Azərbaycan Respublikasının
Əmək Müfəttişliyinin rəisi
N.Şükürlü cənablarına
Ş İ K A Y Ə T
Hörmətli rəis!
Türkiyə vətəndaşı Tiryaki Arslan hüquqlarını müdafiə etmək üçün mənə 16 iyun 2010-cu il tarixli etibarnamə vermişdir.
Tiryaki Arslan 13 avqust 2009-cu ildə Suraxanı rayonu ərazisində “Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirərkən, tikintinin aparılması təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, başına hündürlükdən 16-18 mm diametrində metal armatur düşüb və o, “Açıq kəllə beyin travması, Baş beynin ağır dərəcəli əzilməsi, Sağ təpə-parasaggital nahiyyəsinin deşilmiş sınığı, Həmin nahiyyədə kəllə boşluğuna nüfuz edən yad cism (metal armatur, papaq fraqmenti)” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirilmişdir.
Hadisədən sonra, Tiryaki Arslanın bədəninin sol ətrafında hərəkət itib, iflic vəziyyətinə düşüb. Hal hazırda, bədəninin sol tərəfi işləmir və əmək qabiliyyəti 100 faiz itib.
Xəsarət aldıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirilmişdir. T.Arslan xəstəxanada olarkən, hansısa polis əməkdaşları xəstəxanaya gələrək onu dindirmiş və faktla bağlı araşdırma aparmışlar. Həmin müddət ərzində Dövlət Əmək Müfəttişliyinin əməkdaşı da xəstəxanada olmuş, T.Arslana hansısa sənədlərə imza etdirərək, baş vermiş hadisənin səbəbkarlarının müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlər görəcəklərini bildirmişlər.
Lakin nədənsə, cinayət hadisəsi gizlədilmiş, qeydə alınmamış və iş üzrə aparılan təhqiqatın nəticəsi barədə T.Arslana heç bir məlumat verilməmişdir.
Mən, direktoru olduğum “Çalxan” MMC hüquq firmasının vasitəsilə Suraxanı Rayon Prokurorluğuna müraciət edərək, həmin işlə bağlı təhqiqat aparılıb-aparılmaması, aparılıbsa, aparılmış təhqiqat nəticəsində qəbul edilmiş qərarın surətini tələb etdim.
Mənim həmin məktubuma Suraxanı Rayon Prokurorluğu 318x-10 saylı 21 iyul 2010-cu il tarixli cavab məktubu verərək bildirdi ki, ““Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirən Türkiyə vətəndaşı Arslan Tiryakinin xəsarət alması ilə bağlı Suraxanı Rayon Prokurorluğunda material araşdırılmamışdır”.
Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış məktuba Suraxanı Rayon Polis İdarəsi tərəfindən 9/179044 saylı 27 iyul 2010-cu il tarixli mətubla cavab verilmişdir. Həmin məktubda qeyd edilir ki, guya mənim xəsarət almağım faktına əsasən, araşdırma Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmışdır. Buna görə də, məktub aidiyyatı üzrə Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir.
Mənim Suraxanı Rayon Prokurorluğuna verdiyim şikayət əsasında təkrar araşdırma aparılmağa başlanılmış, iş hal hazırda Suraxanı Rayon Prokurorluğunun icraatındadır.
Hörmətli rəis!
Nəzərinizə çatdırım ki, Tiryaki Arslan “Türkoğlu” şirkətində qanunsuz olaraq işlədilmiş, işlədiyi müddət ərzində isə, təhlükəsizliyinin təminat tədbiri olaraq ona heç bir qoruyucu vasitə verilməmişdir. Məhz bu səbəbdəndir ki, Tiryaki Arslan ağır bədən xəsarəti alaraq əmək qabiliyyətini 100 faiz itirmişdir.
Tiryaki Arslana verilən real əmək haqqı qanuni olaraq rəsmiləşdirilməmiş və nəzərə alsaq ki, həmin müəssisədə yüzlərlə işçi çalışır, deməli, külli miqdarda vergidən yayınma hallarına da yol verilmişdir.
Hörmətli rəis!
Əlinizdə olan imkanlardan istifadə edərək, T.Arslana qarşı törəsdilmiş cinayət hadisəsinin açılması, bu cinayəti gizlədən əməkdaşlarınızın müəyyən edilərək cəzalandırılması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirəm.
Qoşma: -- Tiryaki Arslanın nüfuz cüzdanının surəti,
-- 2433 saylı Çıxarışın (Epikriz) surəti,
-- Q.C.Məmmədovun adına verilmiş etibarnamənin surəti,
-- Fotoşəkil (2 ədəd).
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
“Hürriyyət” qəzetinin redaksiyasına
Türkiyə vətəndaşı Tiryaki Arslan
Faktiki olduğu yer: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (+99450) 200-66-10, (+99412) 564-42-05
Şikayət
Hörmətli redaksiya!
Mən, 13 avqust 2009-cu ildə Suraxanı rayonu ərazisində “Türkoğlu” şirkətində öz əmək vəzifəmi yerinə yetirərkən, tikintinin aparılması təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, başıma hündürlükdən 16-18 mm diametrində metal armatur düşüb və mən, “Açıq kəllə beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi. Sağ təpə-parasaggital nahiyyəsinin deşilmiş sınığı. Həmin nahiyyədə kəllə boşluğuna nüfuz edən yad cism (metal armatur, papaq fraqmenti)” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirilmişəm.
Hadisədən sonra, bədənimin sol ətrafında hərəkət itib, iflic vəziyyətinə düşmüşəm. Hal hazırda, bədənimin sol tərəfi işləmir və əmək qabiliyyətim 100 faiz itib.
Xəsarət aldıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirilmişəm. Mən, xəstəxanada olarkən, hansısa polis əməkdaşları xəstəxanaya gələrək məni dindirdilər və faktla bağlı araşdırma apardılar.
Lakin nədənsə, cinayət hadisəsi gizlədilmiş, qeydə alınmamış və iş üzrə aparılan təhqiqatın nəticəsi barədə mənə heç bir məlumat verilməmişdir.
Mən, nümayəndəm Q.C.Məmmədov vasitəsilə Suraxanı Rayon Prokurorluğuna müraciət edərək, həmin işlə bağlı təhqiqat aparılıb-aparılmaması, aparılıbsa, aparılmış təhqiqat nəticəsində qəbul edilmiş qərarın surətini tələb etdim.
Mənim həmin məktubuma Suraxanı Rayon Prokurorluğu 318x-10 saylı 21 iyul 2010-cu il tarixli cavab məktubu verərək bildirdi ki, ““Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirən Türkiyə vətəndaşı Arslan Tiryakinin xəsarət alması ilə bağlı Suraxanı Rayon Prokurorluğunda material araşdırılmamışdır”.
Eyni zamanda, Suraxanı Rayon Polis İdarəsinə ünvanlanmış məktuba Suraxanı Rayon Polis İdarəsi tərəfindən 9/179044 saylı 27 iyul 2010-cu il tarixli mətubla cavab verilmişdir. Həmin məktubda qeyd edilir ki, guya mənim xəsarət almağım faktına əsasən, araşdırma Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmışdır. Buna görə də, məktub aidiyyatı üzrə Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir.
Hörmətli redaksiya!
Yuxarıda qeyd edilənlərdən tamamilə aydın olur ki, mənim “Türkoğlu” şirkətində öz əmək vəzifəmi yerinə yetirərkən 13 avqust 2009-cu ildə əmək qəzası nəticəsində xəsarət almağım faktı ilə bağlı araşdırılma aparılmış, lakin hansısa səbəblərdən cinayət qeydə alınmayaraq gizlədilmişdir.
Cinayət həm qəzanın baş verdiyi yerdə, yəni mənim öz əmək vəzifəmi yerinə yetirdiyim “Türkoğlu” şirkətində, həm də təhqiqat orqanları tərəfindən gizlədilmişdir.
Bütün bunlardan əlavə, mən “Türkoğlu” şirkətində qanunsuz olaraq çalışdırılmışam. Mənə verilən real əmək haqqı qanuni olaraq rəsmiləşdirilməmiş və nəzərə alsaq ki, həmin müəssisədə yüzlərlə işçi çalışır, deməli, külli miqdarda vergidən yayınma hallarına da yol verilmişdir.
Hörmətli redaksiya!
Əlinizdə olan imkandan istifadə edərək, üzləşdiyim bu problemin ictimailəşməsinə yardım etməyinizi və diqqətdə saxlamağınızı xahiş edirəm.
Məndə olan bütün sənədləri ərizəyə əlavə edirəm.
05 noyabr 2010-cu il
İmza: / Tiryaki Arslan /
+++++++++++++++++======================================================
Azərbaycan Respublikasının baş prokurorunun
birinci müavini
Rüstəm Usubov cənablarına
Türkiyə vətəndaşı Tiryaki Arslannın
Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (+99450) 200-66-10, (+99412) 564-42-05
Şikayət
Hörmətli Rüstəm müəllim!
Nümayəndəsi olduğum Türkiyə vətəndaşı Tiryaki Arslan “Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirərkən 13 avqust 2009-cu ildə əmək qəzası nəticəsində xəsarət almış, hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda təhqiqat aparılmışdır. Mən, direktoru olduğum “Çalxan” MMC-nin 21 iyun 2010-cu il tarixli 101-456/14 saylı məktubla Suraxanı Rayon Prokurorluğuna müraciət edərək, həmin işlə bağlı təhqiqat aparılıb-aparılmaması, aparılıbsa, aparılmış təhqiqat nəticəsində qəbul edilmiş qərarın surətini tələb etmişəm.
Mənim həmin məktubuma Suraxanı Rayon Prokurorluğu 318x-10 saylı 21 iyul 2010-cu il tarixli cavab məktubu verərək, bildirmişdir ki, ““Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirən Türkiyə vətəndaşı Arslan Tiryakinin xəsarət alması ilə bağlı Suraxanı Rayon Prokurorluğunda material araşdırılmamışdır”.
Halbiki, Arslan Tiryakinin deməsinə görə, o, xəsarət alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirildikdən sonra, Suraxanı Rayon Prokurorluğunun əməkdaşları faktla bağlı araşdırma aparmışdır.
Bundan əlavə, Suraxanı Rayon Polis İdarəsinə ünvanladığım, direktoru olduğum “Çalxan” MMC-nin 102-456/M saylı 21 iyun 2010-cu il tarixli məktubuna Suraxanı Rayon Polis İdarəsi tərəfindən 9/179044 saylı 27 iyul 2010-cu il tarixli mətubla cavab verilmişdir. Həmin məktubdan aydın olur ki, Türkiyə vətəndaşı Arslan Tiryakinin xəsarət alması faktına əsasən, araşdırma Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılmışdır. Buna görə də, mənim məktubum aidiyyatı üzrə Suraxanı Rayon Prokurorluğuna göndərilmişdir.
Hörmətli Rüstəm müəllim!
Yuxarıda qeyd edilənlərdən tamamilə aydın olur ki, Türkiyə vətəndaşı Arslan Tiryakinin “Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirərkən 13 avqust 2009-cu ildə əmək qəzası nəticəsində xəsarət alması faktı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırılma aparılmışdır. Lakin Suraxanı Rayon Prokurorluğu həmin cinayətin gizlədilməsi məqsədi ilə, bu faktla bağlı araşdırma aparmadıqlarını bildirirlər.
Baş vermiş cinayəti gizlətməklə, hansısa çirkin niyyətlərinin olduğunu Suraxanı Rayon Prokurorluğu artıq büruzə verib. Əgər, bu belə olmasaydı, Suraxanı Rayon Prokurorluğu öz vəzifəsini icra edər, hadisənin təqsirkarlarının cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması üçün lazımi tədbirlər görərdi.
Azərbaycan Respubliaksının Cinayət-Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən, “215.1. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir.
215.2. Cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.
215.3. İbtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır:
215.3.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135—138, 145, 146, 149, 154—164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202-203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə...”
Məlumat üçün nəzərinizə çatdırım ki, Türkiyə vətəndaşı Arslan Tiryaki 13 avqust 2009-cu ildə Suraxanı rayonu ərazisində “Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirərkən, tikintinin aparılması təhlükəsizliyi qaydalarının pozulması nəticəsində, başına hündürlükdən 16-18 mm diametrində metal armatur düşüb və o, “açıq kəllə beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi. Sağ təpə-parasaggital nahiyyəsinin deşilmiş sınığı. Həmin nahiyyədə kəllə boşluğuna nüfuz edən yad cism (metal armatur, papaq fraqmenti)” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neyrocərrahlıq” Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra, bədəninin sol ətrafında hərəkət itib, iflic vəziyyətinə düşüb. Hal hazırda, bədəninin sol tərəfi işləmir.
Hörmətli Rüstəm müəllim!
Yuxarıda qeyd edilənlərə əsasən, “Türkoğlu” şirkətində öz əmək vəzifəsini yerinə yetirən Türkiyə vətəndaşı Arslan Tiryakinin xəsarət alması ilə bağlı ibtidai istintaqın lazımi qaydada aparılmasını və baş vermiş hadisə üzrə cinayət işi başlanmasını təmin etmək vəzifəsinin Suraxanı Rayon Prokurorluğuna tapşırılması barədə qərar qəbul edəsiniz və ibtibai istintaqın qanuni aparılmasını təmin etmək məqsədi ilə işi öz şəxsi nəzarətinizə götürəsiniz.
Qoşma: -- Q.C.Məmmədovun adına verilmiş etibarnamənin notarial qaydada təsdiqlənmiş surəti,
-- Tiryaki Arslanın nüfuz cüzdanının surəti,
-- 2433 saylı 19.09.2009-cu il tarixli xəstənin stasionar tibbi kartından çıxarışın (epikriz) surəti,
-- fotoşəkil (3 ədəd),
-- Suraxanı Rayon Prokurorluğunun 318x-10 saylı 21.07.2010-cu il tarixli məktubunun surəti,
-- Suraxanı Rayon Polis İdarəsinin 0/179044 saylı 27 iyul 2010-cu il tarixli məktubunun surəti.
02 avqust 2010-cu il
İmza: / Q.C.Məmmədov /
=============================================================
Hiç yorum yok:
Yorum Gönder