12/21/2010

Fərhad Əliyev və çaqqallar vadisi....

İlham Əliyev şantaj edilir

Zakir Qaralov və Namiq Abbasov prezidenti şantaj edirlər.




Prezidentin Ramil Usubovla bağlı qətiyyətli addım atmamasına  görə də N.Abbasovla, Z.Qaralov növbəti şantaj yolunu seçdilər. Baş Prokuror və Namiq Abbasov öz bəyanatları ilə Heydər Əliyevin qanunsuz fəaliyyətlə məşğul olduğuna bir daha ictimaiyyəti inandırmağa çalışmaqla dolayısı ilə İlham Əliyevi şantaj edirlər. Ancaq İlham Əliyevin bəzi məqamlarda, xüsusilə də 26 noyabr 2005-ci il tarixli mitinqdə atdığı qətiyyətli addımlar onun bir o qədər də cəsarətsiz olmadığını göstərir. Ona görə də müəyyən dairələr onu daha da təkləmək, zəiflətmək və tərk-silah etmək üçün ona sədaqətli olan adamları vurmaq metodunu seçiblər. Bunlardan elə birincisi də zənnimcə Fərhad Əliyev olub. 
 Fərhad Əliyevin Elmar Hüseynovun qətlini sifariş etməsi ilə bağlı Hacının bəyanatının böhtan və uydurma olduğu hamıya yaxşı bəllidir. Çünki rəhmətlik Elmarın «Monitor»da F.Əliyev barədə yazdığı ən kəskin yazı onun karyerasının təsvirindən uzağa getməyib və həmin yazılarda şəxsi konteksdə F.Əliyevi təhqir edəcək heç bir məlumat və böhtan yoxdur. Həmin yazılar nəinki jurnalisti öldürməyə, hətta cavab olaraq onu təhqir etməyə belə imkan vermirdi.


Niyə məhz Fərhad Əliyev?...
«Monitor»da başqa vəzifəli şəxslərlə bağlı, xüsusilə də tayfanın üzvləri haqqında çox təhqiramiz, alçaldıcı və bəzi hallarda sübut edilməsi mümkün olmayan olduqca biabırçı yazıların getməsi bir faktdır. Fərhad Əliyevlə bağlı yazı jurnilistin öldürülməsinə əsas ola bilərdisə, başqaları haqqında yazılanlar on qat artıq buna əsas ola bilərdi. Məsələn, hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov haqda həmin jurnalda daha kəskin yazılar yazılırdı. Onda nəyə görə məhz F.Əliyevdən şübhələnilir, niyə başqa versiyalar üzərində işlənilmir? Hacının bəyanatının sifariş olduğu aksiyomadır. Bəlkə müəyyən dairələr Hacını inandırıb ki, o, bu bəyanatla cəzasını yüngülləşdirə bilər? Bunu gələcək göstərəcəkdir.
Elmar Hüseynovun qətli ilə bağlı qatilin ən yüksək səviyyədə himayə edilməsi artıq şübhə doğurmur. Hacının dəstəsi tərəfindən qətlə yetirilən Rəna Nəsibova hələ 2003-cü ilin avqust ayında Baş Prokurorun müavini Rüstəm Usubovun qəbulunda olur və dəstənin fəaliyyəti haqqında, eləcə də öz həyatının təhlükədə olması barədə məlumat verir. Rüstəm Usubov isə həmin vaxt heç bir tədbir görməyərək iki il sonra, 2005-ci ilin fevral ayında, artıq Türkiyə və ABŞ təhqiqatçıları vasitəsi ilə Elmar Hüseynovun «hakimiyyətlə iş birliyində olan çətə tərəfindən» (Türkiyənin «Hüriyyət » qəzetindən götürülüb) qətlə yetirildiyi sübut edildikdən sonra rəsmi arayış tərtib edir və arayışda göstərir ki, Rəna Nəsibova ona məhz Hacı Məmmədov haqqında dəqiq məlumat verib və yəhudi millətindən olan iş adamını oğurlamağa hazırlaşdıqlarını bilidirib. Nə qədər qəribə görünsə də, Rəna Nəsibova cinayətkar dəstə barədə prokurorluğa məlumat verdikdən sonra qətlə yetirilir. Bundan da qəribəsi odur ki, prokurorluq əməkdaşları həmin iş adamının yanında olur, bu məlumatı ona bildirərək mühafizəsini gücləndirməyi məsləhət görürlər.(???)Rüstəm Usubov Hacının cinayətlərini baş prokurora məruzə edibHüquqşünaslar yaxşı bilirlər ki, Rüstəm Usubov, istəsəydi belə, 2003-cü ildə bu cinayəti gizlədə bilməzdi. O, Baş Prokurora mütləq iş barədə məruzə edib. Etməyibsə, ya həmin cinayətin iştirakçısıdır, ya da, külli miqdarda rüşvət alıb. Ancaq hər iki fərziyyənin yaşamaq haqqı yoxdur. Çünki Prokurorluğun idarə edilməsi qaydaları buna imkan vermir və imkan olsa da, ikinci şəxslərin bunu etməsi mümkünsüzdür. Qalır Zakir Qaralov.Yazı çapa hazırlanarkən Rüstəm Usubovun müsahibəsi qəzetlərdə çap olundu. Onun dediyinə görə R.Nəsibovanın müraciəti ilə bağlı o, dərhal Baş Prokuror Z.Qaralova iş barədə məruzə edib. Z.Qaralov isə məlumatların araşdırılmasını və tədbir görülməsini ona və birinci müavini, indi Ali Məhkəmənin sədri olan Ramiz Rzayevə tapşırıb. Baş Prokurorun iki müavininin və MTN-nin yüksək rütbəli zabitinin birgə apardıqları iş qanuni sonluğa çatdırılmayıb. Bunun səbəbi barədə Rüstəm Usubov yazmır, Ramiz Rzayev isə hələ danışmayıb.Tarixə diqqət edin: 2003-cü ilin avqust ayı. Həmin ilin oktyabr ayında prezident seçkiləri var idi. Görünür, Hacının dəstəsi kiməsə hələ lazım imiş. Sonradan Ramiz Rzayevin Ali Məhkəmənin sədri təyin olunması isə bir təsadüf və ya Ramiz Rzayevin Prokurorluqda göstərdiyi fövqaladə qabiliyyətinin mükafatı deyilmiş. Çox ağır cinayətlər törədən bir dəstənin ifşasını başa çatdırmadığına görə cəzalandırılması əvəzinə, Ramiz Rzayevin daha yüksək posta – Ali Məhkəmənin sədri vəzifəsinə təyin edilməsi bu gün Azərbaycanı idarə edənlərin əsil mahiyyətindən xəbər verir.Zakir Qaralov o vaxt birinci müavin olan Ramiz Rzayev və Rüstəm Usubovdan hesabat tələb edibmi? Hacının dəstəsinin ifşa edilməməsinin səbəbini soruşubmu? Əlbəttə ki, bu mütləq olub. Bəs nəticə nə olub? Zakir Qaralov hələ ki susur. Bütün bu sualların cavabı yalnız açıq məhkəmə iclasında tapıla bilər.R.Nəsibovanın bu şəkildə öldürülməsi sübut edir ki, məlumatın Hacının dəstəsinə ötrülməsi Baş Prokurorluğun və ya iş məruzə olunan orqanların ən yüksək səviyyəsində həyata keçirilib və cinayətkarlar onların fəaliyyəti haqqında geniş məlumatlara malik olan şahidi dərhal aradan götürüblər. Məlumatı kim ötürüb? Rüstəm Usubov, yoxsa Ramiz Rzayev? Bəlkə Zakir Qaralovun özü? Yoxsa, MT naziri Namiq Abbasov? Kim? O vaxt bu məsələ barədə Ramil Usubovla məsləhətləşmə aparılıbmı? Heç kəsi qaralamadan, təqsirsizlik prezumpsiyasına əsasən, heç kəsi ittiham etmədən bu ağır cinayətin gizlədilməsində, qəsdlə açılmamasında və cinayətkarların 2003-cü ilin avqustundan sonra başqa daha ağır cinayətlər törətmələrinə imkan verən adı çəkilən bütün şəxslər məsuliyyət daşıyır. Ancaq Zakir Qaralovun bu gün də Baş Prokuror, Ramil Usubovun Daxili İşlər Naziri, Ramiz Rzayevin isə Ali Məhkəmənin sədri vəzifələrini tutmaları onu göstərir ki, «hakimiyyətlə iş birliyində olan cinayətkar qrup»un əməlləri heç bir halda qanuni sonluğa çatdırıla bilməz. O vaxt istintaq orqanları R.Nəsibovanın ölümünü hədsiz narkotik doza qəbul etməsi ilə əlaqələndirərək cinayət işini qanuni sonluğa çatdırmayıblar. Həmin işin istintaqını kim aparıb? İstintaqa hansı prokuror nəzarət edib? Adi qonşu davası haqqında cinayət işinin xətm edilməsi üçün rüşvət piramidasını işə salan istintaq orqanları həmin işin xitamı müqabilində nə qədər qazanıblar? Qazanmayıblarsa, hansı vəzifəli şəxsin tapşırığına əməl ediblər? Hacı Məmmədov dəstəsinin ən yüksək səviyyədə himayə edilməsi təkzibedilməz bir faktdır. Neçə ki, həmin adamlar bu gün də vəzifədədirlər, istintaqa və ittiham prosesinə nəzarət edirlər, haqqın sübut ediləcəyinə inanmaq sadəlövhlükdür....bu fırıldaqlar keçməz.
Azərbaycan hüquq-mühafizə orqanlarının, xüsusilə də Baş Prokurorluq, DİN və MTN-nin birgə bəyanatları və bu bəyanatların sonrakı taleyi bizə yaxşı məlumdur. E.Hüseynovun qətli ilə bağlı ilk birgə bəyanatda bildirildi ki, Elmarı öldürən şəxs Tuqay Bayramov adlı Gürcüstan vətəndaşıdır. Sonradan isə qatillərin Teymuraz Əliyev və Tahir Qubanov adlı Gürcüstan vətəndaşlarının olduğu bildirildi. Bəs Tuqay necə oldu? Birgə bəyanat müəllifləri susdular. Tuqay Bayramov haqqında olan bəyanat hansı sübutlara söykənmişdi? Əgər belə sübutlar mövcud idisə onda Teymuraz və Tahir hardan çıxdı? Bəs onların barəsində prokurorluq hansı sübutlara söykənir? Belə istintaq olmaz, belə getməz və bu fırıldaqlar keçməz. Görünən odur ki, maraqlı, vəzifəli, paqonlu və rütbəli kimsələr əsl qatili və sifarişçiləri gizlətmək üçün vurnuxurlar. Eyni bir hadisə ilə bağlı millətin gözünün içinə utanmadan, qızarmadan, ən azı üzr istəmədən bir-birinə zidd yalanlar fırladan baş prokurorluğun və DİN-in Fərhad Əliyevlə bağlı mövqeyinə inanmaq mümkün deyil. Əslində prokurorluğun və ya DİN-in yox, onun indiki rəhbərlərinin mövqeyinə inanmaq olmaz. Çünki həmin orqanlarda yüzlərlə əqidəli, namuslu və millətinə sədaqətlə xidmət edən insanlar çalışır və üç-dörd nəfər şəxsə görə onların hamısının ləkələnməsi insafsızlıq olardı. Elə bu arada MTN-nin keçmiş şefi Namiq Abbasov və daxili işlər naziri Ramil Usubov danışmağa başladılar. 

Hacı Məmmədov – kimlər üçün cinayətkar, kimlər üçünsə əsl qəhrəman... 

Namiq Abbasovun bəyanatı bir daha sübut etdi ki, Azərbaycanın dövlət təhlükəsizliyi necə qabiliyyətsiz bir adamın əlində imiş. İki-üç cümlədən ibarət olan «APA» informasiya agentliyinə verdiyi məlumatda Namiq Abbasov deyir: «MTN-ə müxtəlif nazirliklərdə çalışanlar haqqında məlumatlar daxil olsa da, bunların araşdrılmasını Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi aparıb. Çünki bu cür məsələlərin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətlərinə aid deyildi. Hacı Məmmədovla əlaqədar həqiqətlərin hamısı məhkəmədə məlum olacaq. Mən Hacı Məmmədovun adını o həbs olunandan sonra eşitmişəm (?). Hacı Məmmədov bu gün üçün Azərbaycanın mənfi siması olub. 1999-cu ildə Hacı Məmmədov haqqında bizə məlumat daxil olanda, bu məlumat aidiyyəti üzrə nazirliklərə göndərilib». Əslində bu fikirlərin şərhə ehtiyacı yoxdur. Ancaq iki məqam mütləq qeyd olunmalıdır:
Birincisi, Milli Təhlükəsizlik Nazirliyi adlanın bir orqanın rəhbərinin Hacı Məmmədovun haqqında yalnız o həbs olunandan sonra eşitməsi milli təhlükəsizliyimizin təhlükə altında olmasından xəbər verir. 
İkincisi isə, Namiq Abbasov «Hacı Məmmədov bu gün üçün Azərbaycanın mənfi siması olub» - deməklə onun nə vaxta və kimlər üçünsə müsbət sima olduğuna işarə vurur. Bəlkə, Namiq Abbasov bir qədər də aydınlıq gətirə. Kimdir o şəxslər? Bəli, mən də Namiq Abbasov kimi hesab edirəm ki, Hacı Məmmədov nə vaxtsa kimlər üçünsə əsil qəhrəman imiş. Çünki Afiyyədin Cəlilov, Şəmsi Rəhimov, Ziya Bünyadov, Elmar Hüseynov, Fətulla Hüseynov kimi siyasi rəqiblərin və ya hakimiyyətə müxalifət olan adamların aradan götürülməsi kimlərinsə ürəyincə imiş. Namiq Abbasov çoxbaşlı oyunlar oynamağın «usta»sıdır. Vaxtilə hətta bəzi müxalifət qəzetlərində N.Abbasovun «türk oğlu türk və qabiliyyətli  nazir» kimi reklam edilməsi yaddan çıxmayıb. Bu təbliğatın və Heydər Əliyevi daim terror və dövlət çevrilişi ilə vahiməyə salmağın arxasında Namiq Abbasovun, Zakir Qaralovun, Ramiz Rzayevin və Ramil Usubovun nələrlə məşğul olduqları və öz vəzifələrini necə icra etmələri indi aydın olur.
      Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən: (maddə 314 - səhlənkarlıq) Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda - şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
     314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Adı çəkilən şəxslər əgər həmin cinayətlərin gizlədilməsində birbaşa maraqlı olmayıblarsa, həmin cinayətin təşkilatçısı və iştirakçısı deyillərsə, rüşvət alaraq cinayəti ört-basdır etməyiblərsə və Prezidentin tapşırığı ilə Hacı Məmmədovu qorumayıblarsa, ən azı CM-nin 314-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməlidirlər.
                       İndiki Cinayət Məcəlləsi  yalnız sıravi və kasıb vətəndaşlar üçün nəzərdə tutulub
           Yeri gəlmişkən, Respublikamızda rüşvətxorluq və özbaşınalığın, manapoliya və korrupsiyanın çiçəklənməsinin mənbəyi guya ki, millətin iradəsinə uyğun qəbul edilən qanunlarımızdadır. Cinayət Məcəlləsində «ədalət mühakiməsi əleyhinə, dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə» və «idarəetmə qaydası əleyhinə olan» cinayətlərə görə nəzərdə tutulan cəzalar gülüş doğurur və həmin maddələrin bir qayda olaraq amnistiyaya düşməsi Qanunu qəbul edənlərin dövlətə və dövlətçiliyə münasibətindən xəbər verir. Azərbaycanın indiki Cinayət Məcəlləsi yalnız sıravi və kasıb vətəndaşlar üçün nəzərdə tutulub. Adi vətəndaşın cinayəti bir və ya bir neçə adamın mənafeyinə ziyan vurursa, vəzifəli şəxsin qanunsuz hərəkəti minlərlə adama və dövlətə ziyan vurur. Cəzalardakı fərq isə qeyri-adidir.
Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə
124.1. Ehtiyatsızlıqdan adam öldürmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 144. Adam oğurluğu
144.1. Adam oğurluğu - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma
161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması - şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 290. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə
290.1. Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 292. Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama
292.1. Bilə-bilə qanunsuz tutma - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İndi özünüz müqayisə edin. Sıravi vətəndaşın ehtiyatsızlıqdan adam öldürməsi ilə vəzifəli şəxsin səhlənkarlığı nəticəsində adam öldürülməsi, qanunsuz həbs etmə ilə adam oğurluğu mahiyyətcə eynidir. Seçki hüququnun pozulması ilə bağlı cinayətlər isə mahiyyətcə ən ağır cinayətdir və bu cinayətin nəticəsində hakimiyyətin cinayətkar qrupların əlinə düşməsi, dövlət mənafeyinə milyardlarla ziyan vurulması, «mundirli şəxslərin» hakimyyətin rəsmi imkanlarından istifadə edərək adam oğurlaması, terror həyata keçirməsi və dövlət əmlakının xüsusilə külli miqdarda oğurlanması baş verir ki, bu cinayətə görə «iki ilədək müddətə islah işləri» kimi gülünc bir cəza nəzərdə tutulması qanunvericinin siyasi və hüquqi xislətindən xəbər verir. «Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlamaya görə 2 ilədək müddətə azadlıqdan məhrum etmə», «adam oğurluğuna görə isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması» hakimiyyət və fərd münasibətlərində rejimin hansına üstünlük verməsinin göstəricisidir. Bu gün hüquq-mühafizə orqanlarının cinayətkar yuvasına çevrilməsinin ən böyük səbəbi də respublikamızda keçirilən bütün seçkilərin nəticələrinin saxtalaşdırılmasıdır. Siyasi tapşırıqla vətəndaşı qanunsuz olaraq həbs edən prokuror və hakim, seçkinin nəticəsini saxtalaşdıran məmur mütləq ya amnistiyaya salınacağını (1993-cü ildən bu günədək qəbul edilən bütün amnistiya aktlarına həmin maddələr salınıb), ya da çox yüngül cəza alacağını bilən ləyaqətsiz vətəndaşlarımız növbəti siyasi tapşırıqları da çox böyük həvəslə icra edirlər. Bu səbəbdən də indi dövlətimiz, iqtisadiyyatımız və mənəviyyatımız çox böyük təhlükə içindədir.

Ramil Usubov qətiyyən narahat olmasın...
Ramil Usubov da danışdı. Həm də rəsmi dövlət qəzetində – «Azərbaycan»da. «Ağ qaranı basınca, qara ağı basır» deyiminə uyğun olaraq, daxili işlər naziri oturduğu binanın üçüncü mərtəbəsində çox qorxulu bir cinayətkarın fəaliyyət göstərdiyinə, onunula şəxsən əlaqə saxladığına dövlətimizin və R.Usubovun da ağız dolusu və bayağı şəkildə təriflədiyi prezidentin nüfuzuna bərpaedilməz ziyan gətirdiyinə görə xalqdan üzr istəmək və istefa vermək əvəzinə hamını qaralamaq və prezidenti yenə də dövlət çevirilişi vahiməsində saxlamaq yolunu tutur.
«Siyasətdə və fəaliyyətdə daim qeyri-səmimilik göstərən, simalarını hər addım başı dəyişən, şəxsi maraqlarını dövlətçilik mənafeyindən üstün tutan bu bədxahların əsas məqsədi əslində, ölkə rəhbərliyinə qarşı pərdəarxası kampaniya aparmaqdır. Ötən ilin oktyabrında puç olan çevriliş niyyətlərini yenidən reallaşdırmaq üçün Azərbaycan prezidentini adminstrativ və elektorad dəstəyindən məhrum etmək məqsədilə ölkə başçısına sədaqətli olan nazirləri, prezidentin İcra Aparatının rəhbərliyini neytrallaşdırmaq kimi baş tutmayacaq arzudadırlar... Azərbaycana qənim kəsilən anti-milli şəbəkənin prezidentə və dövlətçiliyə sadiq olan qüvvələrə qarşı başladıqları növbəti iftira kompaniyası da əvvəlkilər kimi məğlubiyyətə məhkumdur». Bu fikirllər R.Usubovun 17 avqust 2006-ci il tarixli «Azərbaycan» qəzetinə verdiyi müsahibədə səslənir. Çox maraqlıdır. Deyəsən nazir Ramiz Mehdiyevi də özü ilə aparamağa çalışır. Heç bir KİV-də prezidentin icra aparatı rəhbərliyinin adı çəkilməyə-çəkilməyə Ramil Usubov Ramiz müəllimin müdafiəçisi kimi çıxış edir. Bəlkə bu Ramiz Mehdiyevə bir işarədir? Bəlkə H.Məmmədova verilən sifarişlər R.Mehdiyevin, yaxud da Aparatın rəhbərliyinə daxil olan başqa bir vəzifəli şəxs tərəfindən ötürülüb? Müəmmalı deyilmi? Bir də ki, həmin müsahibədə mərhum prezident H.Əliyevi dürlü-dürlü epitetlərlə bəzəyən, prezident İ.Əliyevə isə, öz sədaqətini, onun arxasında duran yeganə güc kimi təqdim etməklə bildirən R.Usubov bir həqiqəti gözəl bilməlidir. İstər 2003-cü il prezident seçkiləri, istərsə də 2005-ci il parlament seçkilləri öncəsi həyata keçirilən siyasi terrorlar, xüsusi olaraq isə jurnalistin öldurülməsi ilk növbədə İ.Əliyevin və ailənin ziyanına olmaqla məhz dünya miqyasında onların nüfuzunun aşağı düşməsinə xidmət edirdi. Azərbaycanda bəlkə də Elmar Hüseynovun qətlində ən az maraqlı şəxs İlham Əliyev və onun xanımı idi. Bu qətli isə F.Əliyevin yox, R.Usubovun işçisi törədib. Qatillər məhz DİN-nin rəsmi vəsiqəsinin himayəsində olublar. İndi deyin? Kimdir İlham Əliyevin ayağının altını qazanlar? İqtisadiyyatımızı boğan manapoliyaya qarşı mübarizə aparan F.Əliyevmi, yoxsa bu manapoliyanın başında duranlarmı? Respublikamızda sahibkarlığın inkişafına dair Prezident fərmanlarının qəbul edilməsinə, polis və prokurorluq orqanları tərəfindən iş adamlarının fəaliyyətinə müdaxilələrin son qoyulmasına, vergilər, anti-inhisar və yerli malların reklamı barədə təkliflər verən Fərhad Əliyevmi, yoxsa, bu təkliflərin nəticəsində külli miqdarda rüşvət və dələduzluqdan məhrum olan DİN və prokurorluq işçilərimi? İlham Əliyevə və Vətəninə xidmət edən kim idi? (bu xidmət çox hallarda müxalifətin ziyanına olsa da) «Hamı yerli mal alsın, xeyir Vətənə qalsın» şüarını ortaya atmaqla daxili istehsalı stimullaşdıran Fərhad Əliyevmi, yoxsa, qanunsuz yoxlamalarla iş adamlarını faizə oturdan polis və prokurorluq işçilərimi?

Ramil Usubov qətiyyən narahat olmasın. Prezident İlham Əliyevin cinayətkarlığa, manapoliyaya, hüquq-mühafizə və məhkəmə orqanlarındakı rüşvətxorluğa, dövlət miqyasında korrupsiyaya və ... Hacı Məmmədovu himayə edən cinayətkar çətəyə qarşı aparacağı bütün mübarizədə onun yanında olacaq və hakimiyyətin qanunsuz üsullarla dəyişdirilməsinə imkan verməyəcəyik. İnanıram ki, Azərbaycanın bütün müxalifət qüvvələri də bu məsələdə mənimlə həmfikirdirlər. Vaxtilə Namiq Abbasovun, Zakir Qaralovun və Ramil Usubovun mərhum Heydər Əliyevi uydurma terror və dövlət çevrilişi vahiməsində saxlamaq metodu İlham Əliyevə qarşı indi keçməz. Çünki DİN rəhbərinin həmin müsahibəsində dediyi kimi, «Prezident də, xalq da kimin kim olduğunu çox yaxşı bilir». Maskalar yırtılıb, qlaflar açılıb, sifətlər ortadadır.
                                           İlham Əliyev özü susur, yoxsa susdurulur.
Hacı Məmmədovun məhkəsməsi davam etdikcə, mənzərə getdikcə aydınlaşır. İctimai rəyə rəsmi dairələr tərəfindən «Hacı Məmmədovun bandası» kimi sırınan ölüm korpusunun əslində Daxili İşlər Nazirliyinini, yaxud da, polis bandası olması müəyənləşir. Ona görə Daxili İşlər Nazirliyinin bandasıdır ki, konkret qatillər və kiçik qrupların başçıları müxtəlif şəxslər olsa da, Şəmsi Rəhimov, Afiyəddin Cəlilov, Ziya Bünyadov, Fətulla Hüseynov, Rövşən Əliyev, Elmar Hüseynov kimi siyasi terror qurbanlarının, eləcə də tamah niyyəti ilə öldürülən başqa vətəndaşlarımızın qatillərinin və ya həmin cinayətin iştirakçılarının polis işçiləri olduğu bu gün də qüvvədə olan məhkəmə hökmləri ilə sübut edilmişdir. Hələ Elmar Hüseynovun qətlindən iki gün sonra yazdığım və internet vasitəsi ilə yaydığım bir məqalədə qeyd etmişdim ki, Elmar Hüseynov da daxil olmaqla, ona qədər həyata keçirilən terrorlarda ya qatil eyni adamdır, ya da terror məktəbi eynidir. Bizim vaxtilə nəzəri-hüquqi biliklərimizi rəhbər tuturaq məntiqlə gəldiymiz nəticə, indi ibtidai istintaq və məhkəmə araşdırmaları ilə sübuta yetirilmişdir. Ziya Bünyadov qətlə yetiriləndə isə yazmışdım ki, bu cinayətin həyata keçirilməsində ya rəsmi polis işçisi, ya da, polis mundirli şəxslər iştirak edib. Bu qənaətə ona görə gəlmişdim ki, Şəmsi Rəhimov, Afiyəddin Cəlilov və Ziya Bünyadovun terror edilmələri ilə bağlı cinayət işi üzrə ibtidai araşdırma zamanı müəyyən edilmişdir ki, cinayət baş verən anda hadisə yerində – öldürülənlərin yaşadığı həyətdə bina sakinlərindən heç bir şahid olmamış, həyətlərdə və binaların giriş qapılarında tam kimsəsizlik olmuşdur. Bakı şəhərində vətəndaşlarımızın həyat tərzindən xəbəri olanlar bilirlər ki, belə bir şey mümkün deyil. Deməli, kimsə əvvəlcədən hadisə yerini yad gözlərdən təmizləmiş, müxtəlif bəhanələrlə adamları ya evlərinə girməyə, ya da həyətlərini tərk etməyə məcbur etmişdir. Bunu isə yalnız rəsmi polis geyimli adamlar edə bilərdilər. Bizim gəldiyimiz bu məntiqi nəticə sonradan bəzi faktlarla bir daha təsdiqləndi. Rəhmətlik Afiyəddin müəllimin qətlindən yarım saat qabaq onun evinin qarşısında öz maşınlarında oturan bəzi naxçıvanlıların hadisə yerindən polis işçiləri tərəfindən qovulmaları barədə şayələr bu gün də dolaşmaqdadır. O vaxt həmin cinayəti rəhmətlik Rövşən Cavadovun üstünə atdılar. Hətta bu həqiqətdirsə də, o da polis işçisi idi.
Ziya Bünyadovun bu gün də ictimayətə açılmayan və açılmamasında da məhz rəsmi dairələrin maraqlı olduğu cinayət işində də iştirakçılardan birinin polis olduğu, guya respublikanı tərk etməyə cəhd edərkən öldürüldüyü «sübut» edilmişdir. Mən Azərbaycan Hüquq Mühafizə orqanlarının işinin keyfiyyətini öz təcrübəm əsasında daxildən bilən bir şəxs kimi əminəm ki, bütün siyasi
Mən prezident İlham Əliyevin düşdüyü bugünki vəziyyətin ağırlığını, çətinliyini və məsulliyyətini yaxşı dərk edirəm. «Polis bandası»nın ifşa edilməsində prezidentin iştirakının iki mərhələsi və bu mərhələlərdə müxtəlif davarnışlar sərgiləməsi göz önündədir. Birinci mərhələdə İlham Əliyev Milli Bankın sədrinin həyat yoldaşı Zamirə Dünyamalıyevanı oğurlayanların kimliyini və daha nələr törətdiyini bilmədən, MTN-ə onların həbsi ilə bağlı qəti göstəriş verir. Hacı Məmmədovun şəxsən diri ələ keçirilməsi bir daha onu sübut edir ki, bu mərhələdə İlham Əliyevin və birinci ledi Mehriban xanımın Z. Dünyamalıyevanı oğurlayanların şəxsiyyətindən xəbərləri olmamış, onların törətdikləri digər cinayətlərdən xəbərsiz olmuşlar. Əks təqdirdə özünün və ya mərhum atası Heydər Əliyevin ifşa edilə biləcəyini nəzərə alan İ.Əliyevin MTN-ə Hacı Məmmədovun «müqavimət göstərəkən məhv edilmişdir» bəhanəsi ilə öldülürməsini tapşırması çox da çətin deyildir. Birinci mərhələ «polis bandası» tutulduqdan və ibtidai istintaqın başlanmasından 1-2 ay keçənədək davam edir.
İkinci mərhələ bundan sonra başlayır. İlham Əliyev susur. Heç bir müdaxilə etmir. Susmasını və müdaxilə etməməsinin formal hüquqi əsasları var. Çünki, kağız üzərində olsa da bu ölkədə məhkəmələr «D-Yure» müstəqil elan edilib, məhkəmənin və istintaqın gedişinə prezidentin müdaxilə etməyə hüququ yoxdur. Ancaq...
Daxili İşlər Naziri Ramil Usubovun son vaxtlar verdiyi müsahibə və keçirdiyi mətbuat konfranslarında səsləndirdiyi fikirlər, ağır cinyətlərdə ittiham edilən dağıstanlı Abuzəri mərhum Heydər Əliyevin göstərişi ilə və...diqqət edin: Zakir Nəsirovun və Hacı Məmmədovun əli ilə qaçırdığını deməsi, ikinci mərhələdə İlham Əliyevin davranış tərzini müəyyən edən hal oldu. Siz bir məntiqi bağlılığa fikir verin. Bu gün müttəhimlər kürsüsündə qatil kimi əyləşən Zakir Nəsirovla Hacı Məmmədov, Ramil Usubovun deməsinə görə, Heydər Əliyevin də qanunsuz tapşırığının icraçısı olmuşlar. Ramil Usubov bu gedişlə İlham Əliyevi mat vəziyyətində qoymuşdur. İlham Əliyev bu vəziyyətdən çıxa biləcəkmi? Ramil Usubov bir şeyi dəqiq bilir ki, ölülər danışmır. Bu gün Heydər Əliyevin qəbirdən qalxaraq özünü müdafiə etmək imkanı yoxdur. Bu minvanla F.Əliyev də çox böyük uğurla Elmarın sifarişinin rəhmətlik Aqil Əliyevdən gəldiyini deyə bilər. Gülünc deyilmi? Nəzəri cəhətdən mümkün olsa da, çox ciddi sübutlar tələb edilən bir halın F.Əliyevlə bağlı Baş Prokurorluq tərəfindən iki günə sübut edilməsi yalnız siyasi sifarişin nəticəsidir. Deyəsən, İlham Əliyev isə ölülərin danışa bilməmələrini hələ dəqiqləşdirməyib.
Baş Prokurorun mavini Rüstəm Usubovun dediyinə görə 2003-cü ildə Zakir Qaralovun göbstərişinə əsasən, Hacı Məmmədovun işi ilə Baş Prokurorun o vaxtki birinci mavini indi Ali Məhkəmənin sədri Ramiz Rzayev və istintaq idarəsinin rəisi Eldar Əhmədov məşğul olmuş və Hacı Məməmdov ifşa edilməmişdir. Sonradan Eldar Əhmədovun, elçəcə də Ramiz Rzayevin daha yüksək vəzifələrə məhz İlham Əliyev tərəfindən irəli çəkilmələri, hətta keçmiş MT naziri Namiq Abbsovun da Hacı Məmmədov barəmsində verdiyi bəyantlar pezidentin və ailəsinin haqqında ictimaiyyət arasında yayılan köklü şayələrə səbəb olub. Ramil Usubov başda olmaqla Baş Prokurr Zakir Qaralov və keçmiş MT nazir Namiq Abbasovun bəyanatları və Ramiz Rzayevin Ali Məhkəmənin sədri təyinatı, bandanın mərhum Heydər Əliyev tərəfindən himayə edilməsinin bir sübutudur. Heydər Əliyev kimi təcrübəli bir dövlət xadiminin belə bir hərəkət etməsini güman etmək məntiqsizlikdir. Ramil Usubov sadəcə olaraq H.Əliyevə böhtan atmaqla yaxasını cinayət məsuliyyətindən qurtarmağa çalışır.müxalifətin mitinqlərində də xalqa qarşı polisin amansız rəftarının əsil səbəbləri də indi aydın olur. Sən demə, bu yolla Ramil Usubov özünü İlham Əliyevə sədaqətini sübut edən yeganə işçi olduğuna cəhd edirmiş. Əgər Heydər Əliyev şəxsən onu birbaşa efirdə, Parlament iclasında və ya kabinetində biədəb söyüşlərlə təhqir edən Rəhim Qazıyev, Əlikram Hümmətov və Surət Hüseynovla bağlı belə metodlardan istifadə etməyibsə, Ramil Usubovun, Zakir Qaralovun və Namiq Abbasovun indiki mövqelərinə inanmaq mümkündürmü?
Polis terror qrupunun əsil himayəçisinin və baş terrorçunun kim olduğunu bilmək üçün hörmətli İsgəndər Həmidovun bir fikiri açar rolu oynaya bilər: «İki nazirliyin – DİN və MTN eləcə də bir Baş Prokurorluğun ifşa edə bilmədiyi bandanın başçısı həmin dövlət orqanlarına rəsmi sözü keçən şəxsdir». Kimdir bu şəxs? Həmin şəxs ən azı təhlükəsizlik şurasının üzvüdür. Həmin şəxsin prezidentə ya birbaşa, ya da vasitəçi ilə çıxmaq imkanı var. Həmin şəxs kadrların təyin edilməsində prezidenti inandırmaq imkanındadır. Həmin şəxs həm DİN və MTN, həm də Baş Prokurorluğun rəhbərliyinə birbaşa göstəriş verə bilir. Kimdir o? İlham Əliyev Ramiz Rzayevi Ai Məhkəmənin sədri vəzifəsinə kimin təklif etdiyini xatırlamalıdır. Eldar Əhmədovun istintaq idarəsinin rəisi vəzifəsinə kimin «podasası» iəl təyin edilməsini yadına salmalıdır. Prezident eyni zamanda Fərhad Əliyevin dövlət çevrilişinə cəhd etməsini ona inandıran şəxsi tapmalıdır. Bax həmin şəxs və ya şəxslər qrupu bu polis bandasının da rəhbəridir.
Çox incə və incə oldduqca da kobud bir oyun oynanılır: Siyasi terror cinayətlərinin dolayısı ilə Heydər Əliyevin adına bağlamaq, İlham Əliyevi «F.Əliyev xofunda» saxlamaqla prezidnti həmin vəzifədə otlurduğuna görə yalnız onlara minətdar olduğuna inandırmaqla məsuliyyətdən yayınmaq, cinayətlərin davam etdirmək, siyasi, peşə, milli və etnik zəmində öz rəqiblərini aradan çıxarmaq...
F.Əliyevin istintaqını aparan onu prezidentin gözündə xəyanətkar kimi təqdim edən bir çox vəzifəli şəxslərin- Məmmədlərin, Əhmədlərin, Əlilərin, Vəlilərin ya anasının erməni, ya da evində bəslədiyi xanımının erməni olduğu çoxlarına məlumdur. XX əsrin əvvəlirndə erməni müstəntiqlərinin əli ilə milli kadrlarımızın məhv edilməsi siyasəti bu gün də davam etməkdədir. F.Əliyevin bu qaydada vurulmasında məncə iki çox vacib məqsəd güdülür. Birincisi, prezidntin diqqətini onun taxt-tacına «təhlükə»yaradan «cinayətə» yönəltməklə öz cinayətlərini ört-basdır etmək, prezidenti özlərindən asılı salmaq. İkincisi isə, F.Əliyev kimi Heydər Əliyevin əlindən yediyi çörəyə görə ona sədaqətlə xidmət edən və İlham Əliyevin yürütdüyü daxili siyasətə uyğun olaraq milli sahibkarlığın inkişafına müstəsna qayğı göstərən milli kadrların qurulmasıdır. Bu ikinci vəzifə heç də birincidən az əhəmiyətli deyil. Etiraf etməliyik ki, bu gün sayca çox olan türk etnosu Azərbaycanda etnik statusdadır.
Şəxsən mən Hacı Məmmmədovu və onunla birlikdə əyləşənləri elə qorxulu cinayətkar hesab etmirəm. Ən qorxulu cinayətkar İskəndər bəy demişkən iki nazirlik və bir Baş prokurorluğa göstəriş verən adamdır». Bu adamı tapmaq üçün isə birinci Hacı Məmmədovu qorumaq, ikincisi isə ...
                                               Çaqqallar vadisi
İkincisi isə, Hacı Məmmədovun bütün həqiqətləri danışması üçün ona təminat verməkdir. Artıq hamıya məlumdur ki, ağır cinayətlərin təşkilatçısı Hacı Məmmədov yox, daha yüksək vəzifəli və nüfuzlu şəxslərdir. İndiki ittihamlara görə Hacını ömürlük həbs gözləyir. Ancaq bəzi halları nəzərə almaqla ona bu cəza verilməyə də bilər. İstintaqla səmimi əməkdaşlığına görə ona 10 ildən artıq cəza verilməyəcəyinə və bütün cəza müddətində normal şəraitdə və xüsusi mühafizə altında saxlanılacağına təminat verilməlidir.
Bu polis bandasının törətdikləri cinayətləri motivinə və cinayət qurbanlarının şəxsiyyətlərinə görə 2 qrupa bölmək lazımdır. Artıq sübut edilmişdir ki, bu adamların ilk cinayətləri məhz siyasi motivli olmuş və Hacı Məmmədov ilk olaraq ondan yuxarıda duran, vəzifə və səlahiyyətlər baxımından tabe olduğu rəislərinin əmrlərini icra etmişdir. Qanunsuz əmrləri icra etmək bugünkü cinayət qanunvericiliyinə görə şəxsi məsuliyyətdən azad etməsə də, yüngülləşdirici hal kimi mütləq nəzərə alınmalıdır. Keçən yazımızda qeyd etmişdik ki, Afiyəddin Cəlilovdan üzü bəri bütün siyasi terrorların iştirakçıları polis işçiləri olmuşdur. Artıq heç bir şübhə yoxdur ki, 1994-cü ildən bugünədək həyata keçirilən siyasi terrorlar daxili işlər nazirliyi, baş prokurorluq və milli təhlükəsizlik nazirliyi tərəfindən ya təşkil və ya himayə edilmiş, ya da terrorçular məhz həmin orqanların vasitəsilə məsuliyyətdən yayındırılmışlar. Deməli, söhbət hər hansı Hacı Məmmədov kimi adi polis işçisinin terror cinayəti törətməsindən yox, qanunsuz əmr icra etməsindən gedir. Şəmsi Rəhimov, Əfiyəddin Cəlilov, Ziya Bünyadov, Elmar Hüseynov, Fətulla Hüseynov və Rövşən Əliyevlə bağlı məhz belə olmuşdur.

                     «Bal tutan barmaq yalar»
Ən yüksək dövlət səviyyəsində, yaxud da ən azı tabe olduğu rəhbərlik səviyyəsində siyasi terror sifarişini həyata keçirən istənilən şəxs təcrübə göstərir ki, «bal tutan barmaq yalar» prinsipindən imtina etməz. Bu tip hallarda cinayətkarın psixologiyası törətdiyi əməllərin ağırlığı, nə vaxtsa məsuliyyətə cəlb edilə biləcəyi ehtimalı, sifarişin yuxarıdan gəldiyi üçün cəzasız qalacağına inamı, psixi vəziyyətində baş verən dəyişikliklərlə əlaqədar adam öldürməyi getdikcə bir peşə kimi qəbul etməsi və nəhayət sifariş verənlərin həyat tərzi ilə öz həyat səviyyəsinin mübahisəsindən doğan cəmiyyətə nifrət, ikrah və intiqam hissi altında formalaşır. Elə birinci sifarişdən sonra «niyə də özüm üçün, qazanc naminə etməyim?» sualı ilə üz-üzə qalan icraçı bu suala mütləq öz daxilindən müsbət cavab alır. Başqa cür də ola bilməz. «Beşini hakimiyyət üçün etmişəmsə, üçünü də özüm üçün niyə etməyim? Onlar milyonlar içində üzə-üzə mənim əlimlə başqalarını öldürtdürüb, məni isə it kimi yaşamağa məcbur edirlərsə, niyə yaranmış imkandan özüm də faydalanmayım?». Budur hacı məmmədovların düşdükləri mühitdə və tabe olmağa məcbur olduqları korrupsioner rejimdə formalaşan cinayətkar psixologiyası. Etiraf edək ki, Hacının durmaq, dayanmaq imkanı olmayıb. O, mütləq öldürməli idi. Öldürməli idi ki, onsuz da tezliklə əlindən alınacaq həyatını və ya azadlığını öz başa düşdüyü qaydada «insan kimi» yaşasın. Bu məqsədlə istifadə edilən adamlar çox yaxşı başa düşürlər ki, günlərin bir günü «danışan maddi sübut kimi» sifarişçilər tərəfindən aradan götürülməlidir. Bunun üçün də «fürsət varkən öldür, qazan!» prinsipi ilə yaşamaq lazımdır. Mənim Hacıya və onunla birlikdə oturanlara yazığım gəlir. Bu adamlar bu gün bizim kimi aza qane olub, zalımların zülmünə dözümlülük göstərib ailələrinin yanında azadlıqda olmaqla sakit, firavan həyat sürə bilərdilər. Ancaq düşdüyü mühit onlara başqa tale yazdı.

Çaqqallar vadisi...
1996-cı ildə, o vaxtkı Bakı şəhər məhkəməsində adam oğurluğuna görə 13 nəfər Avropa və dünya çempionlarının, sağlam bədənli, canlı-cüssəli Azərbaycan balalarının məhkəməsi gedirdi. Müttəhimlərdən birinin söylədiyi son söz təqribən belə oldu: «kimdir cinayətkar, Allahın verdiyi imkan və qabiliyyəti hesabına adam balası kimi yaşamaq imkanından məhrum olan mən, yoxsa narkoman oğlan və fahişə qızlarını Havay adalarında istirahətə göndərməklə, mənim kimi oğullarını indiki rəzil həyata məhkum edən başbilənlər – hakimiyyət? Mən indi bu kürsüdə niyə dayanmışam? Niyə qollarım qandallı, adım adam oğrusudur? Axı mən dünya tatamilərində Azərbaycan bayrağını göylərə qaldırmaqla dövlətimin himn sədaları altında ermənini də ayaq üstə durmağa məcbur edə biləcəyim halda, niyə adam oğrusu olmuşam? Kimdir cinayətkar, mən, yoxsa Azərbaycan hakimiyyəti? Mən, yoxsa cəmiyyət? Mənim kimi oğlanlarına vaxtında sahib çıxmayan xalqlar, millətlər, dövlətlər və hakimiyyətlər nəticədə elə mənim kimi də kişilərin simasında adam oğruları ilə üz-üzə durmağa məhkumdur. Hakim qardaşlar, mənə nə cəza verirsinizsə verin, ancaq, məni normal bir insan kimi doğan anamın, böyüdən atamın iradəsi ziddinə, arzusu əleyhinə cinayətkar edənlərə bir barmaq da olsa, məndən ağır cəza verin». O vaxt bu çıxış zalda oturan zərərçəkmişləri də kövrəltmişdi. Doğrudan da axı niyə hacı məmmədovlar belə yollara düşürlər?
Heç şübhəsiz ki, istənilən cəmiyyətdə cinayətkarlığın inkişafının ilk və başlıca səbəbi maddi nemətlərin cəmiyyət arasında düzgün bölünməməsi və bu bölgünün ədalətli prinsiplərinin qanun donuna bükülmüş formasının tapılmamasıdır. Hacı Məmmədov bəzi adamları oğurlayıb pul almasından qətiyyən peşiman deyil. Hətta öz dediyinə görə Rövşən Əliyevin ölümünə belə ağlmışdır. Demək, heç də insanlıq hisslərindən tamamilə məhrum deyilmiş. Onda bəs niyə yuxarıdan gələn tapşırıqlarla, törətdiyi cinayətlərlə kifayətlənməmiş, qazanc naminə adam oğurlamaq və öldürməyi özünə peşə seçmişdir?
Türk kinosunun son illərdə ən böyük uğuru sayılan məşhur «Qurdlar vadisi» serialı sanki Azərbaycanda baş verən real hadisələri, hakimiyyətin və cəmiyyətin real durumu əsasında çəkilmişdir. Fərq sadəcə ondadır ki, oradakı «qurdlar» yuxarıların tapşırığı ilə dövlətin və millətin gələcəyi üçün oğurlayır və ya öldürürlər, bizdəkilər isə yuxarıların iyrənc şəxsi maraqlarına qulluq göstəriblər. Orada da dövlət mənafeyindən kənara çıxma halları var, bizim də «qəhrəmanlarımız» yuxarıların maraqları ilə yanaşı, özlərini də unutmamışlar. Fərq ondadır ki, orada kənara çıxanları özləri cəzalandırır, bizdə kənara çıxanları Baş Prokurorun keçmiş birinci müavini Ramiz Rzayev, Rüstəm Usubov, Eldar Əhmədov, Namiq Abbasov, Ramil Usubov və ... Təhlükəsizlik Şurasının hansısa üzvü məsuliyyətdən yayındırır. Formaca oxşar olsa da, mahiyyətcə fərqli mənzərədir. Orada «qurdlar», bizdə «çaqqallar» vadisidir. Orası Türkiyə, burası Azərbaycandır.
                          Polis, yoxsa it həyatı?
Vaxtilə mərhum Heydər Əliyev zarafatla Azərbaycan polisini el arasında «it» deyə çağrıldığını qeyd etmişdi. Bəzi mətləbləri açıq danışacağım üçün qoy polis qardaşlarım məni bağışlasınlar. Sıralarında minlərlə namuslu, qeyrətli, vətənpərvər, millətinə sədaqətlə xidmət edən insanı birləşdirən bugünkü Azərbaycan polisinin həyatı doğrudan da əsil «it həyatı»dır. Biz evimizdə rahat yatanda o, gecə əməliyyatda olur. Biz gündüz iş başında olanda o, haradasa bir cinayətkarın axtarışında və tutulmasında iştirak edərək bizim əmin-amanlığımız üçün həyatını təhlükəyə atır. Qadını ondan narazı – evi tam təmin edə bilmədiyi üçün. Övladı ondan narazı – ona kifayət qədər vaxt ayırmadığı üçün. Qohum-əqrəbası ondan narazı – toyundan, yasından hansısa çağırışa görə tez getdiyi üçün. Milləti narazı – siyasi sifarişlərə görə başına dəyənək vurduğu üçün. Aldığı məvacib ona sifariş verənin bağ itinin aylıq xərcinin 1/10-i. Evi yox, bağı yox, maşını yox, istirahəti yox. 300 dollarlıq əməkhaqqı ilə 3 milyon dollar oğurlayanı tutmağa, saxlamağa, qorumağa məhkum. Siz necə düşünürsünüz? 1000 dollar da olsa, məvacib alan bir müstəntiq hər hansı milyonlar sahibinin haqqında apardığı istintaq işində qarşısındakından nəsə ummaya bilərmi? Umacağı təqdirdə necə, öz vəzifəsinə sədaqətini saxlaya bilərmi? Gəlin özümüzü aldatmayaq. Mən qəti əminəm ki, Hacı Məmmədov, bügünədək müxtəlif cinayətlər törədən polis işçiləri normal əməkhaqqı ilə təmin edilsəydilər, onlar normal həyatlarını itirməyə də risk etməz, özündən yuxarıda duranların heç bir qanunsuz əmrlərini icra etməzdilər. Hacı Məmmədov və ona qədər, eləcə də ondan sonra gələcək zorən-cinayətkarların bu yola düşmələrinin ilk səbəbi yuxarıda qeyd etdiyim kimi, ədalətsiz bir cəmiyyətdə yaşamaları və ondan da ədalətsiz milli sərvətlərin qanunsuz bölgüsü fonunda yaşadıqları «it həyatı»dır. Yuxarıda qeyd etdiyim «adam oğurluğu» işində bir hadisə də baş vermişdi. Bunu indi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Azər Orucov yaxşı xatırlamalıdır. Məşhur bir vəkilimiz var idi. Teymur İsmiyev. Allah ona rəhmət eləsin. «Bu uşaqları niyə tutubsunuz? Bu cavan, sağlam uşaqları ki, anaları cinayətkar doğmayıb? Onlar bugünədək bir kasıbın burnunu qanadıblarmı? Oğurladığı adamlar arasında bir kasıb, sadə vətəndaş varmı? Hamısı rüşvətxor, dövlət əmlakını talayan, vergidən gizlənən, dövlətin qanunlarını saymayan, özündən aşağıları əzib, yuxarıların qarşısında quyruq bulayan icra hakimləri, direktorlar, nazirlər və s. Bu cavanlar cəmiyyətimizin sanitarlarıdır. Onları dərhal azad etmək lazımdır». Əlbəttə, təcrübəli Teymur müəllim yaxşı bilirdi ki, səbəbindən asılı olmayaraq heç bir cinayət cəzasız qala bilməz. Ancaq o böyük insan özünün də bir hüquqşünas kimi vəkillik peşəsinə ləkə sala biləcək bu sözləri hayqırmaqla hakimlərin də, elə zaldakıların da fikrini cəmiyyətimizdəki ədalətsizliyə və cinayətlərin baş vermə səbəbinə yönəltmək istəyirdi. Düşünmək heç də pis olmazdı. Hacı Məmmədov da bir neçə siyasi tapşırıqdan sonra ondan az zəhmət çəkib ancaq ondan min dəfələrlə çox həm də vergidən yayınmaq, dövlət əmlakını talamaq, iqtisadiyyatn müxtəlif sahələrini manapoliyaya almaq yolu ilə qazananların hesabına qazanmaq yolunu tutub. Səhvdir! Cinayətdir! Cəzalandırılmalıdır! Ancaq... niyə təkcə o?
Hacı Məmmədova danışmaq imkanı yaradılmalıdır. Hacı danışmalıdır. Hacı danışmalıdır ki, Fərhad Əliyevə böhtan atmağa onu kim məcbur edir? Təhlükəsizlik Şurasının gizli iclasından onlara məlumat verən o cani və banda başçısı kimdir? «Vorzakonların» da bəyənmədiyi, qadın oğurluğu kimi alçaq bir hərəkəti ona kim və nə məqsədlə sifariş etmişdir?
                                 «Çaqqallar vadisi» və İlham Əliyev...

Bu vadidə prezident İlham Əliyev kimin tərəfindədir? Xalqın, yoxsa uzun illər xalqı vahimə içində saxlayan, tamah niyyəti ilə hər cür alçaqlığa əl atan çaqqal xislətli insanların tərəfində? Bu gün bütün millətin gözü əliyevlər ailəsinə yönəlib. Xalq prezidentin son qərarını və son sözünü gözləyir. Prezidentin düşdüyü durumun ağırlığını və məsuliyyətliliyini dərk etməmək mümkün deyil. Daxili işlər naziri Ramil Usubov mərhum Heydər Əliyevin bir daha danışa bilməyəcəyindən istifadə edərək ağır cinayətlər törətmiş dağıstanlı Abuzəri məhz Heydər Əliyevin tapşırığı ilə qaçırtdığını bəyan etməklə İlham Əliyevi qabaqladı. Onu fakt qarşısında qoydu. Ramil Usubov bununla kifayətlənmədi. O daha uzağa getdi. Bildirdi ki, Heydər Əliyevin bu qanunsuz tapşırığını bu gün adam oğrusu və terrorçu kimi müttəhimlər kürsüsündə əyləşən Hacı Məmmədov və Zakir Nəsirov həyata keçirmişlər.
Hələ 2003-cü ildə Hacı Məmmədovun haqqında Rəna Nəsibovanın ərizəsi əsasında təhqiqat apararaq Hacı Məmmədovu və bu qorxulu bandanı məsuliyyətdən yayındıran Zakir Qaralov bu gün Baş Prokuror, Rüstəm Usubov Baş Prokurorun müavini, Ramiz Rzayev Ali Məhəmənin sədri, Eldar Əhmədov isə İstintaq İdarəsinin rəisidir.
Hələ daha nələr danışacağı bilinməyən Ramil Usubov Daxili İşlər naziridir. Və bu nazir özünün tək olmadığını, arxalı olduğunu və gücü olduğunu İlham Əliyevə bildirmək məqsədi ilə rəsmi dövlət qəzetlərində özünü və Prezident Aparatının «rəhbərliyini» (!!!) İlham Əliyevin bu gün hakimiyyətdə qalmasının yeganə təminatçısı kimi qələmə verməklə güc nümayiş etdirir. Vaxtilə «mənim vəzifələrə layiq bilmədiklərimi mən düzgün işdən çıxartmışam» – deyən Ramil Usubov MT naziri Eldar Mahmudovun bir nazir kimi qabiliyyətinə şübhə yaratmaqla prezidenti xofa salmaq yolunu tutub. Keçmiş MT naziri Namiq Abbasov da dinc durmur. O da Hacı Məmmədov və onun daxil olduğu bandanın hansısa ondan da yüksək vəzifəli şəxsin qoruması haqqında cəmiyyətdə yaranan şaiyələrə əsas verən bəyənatlar verir. Belə vəziyyətdə prezident İlham Əliyev nə etməlidir? Bu susqunluğu davam etdirmək və Hacı Məmmədovun danışmasına şərait yaratmamaqla dövlət səviyyəsində terror təşkil edənləri məsuliyyətdən kənarda saxlamaq, yoxsa, qətiyyətli addımlar atmaq? Düşünürəm ki, qətiyyətli qərarlar vaxtıdır. Və xalq bu meydanda öz prezidentinin arxasında olmalı və ona dəstək verməklə bu cinayətkar xislətli «çaqqallar vadisi»nin təmizlənməsində İlham Əliyevə yardım etməlidir. Heç kəs haqq dünyasında olan Heydər Əliyevi bu ağır cinayətlərin təşkilatçılığında, yaxud da ən azı bilib tədbir görməməsində ittiham edə bilməz. Cəza müəssisələrindən rüşvət müqabilində çox ağır cinayət törətmiş bəzi şəxslərin son illərdə buraxılması onu sübut edir ki, dağıstanlı Abuzər də elə həmin yollarla qaçırıla bilərdi. Sağlığında onun əleyhinə ən kəskin və bəzən də təhqiramiz yazılar yazan jurnalistləri bağışlaması, onu dünyanın gözü qarşısında biədəb söyüşlərlə təhqir edən siyasi rəqiblərinə qarşı, bəzən haqsız olsa da, yalnız qanun çərçivəsində mübarizə aparan Heydər Əliyevin kimlərəsə terror tapşırığı verməsini güman etmək ramil usubovların, zakir qaralovların və namiq abbasovların nağıllarına inanmaq qədər bir sadəlöhvlük olardı.
     Prezident İlham Əliyev xalqın gücünə, xalqın ona indiki artmaqda olan inamına söykənərək qətiyyətli qərarlar qəbul etməli, Azərbaycan adlı bu kiçik və kövrək gəmini cinayətkarların əlindən alıb böyük okeanlara doğru irəliləməlidir. Əks təqdirdə bu gün cəmiyyətimizdə yayılan şaiyələr Prezidentə olan inamı birdəfəlik sarsıdacaqdır. Bu isə qorxulu, həm də çox qorxuludur.

Gözləyək... Prezident İlham Əliyevin qərarlarını gözləyək...

Hiç yorum yok:

Yorum Gönder