Mövzular

Məqalələrim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Məqalələrim etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1/05/2011

Azər Tağıyev: Azərbaycan vəkilliyinin qəbirqazanı


Azərbaycan vəkilliyinin qəbirqazanı : Azər Tağıyev

I Məqalə

Əvvəllər də dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan vəkilliyinin indiki acınacaqlı duruma salınmasının səbəbkarı Azər Tağıyevdir.  Hüquqşünas olmayan vətəndaşlarımız üçün qeyd edim ki, vəkillik və vəkil qurumları hakimiyyətin heç bir qolundan- nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətindən heç bir formada; nə maddi, nə də inzibati asılılığı olmadan fəaliyyət göstərən, öz-özünü maliyyələşdirən, özünüidarəçiliyə əsaslanan konstitusiyon bir təsisatdır.

1/02/2011

Sürücülük hüququndan məhrum edilmənin qanunsuz nəticələrinin aradan qaldırılması barədə

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili
Elmira xanım Süleymanovaya

Şikayətçi: Məmmədov Qurban Cəlal oğlu
Vəzifəsi: “Çalxan” MMC-nin (hüquq firması) direktoru
Ünvanı: Bakı şəh.: Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05


“Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə”


                                                                              ŞİKAYƏT


Hörmətli E.Süleymanova!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 41 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnamə”nin 2.13-cü maddəsinə əsasən, “Nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır”.

12/30/2010

Miqrasiya Xidmətinin ağlasığmaz qanunsuzluqları barədə--- Leylaxanım Ağayeva

Binəqədi Rayon Məhkəməsinə

Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızı
                                   Faktik olduğu ünvan: Bakı şəhəri,  Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7\8 
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05

Hərəkətlərindən şikayət olunan orqanlar:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Ünvanı: Bakı şəh., Atatürk prospekti 53
Əlaqə tel.: (012) 498-94-64

2. Suraxanı Rayon Polis İdarəsi
Ünvanı: Bakı şəh., Suraxanı qəs., Balandin küçəsi 42


  “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və
    Suraxanı Rayon Polis İdarəsinin qanunsuz hərəkətləri barədə”

Ə R İ Z Ə
(MPM-nin 296-300-cü maddələrinə əsasən)

      Möhtərəm hakim!
     Mən, şəxsiyyət vəsiqəsi almaq və qeydiyyata düşmək üçün yaşayış yeri üzrə Suraxanı Rayon Polis İdarəsinə müraciət etdim. Suraxanı RPİ-dən mənə bildirdilər ki, vətəndaşlıq vəziyyətimin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətindən

12/28/2010

Sevil Qiyasova (Sabunçu rayonu) və Tamella Əsgərovanın (Gəncə şəhəri Nizami rayonu) işi üzrə

Azərbaycan Respublikasının Ədliyyə Naziri
F.Məmmədov cənablalına

Surəti:             Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına

Məmmədov Qurban Cəlal oğlu tərəfindən
       ünvan: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
                                       Əlaqə tel.: (012) 564-42-05, (050) 200-66-10


                Saxta sübutlar əsasında qətnamə qəbul edən hakimlər haqqında

Ş İ K A Y Ə T

   Hörmətli Nazir!
   Hörmətli şura üzvləri!
Son vaxtlar məhkəmə təcrübəsində saxta sənədlər əsasında və sübutların qəsdlə təhrif edilməsi, yaxud da, iş materiallarında mövcud olmayan sübutlarla əsaslandırılan qətnamə qəbul edən bəzi hakimlər barədə Sizə müraciət etməyi özümə borc bildim. Çünki belə qətnamələrin yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlandığını nəzərə alsaq, bu mənfi təcrübənin Respublika məhkəmələrinin fəaliyyətində daha geniş tətbiq ediləcəyini güman etmək çətin deyil.

Oğurlandı, zorlandı və hüququ polis-istintaq orqanları tərəfindən tapdalandı.....

Qusar Rayon Məhkəməsinə

Oğurlanmış və zorlanmış ......    qızı tərəfindən,
Ünvanı: Qusar r-n, .......  kəndi
Əlaqə tel.: (+99450) 200-66-10, (+99412) 564-42-05 (nümayəndə)


          Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir oğlunun HK-1/1125 
              saylı material üzrə qəbul etdiyi “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 20 oktyabr 
                          2010-cu il tarixli qərarına dair

Şikayət
(Məhkəmə nəzarəti qaydasında)
    Hörmətli hakim!
   Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir  oğlunun həmin qərarı ilə mənim Qusar rayon Yuxarı Ləyər kənd sakini Balakişiyev Sərxan Fəxrəddin oğlu tərəfindən oğurlanaraq zorlanmağım barədə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Dərviş Parisi, Əhməd Bakını dağıdır. Məhkəmə qətnaməsi dövlət əmlakını mülkiyyətçisiz qoydu

                                                               Əhməd Əhmədovun hakimliyi

Dərviş Parisi, Əhməd Bakını dağıdır

     Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Əhməd Əhmədov (indi Əli Bayramlı Apellyasiya məhkəməsinin hakimidir) hakimlər arasında ən qanunsuz və ağlasığmaz qərarlar qəbul edənlərdən biri, bəlkə də, birincisidir.

Rafiq Tağının hebsi islama lekedir

                               Rafiq Tağının həbsi İslama ləkədir. 

     Qurban bəy, Rafiq Tağının həbsi ilə bağlı sizin düşüncələriniz necədir?
    Rafiq Tağı ilə bağlı hadisələr utanc vericidir. Mən hesab etmirəm ki, Allahın, Qurani-Kərimin və İslam dininin bir qrup nardaranlının müdafiəsinə ehtiyacı var. Şübhəsiz ki, Rafiq Tağı çox böyük səhv edib və həqiqətən də Peyğəmbərin və İslamın əleyhinə təhqiramiz fikirlər söyləyib. Ancaq heç kimin buna görə Rafiq Tağıya ölüm fitvası verməsinə hüququ yoxdur. Azərbaycan dünyəvi dövlətdir və istənilən mübahisə mövcud qanunlar çərçivəsində həll edilməlidir.

12/26/2010

Bir az da dincəlin...... şer oxuyun.. "Dur, burası məzar deyil"

   Dur, burası məzar deyil

Dizini qarnına yığıb
öz içində ölən insan,
Dur, burası məzar deyil.
Ölmək istəyirsən adam kimi  öl,
Ölüm sənin üçün
insanın ucuzlaşdığı bazar deyil.

Prezident İ. Əliyein elektron poçtuna göndərilmiş məktub



Hörmətli Prezident!

    Siz bilirsinizmi ki, Sizi bu ölkənin  məmurları saymır və Sizə hörmət etmirlər.
   Məmurların şirin dili və yaltaqlığı Sizi aldatmasın.
    Belə məmurların hesabına xalq Sizə nifrət edir.
    Millətdə Sizə nifrət hissini coşduran idarələrin başında ƏMDK yanında DƏDRX-in Bakı ərazi idarəsi və onun rəisi Fərahim Mirzəyev və həmin idarənin qeydiyyat şöbəsinin müdiri Nigar Quliyeva gəlir (bu yazı yerləşdiriləndə F.Mirzəyev işdən azad edilmiş, N.Quliyeva isə daha da irəli çəkilərək rəis müavini təyin edilmişdi).

12/25/2010

Bakı şəhər icra hakimiyyətinin
başçısı Hacıbala Abutalıbova
Açıq məktub

Hörmətli Hacıbala müəllim!

Mərhum prezident Heydər Əliyevin şəxsi tövsiyələri və rəhbərliyi altında, bu gün isə prezident İlham Əliyevin rəhbərliyi altında respublika paytaxtında apardığınız abadlıq və yenidənqurma işləri heç şübhəsiz ki, alqışlanmalıdır. Məhz son on ildə Bakının dünyanın böyük paytaxt şəhərləri kimi yenidən qurulması həyata keçirilmiş, SSRİ dönəmindəki yetmiş illə müqayisə edilməyəcək qədər tikinti, abadlıq işləri aparılmışdır. Yollar genişləndirilmiş, asvaltlanmış, yeni parklar salınmış, abidələr ucadılmış, bir sözlə Bakımız həqiqətən də göz oxşayan olmuşdur. gördüyünüz hər bir abadlıq işi Heydər Əliyevin ruhuna bir töhvədir. Bu gün heç də Bakı-Ceyhandan geri qalmayan körpü tikintisi şübhəsiz ki, prezidentin tarixi xidməti, sizin isə bir Mer kimi zəhtəmətinzin gözəl nümunəsidir. Bir sözlə   mən də siravi vətəndaş kimi görülən bütün işlərə görə ölkə rəhbərliyinə və şəxsən sizə və bu abadalıq prosesində zəhmət çəkən hər bir insana minnətdaram.

Aleksandr Soljenitsin---- Yalansız yaşamaq: bu bizə daha çox lazımdır

                                    


                                    YALANSIZ YAŞAMAQ

   Bütün bunlarda heç də "onlar" günahkar deyil, hər şeydə biz özümüz günahkarıq!
   Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq "samizdat" yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: "Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!". Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması... Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik - çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar.
İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük.
  Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq:
  "Necə mane ola bilərik? Bizdə o zor hanı?".
  Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk - təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq - birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar.
    Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik.
    Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç də "onlar" günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq asan var, nə bizdən söz soruşan.
Onları necə məcbur eləyək ki, bizə qulaq assınlar?
Onları öz fikrindən döndərmək, doğrudan da, mümkün deyil. Yaxşı olar ki, onları yenidən seçək! Ancaq bizim ölkədə heç vaxt heç kəs yenidən seçilmir!
   Qərbdə adamlar tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz o qədər başıqapazlı olmuşuq ki, belə şeylərdən qorxuruq: necə yəni işdən boyun qaçırasan, necə yəni küçələrə töküləsən?
  Müsibətlərlə dolu son əsr rus tarixinin dönə-dönə sınaqdan çıxardığı fəlakətli (üstəlik, həqiqətən də bizə xidmət eləməyən) yollarla getmək lazım deyil! Bir vaxt əkilən o toxumun boy verib artdığı indiki dövrdə terrorla, qanlı üsyan və vətəndaş müharibəsi ilə ölkəni ədalətli və xoşbəxt eləmək istəyən o özündənrazı cavanların necə azdıqlarını, nə boyda səhvə yol verdiklərini hamı aydın görür. Yox, sağ olun, maarifçi atalar! İndi görürük ki, çirkin metodlar çirkin də nəticələr doğurur. Qoy əllərimiz qana bulaşmasın!
   Bəlkə dairə qapanıb? Doğrudanmı çıxış yolu yoxdur? Bizə ancaq oturub gözləməkmi qalır? Birdən nəsə öz-özünə baş verdi?.. Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib daha da möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı yerindən (yalandan!) qaçmayacağıqsa, yalan heç vaxt öz-özünə bizdən əl çəkməyəcək. Zorakılıq adamların dinc həyatına soxulanda lovğa-lovğa, qırmızı-qırmızı bayraq qaldırır: "Mən zorakılığam! Dağılın, çəkilin - əzərəm!". Ancaq zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır. Zorakılıq bizə qarşı çox vaxt açıq hücuma keçmir. O, bizdən yalnız yalana boyun əyməyi, hər gün ona şərik çıxmağı tələb edir - kölənin bütün sədaqəti də elə bundadır.
   Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq-yalanın hakim kəsilməsində mənim əlim olmasın!
   Və bu, süstlüyümüzü azacıq da olsa aradan qaldıra bilər. Bizdən ötrü ən asanı - yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik - lazım deyil, qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək!
   İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur - ən rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır) baxanda ən asan yol.
Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq! Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə də görəcəyik.  Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam olsun.
Və həmin gündən o;
- daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın;
- yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə təbliğatçı, müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə özündən desin, nə kağızdan oxusun;
- istər rəssamlığın, istər heykəltəraşlığın, istər fotonun, istərsə də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu geyindirməsin;
- özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə "yuxarılar"dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin;
- onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə imkan verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə alıb başı üzərinə qaldırmasın;
- könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs verməsin;
- saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun qaçırsın;
- natiqin dilindən yalan, ideoloji cəfəngiyat, sürtük təbliğat, söhbət eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı, kinoseansı yarımçıq qoyub çıxsın;
- informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın.
Əlbəttə, biz yalandan uzaqlaşmağın vacib şərt və imkanlarının heç də hamısını sadalamadıq. Təmizlənməyə başlayan - baxışları aydınlaşıb durulan hər kəs başqa imkanları asanca seçə bilər.
 Bəli, ilk vaxtlar çətin olacaq. Kimsə bir müddət işdən qovulacaq. Doğru-düzgün yaşamaq istəyən cavanların həyatı ilk vaxtlar lap qəlizləşəcək, axı onların oxuyub cavab aradıqları dərsliklər yalanla doludur - onları da ələyib-seçmək gərəkdir. Amma namuslu olmaq istəyən heç bir vaxt, hətta qorxusuz-hürküsüz texniki elmlərdə belə həqiqətə və ya yalana, mənəvi müstəqilliyə və ya mənəvi nökərçiliyə tərəf addım atarkən sadaladığım şərtləri pozmasa, özünü aldada bilməz.
    Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun.
    Bütün müqavimət yollarının ən sadəsi olan bu yol bizim üçün asan keçməyəcək. Ancaq özünü yandırmaqdan və aclıq keçirməkdən də ağır olmayacaq: alov bədənini sarmayacaq, isti gözlərini qarsalamayacaq və ailən üçün heç olmasa qara çörək, içməli su tapılacaq. Bizim xəyanət etdiyimiz, aldatdığımız böyük Avropa xalqı - çexlər, slovaklar ləyaqətli ürək gəzdirən arxasız-köməksiz sinəni tank qabağına vermək örnəyini göstərmədimi?
   Deyirsiniz, çətin yoldur? Çətin yoldur. Ancaq mümkün yolların ən asanıdır. Can üçün çətin olsa da, ruh üçün yeganə yoldur. Çətin yoldur, ancaq artıq bizdə adamlar var ki (hətta belə adamlar onlarcadır), neçə illərdir bu şərtlərə əməl eləyir, yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs alırlar.
   Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa, yolumuz o qədər asan və qısa olar. Biz minlərcə olsaq, heç birimizə heç nə eləyə bilməyəcəklər. On minlərcə olsaq, ölkəni tanınmaz dərəcədə dəyişə bilərik!
    Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən gileylənməyək - özümüzə aman verməyən elə biz özümüzük! Bəlkə hələ dözək, gözləyək ki, vaxt gəlsin, bioloq qardaşlarımız bizim fikirlərimizi oxumaq və genlərimizi dəyişdirmək məsələsini tezləşdirsinlər?..
   Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik, yararsızıq və Puşkinin nifrətinə layiqik!
  Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti noxtadır, qamçıdır, bir də dəyənək !!!


Aleksandr Soljenitsin

12/23/2010

Azərbaycan vəkilliyinin qəbirqazanı : Azər Tağıyev

Azərbaycan vəkilliyinin qəbirqazanı : Azər Tağıyev

I Məqalə

Əvvəllər də dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan vəkilliyinin indiki acınacaqlı duruma salınmasının səbəbkarı Azər Tağıyevdir.  Hüquqşünas olmayan vətəndaşlarımız üçün qeyd edim ki, vəkillik və vəkil qurumları hakimiyyətin heç bir qolundan- nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətindən heç bir formada; nə maddi, nə də inzibati asılılığı olmadan fəaliyyət göstərən, öz-özünü maliyyələşdirən, özünüidarəçiliyə əsaslanan konstitusiyon bir təsisatdır. Bütün inkişaf etmiş ölkələrdə vəkil peşəsi ən qiymətli peşələrdən biri sayılır və vəkilliklə məşğul olanlar cəmiyyətin ən hörmətli və maddi baxımdan imkanlı zümrəsinə daxildir. Hakimiyyətin hər hansı qolundan asılı olmadığı üçün, deməli, buna görə də hakimiyyət tərəfindən heç bir qanunsuz təsirə məruz qoyulmaq imkanı olmadığına görə vəkillik, mətbuat kimi,  hakimiyyətin qeyri-rəsmi bir qolu hesab edilə bilər. Əksinə, vəkillik məhkəmə hakimiyyətinə, eləcə də icra hakimiyyətinə təsir etmək imkanlarına malikdir.

12/21/2010

Fərhad Əliyev və çaqqallar vadisi....

İlham Əliyev şantaj edilir

Zakir Qaralov və Namiq Abbasov prezidenti şantaj edirlər.




Prezidentin Ramil Usubovla bağlı qətiyyətli addım atmamasına  görə də N.Abbasovla, Z.Qaralov növbəti şantaj yolunu seçdilər. Baş Prokuror və Namiq Abbasov öz bəyanatları ilə Heydər Əliyevin qanunsuz fəaliyyətlə məşğul olduğuna bir daha ictimaiyyəti inandırmağa çalışmaqla dolayısı ilə İlham Əliyevi şantaj edirlər. Ancaq İlham Əliyevin bəzi məqamlarda, xüsusilə də 26 noyabr 2005-ci il tarixli mitinqdə atdığı qətiyyətli addımlar onun bir o qədər də cəsarətsiz olmadığını göstərir. Ona görə də müəyyən dairələr onu daha da təkləmək, zəiflətmək və tərk-silah etmək üçün ona sədaqətli olan adamları vurmaq metodunu seçiblər. Bunlardan elə birincisi də zənnimcə Fərhad Əliyev olub. 
 Fərhad Əliyevin Elmar Hüseynovun qətlini sifariş etməsi ilə bağlı Hacının bəyanatının böhtan və uydurma olduğu hamıya yaxşı bəllidir. Çünki rəhmətlik Elmarın «Monitor»da F.Əliyev barədə yazdığı ən kəskin yazı onun karyerasının təsvirindən uzağa getməyib və həmin yazılarda şəxsi konteksdə F.Əliyevi təhqir edəcək heç bir məlumat və böhtan yoxdur. Həmin yazılar nəinki jurnalisti öldürməyə, hətta cavab olaraq onu təhqir etməyə belə imkan vermirdi.