1/05/2011

Nəbatat bağı

Azərbaycan Respublikası Ali Məhkəməsinin

İnzibati-İqtisadi Kollegiyasına



İddiaçı (ilkin iddia üzrə cavabdeh): AMEA-nın

Mərkəzi Nəbatat Bağının direktoru

Oruc Vəli oğlu İbadlı tərəfindən

Ünvanı: Bakı şəh., Patamdart şossesi-40

                  Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05

Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim: S.S.Seyidova, hakimlər: S.Q.Hüseynov və M.Ə.Abbasov, iş N 2-1(103)-527/10) 10 avqust 2010-cu il tarixli qərardadının ləğvinə dair

                                              K A S S A S İ Y A       Ş İ K A Y Ə T İ



Möhtərəm hakimlər!

Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-301/2010 saylı iş üzrə qəbul etdiyi 06.07.2010-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, mənim şikayətim təmin edilməmişdir.


Qərardadın surəti mənə 07 sentyabr 2010-cu ildə poçt vasitəsilə təqdim edilib.

Həmin qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.

Möhtərəm hakimlər!

Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmək üçün, öz qərardadını belə əsaslandırıb:

“... həmin apellyasiya şikayəti təkcə nümayəndə deyil, həmçinin Azərbaycan Respublikası Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağının direktoru və ya digər səlahiyyətli şəxsləri də təqdim edə bilərdi.

Bundan əlavə, iş materiallarında olan 380 №-li 07.07.2010-cu il tarixli həkim arayışında nümayəndənin hansı tarixə qədər xəstə olması öz əksini tapmamışdır. Ona görə də nümayəndənin xəstəliklə əlaqədar şikayət vermək imkanının olmaması sübuta yetirilmir”.

Möhtərəm hakimlər!

Əvvəla, “həmin apellyasiya şikayətinin təkcə nümayəndə deyil, həmçinin AMEA-nın Mərkəzi Nəbatat bağının direktorunun və ya digər səlahiyyətli şəxslərinin də təqdim edə bilməsi” barədə Bakı Apellyasiya məhkəməsinin gətirdiyi arqument tamamilə əsassızdır və sağlam insan məntiqinə sığmayan uydurma bir fikirdir.

AMEA-nın Mərkəzi Nəbatat Bağının ayrıca hüquq şöbəsi fəaliyyət göstərmir. Nə mənim, nə də AMEA-nın Mərkəzi Nəbatat Bağının digər səlahiyyətli şəxslərinin hüquqi savadı yoxdur. Əgər bizim hüquqi savadımız olsaydı, Mərkəzi Nəbatat Bağının hüquqlarının məhkəmədə müdafiəsi, hüquqlarını pozan məhkəmə aktından şikayət verilməsi üçün nümayəndə Q.C.Məmmədov ilə “tapşırıq müqaviləsi” bağlamaz, ona etibarnamə verməz, ona haqq ödəməzdik. Öz hüquqlarımızı özümüz müdafiə edər, bununla da, xidmət haqqı olaraq nümayəndəyə ödənilmiş pul öz büdcəmizdə qalardı.

Mən isə, AMEA-nın Mərkəzi Nəbatat Bağının Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin I hissəsində nəzərdə tutulan “keyfiyyətli hüquqi yardım almaq hüququ”nu təmin etmək məqsədi ilə, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 07 aprel 2010-cu il tarixli qətnaməsindən şikayət vermək üçün, nümayəndə Q.C.Məmmədova əvvəlcə etibarnamə, sonra isə apellyasiya şikayəti vermək üçün qətnamənin surətini vermişəm.

Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin I hissəsinə əsasən, “Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır”.

Qətnamənin surətini nümayəndə Q.C.Məmmədova təqdim etsəm də, o, səhhətində yaranmış müəyyən problemlərlə bağlı olaraq, iş materiallarında olan və Bakı Apellyasiya Məhkəməsinin də istinad etdiyi 380 saylı 07.07.2010-cu il tarixli həkim arayışından göründüyü kimi,  29 aprel 2010-cu ildə Nəsrəddin Tusi adına Klinik Xəstəxanada “Submukoz rezeksiya”, “Vazotomiya” cərrahiyyə əməliyyatları keçirmiş, əməliyyatdan sonra burnuma tampon qoyulduğu üçün 45-50 gün evdən bayıra çıxa bilmədiyinə görə, həmin qətnamədən apellyasiyasiya şikayətini vaxtında yazıb məhkəməyə təqdim edə bilməmişdir.

MPM-nin 133.1-ci maddəsinə əsasən, “Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir”.

Qətnamədən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan müddət nümayəndənin cərrahiyyə əməliyyatı keçirməsi nəticəsində, bizdən asılı olmayan səbəblərdən ötürülmüşdür.

Nümayəndəmizin xəstəliyi və ya səhlənkarlığı, bizim hüquqlarımızı pozan məhkəmə qətnaməsinin qüvvədə qalmasına səbəb olmamalıdır.

İkincisi isə, apellyasiya instansiyası məhkəməsi, nümayəndənin hansı tarixə qədər xəstə olmasının təqdim edilmiş həkim arayışında öz əksini tapmadığını “bəhanə” gətirərək, qətnamədən şikayət vermək üçün qanunda nəzərdə tutulan 1 aylıq müddətin 2 gün ötürülməsini üzrlü hesab etməmişdir.

Halbuki, yuxarıda da qeyd etdiyim kimi, əməliyyat olunduqdan sonra nümayəndə Q.C.Məmmədovun burnuna tampon qoyulduğu üçün 45-50 gün evdən bayıra çıxa bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi isə, nümayəndənin evdən çölə neçə gün çıxa bilmədiyi barədə həkim arayışı tələb edir. Bu isə tamamilə absurddur.

Möhtərəm hakimlər!

Nümayəndəmiz Q.C.Məmmədov, əməliyyat oldunduğu üçün, nümayəndəsi olduğu Xəlilova Bilqeys Musa qızının AR Dövlət Miqrasiya Xidmətinə qarşı mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin (hakim: Abbasov Natiq Mehti oğlu, iş N 2(004)-3485/09) 05 mart 2010-cu il tarixli qətnaməsindən də vaxtında şikayət verə bilməmiş və qanunda nəzərdə tutulan 1 aylıq prosessual müddət 26 gün ötürülmüşdü. Bakı Apellyasiya Məhkəməsinin “mötəbər” hesab etmədiyi 380 saylı 07.07.2010-cu il tarixli həkim arayışının eynisi Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş və vətəndaşın “məhkəmə müdafiəsi”nin təminat tədbiri olaraq, Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli qərardadı ilə, ötürülmüş 26 gün müddət bərpa edilmiş və apellyasiya şikayəti qəbul edilmişdir (bax: qoşma N-2, Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli qərardadının surəti). Həmin qərardad bu gün də qüvvədədir.

Eyni səbəbə görə bir məhkəmənin ötürülmüş 26 günü üzürlü hesab edərək müddətin bərpa edilməsi və apellyasiya şikayətinin qəbul edilməsi barədə qərardad qəbul etməsi ilə başqa bir məhkəmənin eyni səbəbə görə cəmi 2 günlük müddəti üzrlü hesab edərək bərpa etməməsi heç bir sağlam məntiqlə izah edilə bilməz. Bu hal qanun qarşısında hamının bərabərliyi prinsipinə ziddir.

Mülki Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən, “Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərəbərliyi prinsipi əsasında həyata keçirilir”.

Eyni bir əsasa görə Xəlilova Bilqeyis Musa qızının ötürdüyü 26 günün üzürlü hesab edilməsi və həmin əsasa görə bizim ötürdüyümüz 2 günün üzrlü hesab edilməməsi MPM-nin 8.1-ci maddəsində nəzərdə tutulan “bərabərlik prinsipi”nin pozulması kimi qiymətləndirilməlidir.

Möhtərəm hakimlər!

Yuxarıda qeyd edilənlərə və MPM-nin 402, 403.1, 406, 407 və 417.1.4-cü maddələrinə əsasən,



X A H İ Ş    E D İ R Ə M :



Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2010-cu il tarixli qərardadı ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında, ötürülmüş prosessual müddətin bərpası barədə bizim ərizəmizin təmin edilməsi haqqında yeni qərar qəbul edilsin.



Qoşma: 1. Kassasiya şikayətinin surəti,

                2. Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2010-cu il tarixli qərardadının surəti,

                3. Vəkil orderi.
13 sentyabr 2010-cu il
                                       İmza:                                                                  / O.V.İbadlı /

Kassasiya şikayətini tərtib edən vəkil:                                                     / S.Ə.Qasımov /

1 yorum:

  1. Casino Tycoon 777 - MapyRO
    Casino Tycoon 777. 이천 출장샵 Mapyro provides free, 구미 출장마사지 realtime driving directions, road 동두천 출장마사지 conditions and reviews of Harrah's 세종특별자치 출장샵 777 Casino. 전라북도 출장샵 Get real-time driving directions

    YanıtlaSil