1. Alimentlə bağlı məhkəmə qərarlarının icrasındakı problemlər hansılardır?
Bu problemlər əsas etibari ilə işsizliklə bağlıdır.
Aliment ödəyicilərinin çoxu işsiz olduqları üçün, kəsilmiş alimenti nəğd olaraq, həm də təsadüfi qazanc hesabına ödəməli olurlar. Bu da təbii ki, müəyyən problemlər yaradır. Burada iki hal müşahidə olunur:
1. aliment ödəyicisi iş tapa bilmir və alimentin ödənilməsində, obyektiv səbəblərdən, fasilələr yaranır.
2. aliment ödəyicisi qəsdlə qazancını gizlədir və aliment ödəməkdən şüurlu şəkildə yayınmağa çalışır.
İkinci halın sübut edilməsi məhkəmə icraçıları üçün çətin olsa da, (bu məqsədlə qanunvericilik səviyyəsində icraçılara səlahiyyət və vəsait verilməlidir) maraqlı tərəfin bunu sübut etməsi üçün xeyli vəsait və vaxt tələb edilir.
Rəsmi iş yeri olanlar üçünsə belə problemlər yoxdur.
“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Nazirlər kabinetinin 23 may 2001-ci il tarixli 98 saylı Qərarı ilə işləyənlərin və ya başqa formalarda rəsmi gəlir əldə edənlərin hansı gəlirlərindən aliment tutulması müəyyənləşdirilib. Bu sahədə problem yalnız icra icraatı ilə bağlı ola bilər.
Məhkəmənin icra vərəqi ilə birlikdə icra məmurunun icra icraatına başlamaq haqqında qərarı borclunun iş yerinə göndərilir və proses mühasibatlıq vasitəsi ilə həyata keçirilir. Bu sahədə ola biləcək və olan problemlər (qətnamənin vaxtında icraya yönəldilməməsi, icra vəziyyətinin yoxlanılmaması, şikayətlərə vaxtında baxılmaması, süründürməçilik və s.) bəzi məhkəmə icraçılarının nəsə qoparmaq cəhdindən qaynaqlanır ki, bu da dünyanın hər yerində rast gəlinən, bizdə isə,bütün sahələrdə olduğu kimi, həddini aşmış bir haldır.
2. Bu sahədə məhkəmə təcrübəsini qənaətbəxs hesab etmək olarmı?
Məhkəmələrin yol verdiyi səhvlər hansılardı?
Məhkəmələr alinmentin məbləğini müəyyənləşdirərkən müxtəlif ailələrə münasibətdə fərqli məbləğlər müəyyənləşdirir. Bu, usaqlara qarşı ayrıseçkilik deyilmi?
Məhkəmələrdəki rüşvətxorluq bu sahədə də problemlər yaradır. Əsas problem “qanun qarşısında hamının bərabərliyi prinsipi”nin pozulmasıdır. Məsələn, işləməyən valideynlərin birindən 20 (iyirmi) manat , digərindən ən azı 69 manat, bir digərindən isə, 100 və ya 150 manat tutulur. Bunu faktlarla sübut etmək üçün, Bakı apellyasiya məhkəməsindən son 6 ay ərzində aliment işləri üzrə qəbul edilmiş məhkəmə qətnamələrinin tələb edilərək araşdırılması kifayətdir. Və ya hakimlərdən Mirzə Tağızadənin və ya Cəmilə Səfiyevanın aliment işləri ilə bağlı 2009-cu ildə qəbul etdikləri qətnamələrə baxmaq kifayətditr. Başqa sözlə, alimentin məbləği ilə bağlı fərqlər bütün hakimlərin qətnamələrində var. Bunun bir səbəbi hakimlərin çirkin niyyətləridirsə, digər bir səbəbi də, qanunvericinin bu məsələdə mövqeyinin birmənalı və dəqiq olmamasıdır.
Maddi imkanı müxtəlif olan valideynlərdən tutulan müxtəlif məbləğli alimentlər qətiyyən uşaqların qeyri-bərabərliyi kimi qiymətləndirilməməlidir və qiymətləndirilə bilməz. Ən azı ona görə ki, alimentə qədərki dövrdə varlı ilə kasıbın uşağı, onsuz da,maddi baxımdan qeyri-bərabər durumdadır. Qeyri-bərabərlik yaradılışdandır və həyatın qanunudur.(“Mən özüm sizi qeyri-bərabər yaratdım…”—Qurani Kərimdən) Başqa məsələdir ki, dövlət, bir və ya hər iki valideynin qayğısından məhrum olmuş və ya valideynsiz yaşamağa məhkum olan uşaqların maddi durumunun yaxşılaşması (bərabərləşdirilməsi yox !!!) və normal şərtlər daxilində böyümələri üçün tədbirlər görməyə borcludur. Təcrübədə 3000 (üç min) manat aliment alan tək uşaq var. Bu məntiqlə dövlət bütün uşaqlara həmin məbləğdə gəlir mi təmin etməlidir? Əlbətdə, bu absurd olardı. Ancaq, məncə, qanunverici alimentin minimum məbləğini mütləq müəyyən etməlidir ki, bu minimum uşaqların normal inkişafını təmin edə bilsin. İndiki işsizlik vəziyyəti nəzərə alınanda problemin nə qədər mürəkkəb olduğu aydınlaşır.
Alimentin məbləği ilə bağlı bizim məhkəmələr qətiyyən səhvə yol vermirlər. Çünki, hakimlərimizin savadı kifayət qədərdir. Baş verənlər şüurlu hərəkətin nəticəsidir, səhvin nəticəsi yox. Burada qanunverici daha çox təqsirli bilinməlidir.İndiki qanunsuzluq və məhkəmə özbaşınalığı əslində qanunlarımızdan qaynaqlanır. Fikir verin: Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, “alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.”
Nədir bu “ailə və maddi vəziyyət, diqqətəlayiq olan başqa hallar”?
Əli və Vəli hər ikisi işsizdir. Hər ikisi Sədərək bazarında və ya nökər bazarınnda təsadüfi qazancla məşğuldur. Bir gün az, bir gün çox qazanırlar. Bunların maddi vəziyyətindəki fərqlər hansı meyarlarla qiymətləndirilir?
Əli rəsmi nikaha girərək ikinci ailə qurub, Vəli isə boşanandan sonra dini nikahla evlənib, bir uşağı da var. Bunların “ailə vəziyyəti” necə fərqləndiriləcək?
Hansı hallar “diqqətəlayiq” hesab edilir? Məsələn, Əlinin iki arvad saxlaması, Vəlinin isə öz təbii ehtiyaclarını ödəmək hüququndan istifadə edərək, hər gecə müxtəlif qadınlarla görüşməsi “diqqətəlayiq” hesab edilə bilərmi? “Diqqətəlayiqliyin” əlamətləri hansılardır?
Hakimlər də insandır və hər insanın fərdi dünya görüşü, hissi, duyğusu, qavraması, qiymətləndirməsi və əxlaqi dəyərləri var. Qərar qəbul etmə prosesində hakimə özünün subyektiv fikirlərinə istinad etmək hüququnun verilməsi artıq qeyri-bərabərliyin əsasını qoyur.
Ya qanunverici, ya da Ali Məhkəmə “ailə və maddi vəziyyət, diqqətəlayiq olan başqa hallar” dedikdə nəyin və hansı halların başa düşülməsi barədə dəqiq qərar verməlidir. “President-nümunə hüququ”nun tətbiq edilməsi də bu problemlərin (ayrı-seçkiliyin, fərqli məbləğlərin) həllinə yardım edə bilər.
Başqa sözlə, bütün sahələrdə olduğu kimi, bu məsələlərə aid də qanunlar qəbul edilərkən, qanunun öz bətninə korrupsiya elementləri yerləşdirilir. Çox təəssüf ki, bu acı praktika bu gün də davam edir. Bunun əsas səbəbi isə, qanunların mütəxəssislər (nəzəriyyəçi alimlər və praktik mütəxəssislər) tərəfindən yox, maraqlı idarələr və ya şəxslər tərəfindən hazırlanmasıdır.
3. Dövlətin yükü, məsuliyyəti nədi bu məsələdə? İmkanı olmayan şəxs
alimenti verə bilmir, amma usaq və ana cətin vəziyyətdə qalır, uşağın
hüquqları pozulur. Ailə və uşaqlar isə dövlətin himayəsindədir. Dövlət
nə etməlidir? Təklifləriniz nədir?
Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsinin I hissəsinə əsasən, “Hər kəsin yaşamaq hüququ vardır” və 34-cü maddəsinin III hissəsinə əsasən, “Nikah və ailə dövlətin himayəsindədir.”
Aliment almayan və ya zəruri məbləğdə aliment almayan uşağın yaşamaq hüququ təmin edilmiş hesab edilə bilərmi? “Ailənin dövlətin himayəsində olması” nə deməkdir? Bu himayə özünü nədə ifadə edir? Himayədə olanın normal yaşaması və ya ən azı, acından ölməməsi üçün dövlət nələr edir və ya nələr etməlidir?
Qanunlarımızın mənasına görə, 18 yaşlı uşaq artıq müstəqil vətəndaşdır və o valideynlərindən daha çox, dövləti ilə müxtəlif vasitələrlə bağlıdır və daha çox dövlətinə xeyir verir, ona qulluq göstərir. əsgəri xidmətə gedir, vergi verir, qanunlarla müəyyənləşmiş vəzifələr icra edir və s.
Uşaq, valideyni ehtiyac içində olduqda ona yardım etmək (aliment ödəmək) vəzifəsi daşıyır. Dövlətə isə mütləq vergi verməli, dövlətin bütün tələblərinə əməl etməlidir. Yeri gələndə, dövləti üçün ölməlidir də.
Onda, bəs, nədən bu dövlət onun uğrunda ölməli olan, onun büdcəsinin artımında iştirak edəcək vətəndaşının qayğısına uşaqlıqdan qalmır və onu taleyin amansız ümidinə buraxır?
Aliment məsələsində (ödənilmədə) dövlətin mütləq iştirakı olmalıdır. Dövlət ona xidmət edəcək vətəndaşına vaxtında sahib çıxmalıdır. Görün nə qədər qeyri-əxlaqi və ya qeyri-insani görsənir: sən yaşamağa, ölməməyə çalış, sağ qala bilsən, mən səni öz təbii əcəlinlə ölənədək vergiyə cəlb edəcəyəm !!!
Nə böyük müftəxorluq və haram !!!
Məncə, dövlət, alimentin minimum həddini müəyyən etməli, onu ehtiyacı olan uşağa ödəməli, yalnız bundan sonra aliment öhdəliyi olan tərəfdən öz xərclərini tələb etməlidir (reqres iddia). Heç bir halda uşaq valideynlərinin insafına buraxılmamalıdır.
2009-cu il. Noyabr Bir qış axşamı

Hiç yorum yok:
Yorum Gönder