Mövzular

Hüquq və Qanun etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Hüquq və Qanun etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1/05/2011

Azər Tağıyev: Azərbaycan vəkilliyinin qəbirqazanı


Azərbaycan vəkilliyinin qəbirqazanı : Azər Tağıyev

I Məqalə

Əvvəllər də dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan vəkilliyinin indiki acınacaqlı duruma salınmasının səbəbkarı Azər Tağıyevdir.  Hüquqşünas olmayan vətəndaşlarımız üçün qeyd edim ki, vəkillik və vəkil qurumları hakimiyyətin heç bir qolundan- nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyətindən heç bir formada; nə maddi, nə də inzibati asılılığı olmadan fəaliyyət göstərən, öz-özünü maliyyələşdirən, özünüidarəçiliyə əsaslanan konstitusiyon bir təsisatdır.

1/02/2011

Sürücülük hüququndan məhrum edilmənin qanunsuz nəticələrinin aradan qaldırılması barədə

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili
Elmira xanım Süleymanovaya

Şikayətçi: Məmmədov Qurban Cəlal oğlu
Vəzifəsi: “Çalxan” MMC-nin (hüquq firması) direktoru
Ünvanı: Bakı şəh.: Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05


“Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə”


                                                                              ŞİKAYƏT


Hörmətli E.Süleymanova!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 41 saylı qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnamə”nin 2.13-cü maddəsinə əsasən, “Nəqliyyat vasitələrini idarəetmə hüququ müvəqqəti məhdudlaşdırılan şəxslərə sürücülük vəsiqələri bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçdikdən və onların bilik səviyyəsi, sürmə vərdişləri yoxlanıldıqdan sonra qaytarılır”.

1/01/2011

Iradə Məmmədova (Səlimova)

Dövlət Əmlakının İdarə Edilməsi üzrə
Dövlət Komitəsinin sədrinə

Nərimanov rayonu, Qarabağ küçəsi 35, mənzil 10 ünvanında
yaşayan Səlimova (Məmmədova) İradə Yavər qızı
tərəfindən
Əlaqə tel.: 496 07 20, (050) 442 83 42

ƏRİZƏ
Hörmətli Sədr!
Nərimanov rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2000-ci il tarixli, 809 saylı sərəncamı ilə Qarabağ küçəsi 35 saylı evin zirzəmisindəki 120.4 kv.m-lik qeyri-yaşayış sahəsi mənim istifadəmə verilmişdir.

12/31/2010

Nəqliyyat departamentinə də qalib gəlmək olar: təki Ağa Nağıyev kimi ardıcıl mübarizə aparasan...

Nərimanov Rayon Məhkəməsinə

İddiaçı: Nağıyev Ağa Nəriman oğlu
Qeydiyyatda olduğu ünvan: Naxçıvan MR, Babək aryonu, Cəhri kəndi
Faktiki yaşadığı ünvan : Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,
korpus 7, ev 12, mənzil 7/8
Əlaqə tel:  ((055) 779 51 53

Cavabdeh: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
“Avtonəqliyyatservis” Departamenti
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,

vurulmuş  zərərin ödənilməsinə dair

İDDİA  ƏRİZƏSİ
(MM-nin 21-ci maddəsinə əsasən,)

Möhtərəm hakim!
Mən, 85 BU 326 dövlət nömrə nişanlı, mənə məxsus “ZİL” markalı  yük avtomobili ilə 10 iyul 2008-ci ildə Zirə Qala yolu ilə hərəkət edərkən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentinin 4 nəfər nümayəndəsi maşınımı saxladaraq vergi ödənilməsi barədə sənədlərimi istədilər.

12/30/2010

Miqrasiya Xidmətinin ağlasığmaz qanunsuzluqları barədə--- Leylaxanım Ağayeva

Binəqədi Rayon Məhkəməsinə

Ərizəçi: Ağayeva Leylaxanım Allahverdi qızı
                                   Faktik olduğu ünvan: Bakı şəhəri,  Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7\8 
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05

Hərəkətlərindən şikayət olunan orqanlar:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
Ünvanı: Bakı şəh., Atatürk prospekti 53
Əlaqə tel.: (012) 498-94-64

2. Suraxanı Rayon Polis İdarəsi
Ünvanı: Bakı şəh., Suraxanı qəs., Balandin küçəsi 42


  “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və
    Suraxanı Rayon Polis İdarəsinin qanunsuz hərəkətləri barədə”

Ə R İ Z Ə
(MPM-nin 296-300-cü maddələrinə əsasən)

      Möhtərəm hakim!
     Mən, şəxsiyyət vəsiqəsi almaq və qeydiyyata düşmək üçün yaşayış yeri üzrə Suraxanı Rayon Polis İdarəsinə müraciət etdim. Suraxanı RPİ-dən mənə bildirdilər ki, vətəndaşlıq vəziyyətimin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətindən

"Ərli qadının vətəndaşlığı haqqında" Konvensiyanın tətbiqi barədə. Gürcüstan vətəndaşı Xəlilova Bilqeyis Musa qızının acı taleyi.

Bakı Apellyasiya Məhkəməsinin
MİÜK-na

İddiaçı: Xəlilova Bilqeyis Musa qızı
                           Faktik olduğu ünvan: Yasamal r-n, Ağayev küç., ev 31
                                          Əlaqə tel.: (055) 680-17-98, (050) 200-66-10, (012) 564-42-05


       Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: Abbasov Natiq Mehdi oğlu, iş N 2(001)-1130/2010)
       05 mart 2010-cu il tarixli qətnaməsinə dair”

A P E L L Y A S İ Y A        Ş İ K A Y Ə T İ

     Möhtərəm hakimlər!
    Binəqədi Rayon Məhkəməsinin 05 mart 2010-cu il tarixli qətnaməsi ilə mənim Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vəzifəli şəxsin qanunsuz hərəkətlərinə dair” ərizəm təmin edilməmişdir.
Qətnamənin surəti mənə 26 aprel 2010-cu ildə şəxsən təqbim edilmişdir.

Hüseynova Aygün İlqar qızı: etiraz və mülahizələr



Göyçay Rayon Məhkəməsinə

İddiaçı: Soltanlı Aysu Azad qızının
Qanuni nümayəndəsi
Hüseynova Aygün İlqar qızı
Ünvanı: Göyçay r-n, Hacalıkənd kəndi
Əlaqə tel.: (055) 653-91-07



Cavabdeh: Soltanov Azad Cavid oğlu
Ünvanı: Göyçay r-n, I Ərəbcəbirli kəndi
Əlaqə tel.: (050) 552-01-70, (0167) 5-54-72


 “Azyaşlı uşağımız Soltanlı Aysu Azad qızının,
 yaşayış sahəsindən daimi istifadə hüququnun tanınması və
 qeydiyyata aldırması  barədə”


İ D D İ A      Ə R İ Z Ə S İ

    Möhtərəm hakim!
    Mən, cavabdeh Soltanov Azad Cavid oğlu ilə 05 noyabr 2007-ci ildə el adəti ilə toy edərək Göyçay r-n, I Ərəbcəbirli kəndində yerləşən, anası Rəşidova Almara Muxtar qızına məxsus evə gəlin köçürülmüşəm. Nikahımızı 02 noyabr 2007-ci ildə Göyçay rayon VVAQD şöbəsində rəsmiləşdirmişik.

12/28/2010

Sevil Qiyasova (Sabunçu rayonu) və Tamella Əsgərovanın (Gəncə şəhəri Nizami rayonu) işi üzrə

Azərbaycan Respublikasının Ədliyyə Naziri
F.Məmmədov cənablalına

Surəti:             Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasına

Məmmədov Qurban Cəlal oğlu tərəfindən
       ünvan: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
                                       Əlaqə tel.: (012) 564-42-05, (050) 200-66-10


                Saxta sübutlar əsasında qətnamə qəbul edən hakimlər haqqında

Ş İ K A Y Ə T

   Hörmətli Nazir!
   Hörmətli şura üzvləri!
Son vaxtlar məhkəmə təcrübəsində saxta sənədlər əsasında və sübutların qəsdlə təhrif edilməsi, yaxud da, iş materiallarında mövcud olmayan sübutlarla əsaslandırılan qətnamə qəbul edən bəzi hakimlər barədə Sizə müraciət etməyi özümə borc bildim. Çünki belə qətnamələrin yuxarı instansiya məhkəmələri tərəfindən də qüvvədə saxlandığını nəzərə alsaq, bu mənfi təcrübənin Respublika məhkəmələrinin fəaliyyətində daha geniş tətbiq ediləcəyini güman etmək çətin deyil.

Oğurlandı, zorlandı və hüququ polis-istintaq orqanları tərəfindən tapdalandı.....

Qusar Rayon Məhkəməsinə

Oğurlanmış və zorlanmış ......    qızı tərəfindən,
Ünvanı: Qusar r-n, .......  kəndi
Əlaqə tel.: (+99450) 200-66-10, (+99412) 564-42-05 (nümayəndə)


          Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir oğlunun HK-1/1125 
              saylı material üzrə qəbul etdiyi “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 20 oktyabr 
                          2010-cu il tarixli qərarına dair

Şikayət
(Məhkəmə nəzarəti qaydasında)
    Hörmətli hakim!
   Qusar RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Yunisov Rəşad Zakir  oğlunun həmin qərarı ilə mənim Qusar rayon Yuxarı Ləyər kənd sakini Balakişiyev Sərxan Fəxrəddin oğlu tərəfindən oğurlanaraq zorlanmağım barədə toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Qəmər Bağırova: mülkiyyət hüququnun tanınması barədə.... Xəzər rayon məhkəməsində

                                                Qəmər Bağırovanın işi üzrə
                             Əzizbəyov rayon məhkəməsində (sədrlik edən C.Qədimov)

                                                       Ç I X I Ş

   Möhtərəm hakim, təssüüf ki, üç aylıq prosessual müddətin keçməsini bəhanə edərək, bu işi hərtərəfli araşdırmaqdan yayındınız. Qanunverici həmin üç aylıq müddəti müəyyən edərkən, işlərə ağlabatan müddətdə  baxılmasını və bunun üçün də hakimləri müəyyən intizam çərçivəsinə salmağı nəzərdə tutur.   

Miqrasiya İdarəsinin qanunsuz hərəkətləri barədə: şəxsə Azərbaycan Respublikasının vətəndaşı olmaması barədə arayış verilib

Binəqədi Rayon Məhkəməsinə
(hakim: Maarif Kazımov)

  Ərizəçi:  Ağayeva Leylaxanım Allahverdi qızının
                                         Faktik olduğu ünvan: Bakı şəhəri, Nərimanov r-n, Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
       Əlaqə tel.:      (050) 200-66-10, (012) 564-42-05

                                                                                    Ç  I  X  I  Ş  I

     Möhtərəm hakim!
     Mən, 23 yanvar 1964-cü ildə Azərbaycan Respublikası, Bakı şəhəri “Krupskaya” adına doğum evində doğulmuşam və Bakı şəhəri, 26 Bakı komissarı rayonunun (indiki Səbail) VVAQ İdarəsindən AZE seriyalı 619440 saylı, 08 fevral 1964-cü il tarixli doğum haqqında şəhadətnamə verilib. Atam Ağayev Allahverdi Məmiş oğlu 23 iyul 1930-cu ildə Azərbaycan Respublikası Cəbrayıl r-n, Yarəhmədli kəndində, anam Ağayeva Zəhra Hacıağa qızı 22 iyun 1931-ci ildə Azərbaycan Respublikası Lənkəran şəhərində doğulublar və hər ikisi Azərbaycan vətəndaşıdırlar.  

Əmək hüququ. İşə bərpa və s. tələblər üzrə məhkəmə çıxışı. Gənc hüquqşünaslar üçün faydalı ola bilər

Səbail Rayon Məhkəməsinə
(hakim: Elnur Həsənov)

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı):
AMEA-nın Mərkəzi Nəbatat Bağının
etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlunun
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus-7, ev-12, mən.-7/8
Əlaqə tel.: (012) 564-42-05, (050) 200-66-10


                                                  Ç I X I Ş I

     Möhtərəm hakim!
   İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Həsənov Şavağat Hüseyn oğlunun AMEA-nın Mərkəzi Nəbatat Bağına qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxılmaya görə əmək haqqının və son haqq-hesabın tutulması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi və AMEA-nın Mərkəzi Nəbatat Bağının Həsənov Şavağat Hüseyn oğluna qarşı  “İlkin iddianın rədd edilməsi, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi üzrə aşağıdakıları qeyd edirəm.

Dərviş Parisi, Əhməd Bakını dağıdır. Məhkəmə qətnaməsi dövlət əmlakını mülkiyyətçisiz qoydu

                                                               Əhməd Əhmədovun hakimliyi

Dərviş Parisi, Əhməd Bakını dağıdır

     Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi Əhməd Əhmədov (indi Əli Bayramlı Apellyasiya məhkəməsinin hakimidir) hakimlər arasında ən qanunsuz və ağlasığmaz qərarlar qəbul edənlərdən biri, bəlkə də, birincisidir.

Nağıyev Ağa Nəriman oğlu Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentine qarşı

Nərimanov Rayon Məhkəməsinə

İddiaçı: Nağıyev Ağa Nəriman oğlu
Qeydiyyatda olduğu ünvan: Naxçıvan MR, Babək aryonu, Cəhri kəndi
Faktiki yaşadığı ünvan : Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,
korpus 7, ev 12, mənzil 7/8
Əlaqə tel:  ((055) 779 51 53

Cavabdeh: Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi
“Avtonəqliyyatservis” Departamenti
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu,

vurulmuş  zərərin ödənilməsinə dair

                                                                 İDDİA  ƏRİZƏSİ
                                                     (MM-nin 21-ci maddəsinə əsasən)

   Möhtərəm hakim!
   Mən, 85 BU 326 dövlət nömrə nişanlı, mənə məxsus “ZİL” markalı  yük avtomobili ilə 10 iyul 2008-ci ildə Zirə Qala yolu ilə hərəkət edərkən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Avtonəqliyyatservis” Departamentinin 4 nəfər nümayəndəsi maşınımı saxladaraq vergi ödənilməsi barədə sənədlərimi istədilər. Mən də təqdim etdim. Uzun müddət, təxminən keçən ildən bu günədək vergilər Naxçıvan MR-də  ödəndiyi üçün, qəbzlər əlimdə deyildi. Bunu səbəb gətirərək, mənim etirazlarıma, 4 övlad atasıyam, balalarımı ac qoymayın, yoxlanış keçirilsin sonra nömrəmi açın deməyimə baxmayaraq, onlar nömrəmi açıb götürərək mənə heç bir möhürü, imzası olmayan kağız verdilər. Sonradan mənə məlum oldu ki, bu bildirişdir. "Qəbzləri, çatışmayan sənədləri gətirdikdə nömrəni götürərsən"---- deyərək, çıxıb getdilər.

Hüseynov Ağahüseyn Qasım oğlu Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətinə qarşı

Lənkəran rayon məhkəməsinə
(hakim: M.Quliyevə)

İddiaçı: Hüseynov Ağahüseyn Qasım oğlu
Ünvanı: Lənkəran rayonu, Qumbaşı kəndi
Əlaqə tel.: (050) 563 35 92

Cavabdeh: Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyəti
Ünvanı: Lənkəran rayonunun Liman qəsəbəsi
Əlaqə tel.: 2 -14- 80, 2- 14 -91

      ---    İşə bərpa,
      ---    əldən çıxmış faydanın ödənilməsi və
      ---    idarə etdiyim «Kamaz» markalı, 42 AS-226 №li maşının əmlak payı kimi mənə verilməsi
                                   barədə

İddia ərizəsi
      Hörmətli hakim!
    Mən 1973-cü ildən Lənkəran «Xəzər-Avtonəqliyyat» Açıq Tipli Səhmdar Cəmiyyətində sürücü işləyirəm. 1990-cı ildən KAMAZ markalı, 42 AS-226 №li maşını işlədirdim.

12/27/2010

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti-- rüşvət və korrupsiya yuvası

Nərimanov Rayon Məhkəməsinə

Ərizəçi: maraqlı şəxslər Məcidov İsgəndər ƏhmədAğa oğlunun və
Cavadov İbrahim Naib oğlunun
Nümayəndəsi Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəh., Həsənoğlu küç., korpus 7, ev 12, mən. 7/8
Əlaqə tel.: (050) 200-66-10, (012) 564-42-05

Hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilən orqan:
Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi,
Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu.


Ə R İ Z Ə
(MPM-nin 296-300-cü maddəsinə uyğun olaraq)

      Möhtərəm hakim!
     Bakı şəh., H.Cavid küç., dalan 2, ev 2 ünvanında qeydiyyatda olan Məcidov İsgəndər ƏhmədAğa oğlu, DƏDRX-də nümayəndəsi olmaq, sənədlər təqdim etmək, arayış və reyestrdən çıxarış almaq, bütün məhkəmələrdə onu təmsil etmək, iddia ərizəsini imzalamaq və s. hüquqlara dair mənə 12 mart 2010-cu il tarixli etibarnamə vermişdir.

12/26/2010

Azərbaycan psixiatriyası : insan talelərinin məhv edildiyi sahə.... Sücayət Xəlilova

==========================================================================
Binəqədi Rayon Məhkəməsinin hakimi
V. Həsənova

İddiaçı: Xəlilova Sücayət Həmid qızının,
 Etibarnamə üzrə nümayəndəsi
Məmmədov Qurban Cəlal oğlu tərəfindən,
Ünavnı: Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus-7, ev-12, mən. 7/8,
əlaqə tel: 050-200-66-10, 012-564-42-05/04

Predmet: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (sədrlik edən: Həsənov Vüqar Təvəkgül oğlu, iş N 2(001)-427/2009)
                           25 fevral 2009-cu il tarixli qətnaməsindən
                         apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan
                          prosessual müddətin bərpasına dair

Ə R İ Z Ə


Möhtərəm hakim!
Həmin qətnamə iddiaçı Xəlilova Sücayət Həmid qızına poçt vasitəsi ilə 05 mart 2009-cu ildə  təqdim edilsə də, o, hüquqi savadı olmadığından, 1 ay müddətində qətnamədən apellyasiya şikayəti yazmaq hüququ olduğunu bilməmiş, qətnaməni sonradan itirdiyi üçün
(həmin qətnamə ilə Xəlilova Sücayət Həmid qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir--!!!) nümayəndəsi Abışov Sadiq Hüseyn oğluna verə bilməmişdir.

12/25/2010

"Sərdar Cəlaloğlu"nun məhkəmə işindən, işgəncə ilə bağlı çıxışım...

Nəsimi rayon məhkəməsinə
                                                                                                                        (sədrlik edən İ.Şirinov)

 Şikayətçi Məmmədov Sərdar Cəlal oğlunun
 nümayəndəsi Məmmədov Qurban Cəlal oğlunun

09 yanvar 2008-ci il tarixli məhkəmə iclasındakı

MƏHKƏMƏ ÇIXIŞI

Hörmətli sədr, hörmətli proses iştirakçıları!

S.Cəlaloğlunun Azərbaycan Respublikası  DİN-nin  Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsində  (bundan sonra MCQBMİ) saxlandığı vaxt, yəni 2003-cü ilin 19 oktyabrında işgəncələrə və qeyri-insani rəftara məruz qalması barədə şikayət ərizəsinin araşdırılması nəhayət ki, başa çatdı.
Bakı şəhər icra hakimiyyətinin
başçısı Hacıbala Abutalıbova
Açıq məktub

Hörmətli Hacıbala müəllim!

Mərhum prezident Heydər Əliyevin şəxsi tövsiyələri və rəhbərliyi altında, bu gün isə prezident İlham Əliyevin rəhbərliyi altında respublika paytaxtında apardığınız abadlıq və yenidənqurma işləri heç şübhəsiz ki, alqışlanmalıdır. Məhz son on ildə Bakının dünyanın böyük paytaxt şəhərləri kimi yenidən qurulması həyata keçirilmiş, SSRİ dönəmindəki yetmiş illə müqayisə edilməyəcək qədər tikinti, abadlıq işləri aparılmışdır. Yollar genişləndirilmiş, asvaltlanmış, yeni parklar salınmış, abidələr ucadılmış, bir sözlə Bakımız həqiqətən də göz oxşayan olmuşdur. gördüyünüz hər bir abadlıq işi Heydər Əliyevin ruhuna bir töhvədir. Bu gün heç də Bakı-Ceyhandan geri qalmayan körpü tikintisi şübhəsiz ki, prezidentin tarixi xidməti, sizin isə bir Mer kimi zəhtəmətinzin gözəl nümunəsidir. Bir sözlə   mən də siravi vətəndaş kimi görülən bütün işlərə görə ölkə rəhbərliyinə və şəxsən sizə və bu abadalıq prosesində zəhmət çəkən hər bir insana minnətdaram.

12/21/2010

Qanunsuz tikili-- milli problem kimi.....

Qanunsuz tikili: bu məmləkətdə bunsuz mümkündürmü?

1. Qanunsuz tikililərin (qanuni dildə: özbaşına tikinti) yaranma səbəbləri barədə danışmamışdan öncə, birmənalı olaraq qeyd edim ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə  pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır”.
Həmin maddənin 4-cü bəndinə əsasən, özbaşına tikililər müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.