Binəqədi Rayon Məhkəməsinə
Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızı
Faktik olduğu ünvan: Bakı şəhəri, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7\8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
Hərəkətlərindən şikayət olunan orqanlar:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Ünvanı: Bakı şəh., Atatürk prospekti 53
Əlaqə tel.: (012) 498-94-64
2. Suraxanı Rayon Polis İdarəsi
Ünvanı: Bakı şəh., Suraxanı qəs., Balandin küçəsi 42
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və
Suraxanı Rayon Polis İdarəsinin qanunsuz hərəkətləri barədə”
Ə R İ Z Ə
(MPM-nin 296-300-cü maddələrinə əsasən)
Möhtərəm hakim!
Mən, şəxsiyyət vəsiqəsi almaq və qeydiyyata düşmək üçün yaşayış yeri üzrə Suraxanı Rayon Polis İdarəsinə müraciət etdim. Suraxanı RPİ-dən mənə bildirdilər ki, vətəndaşlıq vəziyyətimin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətindən
arayış təqdim etməliyəm.
Mən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, vətəndaşlıq vəziyyətimin müəyyən edilməsi üçün arayış verilməsini xahiş etmişəm.
Dövlət Miqrasiya Xidməti 15 yanvar 2010-cu il tarixli 30 saylı arayışla, mənim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyim bildirilmişdir.
Mən, həmin arayışın məzmunundan heç nə anlamadığım üçün, bir müddət sonra, yəni 26 may 2010-cu ildə “Çalxan” MMC hüquq firmasının direktoru Məmmədov Qurban Cəlal oğluna müraciət etdim. O, həmin arayışın tərtibatında diqqətsizlik olduğunu bildirərək, mənim vətəndaşlıq vəziyyətim haqqında arayış verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə 93-448/M saylı 26 may 2010-cu il tarixli məktubla müraciət etmişdir.
“Çalxan” MMC-nin əsaslandırılmış və mənim Azərbaycan Respublikasının vətəndaşı olduğumu sübut edən sənədlər əlavə edilmiş müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən 05/3861 saylı 04 iyun 2010-cu il tarixli cavab məktubu verilmiş və 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mənim müraciətimin cavablandırıldığı bildirilmişdir.
Həmin Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, “Bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlır, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun”.
Həmin qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən, “Şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir”.
Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş həmin arayış mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulması ilə tərtib edilmişdir. Arayış tərtib edilərkən mənim şəxsiyyət vəsiqəsi almağım üçün faktiki vətəndaşlıq vəziyyətim araşdırılmamışdır. Bu isə, mənim Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci və 53-cü maddəsinin I bəndində nəzərdə tutulan hüquqlarımı pozur.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Konstitusiyanın 53-cü maddəsinin I bəndinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz”.
Bu ərizəmə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, mən 23 yanvar 1964-cü ildə Azərbaycan Respublikası ərazisində anadan olmuşam və 1996-cı ilədək Bakı şəhəri, Əmircan qəs., keçid 1847-48ev 2, mən. 7-də qeydiyyatda olmuşdur. Lakin, 1996-cı ildə daimi yaşayış yeri üzrə qeydiyyatda olduğum həmin mənzili satdım və həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzildən pasport qeydiyyatından çıxarıldım. Maddi imkanım olmadığı üçün Bakı şəhərində müxtəlif mənzillərdə kirayə yaşamışam, buna görə də heç bir yerdə pasport qeydiyyatına düşə bilməmişəm.
Keçmiş sovet pasportunu itirdiyimə görə, vaxtında şəxsiyyət vəsiqəsini ala bilməmişəm.
Keçmiş sovet pasportunu itirməyim, buna görə də şəxsiyyət vəsiqəsini vaxtında ala bilməməyim mənim Azərbaycan Respublikasının vətəndaşı hesab edilməməyimə əsas ola bilməz.
Dövlət Miqrasiya Xidməti özünün qanunsuz hərəkətləri ilə mənim Azərbaycan Respublikasının vətəndaşı olmadığım qənaətinə gəlib.
Yuxarıda qeyd edilənlərə və MPM-nin 296-300-cü maddəsinə əsasən,
X A H İ Ş E D İ R Ə M:
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, mənim Azərbaycan Respublikasının vətəndaşı hesab edilməməyim barədə 15 yanvar 2010-cu il tarixli 30 saylı və 04 iyun 2010-cu il tarixli 05/3861 saylı qanunsuz arayışlar vermədə ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi,
2. Mənə Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini vermək vəzifəsinin Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilsin.
-- Dövlət Miqrasiya Xidmətinin 15 yanvar 2010-cu il tarixli 30 saylı arayışının surəti,
-- “Çalxan” MMC-nin 93-448/M saylı 26 may 2010-cu il tarixli məktubunun və həmin məktubun Dövlət
Miqrasiya Xidmətində qəbul edilməsini təsdiq edən qəbzin surəti,
-- Dövlət Miqrasiya Xidmətinin 04 iyun 2010-cu il tarixli 05/3861 saylı məktubunun surəti,
-- 19 oktyabr 1996-cı il tarixli forma 20 arayışının surəti,
-- Forma A arayışının surəti,
-- Ağaverdiyeva Leylaxanım Allahverdi qızının doğum haqqında şəhadətnaməsinin surəti,
-- 26 may 2010-cu il tarixli 762 saylı arayışın surəti,
-- Bakı şəhəri, Əmircan qəs., keçid 1847-48, ev 2, mən. 7-nin şəxsi hesabının surəti.
29 iyul 2010-cu il
İmza: / A.A.Ağayeva /
_______________________________________________________________________________
Binəqədi Rayon Məhkəməsinə
(hakim: Maarif Kazımov)
Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızının
Faktik olduğu ünvan: Bakı şəhəri, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7\8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
ÇIXIŞI
Möhtərəm hakim!
Mən, 23 yanvar 1964-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri “Krupskaya” adına doğum evində doğulmuşam və Bakı şəhəri, 26 Bakı komissarı rayonunun (indiki Səbail) VVAQ İdarəsindən AZE seriyalı 619440 saylı, 08 fevral 1964-cü il tarixli doğum haqqında şəhadətnamə verilib. Atam Ağayev Allahverdi Məmiş oğlu 23 iyul 1930-cu ildə Azərbaycan Respublikası Cəbrayıl r-n, Yarəhmədli kəndində, anam Ağayeva Zəhra Hacıağa qızı 22 iyun 1931-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində doğulublar və hər ikisi Azərbaycan vətəndaşıdırlar. Mən, Azərbaycan vətəndaşı Soltanov Birqardaş Ağaqardaş oğlu ilə 1979-cu ildə faktik nikah münasibətinə girmişəm, 13 mart 1982-ci ildə nikahımızı rəsmiləşdirmişik və həmin nikahdan 07 dekabr 1987-ci ildə Soltanova Balacaxanım Birqardaş qızı adlı övladımız olub.
Qızım Balacaxanım ailə quraraq həyat yoldaşının “Məlikova” soyadını qəbul edib və hal-hazırda Azərbaycan vətəndaşı kimi Siyəzən şəhəri, Ş.Baxşıyev küç., ev-4 ünvanında qeydiyyatda olmaqla yaşamaqdadır.
Möhtərəm hakim!
Bütün bu dediklərimi təsdiq edən və 1996-cı ilədək Bakı şəhəri, Əmircan qəsəbəsi, keçid 1847-48, ev-2, mən.7-də qeydiyyatda olduğum barədə rəsmi sənədləri hərəkətlərindən şikayət olunan orqana – Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdim. Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli qanununun 5-ci maddəsinin 1-ci hissəsinə istinad edərək, mənim Azərbaycan Respublikasının vətəndaşı olmadığım barədə qanunsuz arayış vermişdir.
Miqrasiya Xidmətinin nümayəndəsi bugünkü məhkəmə iclasında əvəlki mövqelərini təkrar edərək təklif etdi ki, mən Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmək üçün həmin idarəyə təkrar müraciət edim və onlar da “humanistlik göstərərək” mənə yardım edib vətəndaşlığımı bərpa etsinlər.
Belə çıxır ki, mənim vətəndaşlığım hansısa məmurun “humanist olub-olmamasından” asılıdır.
Möhtərəm hakim!
“Bərpa” sözü əvvəllər mövcud olmuşun yenidən mövcud edilməsi mənasını verir, yəni qarşı tərəf mənim nə vaxtsa Azərbaycan Respublikasının vətəndaşı olduğumu etiraf edir və məhz olmuş həmin vətəndaşlığın bərpa edilməsi barədə mənim yenidən ərizə verməyimi təklif edir.
İstər mənim şikayət ərizəmdə yazılanlarla, istərsə də, bu gün qarşı tərəfin nümayəndəsinin dedikləri ilə bağlı aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm:
Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Ali Qanun olan Konstitusiyanın bu maddəsindəki 2-ci cümlədə bildirilir ki, “Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Göründüyü kimi, Ali Qanunumuz vətəndaşlığı “pasport qeydiyyatı” ilə qətiyyən əlaqələndirmir. Yuxarıda da qeyd etdiyim kimi, mənim hər iki valideynim Azərbaycan Respublikasının vətəndaşı olub və mən Azərbaycan Respublikasının ərazisində doğulmuşam. Doğum haqqında şəhadətnamə mənə Azərbaycan Respublikası tərəfindən verilib.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.
Cavabdehin mənə verdiyi arayışda istinad etdiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsində Konstitusiyamızın 52-ci maddəsi, eləcə də, Qanunun 2-ci maddəsində Konstitusiyanın 53-cü maddəsi eyni məzmunda təkrarlanmışdır.
Mahiyyət etibarilə, bu Qanun Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və bərpası, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi, valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı, eləcə də, vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının tətbiqi qaydalarını müəyyənləşdirir.
Möhtərəm hakim!
Azərbaycan Respublikası Konstitusiyasının 52 və 53, eləcə də, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 5-ci maddəsinin 2-ci bəndinin qarşılıqlı təhlili göstərir ki, mənimlə bağlı cavabdeh, qanunun 5-ci maddəsinin 1-ci bəndini düzgün təfsir və tətbiq etməmişdir. Həmin maddəni sırf hərfi mənada başa düşən cavabdeh, faktik olaraq, Konstitusiyanın 53-cü maddəsinin 1-ci bəndini pozmuş və mənim Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsində nəzərdə tutulan vətəndaşlıq hüququmu tapdalamışdır.
Diqqət edin: Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, “1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar”.
Belə çıxır ki, əgər mən Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmasaydım, lakin Azərbaycan Respublikasında 1996-cı ilədək qeydiyyatda olduğuma görə, Azərbaycan Respublikasının vətəndaşı sayılacaqdım. İndi isə, hansısa texniki səbəblərdən və ya hansısa məmurun qanunsuz hərəkəti nəticəsində, 1996-1998-ci illərdə qeydiyyatda olmamışamsa, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, (Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır) mən anadan Azərbaycan Respublikasının vətəndaşı kimi doğulsam da, indi Azərbaycan vətəndaşı hesab edilmirəm. Bu ki, absurddur.
Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.
Cavabdehin mövqeyindən və əsaslandığı qanunun 5-ci maddəsinin 1-ci bəndinin hərfi mənasından belə çıxır ki, müvəqqəti olaraq pasport qeydiyyatında olmaması şəxsin Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilməsi üçün əsasdır.
MPM-nin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.
Möhtərəm hakim!
Mən 1996-cı ildə yaşayış yeri üzrə qeydiyyatdan öz iradəmə uyğun olaraq çıxmamışam və Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmağım üçün heç bir dövlət orqanına rəsmi ərizə ilə müraciət etməmişəm.
Mənim öz iradə ifadəmə uyğun, yaşayış yeri üzrə qeydiyyatdan çıxmağım barədə cavabdehin söylədikləri tamamilə absurddur və məhkəməyə, bunu sübut edəcək heç bir sənəd təqdim edə bilməmişdir.
Mən, yaşayış yeri üzrə pasport qeydiyyatından hansısa bir məmurun qanunsuz hərəkəti nəticəsində və ya texniki yalnışlıq nəticəsində çıxarılmışam. Bu isə, mənim Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilməyimə əsas ola bilməz.
O ki qaldı cavabdehin nümayəndəsinin, “humanistlik göstərərək mənim vətəndaşlığımın bərpa edilə biləcəyi” vədləri ilə bağlı dediklərinə, bu barədə aşağıdakıları diqqətinizə çatdırıram:
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 15-ci maddəsinə əsasən, “Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu Qanunun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəyir”.
Bu maddənin mahiyyətindən də görünür ki, “bərpa edilmə” əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxslərə aiddir və bu zaman bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir.
Bu isə, o deməkdir ki, Qanunun bu maddəsi o şəxslərə şamil edilməlidir ki, həmin şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun ya 16-cı maddəsinə əsasən vətəndaşlığına xitam verilmiş olsun, ya da həmin qanunun 17-ci maddəsinə əsasən, o, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma barədə vəsatəti üzrə Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmış olsun.
Başqa sözlə, “bərpa edilmə” anlayışı, qeyd etdiyim həmin iki hüquqi əsasa görə, yəni qanunun 16-17-ci maddələrinə əsasən, əvvəllər malik olduğu Azərbaycan Respublikası vətəndaşlığını itirmiş şəxslərə şamil edilir.
Mən isə, heç bir vaxt nə Azərbaycan Respublikasının vətəndaşlığından çıxmağım barədə vəsatət qaldırmamışam, nə də Azərbaycan Respublikasının vətəndaşı kimi doğulduqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığıma xitam verilməmişdir.
Möhtərəm hakim!
Diqqətinizə çatdırıram ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun 30 sentyabr 1998-ci ildə qəbul edilib və bu Qanun 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır.
Artıq yuxarıda qeyd etdiyim kimi, AR Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, mən Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşlarından doğulduğum andan, yəni 23 yanvar 1964-cü ildən Azərbaycan Respublikasının vətəndaşıyam.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu (normativ hüquqi aktlar) maddəsinin 3-cü hissəsinə əsasən, “Qanunlar Konstitusiyaya zidd olmamalıdır”.
Bu Konstitusiya normasının mənasına görə, əgər cavabdehin istinad etdiyi qanun Konstitusiyanın yuxarıda qeyd etdiyim 52 və 53-cü maddələrinə ziddirsə, onda indiki mübahisəyə Qanunun 5.1-ci maddəsi yox, Konstitusiyanın 52 və 53-cü maddələri tətbiq edilməlidir.
Çünki Konstitusiyanın 147-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir”.
Möhtərəm hakim!
Mən, eyni zamanda, hesab edirəm ki, cavabdeh tərəfindən qanunun 5.1-ci maddəsinin mənə verdiyi arayışdakı kimi başa düşülməsi və ya təfsir edilməsi kökündən yanlışdır və sağlam məntiqə ziddir.
Həmin maddənin məzmununa bir daha diqqət edin: “Bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun”.
Cavabdehin məntiqi ilə yanaşsaq, 1998-ci ilin sentyabrın 1-də, bu və ya digər səbəbdən, yaşadığı yer üzrə qeydiyyatdan çıxan və bu və ya digər səbəbdən, hətta səhlənkarlıq nəticəsində də olsa, 30 sentyabr 1998-ci ilədək pasport qeydiyyatına alınmayan istənilən vətəndaş Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş sayılır.
1998-ci ilin 30 sentyabrınadək “qeydiyyatda olmama” müddəti 1 gün, 1 ay, 3 ay və ya mənimki kimi 2 il də ola bilər.
Bu o deməkdirmi ki, həmin müddətlərdə rəsmi qeydiyyatı olmayan bütün vətəndaşlar Azərbaycan vətəndaşlığını itirmiş hesab edilməlidirlər. Bu ki, absurddur.
Azərbaycan Respublikasının qanunvericiliyi bu qədər xəstə və məntiqsiz mövqe ilə qanun qəbul edə bilməz.
Cavabdehin istinad etdiyi qanunun həmin maddəsi, sadəcə olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üsul və vasitələrini nəzərdə tutur. Həmin maddədəki “qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması” ifadəsini isə, şəxsin məhz 30 sentyabr 1998-ci ilədək qeydiyyatda olması kimi başa düşmək yanlışdır və belə mövqe Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsi və 53-cü maddəsinin 1-ci hissəsi ilə daban-dabana ziddir.
Məncə, qanunverici həmin qanunun 5.1-ci maddəsi ilə demək istəmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs 30 sentyabr 1998-ci ilədək nə vaxtsa Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuş olsun.
Misal üçün: Şəxs 1950-ci ildə Bakı şəhərində anadan olmuş, 1970-ci ildə yaşadığı yerdən pasport qeydiyyatından çıxmış və hər hansı səbəbdən yenidən pasport qeydiyyatına düşməmişdir.
Əgər o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə vəsatət qaldırmamış və ya qanunun 16-cı maddəsinə əsasən onun vətəndaşlığına xitam verilməmişdirsə, 30 sentyabr 1998-ci ilədək, yəni 1950-1970-ci illərdə Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşından doğulub və bu da, 1 gün də olsa, pasport qeydiyyatına alınma ilə təsdiqlənirsə, həmin şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və qanunda nəzərdə tutulmuş əsaslar olmadan həmin şəxs Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
Möhtərəm hakim!
Qanunu səhv təfsir və tətbiq etməklə, cavabdeh mənim hüquqlarımı pozmuş və məni faktik olaraq növbəti parlament və prezident seçkilərində iştirak etmək hüququndan məhrum etmişdir.
Mən isə vətənimdə tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirəm.
Hərəkətlərindən şikayət olunan orqan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti isə, qəsdlə və bilə-bilə mənim hüquqlarımı pozur.
Yuxarıda qeyd edilənlərə əsasən,
XAHİŞ EDİRƏM:
Məni səs vermək hüququndan məhrum edən, vətəndaşlıq hüquqlarımı pozan Dövlət Miqrasiya Xidmətinin, 5 yanvar 2010-cu il tarixli 30 saylı və 04 iyun 2010-cu il tarixli 05/3861 saylı qanunsuz arayışlar vermədə ifadə olunan hərəkətləri qanunsuz hesab edilsin və
həmin qanunsuz hərəkətlərin aradan qaldırılması vəzifəsi ---- Azərbaycan Respublikasının vətəndaşı olmağım barədə mənə arayış vermək --- hərəkətlərindən şikayət olunan orqanın: Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun.
Məhkəmə xərci kimi ödədiyim 3 manat dövlət rüsumu cavabdehdən mənim xeyrimə tutulsun.
01 sentyabr 2010-cu il
İmza: / A.A.Ağayeva /__
_______________________________________________________________________________
Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na
Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızı
Faktik olduğu ünvan: Bakı şəhəri, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7\8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
Binəqədi Rayon Məhkəməsinin (hakim: Maarif Kazımov)
03 sentyabr 2010-cu il tarixli qətnaməsinin ləğvinə dair
A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ
Möhtərəm hakimlər!
Binəqədi Rayin Məhkəməsinin həmin qətnaməsi ilə mənim, hərəkətlərindən şikayət olunan orqanlar: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Suraxanı Rayon Polis İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qanunsuz hərəkətləri barədə” ərizəm rədd edilmişdir.
Qətnamə aşağıdakılara görə qanunsuz və əsassızdır, ləğv edilməlidir.
Maddi hüquq normaları pozulmuş, tətbiq edilmiş məddi hüquq norması səhv tətbiq və təfsir edilmişdir.
Belə ki:
mən, 23 yanvar 1964-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri “Krupskaya” adına doğum evində doğulmuşam və Bakı şəhəri, 26 Bakı komissarı rayonunun (indiki Səbail) VVAQ İdarəsindən AZE seriyalı 619440 saylı, 08 fevral 1964-cü il tarixli doğum haqqında şəhadətnamə verilib. Atam Ağayev Allahverdi Məmiş oğlu 23 iyul 1930-cu ildə Azərbaycan Respublikası Cəbrayıl r-n, Yarəhmədli kəndində, anam Ağayeva Zəhra Hacıağa qızı 22 iyun 1931-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində doğulublar və hər ikisi Azərbaycan vətəndaşıdırlar. Mən, Azərbaycan vətəndaşı Soltanov Birqardaş Ağaqardaş oğlu ilə 1979-cu ildə faktik nikah münasibətinə girmişəm, 13 mart 1982-ci ildə nikahımızı rəsmiləşdirmişik və həmin nikahdan 07 dekabr 1987-ci ildə Soltanova Balacaxanım Birqardaş qızı adlı övladımız olub.
Qızım Balacaxanım ailə quraraq həyat yoldaşının “Məlikova” soyadını qəbul edib və hal-hazırda Azərbaycan vətəndaşı kimi Siyəzən şəhəri, Ş.Baxşıyev küç., ev-4 ünvanında qeydiyyatda olmaqla yaşamaqdadır.
Möhtərəm hakimlər!
Bütün bu dediklərimi təsdiq edən rəsmi sənədləri hərəkətlərindən şikayət olunan orqana – Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdim (iş materiallarında var). Miqrasiya Xidməti “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli qanununun 5-ci maddəsinin 1-ci hissəsinə istinad edərək, mənim Azərbaycan Respublikasının vətəndaşı olmadığım barədə qanunsuz arayış vermişdir.
Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Ali Qanun sayılan Konstitusiyanın bu maddəsindəki 2-ci cümlədə bildirilir ki, “Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.
Göründüyü kimi, Ali Qanunumuz vətəndaşlığı “pasport qeydiyyatı” ilə qətiyyən əlaqələndirmir. Yuxarıda da qeyd etdiyim kimi, mənim hər iki valideynim Azərbaycan Respublikasının vətəndaşı olub və mən Azərbaycan Respublikasının ərazisində doğulmuşam. Doğum haqqında şəhadətnamə mənə Azərbaycan Respublikası tərəfindən verilib.
Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.
Cavabdehin mənə verdiyi arayışda istinad etdiyi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsində Konstitusiyamızın 52-ci maddəsi, eləcə də, Qanunun 2-ci maddəsində Konstitusiyanın 53-cü maddəsi eyni məzmunda təkrarlanmışdır.
Mahiyyət etibarilə bu Qanun Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və bərpası, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi, valideynlərin vətəndaşlığı dəyişdikdə və övladlığa götürüldükdə uşaqların vətəndaşlığı, eləcə də, vətəndaşlıq məsələləri ilə bağlı beynəlxalq hüquq normalarının tətbiqi qaydalarını müəyyənləşdirir.
Möhtərəm hakimlər!
Azərbaycan Respublikası Konstitusiyasının 52 və 53-cü maddələrinin, eləcə də, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 5-ci maddəsinin 2-ci bəndinin qarşılıqlı təhlili göstərir ki, mənimlə bağlı cavabdeh, qanunun 5-ci maddəsinin 1-ci bəndini düzgün təfsir və tətbiq etməmişdir. Həmin maddəni sırf hərfi mənada başa düşən cavabdeh, faktik olaraq, Konstitusiyanın 53-cü maddəsinin 1-ci bəndini pozmuş və mənim Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsində nəzərdə tutulan vətəndaşlıq hüququmu tapdalamışdır.
Diqqət edin:
Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, “1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar”.
Belə çıxır ki, əgər mən Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmasaydım, lakin Azərbaycan Respublikasında 1996-cı ilədək qeydiyyatda olduğuma görə, Azərbaycan Respublikasının vətəndaşı sayılacaqdım. İndi isə, hansısa texniki səbəblərdən və ya hansısa məmurun qanunsuz hərəkəti nəticəsində, 1996-1998-ci illərdə qeydiyyatda olmamışamsa, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, (Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır) mən anadan Azərbaycan Respublikasının vətəndaşı kimi doğulsam da, indi Azərbaycan vətəndaşı hesab edilmirəm. Bu ki, absurddur.
Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz”.
Birinci instansiya məhkəməsinin mövqeyindən və əsaslandığı qanunun 5-ci maddəsinin 1-ci bəndinin hərfi mənasından belə çıxır ki, müvəqqəti olaraq pasport qeydiyyatında olmaması şəxsin Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilməsi üçün əsasdır.
MPM-nin 77.1-ci maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”.
Möhtərəm hakimlər!
Mən 1996-cı ildə yaşayış yeri üzrə qeydiyyatdan öz iradəmə uyğun olaraq çıxmamışam və Azərbaycan Respublikasının vətəndaşlığından çıxarılmağım üçün heç bir dövlət orqanına rəsmi ərizə ilə müraciət etməmişəm. Mən, yaşayış yeri üzrə pasport qeydiyyatından hansısa bir məmurun qanunsuz hərəkəti nəticəsində və ya texniki yalnışlıq nəticəsində çıxarılmışam. Bu isə, mənim Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilməyimə əsas ola bilməz.
Möhtərəm hakimlər!
Diqqətinizə çatdırıram ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun 30 sentyabr 1998-ci ildə qəbul edilib və bu Qanun 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır.
Artıq yuxarıda qeyd etdiyim kimi, AR Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, mən Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının vətəndaşlarından doğulduğum andan, yəni 23 yanvar 1964-cü ildən Azərbaycan Respublikasının vətəndaşıyam.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu (normativ hüquqi aktlar) maddəsinin 3-cü hissəsinə əsasən, “Qanunlar Konstitusiyaya zidd olmamalıdır”.
Bu Konstitusiya normasının mənasına görə, əgər qətnamədə istinad edilən qanun Konstitusiyanın yuxarıda qeyd etdiyim 52 və 53-cü maddələrinə ziddirsə, onda indiki mübahisəyə Qanunun 5.1-ci maddəsi yox, Konstitusiyanın 52 və 53-cü maddələri tətbiq edilməlidir.
Çünki Konstitusiyanın 147-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir”.
Möhtərəm hakimlər!
Mən, eyni zamanda, hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən qanunun 5.1-ci maddəsinin cavabdehin mənə verdiyi arayışdakı kimi başa düşülməsi və ya təfsir edilməsi kökündən yanlışdır və sağlam məntiqə ziddir.
Həmin maddənin məzmununa bir daha diqqət edin: “Bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun”.
Birinci instansiya məhkəməsinin məntiqindən belə çıxır ki, 1998-ci ilin sentyabrın 1-də, bu və ya digər səbəbdən, yaşadığı yer üzrə qeydiyyatdan çıxan və bu və ya digər səbəbdən, hətta səhlənkarlıq nəticəsində də olsa, 30 sentyabr 1998-ci ilədək pasport qeydiyyatına alınmayan istənilən vətəndaş Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş sayılır.
1998-ci ilin 30 sentyabrınadək “qeydiyyatda olmama” müddəti 1 gün, 1 ay, 3 ay və ya mənimki kimi 2 il də ola bilər.
Bu o deməkdirmi ki, həmin müddətlərdə rəsmi qeydiyyatı olmayan bütün vətəndaşlar Azərbaycan vətəndaşlığını itirmiş hesab edilməlidirlər? Bu ki, absurddur.
Azərbaycan Respublikasının qanunvericiliyi bu qədər xəstə və məntiqsiz mövqe ilə qanun qəbul edə bilməz.
Binəqədi Rayon Məhkəməsinin öz qətnaməsində istinad etdiyi qanunun həmin maddəsi, sadəcə olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi üsul və vasitələrini nəzərdə tutur. Həmin maddədəki “qanunun qüvvəyə mindiyi günədək şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması” ifadəsini isə, şəxsin məhz 30 sentyabr 1998-ci ilədək qeydiyyatda olması kimi başa düşmək yanlışdır və belə mövqe Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsi və 53-cü maddəsinin 1-ci hissəsi ilə daban-dabana ziddir.
Məncə, qanunverici həmin qanunun 5.1-ci maddəsi ilə demək istəmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin 2-ci cümləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs 30 sentyabr 1998-ci ilədək nə vaxtsa Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuş olsun.
Misal üçün:
Şəxs 1950-ci ildə Bakı şəhərində anadan olmuş, 1970-ci ildə yaşadığı yerdən pasport qeydiyyatından çıxmış və hər hansı səbəbdən yenidən pasport qeydiyyatına düşməmişdir.
Əgər o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə vəsatət qaldırmamış və ya qanunun 16-cı maddəsinə əsasən onun vətəndaşlığına xitam verilməmişdirsə, 30 sentyabr 1998-ci ilədək, yəni 1950-1970-ci illərdə Azərbaycan Respublikasının ərazisində Azərbaycan vətəndaşından doğulub və bu da, 1 gün də olsa pasport qeydiyyatına alınma ilə təsdiqlənirsə, həmin şəxs Azərbaycan Respublikasının vətəndaşıdır və qanunda nəzərdə tutulmuş əsaslar olmadan həmin şəxs Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
Möhtərəm hakimlər!
Yuxarıda qeyd edilən maddi hüquq normalarının səhv tətbiq edilməsi və qanunun düzgün təfsir edilməməsi mənim hüquqlarımı pozan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
Yuxarıda göstərilənlərə, MPM-nin 357.1, 358.0.1, 360, 361, 362, 384.0.2385.1.1 və 385.1.4-cü maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mənim ərizəmin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilsin.
Qoşma: -- Apellyasiya şikayətinin surəti,
-- Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
07 sentyabr 2010-cu il
İmza: / A.A.Ağayeva /
________________________________________________________________________________--
--------------------------------------------------------------------------------------------------------------------
_________________________________________________________________________________
Suraxanı Rayon Məhkəməsinə
Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızı
Faktik olduğu ünvan: Bakı şəhəri, Həsənoğlu küç. korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05
Hərəkətlərindən şikayət olunan orqan:
Suraxanı Rayon Polis İdarəsi
Ünvanı: Bakı şəh., Suraxanı qəs., Balandin küçəsi 42
“Pasport qeydiyyatına alınma barədə”
Ə R İ Z Ə
(MPM-nin 296-300-cü maddələrinə əsasən)
Möhtərəm hakim!
Mənim, hərəkətlərindən şikayət olunan orqan: Suraxanı Rayon Polis İdarəsinə qarşı “Pasport qeydiyyatına alınma barədə” ərizəm MPM-nin 149.2.4-cü maddəsinə uyğun tərtib edilmədiyi üçün, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
Qərardadda qeyd edilib ki, “Ağayeva Leylaxanım Allahverdi qızı Suraxanı Rayon Polis İdarəsinə müraciət etdiyini göstərsə də, bu barədə olan müraciətinin surətini, eləcə də, vəzifəli şəxsin ərizəçinin qeydiyyata alınmasından imtina edilməsi barədə cavabını ərizəsinə əlavə etməmişdir”.
Möhtərəm hakim!
Mən, Suraxanı Rayon Polis İdarəsinə müraciətimlə bağlı ərizənin və qeydiyyata alınmaqdan imtina barədə cavabın surətini ərizəmə, Suraxanı Rayon Polis İdarəsinə etdiyim müraciətin sonuncu tərəfindən qəbul edilmədiyi üçün əlavə edə bilməmişəm.
Aşağıda qeyd edilən əsaslar mövcud olduğu halda, mənim pasport qeydiyyatına alınmamağıma əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin MPM-nin 78.2-ci maddəsinə əsasən məhkəmə sorğusu vasitəsilə hərəkətlərindən şikayət olunan orqan-- Suraxanı RPİ-dən tələb edilərək işə əlavə edilməsini xahiş edirəm və ərizəmi ümumi qaydada aşağıdakı məzmunda məhkəməyə təqdim edirəm.
Mən, 23 yanvar 1964-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri “Krupskaya” adına doğum evində doğulmuşam və Bakı şəhəri, 26 Bakı komissarı rayonunun (indiki Səbail) VVAQ İdarəsindən AZE seriyalı 619440 saylı, 08 fevral 1964-cü il tarixli doğum haqqında şəhadətnamə verilib. Atam Ağayev Allahverdi Məmiş oğlu 23 iyul 1930-cu ildə Azərbaycan Respublikası Cəbrayıl r-n, Yarəhmədli kəndində, anam Ağayeva Zəhra Hacıağa qızı 22 iyun 1931-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində doğulublar və hər ikisi Azərbaycan vətəndaşıdırlar. Mən, Azərbaycan vətəndaşı Soltanov Birqardaş Ağaqardaş oğlu ilə 1979-cu ildə faktik nikah münasibətinə girmişəm, 13 mart 1982-ci ildə nikahımızı rəsmiləşdirmişik və həmin nikahdan 07 dekabr 1987-ci ildə Soltanova Balacaxanım Birqardaş qızı adlı övladımız olub.
Qızım Balacaxanım ailə quraraq həyat yoldaşının “Məlikova” soyadını qəbul edib və hal-hazırda Azərbaycan vətəndaşı kimi Siyəzən şəhəri, Ş.Baxşıyev küç., ev-4 ünvanında qeydiyyatda olmaqla yaşamaqdadır.
Mən özüm doğulduğum gündən, 1996-cı ilədək Bakı şəhəri, Əmircan qəs., keçid 1847-48, ev 2, mən. 7-də qeydiyyatda olmuşam. Lakin, 1996-cı ildə daimi yaşayış yeri üzrə qeydiyyatda olduğum həmin mənzili satdıq. O vaxtdan kirayələrdə yaşayıram. Mənim xəbərim olmadan, 1996-cı ildə keçmiş yaşayış yerimdən qeydiyyatdan çıxarıblar.
Bütün bu dediklərimi təsdiq edən rəsmi sənədləri bu ərizəmə əlavə edirəm.
Keçmiş sovet pasportunu itirdiyimə görə və mərhum həyat yoldaşımın səhlənkarlığı üzündən (o, bütün işlərlə özü məşğul olur, məni evdən bayıra çıxmağa qoymurdu) vaxtında pasport qeydiyyatına düşməmiş və şəxsiyyət vəsiqəmi ala bilməmişəm.
Mən, Suraxanı Rayon Polis İdarəsinin binasına qeydiyyata alınmaqla, şəxsiyyət vəsiqəsi verilməsi üçün Suraxanı Rayon Polis İdarəsinə müraciət etdim. Suraxanı Rayon Polis İdarəsi, qanunsuz olaraq, məni pasport qeydiyyatına almaqdan və mənə şəxsiyyət vəsiqəsi verməkdən imtina etdi. Hətta, imtina barədə mənə rəsmi sənəd də təqdim etmədilər.
Bu isə, mənim bir Azərbaycan vətəndaşı kimi, demək olar ki, bütün Konstitusiya hüquqlarımı pozur.
Qarşıdan parlament seçkiləri gəlir və heç bir yerdə qeydiyyatda olmadığıma görə mən seçkilərdə bir seçici kimi səs vermək hüququndan məhrum olmuşam.
Növbəti prezident seçkilərinədək Vətənimdə tam hüquqlu vətəndaş kimi yaşamaq və seçki hüquqlarımdan istifadə etmək istəyirəm.
Heç bir yerdə pasport qeydiyyatına alınmamağım, məni dünya şöhrətli prezidentimiz cənab İlham Əliyevin namizədlərinə və onun siyasi kursuna səs verməkdən məhrum edir.
«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən, “«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında «yaşayış yeri» bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz”.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli 527-IQ saylı Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, “1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar”.
Həmin maddənin məzmunundan da müəyyən olur ki, əgər mən Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmasam da, lakin Azərbaycan Respublikasında 1996-cı ilədək qeydiyyatda olduğuma görə, Azərbaycan Respublikasının vətəndaşı sayılıram.
Yuxarıda qeyd edilənlərə, MPM-nin 149-150 və 296-300-cü maddəsinə əsasən,
X A H İ Ş E D İ R Ə M:
-- Qeydiyyata alınma barədə ərizəmin Suraxanı Rayon Polis İdarəsinin Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsi tərədindən qəbul edilməməsi və mənə rəsmi imtina məktubu verilməməsi qanunsuz hesab edilsin,
-- Məni Suraxanı Rayon Polis İdarəsinin binasına pasport qeydiyyatına almaq və mənə “Azərbaycan Respublikasının Vətəndaşının Şəxsiyyət Vəsiqəsi” vermək vəzifəsinin Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilsin.
-- Dövlət rüsumunun ödənilməsi barədə qəbz,
-- 19 oktyabr 1996-cı il tarixli forma 20 arayışının təsdiqlənmiş surəti,
-- Forma A arayışının təsdiqlənmiş surəti,
-- Ağaverdiyeva Leylaxanım Allahverdi qızının doğum haqqında şəhadətnaməsinin notarial qaydada
təsdiqlənmiş surəti,
-- 07 sentyabr 2010-cu il tarixli 2190 saylı arayışın surəti,
-- Bakı şəhəri, Əmircan qəs., keçid 1847-48, ev 2, mən. 7-nin şəxsi hesabının surəti,
-- Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2010-cu il tarixli qərardadının surəti.
28 sentyabr 2010-cu il
İmza: / A.A.Ağayeva /
P.S.
L.Ağayevanın ərizəsi Suraxanı rayon məhkəməsinin hakimi Vaqif bəyin icraatında olanda qəribə hadisələr baş verdi. Ona görə "qəribə" deyirəm ki, hakim həm cavandır, həm də bu 30 illik fəaliyətimdə ilk dəfə müstəqil qərar qəbul edən gənc hakim gördüm.
Ərizəni oxuduqdan, L.Ağayevanın təqdim etdyi sənədləri araşdırdıqdan sonra hakim Suraxanı RPŞ-nin qeydiyyat bölməsinin əməkdaşlarına qanunu izah etdi və qanunsuzluğu aradan qaldırmaq üçün vaxt verdi...
İndi L.Ağayevanın əlində iki rəsmi sənəd var:
---- biri, onun Azərbaycan Respublikasının vətəndaşı olmaması barədə Miqrasiya Xidmətinin verdiyi arayış,
--- ikincisi isə, onun Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsi.
Birdən Suraxanı rayon məhkəməsinin hakimi Vaqif bəy olmasaydı.....
P.S.
Binəqədi Rayon Məhkəməsinin (hakim: Maarif Kazımov)
03 sentyabr 2010-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri götürüldü
Hiç yorum yok:
Yorum Gönder