıdır. Və sonda vətəndaşların mülkiyyətinin taleyi necə olacaq?
Əslində indi aparılan bu geniş tikinti işlərinin çox böyük siyasi əhəmiyyəti də var. torpaq sahələrinin hündür mərtəbəli binaların tikilməsi məqsədilə vətəndaşlara məxsus mülklərin və torpaq sahələrinin satın alınması birbaşa sosial gərginliyin ardan qaldırılmasına, insanlarımızın vəsait əldə etməsinə və bunun da nəticəsində yeni iş yerlərinin yaranmasına və stabil orta təbəqəninin formalaşmasına xidmət edir. ancaq bizdə anormal bir vəziyyət yaranmışdır. Heç kimə sirr deyil ki, bina tikintisi həm də kirli pulların yuyulma vasitələrindən biridir. Ancaq nə qədər qəribə olsa da xarici ölkələrdə kirli pulların yuyulması onların ilkin məbləğinin azalamasına, pul sahibinin müəyyən faiz məbləğ itirməsinə səbəb olsa da, bizdə bunun əksi baş verir. Kirli pul daha da artır. Bunun səbəbi odur ki, yaxşı yaşadığına və firavan həyatına görə dolayısı ilə prezidentə minnətdar olacaq vətəndaşın xüsusi mülkiyyəti tikinti firmaları tərfindən real bazar qiyməti ödənilmədən dəyər-dəyməzinə alınır, yaxud da zorla öz doğma yerlərindən köçürülürlər. Bu yolu tutanlardan biri də «Aslan» MTK-dır. İcarəyə götürdüyü torpaq sahəsində yaşayan vətəndaşların razılığını əvvəlcədən almamasına baxmayaraq, indi də onları zorla şəhərin mərkəzindən onun kənarına köçürməyə çalışır və bunun üçün Sizin sərəncamınızı əlində bayraq edib. Məhkəmələrlə iş birliyi nəticəsində prezidentin seçicilərinin, İravanlı qaçqınların mülkiyyət hüquları kobudcasına pozulur. «Aslan» MTK-nın iddiasına görə guya həmin torpaq sahəsi Sizin sərəncamınızla dövlət və ictimai ehtiyaclar üçün ayrılmışdır.
Hörmətli Hacıbala müəllim!
Daha çox gəlir götürmək məqsədilə tikinti ticarəti nə vaxtdan dövlət və ictimai ehtiyac hesab edilməyə başlayıb. Əlbəttə, Sizin sərəncamınızda belə bir şey yoxdur. Çünki rəhbərlik etdiyiniz Bakı Şəhər İcra Hakimiyətinin hüquqşunasları dövlət və ictimai ehtiyaclar üçün torpaq ayrılmasının nə demək olduğunu yaxşı bilirlər. Onlar bilirlər ki, Torpaq Məcəlloərinin 70.1-ci maddəsinə əsasən, «mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət, bələdiyyə və ictimai ehtiyaclar üçün geri alına bilər». Bu geri alınma isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli, 42 saylı qərarı ilə təsdiq edilmiş «torpaq sahələrinin geri alınması, dövlət və ictimai ehtiycalar üçün ayrıması barədə vəsatətləri qalıdırlaması və onlara baxılması Qaydaları» ilə nizama salınır. Həmin Qaydaların 2 və 4-cü maddələrrində «dövlət və ictimai ehtiyac» kimi sənaye obyektlərin tikintisi, dəmir və avtomobil yollarının, elektirki və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, faydalı qazıntıların hasilatı üçün tikinti işləri nəzərdə tutulur. Ümumiyyətlə d.vlət və ictimai ehtiyaclar dedikdə elə obyektlər başa düşülür ki, ondardan istənilən vətəndaş isdədiyi vaxt qanuna uyğun olaraq, istifadə edə və yaranralana bilsin. Sizin saldırdığınız parklar, fontanlar, birinci ledi Mehriban xanımın tikdirdiyi məktəblər, stadionlar, uşaq evləri, İlham Əliyevni tikdirdiyi olimpia idman mərkəzləri kimi və s. «Aslan» MT-nın, maya dəyərindən iki-üç qat artıq baha satdığı mənzillərdən şəxsən siz özünüz istifadə edə bilrəsinizmi? Mən hələ bu gün şəmin binanın yerindən zorla qovulan vətənları demirəm.
Hacıbala müəllim, axı, «Aslan» MTK-ının tikdiyi bina kitabxana və ya klub deyil, heç idman zalı, hoqvuz da deyil. Bəs, onda Sizin sərəncamınıza əsaslanıb vətəndaşaları məhkəmə yolu ilə öz mülklərindən qovmağa onların nə haqqı var?
Bir də ki, Konstitusiyamıza və beynəlxalq qanunlara görə, hər bir vətəndaş yaşayış yerini seçməkdə tam azaddır. «Aslan» MTK-ya kim haqq verib ki, vətəndaşları zorla Bakının mərkəzindən Bakıxanov qəsəbəsinə köçürsün?
Bunun da nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, vətəndaşların öz mənzillərindən zorla köçürülməsinin hüquqi əsasları da var. bunu isə yalnız dövlət orqanı edə bilər. Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, «evin (yaşayış sahəsinin) uçmaq qorxusu olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara yerli xalq deputatları Soveti icraiyyə komitəsinin qərarıilə digər yaşayış sahəsi verilir» bir bu halda, bir də yuxarıda qeyd etdiyim «Qaydalara» əsasən torpaq sahəsi dövlət və ictimai ehtiyac üçün geri alındığı vaxt dövlət orqanı və vətəndaş arasında yaranmış mübahisə nəticəsində onlar məhkəmə qərarı ilə zorla mənzillərindən çıxarıla bilərlər.
«Aslan» MTk isə məhz Sizin sərəncama əsaslanaraq guya həmin torpaq sahəsinin dövlət və ictimai ehtiaclar üçün ayrıldığı və yenə də sizin sərəncama əsaslanaraq, vətənlaşaları öz evlərindən onalara adam başına 12 kv/m mənzil verməklə zorla çıxarılmasını tapşırdığı haqqında Səbail rayon məhkəməsinə müraciət etmiş, hakim Alim Namazov isə iddianı qanunsuz olaraq, təmin etmişdir.indi həmin mübahisəyə Apellyasiya məhkəməsində (sədrlik edən Sadman Hüseynovdur) baxılmaqdadır. Dəfələrlə məhkəmənin çağırmasına baxmayaraq, bAkı şəhər icra hakimiyətinin nümayəndəsi məhkəməyə gəlməkdən yayınır.
Hörmətli Hacıbala müllim, sizin nümayəndənizin məhkəməyə gəlməsi aşacıdakı sualların aydınlaşdırılaması üçündür.
1. Doğrudanmı Bakı şəhər İcra hakimiyətinin başçısı Hacıbala Abutalıbovun 11 dekabr 2001-ci il tarixli 783 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonı M.Qaşqay küçəsi 748-ci məhəllədə 0.6 ha torpaq sahəsi dövlət və ictimai ehtiyaclar üçün ayrılmışdır?
2. Həmin torpaq sahəsində dövlət və ictimai ehtiyaclara aid olan hansı obyektin tikintisi nəzərdə tutulmuşdur?
3. Həmin torpaq sahəsi «Aslan» MTK-ının icarəsinə verilərkən Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinin 2-ci hissəsinin tələbləri nəzərə alınıbmı?
4. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının 11 dekabr 1998-ci il tarixli Qanununun 10-cu maddəsinin 2-ci hissəsinə uyğun olaraq, həmin6 torpaq sahəsi 49 il müddətə «Aslan»MTK-nın icarəsinə verilərkən, orada yaşayan vətəndaşların yəni, qanuni torpaq istifadəçilərinin razılığı alınıbmı?
5. Hansı qanunla müvəqqəti istifadəyə verilmiş torpaq sahəsində mənzil tikintisinə icazə verilir? Müvəqqəti istifadəyə verilən torpaqlarda tikilən mənzillər üzərində vətəndaşaların mülkiyyət hüquqlarının ömrü nə qədərdir?
6. «Aslan» MTK-nın həmin torpaq sahəsində apardığı qanunsuz tikinti-qazma işlərində vətəndaşların mənzillərinə vurulmuş ziyanı kim ödəməlidir? Göstərilən torpaq sahəsində yaşayan vətəndaşların başqa yaşhayış məntəqələrinə köçürülmələri barədə hansı dövlət orqanının qırarı mövcüddür? Bu sualları ona görə yazıram ki, nümayəndəniz 28 noyabıra təyin edilmiş növbəti məhkəmə iclasına hazırlaşa bilsin.
Hörmətli Hacıbala müəllim!
Heç şübhəsiz ki, sizin sərəncamınızı əlində bayraq edənlər qanundan başqa hər şeyə tabe olan, bəzi hakimlərin qanunsuz qətnamələri ilə öz qanunuzidd hərəkətlərinə qanuni don biçməyə çalışırlar. Bu gün məhkəmə sistemində olan vəziyyət sizə də yaxşı bəlli olduğu üçün bu qrxulu tendensiyanın qarşısı yalnız sizin və şəxsən hörmətli prezident İlham Əliyevin müdaxiləsi ilə mümükündür. Qanuni mülkiyyət hüququ ilə vətəndaşa məxsus mülkiyyəti onun razılığı olmadan heç kim ala bilməz. Mülki Mcəllənin 203-cu maddəsinə səasən, qanunsericilkdə nəzərdə tutulumuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:
- öhdəliklər üzrə tumanın əmlaka yönəldilməsi («Aslan» MTK qarşısında həmin vətəndaşların heç bir öhdəliyi yoxdur)
- qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (vətəndaşaların mülkə sahib olması qanunla qadağan edilmir)
- Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi («Aslan» MTK vətəndaşlardan onlara məxsus qanuni mülkləri almaq əvəzinə, onaların evlərini qəsdlə qəza vəziyyətinə salaraq, oradan qovmaq yolunun tutub )
- Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması («Aslan» MTK mədəni sərvətlərin alınması üçün müvəkkil edilməyib və həmin evlər mədəni sərvət deyil)
- Rekvizisiya və müsadirə (bu barədə də heç bir məhkəmə hökmü və qərarı mövcud deyil).
Başda «Aslan» MTK olmaqla, bəzi tikinti firmalarının öz qanunsuz hərəkətlərini Sizin sərəncamlarla pərdələməyə çalışdıqları üçün bu məsələyə sizin şəfxsi müdaxilənizə ehtiyac var. Siz bunu, ən azı bu sahədə yol verilən qanun pozuntuları ilə bağlı hər hansı bəyənatınızla, yaxud da nümayəndəniz vasitəsilə məhkəmə salonlarında qanunun mövqeyindən çıxış etməklə, bildirə bilərsiniz.
Bizə çatan məlumatlara görə «Aslan» MTK-nın əsil sahibi yevrey əsilli vətəndaşdır. Azərbaycan vətəndaşını öz vətənində rahat yaşamağa qoymayan, onun hüquqlarını tapdalayan bu adamlara ola bilsin ki, sizin də gücünüz çatmasın. Ona görə də hündür mərtəbəli, çoxmənzilli binaların tikintisi ilə bağlı baş verən inzibati və məhkəmə özbaşınalıqları ilə bağlı məlumatı prezident İlham Əliyevin diqətinə çatdırmağınızı və bunlara son qoyulması üçün təcili tədbirlər görməyinizi sizdən xahiş edirəm.
Yuxarıda qeyd etdiyim kimi, bu əslində siyasi məsələdir. Vətəndaşın varlanması, rahat və firavan həyat keçirməsi nəticə etibarı ilə dövlətə və onun başçısına lazımdır. Yaxşı qazanan, normal yaşayan insanın küçələrə çıxmağa, biket və mitinqlərə qoşulmağa ehtiyacı qalmayacaq. Bu məktubu ona görə qəzet vasitəsi ilə sizə çatdırıram ki, bu sahədə baş verən qanun pozuntularından qorunmaq üçün sıravi vətəndaşlarımız da bəhrələnə bilsinlər.
Rəhbəri olduğunuz paytaxt sakinlərinə göstərəcəyiniz köməyə g.rə öncədən sizə minnətdaram.
Hörmət və ehtiramla
Hüquqşunas Qurban Məmmədov
Hiç yorum yok:
Yorum Gönder